Canavar dişi

İkihissəli qəhrəmanlıq dramı

 

Erməni əsgəriNiyə?

Azərbaycan əsgəriÇünki onun musiqisi Paracanovun ürəyinə yağ kimi yayılırdı. Paracanov deyirdi ki, bu musiqi deyil, məlhəmdi... Aşıq Qəribi yalnız o xilas eliyə bilər...

Oydu ki, Moskvada, ermənilərin iştirak elədiyi təqdimat mərasimində, səhnədə onun musiqisi qarşısında baş əydi... O salonda mən var idim... Gözlərimlə görmüşəm... Salondakı ermənilərin canına birə daraşmışdı... dünyanın qarışıq vaxtı... hərə bir tərəfdən fısıldaşırdı... Paracanov bunu görüb hökmlə dedi. – “Fısıldaşmayın, mən siyasət dəllalı deyiləm, mənim öz dünyam var!” Elə bil qurbağa gölünə daş atıldı... Sən Paracanovdan ağıllı adamsan?..

Erməni əsgəriParacanovun ağıllı adam olduğuna şübhəm yoxdu... Amma yenə erməninin azərbaycan bəstəkarının musiqisi qarşısında baş əyməsi inandırıcı deyil.

Azərbaycan əsgəriDeməli sən mənə inanmırsan? Mən uydururam?.. İnanmırsan cəhənnəmə inama. Mən gözümlə gördüyümü danışıram. Get arxivləri eşələ, tapacaqsan, çünki, təqdimat mərasimi çəkilirdi... Paracanovlar üçün millətçilik anlamı yoxdu ay erməni... İnsan anlamı, yaratmaq anlamı var...

Erməni əsgəriParacanov millətini çox sevirdi... Həmişə deyirdi ki, “Sarı gəlinmahnısı haqqında film çəkib, mahnının bizə məxsus olduğunu dünyaya sübut eliyəcəm...

Azərbaycan əsgəri – Ay dığa, özündən söz qondarma... Paracanov heç vaxt elə şey deməzdi... indicə sənəSarı gəlinhaqqında yekə bir moizə oxudum, yenə kor tutduğundan əl çəkməyən kimi tutduğundan əl çəkmirsən... Paracanov yaxşı bilirdi ki, uydurmanın heç yerdə yeri yoxdu... O bilirdi ki, “Sarı gəlinözü sizindi, “Sarı gəlinmahnısı bizimdi... Pracanov yaxşı bilirdi ki, elə bir nağıl, elə bir dastan yoxdu ki, orda erkək erməni olsun, qız türk... Amma “Əsli Kərəm”də , “Sarı gəlin”də erkərlər türk oğulları, qızlar isə erməni qızları olduğunu, sarı qızlara mahnını qoşub oxuyan da bizimkilərin olduğunu Paracanov yaxşı bilirdi... Bundan sonra sən bil, mahnı bizimdi ay erməni, bizim...

Erməni əsgəriSiz qəribə millətsiniz e, burdan deyirsiniz ki, sarı qızlar bizimkilər olub, sizinkilər bizim qızları seviblər... burdan da deyirsiniz ki, guya biz heç vaxt bu torpaqlarda olmamışıq...

Azərbaycan əsgəriƏstəğfürullah daa... Biz heç vaxt demirik ki, siz olmayıbsınız. Deyən sizsiniz ki, guya bu torpaqlar bizim yox, sizin olub. Biz isə həmişə demişik ki, siz türk tayfalarının bir qolusunuz. “Ərmən”lərsiniz. Sadəcə olaraq bütün tarix boyu dinc durmayıbsınız, həmişə cığallıq eliyibsiniz, hər dəfə bir hoqqa çıxardıbsınız. Gah dost olubsunuz, gah da gözləmədiyimiz halda arxamızdan xəyanətkarcasına vurubsunuz... Gör bizim adətlərimizdə, ənənələrimizdə, süfrə mədəniyyətimizdə, danışıq leksikonumuzda necə qohumluq var... Ay erməni, biz həmişə sizi özümüzə qohum bilmişik, kirvəlik kimi müqəddəs məsələdə sizə arxalanmaq istəmişik. Siz isə üzümüzə gülüb, arxamızda düşmən deyib, durubsunuz... (danışdıqca coşur) Siz tarixin hansı dövrünə qədər düşmənçilik xəstəliyinə tutulmaq niyyətindəsiniz? Bizim ürəyi yumşaqlığımızdan, Azərbaycanda həmişə sizinkilər başda oturublar, buyuruqçu olublar, bunu da anlamırsınız? Siz daha istəyirsiniz?.. Heç olmasa, istədiyinizi kişi kimi istəyin. Namərdcəsinə silahlanıb, silahsız, günahsız adamlara divan tutmayın...

