Kamal Abdulla Şaiq
oğlu Talıbzadə:
sabahların xeyir, məmləkətim...
1
Kamal müəllim qəribə
insan idi, zahirən ayıq, çevik, sürətlə
yol gedən (gözlərinin parıltısı,
baxışının itiliyi
mənasında...), daxilən
bəlkə də, dərdli, içinin dənizində batmış
qayıq...
Kamal müəllim mərhəmətliydi,
hər bir hərəkət və jestində dünyanın,
əzab və iztirabın qocaltdığı
Abdulla Şaiqin "həpimiz
bir günəşin zərrəsiyik" nidası
dalğalanırdı. Bir dəfə
aspirant olduğum institutda
"Axundov qiraəti"
günləri keçirilirdi.
Mən də nələrsə danışdım.
Sonradan akademik olan bir alimnüma
məni tənqid elədi və deyək ki, Hacı Qaranı (həm personaji, həm də pyesi) öz təbirincə yozmağa başladı. Onun yozumu o qədər "elmi" və enli idi ki, Kamal müəllim çıxışında
üzünü mənə
tutub, "oğlum, özün gördün, bu adamın işi-gücü mənasız
yozmalardı" dedi. Kiçik bir müdaxilə mənimçün işıq
yandırdı. Kamal müəllimdə
bir qarşısıalınmaz
şövq vardı. Hər hansı elmi mübahisə kontekstində, xüsusən
gənc bir araşdırmaçı qeyri-adi
və orijinal nəsə deyərdisə,
Kamal müəllim bunu
bütün qəlbiylə
təqdir edərdi, amma... o baxışlardan bunu da oxumaq çətin deyildi: kaş bunu mən
yazaydım...
Hərdən bu reaksiya yadıma düşəndə
düşünürəm: görəsən indiyəcən
mən elə bir yazı yaza
bildimmi?
Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları
2
Kristofer Nolanın "İnception" adlı
filmi var, filmin lap başlanğıcında
belə bir sual verilir: sizcə,
ən dəhşətli
və sağalmaz infeksiya hansıdır, filan, filan, filan...
Cavab belə olur, beyninə yerləşdirə bildiyin,
ürəyində yaşada
bildiyin ideya heç zaman səni rahat qoymaz. Bəli,
bu, doğrudan, belədir. Ancaq o film məndə başqa bir hiss də yaratdı, film sistemi etibarıyla ənənəvi
deyil, bu səbəbdən ona adi süjetli mətn kimi baxa, oxuya bilməzsən.
Bu səbəbdən həmin
filmin alt qatını,
bütün süjet,
kompozisiya stixiyasını
anlayana qədər, ona qədər baxıb anladıqlarıma
yazığım gəldi.
Film baxdıqca qum kimi, su kimi
barmaqlarının arasından
axıb gedir. Biz yatanda yuxu süjetlərindən
çox möhtəşəm
və realdan real olan bir dünya
yaradırıq: iztirablı,
sevincli, ürəkləri
yandıran dərəcədə
gözəl (bunu
"anladığımız" anda həmin dünya yanıb külə dönür...).
Köhnə, unudulmuş süjetlərdən
böyük bir dünya yaratmaq: işıqlı, gözəl
və unudulmaz... Həm də çox qorxulu, çaşdırıcı, amma
yüzdə yüz
real... Nolan bu ideyanı
bizim beynimizə yeridir.
Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları:
soldan - Vəli Osmanlı,
Arif Səfiyev və Kamal Talıbzadə
Tənqid
də belədi, onun məqsədi oxuduğu mətnə bir vergi müfəttişi
kimi möhür vurmaq deyil, özü
də hər səhifəsinə, reallığın
fantastika, təxəyyül
qanadını, fantaziyanın
gerçəklikdən qopan
sonuncu kərpicinin materialından, bir sözlə həmin qızıl kərpicin içindəki bütün
süjetləri bir araya gətirən, bizim dünyanı çalın-çarpaz kəsən
bir dünya yaratmalıdır, əsərə,
bədii mətnə paralel olan onun
davamı kimi uzanan tənqid mətni mənaları göstərə, onlara işarə edə bilməz.
Kamal müəllim bunu bilirdi, amma bizdən
fərqli olaraq bunu yazmırdı, bunu şərh etmirdi, yalnız lazım gəldikdə sözü meydana göndərirdi. Mesaj kimi. Həmin söz meydanın, ədəbi prosesin bütün duyğusunu, düşüncəsini, daxili
dünyasını əzbər
bilirdi. Və bilirdi ki, İbrahim Kalının
dediyi kimi, düşüncənin də
duyğusu, hissiyyatı
var, belə olmasaydı
doğulduğu yerdə
qalar, kiminsə qəlbinə sarılmazdı.
Və bu söz bəzən maqnit sahəsi yaradırdı, oxucu hardansa bulaq kimi çağlayan, səsi qulaqları oxşayan gözəlliyi
hiss edirdi. Ömrü
boyu Abbas Səhhətdən,
romantizmdən, tənqid
tarixindən, tənqid
və tənqidçilərdən,
Qorkidən yazan alimin gənc şair Rasətin şeirlərindən yazması,
nələrə səbəb
olmadı?! Demək olar hamı bu şeirləri əzbərləmişdi, bizim
ruhumuzdansa o çox uzaqlardan axan bulağın gizli pıçıltıları keçirdi...
Bu səs nə deyir, deyir ki, sabahın xeyir, məmləkətim...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.12.