Azərbaycan sevgisinin gur işığı

Orhan Aras haqqında

 

 

Orhan Aras adı artıq Azərbaycanda da, Türkiyədə ciddi bir söz adami, şair, nasir, tərcüməçi, araşdırmaçı kimi yaxşı tanınır sevilir. Anadolunu Azərbaycanla İrəvan mahalı ilə birləşdirən, əsasən Azərbaycan türklərinin yaşadığı İqdır ilində doğulsa da, uşaqlıq ilk gənclik illəri  Türkiyədə keçsə , sonralar minlərlə yurddaşı kimi Almaniyaya getmiş, həyat mücadiləsini orada davam etdirmişdir. Ardıcıl  ədəbi həyatı da Almaniyadan başlanıb. O, Almaniyada yaşayan azsaylı Türkiyə vətəndaşlarından biridir ki,   Türkiyə Azərbaycan türkcəsi ilə yanaşı, almanca da sərbəst yazır; bu dillərdən qarşılıqlı tərcümələr edir.  Bütün bunlardan əlavə, onu fərqləndirən bir cəhət Almaniyada, yaxud Türkiyədə yaşamasından asılı olmayaraq, Azərbaycanla nəfəs alması, burdakı ictimai-siyasi prosesləri, ədəbi mühiti daim diqqətlə izləməsi, özünü Azərbaycan ruhunun bir parçası kimi hiss etməsidir. Azərbaycanın klassik çağdaş ədəbiyyatının almancaya çevrilib  Avropada tanıtdırılması üçün, təkbaşına, heç bir yardım almadan çox görüb.

Onun fikrincə, xalqımızın üzləşdiyi haqsızlıqların Qərb mühitinə çatdırılmasının bir yolu bəlkə ən etibarlı yolu ədəbiyyatdan, mədəniyyətdən,  sahib olduğumuz mənəvi dəyərlərin tanıtdırılmasından keçir bütün yaradıcı ömrünü bu işə sərf edib. Şəxsən, mənim Almaniyada üç kitabım nəşr olunub, üçünün təşəbbüskarı Orhan bəydir.

Bizim qiyabi tanışlığımız üz-üzə gəldiyimiz vaxtdan xeyli əvvəl, 1986-cı ildə, şair  Məmməd Aslanın dəvəti ilə Bakıya gəlmiş 25 gün ərzində Azərbaycanı birgə gəzib dolaşdığımız iqdırlı  hüquqşünas, araşdırıcı, naşir, sonralar əziz dostlarımdan birinə çevrilmiş İbrahim Bozyelin, ondan sonra Bakıda qonaq  olmuş Zeynəlabidin Makasın  söhbətlərindən İbrahimin "Azərbaycan diyarında" adlı səfər qeydlərindən başlanmışdı. Amma ilk görüşümüz Bakıda oldu.  1990-cı ilin 20 Yanvar faciəsindən   sonra hərbi vəziyyət blokada şəraitində bizim səsimizi boğsalar da, Avropada yaşayan türklərin "Azərbaycana ədalət", " Azəriyə hürriyyət" bağıran  cinayətkarlara cəza verilməsini tələb edən səsi  Avropanın müxtəlif böyük şəhərlərində keçirilən mitinqlərdən dünyaya yayıldı. O mitinqləri təşkil edənlərdən biri Orhan Aras idi.

Artıq  SSRİ-nin dağılma sürəci başlanmışdı Azərbaycanın öz müstəqilliyini əldə edəcəyi şübhə doğurmurdu. Seçkilər başlanmışdı. Belə bir vaxtda Orhan Aras Avropada Azərbaycan sevdası ilə yaşayan mühacirətdəki soydaşlarımızın təşkilatlanmasına çalışan bir dəstə dostumuzla birgə Bakıya gəldi. Bizim evdə qaldı,  seçki kompaniyasına qatıldı, xalq hərəkatını  dəstəkləyən çıxışlar etdi.

Orhan bəy Almaniyaya döndükdən sonra İbrahim Bozyelin  Almaniyada yaşayan   kiçik qardaşı Abbas Bozyellə birlikdə məni Avropada Azəri-Türk Dərnəkləri Federasiyonunun qurulmasına bu  işin gedişində görüşlər keçirib, sovet ordusunun Azərbaycanda törətdiyi vəhşilikləri anlatmağa dəvət etdilər.

