Ömrün kamillik zirvəsi  

Kamal Talıbzadənin ölümünə

 

 

 

Kamal Talıbzadə indi özünü tənqidçi, ədəbiyyatşünas, bir sözlə, filoloq hesab eləyən bütöv bir nəslin müəllimi olmuşdu. Yox, o sadəcə dərs deməmişdi, yazdıqları ilə, insanlığı ilə, tükənməyən xeyirxahlığı ilə hər kəsin qəlbində, yaddaşında əsl müəllim kimi heç bir zaman işığı sönüb öləziməyən bir çıraq yandırmışdı. 1997-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyası müdafiə edərkən mənim rəsmi opponentim olmuşdu həmin ərəfədə onunla yaxın ünsiyyətim mənə bir həyat məktəbi qədər çox şeylər öyrətdi.

Kamal müəllim şərəfli bir ömür yaşadı, həyatını bütünlüklə elmə, ədəbiyyata, yaradıcılığa verə bildi, insanların böyük əksəriyyətini ovsunlayan əsirinə çevirən dünyanın maddi qisminə gözünün ucuyla da baxmadı. Pulun, rüşvətin, təmənnanın ayaq açıb yeridiyi bir cəmiyyətdə halal yaşamağın örnəyini qoyub getdi. Şərəflə yaşadığı kimi, şərəflə ölməyi bacardı.

Kamal Talıbzadə XX yüzilin görkəmli yazıçılarından biri olan Abdulla Şaiq (1881-1959) ocağının işığını, istisini bir övlad məsuliyyətilə sonacan ləyaqətlə daşıya bildi, əslinə, kökünə, əcdadına layiq oğulluq etməyi bacardı. Atası isə yanaşı, böyük mücahid olan əmisi Axund Yusif Ziya Talıbzadə (1877-1923) ilə fəxr edir, mənsub olduğu şəcərəylə öyünürdü. O, sələfləri kimi türk olmağıyla, türklük uğrunda mübarizə aparmağıyla şərəf duyur bunun qürurunu yaşayırdı.

Kamal müəllim səbrin, dözümün, ədalətin, təmizliyin simvolu idi. Kiməsə yarınmaq üçün hansı zəif bir yazıyasa imza atması, kimisə vəzifəsinə, məqamına görə tərifləməsi, eyni zamanda köməyə, arxaya ehtiyacı olanları taleyin ümidinə buraxması onun şəxsiyyətinə, həyat meyarlarına yad yabançıydı.

Kamal Talıbzadə Azərbaycan filoloji fikrini yarım əsrdən artıq bir dövr ərzində özünün təkrarsız araşdırmaları, tədqiqatları tapıntıları ilə məşğul etmişdir. O, iyirminci yüzil Azərbaycan ədəbi-estetik fikrinin görkəmli nümayəndələri olan Məmməd Arif, Məmməd Cəfər, Həmid Araslı, Mir Cəlal, Feyzulla Qasımzadə, Cəfər Xəndan, Əli Sultanlı, Əkbər Ağayev, Əziz Mirəhmədov kimi ədəbiyyatşünas alimlərlə bir dövrdə yaşamış, onlarla əlaqə ünsiyyətdə olmuşdur. Onun qələmindən çıxan yüzlərlə əsərin sətirləri arasında məmləkətini sevən bir vətəndaş alimin ürək çırpıntıları duyulmaqda, eşidilməkdədir. "Abbas Səhhət" (1955), "Qorki Azərbaycan" (1959), "XX əsr Azərbaycan ədəbi tənqidi" (1966), "Tənqidimiz haqqında qeydlər" (1967), "Ədəbi irs varislər" (1974), "Vətəndaş şair" (1975), "Sənətkarın şəxsiyyəti" (1978), "Azərbaycan ədəbi tənqidinin tarixi" (1984), "Tənqid tənqidçilər" (1989), "Seçilmiş əsərləri", 2 cilddə (1991-1994)  başqa  kitabları, çoxlu sayda məqalələri  gərgin yaradıcı əməyin bəhrəsidir.

Akademikin elmi axtarışlarının obyekti istiqamətləri müxtəlif idi, o ayrı-ayrı şəxsiyyətlər haqqında monoqrafiya  elmi oçerklər, portret yazıları yazmış, ədəbi əlaqələr tarixini araşdırmış, tənqidin müxtəlif problemlərini təhlil obyektinə çevirmişdir. Dünya nəzəri-estetik fikrinə dərindən bələd olması yazılarının elmi tutumunu təmin etmiş, analoji təhlillərə, müqayisələrə, qarşılaşdırmalara imkan yaratmışdır.