Körpə birdən qışqıraraq ağlamağa başlayır. Erməni əsgəri tez onu qucağına alır yelləyir.

Erməni əsgəriŞşşş... Şşşşş.... Yumaq lazımdı...

Azərbaycan əsgəriYox, yəqin yenə yemək istəyir.

Erməni əsgəri – (mundirin üstündə onun bələyini açır) Əvvəlcə yumaq, sonra yemək vermək lazımdı. Suyu tez gətir, bax gör, isti-soyuq olmasın...

Azərbaycan əsgəri – (heyrətlənir. Çeçələ barmağı ilə suyun hərarətini yoxlayır) İlıqdı...

Erməni əsgəriSuyu yaxına gətir... bəh... oğlan uşağdı...

Azərbaycan əsgəri – (sevincək suyu yaxına gətirir) Oğlandı?..

Erməni əsgəriOğlandı... vəhşilər...

Azərbaycan əsgəriKimə deyirsən?..

Erməni əsgəriSizə deyirəm... bu yaşda körpənin sünnətini vurublar...

Azərbaycan əsgəri – (qəhqəhələrlə) Əlaaaa... Sünnəti vurulub? Ha-ha-ha, müsəlmandı... (oxuyur)

Kişidi bu, kişidi bu...

Kişidi bu, kişidi bu...

Babasının, nənəsinin

Müsəlman kişmişidi bu...

Erməni əsgəri – (hirslə qışqıraraq) Yazıq körpə... dünyaya yenicə göz açıb, dünyanı dərk eləməmiş, yıxıblar bıçağın altına...

Azərbaycan əsgəriYazıq niyə? Vaxtında canını qurtarıb da...

Erməni əsgəriCanını qurtarıb?.. Kimdən qurtarıb? Nədən qurtarıb?... Mənə vəhşi, canavar deyirsən, görürsən ki, vəhşi özünüzsünüz...

Azərbaycan əsgəri – O vəhşilik deyil,

Erməni əsgəriBəs nədi?

Azərbaycan əsgəriSən belə şeyləri bilməzsən ay dığa, sən körpəni ocağa yaxın tut, üşüməsin...

Erməni əsgəri – (donquldanaraq körpənin qurşaqdan yuxarı hissəsini bükür, aşağı hissəsini yumağa başlayır) Tök görüm... belə şeyləri bilməzsən, yox bir... yavaş-yavaş tök... (körpə ağlayır. Oxuyaraq körpəni oxşayır)

Ağlamasın, ağlamasın...

Sünnətini kəsənlər yesin.

Dəlləyi yesin, kirvəsi yesin...

Ağlamasın, ağlamasın...

Onlar körpəni yuyurlar. Erməni əsgəri körpəni bələyərkən Azərbaycan əsgəri körpənin yanlış bələndiyini görür.

Azərbaycan əsgəriEy-ey, erməni, körpəni erməni üsulu ilə bələmə, çəkil kənara...

Erməni əsgəri fərqi var?

Azərbaycan əsgəriÇəkil, fərqi yoxdu, onda belə bələ... (bələyib mundirin üstünə qoyur mundirlə bərk-bərk bükür)

Erməni əsgəriMaraqlıdı, bələyin fərqi varmış, mən bunu səndən öyrəndim.

Azərbaycan əsgəriBəs deyirdin hər şeyi bilirsən... Görürsən ki, hələ sən məndən çox şeylər öyrənəcəksən.

Erməni əsgəriMəmnuniyyətlə... Öyrənmək həmişə lazımdı...

Azərbaycan əsgəri körpəni bələyir. Erməni əsgəri körpənin yerini rahatlayır. Azərbaycan əsgəri körpəni mundirin arasına bükür. Erməni əsgəri ocağın üstünə odun atır. Onlar ocağın qırağında otururlar.

Azərbaycan əsgəriBurdan necə xilas olaq?

Erməni əsgəriSəhərə az qlıb... Səhər açılan kimi canavarlar çəkiləcəklər, onda başımızın çarəsinə baxarıq.

Azərbaycan əsgəriCanavarlar dişlərini ova sancmyana qədər ondan əl çəkməzlər.

Erməni əsgəriOnlar gündüz ov eləmirlər.

Azərbaycan əsgəriCanavarların taktikası çox mürəkkəbdi, gözləmədiyin üsullara əl atırlar.

Erməni əsgəriƏgər yuvalarına çəkilmiş olsalar, hərəmiz oz yolumuzla gedərik.