Bu niyyətlə 1990 - il noyabr ayının 17-dən dekabr ayının 6-na kimi Almaniyada Orhanın  Mandeli kəndindəki evində qonaq oldum. Berlin divarları yenicə yıxılmışdı, uçurulan divarların yerinə döşənən asfalt hələ "soyumamışdı", bu asfaltın üstündə gəzəndə bir gün güneylə sərhədlərin yerində xoşbəxtlik duyğusu ilə gəzəcəyimizi düşünürdüm.

İlk görüşümüz Berlində olmuşdu, gəlişimdən bir gün sonra. Ondan öncə iki özəl türk televiziyasında çıxışlarım ayarlanmışdı. Berlindəki möhtəşəm görüşün  ardınca 20 gün ərzində Almaniyanı əriş-arğac dolaşdıq "Azəriyə hürriyyət!"şüarı altında hər gün bir şəhərdə, Azərbaycan bayraqları ilə bəzədilmiş böyük salonlarda yüzlərlə insanın qarşısında çıxışlar etdik nəticədə Azəri-Türk Dərnəkləri Federasiyonunu yaratdıq. Orhanı o səfərdən, çəkdiyi əziyyətlərə, böyük Azərbaycan sevgisinə görə, özümə ən doğma insanlardan biri kimi sevdim.

Almaniya görüşləri getdiyimiz ölkələrdə yaşayan soydaşlarımızın gücünü göstərməklə yanaşı, onların təşkilatlanmasına kömək etdi. Azəri-Türk Dərnəkləri Federasiyonu mütəşəkkil nəbzi Azərbaycanla atan bir qurum idi. Federasiyanın yönətim kuruluna Abbas Bozyeli, Mehmet İrmak, İsmayıl Nefis, İlhan Alim, Cümalı Turan, Gündüz Varol kimi Azərbaycan üçün həyatlarından keçməyə hazır olan, qeyrətli insanlar  seçilmişdilər. Orhan sədrin köməkçisiydi. Təəssüf ki, bizlər onlara lazım olan köməyi göstərə bilmədik. Sonradan müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Almaniyadakı səfiri  onların gücünü qiymətləndirə bilmədi, İran meyilli diaspor işindən xəbərsiz adam olduğuna görə onlarla yola getmədi, ayrı-seçkilik saldı. Bu barədə Orhan Aras yazır: "...Prezident Heydər Əliyevin bizi otel otağında gözlədiyini dedilər. Otağa girəndə səfir Sağıqov rus dilində prezidentə bizim haqqımızda məlumat verdi.

Dövlət başçısı, əvvəlcə, bizə "xoş gəldiniz!" dedi Azərbaycandakı vəziyyəti izah etdi. ... anladım ki, səfir ona Elçibəyin adamları olduğumuzu söyləyib. Ancaq bizim heç birimiz Azərbaycanda doğulmamışdıq heç bir siyasi gözləntimiz yox idi. ...heç birimiz Azərbaycanda heç bir siyasi partiyanı liderini dəstəkləmirdik.

...Tam üç il idi heç bir qarşılıq gözləmədən, gecə-gündüz Azərbaycan üçün çalışırdıq. Bizim haqqımızda Prezidentə daha lazımlı məlumatlar verərək, Avropadakı işlərə çox böyük töhfə verə bilərdi.

O gündən sonra hamımızda bir yorğunluq biganəlik başlandı. Yaranan dərnəklərin bəziləri bağlandı"

30 il öncə olmuş bir olay haqqında Orhan bəyin sözlərini burda xatırlamağım təsadüfi deyil, çünki o münasibət bu gün davam edir. Təbii şəkildə yaranan diaspor dərnəkləri dağıdıldı, mühacirlər arasında hörməti olan insanlar incidildi, yerinə  milli ruhdan uzaq səfirlərin ya  Diaspor Komitəsinin bacarıqsız əməkdaşlarının tanış-tunuşlarına üstünlük verildi. Nəticə diasporumuzun vəziyyəti göz qabağındadır.

