"Bax
belədir təbiətim..."
(Şabranlı
şair Zakir Bayramlının 75 illiyinə)
İndi çoxunun qələmə sarılıb qəlbindəki hissləri,
duyğuları
şeirə
çevirib demək istəyənlərin
çoxluğundan gileylənənlər haqqında düşünəndə, nədənsə, istər-istəməz yadıma unudulmaz xalq şairimiz Vaqif Səmədoğlunun
misraları
düşür:
Nə tələ qurur,
nə quyu qazıram,
Şeir
yazıram...
Yaşı yetmişi haqlayan
Zakir Bayramlı da erkən
cavanlıq yaşlarından
şeir yazır.
1964-cü
ilidə o zaman rayonlararası
qəzet olan "Abşeron"da yeni bir imza göründü: Zakir
Bayramlı. Artıq bir il qabaq səkkizinci
sinfi bitirən Zakir Bakı Plan-Uçot Texnikumunun tələbəsi
olmuşdu. Bir vaxt Səməd Vurğunun tələbə yoldaşlarından
oimuş, burada ona ədəbiyyatdan dərs deyən Məmmədiyyə müəllim
tələbəsinin şeirə-sənətə
məhəbbətini görüb
ədəbi yaradıcılığa
məhəbbətini daha
da artırmışdı. Texnikumda keçirilən bütün mədəni-kütləvi
tədbirlərdə şeir
demək növbəsi
çatanda söz
Zakir Bayramova verilərdi.
Oxuduğu texnikumun sayılıb seçilən
tələbələrindən idi. Görkəmli sənətkarların rəhbərlik
etdikləri ədəbi
dərnəklərə üzv
yazılmışdı. Hüseyn
Ariflə qohum olan müəllimlərindən
biri onu tanınmış şairlə
tanış da etmişdi.
İmzası artıq
nüfuzlu mətbuat orqanlarında - "Ədəbiyyat
və incəsənət",
"Azərbaycan gəncləri",
"Azərbaycan pioneri"
qəzetlərində görünürdü.
Kövrək, həzin duyğular
Zakirin qəlbində misralara çevrilir, şerə dönürdü:
"Ana
" dedim, "Vətən
" dedim,
Dil açarkən ilk sözü
mən.
"Ana
" dedim, "Vətən
" dedim,
Göz açarkən dünyaya mən,
İlk addımda, izimdə mən.
Şabranra yaşayıb yaradan
Zakir Bayramlı hələ
beş il bundan qabaq çapdan çıxan ilk kitabını
"Bir ömür yaşadım..."
adlandırıb. Əlbəttə,
dolğun, mənalı,
məzmunlu yaşanan bir ömrü sonralar ixtiyar çağlarında qürur
dolu xatirələrlə
yada sala bilərsən.
Zakir Bayramlı da belə
bir ömür yaşayıb.
Zakir Bayramlı oxucularla növbəti poetik "görüş"ünə elə
"İkinci görüş"
adlı şeirlər
və poemaları toplanmış kitabı ilə gəlib.
Zakirin şeirləri mövzu və janr müxtəlifliyi
ilə seçilir. Hər iki kitabı
demək olar ki, Vətənə, elə-obaya,
yurda, təbiətə,
gözəlliyə, xeyirxah
insanlara sevgi, məhəbbət, hörmət,
ehtiram dolu bir ömür yaşayan yaradıcı insanın poetik düşüncələr toplusudur.
Şair
Vətəni belə vəsf edir:
Çıxdım yurdun göz seyrinə,
Dağ seyrinə, düz seyrinə.
Könlüm uçdu söz
seyrinə,
Valeh oldum sözün düzü,
Nə gözəlmiş
"Vətən" sözü...
Müasirlərimizin duyğu və düşüncələri, Zakirin,
necə deyərlər,
üz tutduğu əsas mövzulardandır.
Bir ömür
yaşadım mən,
Gördüm yüz sevinc, kədər,
Saçlarıma düşüb dən,
Onlar ömrümü
bəzər...
Texnikum təhsilindən
sonra institut bitirən Zakir Bayramlı ali təhsilli iqtisadçıdır.
Uzun müddət rayon xalq təhsil
şöbəsində baş
mühasib işləyib.
Məktəblə, müəllimlərlə
sıx ünsiyyətdə
olub. Bəlkə də elə buna görədir ki, onun şeirlərində
maarifçilik motivləri,
didaktik mövzular da başlıca yer tutur.
Əlbəttə, poeziyanın əbədi mövzularından biri - sevgi, məhəbbət motivləri də Zakirin yaradıcılığında
da mühüm yer tutur.
Qocalsam, yaşım
ötsə də,
Cavanlıq çağım
getsə də,
Saralmayan, heç
solmayan
Təravətdən yazacağam,
Məhəbbətdən yazacağam.
Kamillik, xeyirxahlıq,
böyüyə-kiçiyə hörmət, ehtiram, Vətəni, ailəni sevmək, bir sözlə layiqli insan, vətəndaş olmaq - bax, Zakirin
şair kimi oxucularına öyüd-nəsihəti
elə bunlardır.
Yeri gəlmişkən,
Zakir Bayramlı qələmini publisistikada
da uğurla sınayır. Şabran rayonunda təhsilin keçmişi, bu günü rayonun adlı-sanlı pedaqoqları
haqqında "40 il təhsilə bağlı
ömür", "Min
ilə bərabər yüz il", "Günəşdən nur alanlar" və "Dünyaya açılan pəncərə" adlı
sanballı publisistik kitabların da müəllifidir.
Geniş dünyagörüşünə
malik oian Zakir Bayramlının maraq dairəsi çox genişdir. Ailə psixologiyası üzrə araşdırmalar
aparır, ailənin möhkəmlənməsində maraqlı ideya və təklifləri var. Əsgərlikdə hərbi tribunalda və rayon xalq
məhkəməsində iclasçı
olarkən bu sahədə maraqlı faktlar toplayıb. Astrologiya ilə çox ciddi məşğul oiur. Onun fikrincə, ailənin möhkəmləndirilməsində
Hippokratın temperament
tipləri amili və ailə üzviərinin bürclərinin
nəzərə alınması
vacib şərtdir.
Bir şerində
məhəbbətinin qocalmadığından
bəhs edən şair bunu öz təbiəti ilə izah edir:
"Bax, belədir təbiətim..."
Bax, Zakir
Bayramov belədir!
Zakir dostumuza bundan sonra da məhsuldar, əzabları ilə yanaşı, həm də sevincli, şirin-xoş yaradıcılıq uğurları arzulayıram.
Aydın TAĞIYEV
AYB
Şabran bölməsinin rəhbəri
Ədəbiyyat.- 2023.- 5 avqust.- S.30.