Azərbaycan əsgəriBəs çəkilməsələr...

Erməni əsgəriOnda başqa şey düşünərik.

Azərbaycan əsgəriİndidən başımızın çarəsinə baxmalıyıq.

Erməni əsgəriMənim yuxum gəlir, bir az gözümün acısını alsam, başımı kəsməzsən ki?..

Azərbaycan əsgəriKəsmək istəsəydim, özünü buraya ölü salanda kəsərdim. Baş kəsən sizsiniz...

Erməni əsgəriMən hələ heç kəsin başını kəsməmişəm...

Azərbaycan əsgəriSən heç bizimkilərdən öldürməyibsən?

Erməni əsgəriYalan niyə deyim, güllə ilə öldürmüşəm, həm çox öldürmüşəm... Müharibədi, əlimdə silah varsa, özüm hələ ki, sağamsa demək ki...

Azərbaycan əsgəri – (Gözləri hədəqəsindən çıxmış halda) Əslində sənin qanın mənə halaldı, amma mən yenə səni öldürmədim... Axı sən Tiflisdə rahat yaşadığın yerdə niyə özünü odun-alovun içinə atmısan? Günahsız adamları niyə qırırsan? Sən Əsgəranda doğulmusan, istədiyin vaxt orda yaşaya bilərsən, axı onu sənin əlindən alan yoxdu, gəl yaşa da... Bundan ötrü mütləq adam öldürmək lazımdı? Atan-anan yaşamışdı, köçdü getdi, indi sən yaşamaq istəyirsən, qayıt gəl, yaşa da...

Erməni əsgəriQarabağ müharibəsi başlayanda illər uzunu hər ay hesabına pul köçürdüyümüz gizli təşkilat bütün dünya ermənilərinə müraciət elədi biz hamımız Qarabağın azadlığı üçün müharibəyə cəlb olunduq. Bizə xüsusi tapşırıqlar verildi. Düzünü deyəcəm, istərsən inan, istəməzsən inanma... ilk vaxtlar bu xoşuma gəlirdi. Bir dəfə sizinkilərin mühasirəsinə düşdük... demək olar ki, son nəfəsimiz idi. Onda əsgərlərimizin özlərini necə söydüklərinin şahidi oldum. Zarafat deyil, hamımız düz ölümün gözlərinin içinə baxırdıq... Çoxlu itki verdik... Tam təsadüf nəticəsində bir neçəmiz salamat qurtardıq. Onda gözlərimdə hər şey öldü. Amma məndən asılı olan heç bir şey yoxdu... geriyə yol qalmayıb, ya ölməliyik, ya da olmalıyıq...

Azərbaycan əsgəriSən inan ki, öləcəksiniz... mütləq öləcəksiniz... Məsələ təkcə qəfl mühasirəyə düşməkdə, təsadüfi gülləyə rast gəlməkdə deyil ki, bax, düşmüşük canavar sürüsünün içinə... düzdü?..

Erməni əsgəri – (sakit səslə) Düzdü.

Azərbaycan əsgəriBurda bizi gözlədiyini bilmirik... düzdü?..

Erməni əsgəriDüzdü.

Azərbaycan əsgəri – İndi mənə de, bu müharibəni başlamasaydınız, sən gəlib Əsgəranda yaşamaq istəsəydin kim sənə mane olacaqdı?..

Erməni əsgəriMənim Tiflisdə vəziyyətim əladı, hər şeyim var, amma məsələ təkcə məndə deyil...

Azərbaycan əsgəriTələsmə... fikir söyləməyə tələsmə... suallarıma sona qədər cavab ver, sonra fikrini söyləyərsən... Əsgərana köçmək istəsən sənə kim mane olacaqdı?

Erməni əsgəriYəqin ki, heç kim...

Azərbaycan əsgəriHeç kim... Sənin qədər ömrün var?

Erməni əsgəriOnu Allah bilir...

Azərbaycan əsgəriAllahın verdiyi ömrü yaşamaqmı lazımdı, yoxsa vaxtsız ölməkmi? Firavan həyatmı gözəldi, yoxsa, müharibə, qan qoxusumu?..

Erməni əsgəriSən vətənin demək olduğunu anlayırsan?

Azərbaycan əsgəriVətən anlayışı bilirdinsə, Tiflisdə gəzirdin, ay erməni?

Erməni əsgəriMəni atam aparmışdı.

Azərbaycan əsgəriAtan Tiflisdə gəzirdi?

Erməni əsgəriDolanışıq üçün...

 

İftixar

Ədəbiyyat.- 2023.- 5 avqust.- S.31.