Almaniya səfərindən xeyli video-materialı gətirmişdim. Qanlı Yanvar faciəsinin bir illiyi ərəfəsində, Bakı Şəhər komendantına, orduya toxunmayacağım vədi verib, Azərbaycan televiziyasında bir saatlıq vaxt aldım "Kim deyir bizim səsimizə səs verən yoxdur? Baxın!" deyib çıxışımı bitirdim İqdır, Kayseri, Köln, Brüssel mitinq-yürüşlərindən video-materialları göstərdim. Bu proqram ordunun informasiya blokadasını darmadağın etdi.

Almaniyaya o ilk səfərim Orhan Arasın ötən il Bakıda nəşr olunmuş "Biz Azərbaycanı çox sevdik" kitabında bütün epizodları ilə xatırlanır. Mən o günlər haqqında qeydlərimi 1995-ci ildə "Bu sənin xalqındır" kitabında dərc etdirmişdim.

Orhanın kitabını oxuyarkən o günlərin həyəcanını bir yaşadım. O yazır:" Sabir bəyin Almaniyada qaldığı üç həftə ərzində şəhərdən-şəhərə səfərlər etdik o şəhərlərdə müxtəlif tədbirlər keçirtdik. Almaniyada nəşr olunan türk qəzetlərində olduq Azərbaycanın problemlərindən danışdıq. Musa Sərdar Çələbi Almaniyanın böyük qəzetlərindən biri, Frankfurtda nəşr olunan "Frankfurter Algemeine Zeitung" qəzetinin redaktorlarından olan G.W. Lech ilə görüş təyin etdi. Onu ziyarət etdik bir saata yaxın Azərbaycan-Ermənistan məsələlərindən danışdıq. İki gün sonra adıçəkilən qəzetdə Azərbaycan məsələsi ilə bağlı tam bir səhifəlik yazı yayımlandı"

"Biz Azərbaycanı sevdik" kitabındakı bunabənzər qeydlər Avropadakı dostlarımızın o vaxtkı fədakarlığını xatırladır Orhanın yaddaşının daha möhkəm olduğunu göstərir.

Sonra yenə dəfələrlə Almaniyada, Belçikada, Hollandiyada, Türkiyədə, Azərbaycanda görüşdük. Ədəbiyyatımızı, mədəniyyətimizi bölgədəki durumu anladan konfranslar təşkil etdik.

Bu günlərdə Orxan bəy yenə Bakıdadır. Görüşdük.  Son vaxtlar almanca türkcə nəşr etdirdiyi  bir neçə kitabını da gətirmişdi. Onun bir sıra nəsr şeir kitabı ilə əvvəldən tanışam, Azərbaycan mətbuatında ardıcıl çap olunan çox dəyərli yazılarını da oxuyuram. Lakin indi gətirdiyi kitabları ilk dəfə görürdüm.

Əslində, bu kitabların hər biri Azərbaycan ədəbiyyatı mədəniyyəti haqqında yanlışlıqların düzəldilməsi, Azərbaycanın olduğu kimi tanıtdırılması sahəsində Ophan bəyin necə böyük fədakarlıqla çalışdığını nümayiş etdirir hər biri haqqında ayrıca yazılar yazılmalıdır. Kitabların ikisi dahi  Nizami Gəncəviyə həsr olunub: "Alman ədəbiyyatında Nizami" Nizami Gəncəvinin alman dilindəki özdeyimləri".

Adlarından da göründüyü kimi, hər iki kitab ədəbiyyatşünaslıq Azərbaycanşünaslıq baxımından son dərəcə mühüm mövzulara həsr olunub. Kitabların başqa bir dəyəri onların zəngin mənbələr əsasında iki dildə - azərbaycanca alman dilində nəşr edilməsidir.

Orhan Arasın "Mirzə Şəfi kimdir?" adlı kitabı da son dərəcə mühüm  bir mövzuya həsr olunub.

