75-dir yaşın
sənin...
8 avqust Respublikamızın
Əməkdar jurnalisti,
yazıçı-ssenarist, ən yaxın qonşum və dostum Zakir Abbasın
ad günüdür,
75 yaşını qeyd
edəcəyik.
Əvvəla, onu "Ocaq" verilişinin yaradıcısı,
aparıcısı, o verilişin
müəllifi kimi ekranlarda görmüşük.
Vaxtilə həmin veriliş tamaşaçılar
tərəfindən çox
sevilirdi və indi hamımızın yaddaşında milli-mənəvi
dəyərlərimizin təbliğindəki
böyük roluna görə "Ocaq"çılara
hörmət və ehtiramımız var.
Süleyman Rüstəm
deyir ki, "Heçdir deyərəm, sevgisiz insan mənə qalsa, Cansızlara da can bəxş edərəm, can mənə qalsa...". Bu mənada sənətə, insana, təbiətə olan sevgi insanın yaradıcılığı və
yaratdıqlarına verdiyi
dəyər, sonradan onu sevənlərin, oxucularının, tamaşaçılarının
sevgisini yaradır. Ona görə də sevərək yaratmaq, sevilə-sevilə
təbliğ olunmaq insanın ictimai mahiyyətini üzə çıxarır.
Mən bir dost kimi, yaradıcılığını izləyən bir jurnalist kimi daim Zakir Abbasa qibtə edirəm. Dünya klassiklərinin əsərlərini dogma dilimizə tərcümə edən, əsərlərinin ölkə və dünya çapında sanbalı olan bir insana necə qibtə etməyəsən?
Ölkəmizin ictimai-siyasi həyatında
baş verən proseslər Zakir Abbasdan yan keçməyib.
Müəllifi olduğu
"Kənar adam"
kitabını oxuyanda
anladım ki, Zakir Abbas bir
zamanlar ciddi siyasi fəaliyyətlə
də ləyaqətlə
məşğul olub.
Əslində Zakir Abbas kənar adam deyil, lakin
özünə kənardan
baxmaq da xüsusi qabiliyyət tələb edir.
Tar, kaman
və saz məclislərimizin yaraşığıdır.
Zakir Abbasın milli musiqi alətlərində
ifa etdiyi mahnılar da özəlliyi ilə seçilir. Hərdən zümzümə etməsi
də ürəyəyatımlıdır.
Məclislərimiz sazsız,
sözsüz keçməyib
heç zaman. Yuxarıda sadaladığım
bütün insani keyfiyyətlərin bir insanda cəm olmasından necə vəcdə gəlməyəsən.
Bəzən qələm
onun sahibini tərənnüm etməkdə
aciz qalır. Bu mənada nə bacardımsa elə dedim Zakir Abbas haqqında.
Yaşın 75-dir, mübarək olsun,
Səksəni, doxsanı, yüzü haqla sən,
Gənclik xəzinədir,
xatirələrdə,
Unutma onları,
yadda saxla sən...
Etibar Poladlı
Ədəbiyyat.- 2023.- 5 avqust.- S.26.