Geniş diapazonlu ədəbiyyatşünas  

 

 

Əlbəttə, məşhur ədəbiyyatşünas alim Kamal Talıbzadəni hələ orta məktəbdə oxuduğum illərdən tanıyırdım. Məşhur şairimiz, şeirlərini sevə-sevə oxuduğumuz, bir çoxunu da əzbər bildiyimiz Abdulla Şaiqin oğlu olduğunu da bilirdim. Ancaq bizim əyani tanışlığımız 1977-ci ilin payızında baş tutdu otuz ilə yaxın bir dövr ərzində davam etdi.

Bəli, məhz həmin ilin payızında mən Kəlbəcərdəki iki illik təyinatlı müəllim borcumu başa çatdırıb Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına sənəd verdim. Mərhum direktor Mirzağa Quluzadənin sədrliyi ilə sanballı bir imtahan komissiyasının qarşısında əyani aspiranturaya ayrılmış bir yer uğrunda 17 iddiaçı "ölüm-qalım" savaşına girmişdi. Şübhəsiz ki, bizi əsas sual "atəşinə" tutanlardan biri o zaman Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini olan akademik Kamal Talıbzadə idi mən mərhəmətlə tərtib edilmiş, o qədər çətin olmayan suallara cavab verərək dərindən nəfəs aldıqdan sonra komissiya üzvlərindən kimsə beyqafıl tək səbir gətirdi məhz Kamal müəllim həmişə gülüş olan çöhrəsinə bir az da şirin təbəssüm əlavə eləyib: "Tək səbir sənə düşürmü?" - deyə çoxmənalı tərzdə soruşdu. Mən bic-bic cavab verdim ki, sınamamışam, Kamal müəllim, indi sınayaram..."

O sınaq, bu sınaq... Həmişə bir işimin üstündə tək səbir gələndə həmin işim hansısa mistik bir qüvvənin sayəsində düzələndə Kamal müəllimin o unudulmaz gülümsər çöhrəsini yada salıb cansağlığı diləyirdim, 17 ildir ki, rəhmət oxuyuram.

Desəm ki, Kamal müəllim öz bəstə boyu ilə özü boyda bir topa nur idi, bir munqur da yalan deməmiş olaram. Liftin sağındakı öz kiçik kabinetindən çıxıb gələndə sanki İnstitutun adətən yarımqaranlıq olan dəhlizi işıqlanırdı. Bəli, o, sözün həqiqi mənasında ziyalı bir nəslin maarif ocağından qor götürmüş bunu bütün ömrü boyu öz çiyinlərində şərəflə daşımış klassik bir ziyalı tipi idi.

 

***

 

Əsas tədqiqat sahəsi XIX-XX yüzillərin Azərbaycan tənqidi olsa da, ədəbiyyat ədəbiyyatşünaslıq aləmində elə bir məsələ yox idi ki, ondan soruşasan bülbül kimi cavab verməyə.

Akademik Kamal Talıbzadənin Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanın Dövlət Mükafatına layiq görülmüş "Azərbaycan tənqidinin tarixi" monoqrafiyasında bir klassik ədəbiyyat tədqiqatçısı kimi məni ən çox heyran edən cəhət əsərin 35-40 səhifəlik giriş hissəsidir ki, bu məqaləni həmin hissənin təhlilinə həsr etmək istəyirəm.

"Şeiri tənqid etmək - onu yazmaqdan daha çətindir!" - deyirdi məşhur ədəbiyyatşünas tənqidçi alimimiz Xətib Təbrizi. Kamal Talıbzadə tənqid tariximizin qısa xülasəsini verərkən folklordan sonra Xətib Təbrizidən başlayır. Bu da təsadüfi deyil: Kamal Talıbzadə klassik ədəbiyyatşünasların o nəslinə mənsubdur ki, onlar orta əsrlərin İntibah dahiləri kimi bütün elmlərdən hali olur, bir neçə dil bilir, bir neçə musiqi alətində ifa etməyi bacarırdılar.

Kamal Talıbzadə bu qiymətli monoqrafiyasında ərəb demir, fars demir, özbək demir, rus demir, hər meydanda özünü suda balıq kimi hiss edir, hətta dar sahə mütəxəssislərinin belə fərqinə varmadığı bəzi gizli incəlikləri tutur qiymətləndirir. Axı elə "tənqid" sözünün özü "yıxıb-sürümək" mənasını deyil, "nəqdini qiymətləndirmək" mənasını ifadə edir.

Böyük ədəbiyyatşünas, nəzəriyyəçi alim, AMEA-nın müxbir üzvü Yaşar Qarayev monoqrafiyanın 1984-cü ildə işıq üzü görən nəşrinə ön sözündə Kamal müəllimin elmi yaradıcılığını belə qiymətləndirirdi: "O (akademik Kamal Talıbzadə - T.K.), bizim milli ədəbi tənqidimizin bütöv bir mərhələsinin ilk elmi tarixinin yaradıcısıdır, Azərbaycanda XX əsrin bədii fikrini öyrənən ixtisaslı, mötəbər tədqiqatların müəllifidir. Otuz ildir ki, onun ən yaxşı əsərləri bədii ədəbi-filoloji irsimizin humanizm, demokratizm beynəlmiləlçilik ənənələrini tədqiq edir, ədəbiyyatşünaslığımızın keçmişi ilə indiki arasında irsiliyin fasiləsizliyi məqsədinə əməli xidmət göstərir. Öz şəxsində ədəbiyyat tarixçisini tənqidçini, tekstoloqu nəzəriyyəçini birləşdirən alimin çoxcəhətli zəngin fəaliyyətində ədəbiyyatşünaslığımızın metod metodologiyası problemlərinə maraq xüsusilə ardıcıl davamlı səciyyə daşıyır".