Apardığı araşdırmalar nəticəsində müəllif belə bir qənaətə gəlib ki, Avropada Mirzə Şəfi konusundakı fikirlər çox  fərqlidir. "Doğulu araşdırmaçılara görə, yaşayan, yazan, əsərləri olan bir Mirzə Şəfi vardır. Batıya görə isə Mirzə Şəfi, sadəcə sadəcə, Friedrich Bodenstedtin Doğudan etkilənərək yaratdığı xəyali bir bilgə şairdir"

Göründüyü kimi, Almaniyada yaşamaq Azərbaycan ədəbiyyatı ilə bağlı yaranmış bir sorunun izinə düşmək imkanı verib. XIX yüzildə Bodenştdetin "Mirzə Şəfinin nəğmələri" kitabı Avropada Amerikada o qədər  böyük şöhrət qazanıb ki, nəticədə Bodenştedt Mirzə Şəfi adlı bir Şərq şairi aliminin olduğunu inkar edib, nəğmələri öz adına çıxıb. Orhan Aras kitabında  bu haqda Almaniyada yazılmış yazıları bir yerə toplamaqla yanaşı, Mirzə Şəfinin tarixi bir şəxsiyyət olması barədə Azərbaycan alimlərinin əsərlərinə söykənən araşdırmalarını qoyur ortaya. Bu kitab da iki dildədir: almanca türkcə.

Orhan Arasın almancanı bilməsi işin bir tərəfidir; O, ümumiyyətlə Avropanın "dili"ni, Avropa alimlərinin  düşüncə tərzini bilir onlara da bu dildə, yəni faktlarla cavab verir.

Köhnə dostumun kitabları arasında məni ən çox duyğulandıran öz uşaqlıq həyatını Azərbaycandakı savaşa qatılmaq istəyi ilə keçdiyi yolları, apardığı mücadiləni qələmə aldığı "Biz Azərbaycanı çox sevdik" kitabı oldu. Bu təsirli həyat hekayəsini əlimdən yerə qoymadan oxuyub qurtardım. Ömrünün  uşaqlıq dövrünü, Almaniya illərini   onu daim Azərbaycana doğru uçuran böyük qardaşlıq sevgisini oxuduqca Orhanı daha yaxşı tanıdım Türkiyədə, Avropada qəlbən bizə bağlı insanların parlaq obrazları bir daha gözümün önündə canlandı.

Xəzər sahilinə enən bir yamacda oturub ötən günləri   ortaq dostlarımızı xatırlayır, xalqımızın taleyindən, ədəbiyyatdan, Qarabağdan danışırdıq.

Orhan bəyin gətirdiyi kitablar arasında uzun illər bundan öncə Almaniyada tanış olsam da, nurlu siması səmimi söhbətlərini heç vaxt unutmadığım Yücəl Feyzioğlunun  çevirib nəşr etdirdiyi Türk dünyası nağılları toplusu da var idi. Ümumiyyətlə, isə, Yücəl bəy almanca türk xalqları nağıllarının 32 cildliyini buraxıb. Telefonu götürüb ona yazdım: "Dəyərli qardaşım Yücəl bəy! Salam sayqılar! Bakıda Xəzər kıyısında Orhan Arasla çay içə-içə səni anırıq".

Aradan 20 dəqiqə keçməmiş Yücəldən cavab gəldi: "Çox təşəkkür edirəm.  Sizlər mənim yaddaşımdan çıxmırsınız, Sabir bəyciyim! Orhan Aras bizim çox dəyərli qəlbi kimi pırıl-pırıl, çox yetənəkli bir yazarımızdır. yazıq ki, Azərbaycan  ondan yetərli yararlana bilmir. Sizə çox sevgilər salamlar".

Orhana hiss etdirmədən yazdığım mesaja Yücəl bəydən aldığım cavab bu yazımın ən uğurlu sonluğudur. Biz özümüzə, xalqımızı ürəkdən sevən, bu yolda fədakarlıqla çalışan çalışmaq istəyən kimə dəyər verdik ki! İllər uzunu Azərbaycana xeyir verə biləcək qədər insan əlaqədar qurumların  bilgisizliyi, cahilcə saymazlığı, bəzən açıq-aşkar təxribatı üzündən Vətəndə üz görmədi, qiymətləndirilmədi, kölgələrdə boğuldu, axırda küsdü,  incidi, əli işdən soyudu...

Orhan Aras ömrünün ən bəhrəli illərini yaşayır əli işdən soyuyan deyil.  "Biz Azərbaycanı çox sevdik". İnanıram ki, o, ürəyində Türkiyə ilə, Azərbaycanla, yaradıcılıqla bağlı bütün niyyətlərinə çatacaqdır.

03.08.2023

 

Sabir Rüstəmxanlı

Ədəbiyyat.- 2023.- 5 avqust.- S.14;15.