Alimin öz böyük müasirinin önəmli yaradıcılığına ümumiləşmiş lakonik surətdə verdiyi qiymətin detallarını görmək üçün monoqrafiyaya qısa bir nəzər salmaq kifayətdir.

Məlumdur ki, ilk böyük ədəbiyyatşünas alimimiz kimi tanıdığımız Xətib Təbrizi haqqında istər ölkəmizdə, istərsə xaricdə kifayət qədər yazılıb, onun ölməz elmi əsərləri müxtəlif rakurslardan işıqlandırılıb. Ancaq Kamal Talıbzadənin monoqrafiyasında biz bu böyük alimin əsərlərinə yanaşmanın tamamilə yeni bir rakursu ilə rastlaşırıq ki, bu da, şübhəsiz, onun bir tədqiqatçı kimi öz araşdırma obyektinə orijinal, aydın məqsədli yanaşma tərzindən irəli gəlir.

Əyanilik üçün əsərin özünə üz tutaq. Orta əsrlərdə Azərbaycan ədəbi-estetik fikrinin əsasən üç istiqamətdə inkişaf etdiyini müəyyənləşdirən nəzəriyyəçi alim akademik Kamal Talıbzadə XI əsrdə Xətib Təbrizinin təmsil etdiyi istiqamət barədə yazır:

"Azərbaycan estetik tənqidi fikrinin ilk janrı XI əsrdə bədii əsərlərin məzmununu açan şərhlər şəklində meydana çıxmışdır. Şərh bir janr kimi "tənqid-biblioqrafiyaya" yaxın olmuş yazıçı ilə oxucu arasında anlaşma yaratmaq məqsədini izləmişdir... Təsadüfi deyil ki, XI əsrin azərbaycanlı şərhçisi Xətib Təbrizi təhlil etdiyi ərəb şairi Əbu Təmmam ilə oxucu arasındakı belə bir mükaliməni nümunə gətirməli olmuşdu: "Oxucular Əbu Təmmamdan soruşurlar: üçün başa düşülən şeirlər yazmırsan? Şair cavabında deyir: Bəs siz üçün yazılanı başa düşmürsünüz?"

Üçüncü istiqamətin təmsilçiləri, yəni bədii əsər müəlliflərinin tənqidi-estetik fikirlərini təhlil edərkən Kamal Talıbzadə təbii ki, dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvini ən yüksək yerə layiq görərək onun bu sahədəki fikirlərini yüksək qiymətləndirir. Bu yerdə məqamı çatmışkən bir cəhəti qeyd etməyi vacib bilirəm:

1969-cu ildə Azərbaycan xalqının xoşbəxt şansından Respublikada hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev xalqımızın zəngin tarixi keçmişinə, ədəbi-mədəni elmi dəyərlərə yüksək qiymət verərək ölkənin gələcəyində bu dəyərlərin rolunu müstəsna dərəcədə önəmli sayaraq ilk növbədə onların gənc nəslə daha yaxından tanıdılmasına beynəlxalq səviyyədə təbliğinə misilsiz önəm verirdi. Elə buna görə dahi şairimiz mütəfəkkirimiz Nizami Gəncəvi irsinin öyrənilməsi, tərcüməsi təbliği işini daha da gücləndirmək haqqında öz tarixi Sərəncamını verdikdən sonra Nizami irsinə maraq görünməmiş bir vüsət aldı.

Məhz buna görə başqa tədqiqatçılarla yanaşı, Kamal Talıbzadənin Azərbaycan tənqidi-estetik fikrinin bulağı başında duranların ön cərgəsində Nizami Gəncəvi yaradıcılığına üz tutması çox təbii məntiqi sayılmalıdır.

Həqiqətən , Nizami Gəncəvi orta əsrlər Renessans hərəkatının ilk dahilərindən biri kimi təkcə şair deyil, həm dövrünün bütün elmlərinə vaqif olan böyük mütəfəkkiri, o zamanın ədəbi-tənqidi fikrinin formalaşmasında müstəsna dərəcədə böyük işlər görmüş nəzəriyyəçi ədəbiyyatşünasıdır. Onun poetik sözün insan qəlbinə təsir gücünə verdiyi böyük önəm təbii ki, akademik Kamal Talıbzadənin diqqətini cəlb etmiş bu barədə öz orijinal təhlillərini irəli sürmüşdür.

Doğrudan da, bədii əsərin oxucunun zövqünü oxşaması ona tərbiyəvi yöndə təsir edərək kamilliyə doğru aparması üçün lazımdır? Kamal Talıbzadə bu suala sərrast cavab verərək ilk növbədə parlaq istedadın, Tanrı vergisinin olmasını önə çəkir. Belə olmasa, əsər kimsəyə təsir etməz, onu qədər üfürüb tərifləsələr bu təriflərin ömrü yaz yağışından uzun olmaz saxta dəyərlə həqiqi dəyər arasındakı nəinki fərq, hətta uçurum ilk baxışdan nəzərə çarpar. Digər tərəfdən, ən böyük məhək daşı elə əlahəzrət Zamanın özünün sınağıdır saxta dəyərlərə yalançı təriflər bu sınaqdan keçib gələcəyə daxil ola bilmirlər. Nizami poetik məktəbinin ən böyük ardıcıllarından biri olan dahi Azərbaycan şairi mütəfəkkiri Məhəmməd Füzuli demişkən:

 

Teymur KƏRİMLİ

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.14;15.