Kamal Talıbzadənin "XX əsr Azərbaycan ədəbi tənqidi" onun təkmilləşdirilmiş variantı olan "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı monumental tədqiqatları uzun illərdir ki, yalnız ədəbiyyat araşdırıcılarının deyil, ali məktəb tələbələrinin stolüstü kitabıdır. Azərbaycan ədəbi tənqidi fikrinin ilkin qaynaqlarını xalq yaradıcılığında axtaran tədqiqatçı Xətib Təbrizi, Yusif Xoylu, Eyn-əl Quzatın yazıb-yaratdığı XI yüzildən başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədərki dövrədək nəzəri-estetik düşüncənin keçib gəldiyi yolu elmi şəkildə təhlil təfsir etmişdir. Adı çəkilən araşdırmalar əslində dərslik kimi yazılmasa da, bu sahədə başqa bir tədqiqat olmadığı üçün onlara zorən istinad olunmaqdadır. Ümumiyyətlə, Azərbaycan filoloji fikrində ədəbi tənqid tarixinin bir elm kimi təşəkkülü sistem halına salınması istisnasız olaraq Kamal Talıbzadənin adı ilə bağlıdır. Onun ədəbi tənqid tarixi ilə bağlı araşdırmalarının yaranmasından uzun illər keçməsinə, yalnız ədəbiyyatşünaslıqda deyil, bütövlükdə, cəmiyyətin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verməsinə baxmayaraq indiyədək bu əsərləri əvəz edə biləcək səviyyədə yeni tədqiqatlar ortaya çıxarılmamışdır. Çünki Kamal müəllimin qələmində ədəbi tənqid tarixi elə bir səlisliklə tədqiqini tapmışdır ki, bu sahədə yeni addımların atılması olduqca ciddi araşdırmalar tələb edir.

Bir dəfə bu əsərdən söhbət düşəndə Kamal müəllim özünəməxsus şəkildə narazılığını ifadə elədi Əli bəy Hüseynzadəyə, Əhməd bəy Ağaoğluna, Əlimərdan bəy Topçubaşova qərəzli birtərəfli münasibətin dövrün ideoloji prinsiplərindən qaynaqlandığını bildirdi. Bunu da əlavə etdi ki, "o zaman Məhəmməd Əmin Rəsulzadənin adının çəkilməsi yasaq olunduğu üçün mən onun əsərlərindən parçaları müəllifin kimliyini gizlədərək, sadəcə mətbuat orqanını göstərməklə kitabıma daxil etmişəm". Bunu Kamal müəllim kimi bir alim bacara bilərdi bu cəsarət onun vətəndaşlığından irəli gəlirdi.

Başqa bir söhbətimizdə mən son zamanlar milli dəyərlərə diqqət yetirilməməsindən, lazımınca dəyər verilməməsindən şikayətlənəndə o yenə öz məntiqli cavabı ilə narahatlığa ehtiyac olmadığını bildirərək: "Dörd-beş nəfər şərəfsiz məmura görə belə bədbin düşüncələrə qapılma, milli dəyərlərə, millətini sevənlərə hər zaman qiymət verilib, bundan sonra da veriləcək, - dedi".

Kamal müəllim özünə qarşı son dərəcə tələbkar məsuliyyətli idi. Onun yazdıqları dəqiqliyi, sərrastlığı, əhatəliliyi ilə seçilirdi. Əvvəllər çap etdirdiyi bir çox əsərlərini yenidən işləmiş, onların qüsur nöqsanlarını aradan qaldırmış, təkmilləşdirmişdi. Ancaq buna baxmayaraq, bir alim kimi yazıb bizlərə əmanət qoyduqlarının heç birindən məmnun deyildi. Söhbətlərinin birində "yazdıqlarımın heç birindən razı deyiləm, vaxtım olmadı əsərlərimi ürəyimcə işləyim, həmişə tələsdim, - demişdi". İndi ölümündən sonra istər-istəməz düşünürsən: "Görən, Kamal müəllim hayana tələsirdi üçün bu qədər tələsirdi?"

Kamal Talıbzadə sağlığında məktəb yaradaraq bu məktəbə mənsub olan alimlər dəstəsi yetişdirə bildi. İndi Azərbaycan elmində onun qoyub getdiyi milli-mənəvi dəyərləri yaşadacaq, təkmilləşdirəcək, inkişaf etdirərək gələcək nəsillərə töhfə kimi verə biləcək müdavimlər nəsli mövcuddur. Bu nəslin hər bir nəfəri istisnasız olaraq akademikin himayəsini görmüşdür.

O, həyatının kamillik zirvəsində bizdən ayrıldı, ancaq bir alim ömrünün hüdudlarına sığmayan zəngin elmi araşdırmalarını millətinə əmanət qoyub getdi. Şübhə yoxdur ki, adı heç bir zaman unudulmayacaq, alimliyi insanlığı ilə yaddaşlarda yaşayacaq.

O, doğru olaraq "klassik ədəbiyyatşünaslar nəslinin sonuncu moqikanı, müasir milli ədəbiyyatşünaslıq ədəbi tənqidin patriarxı" kimi dəyərləndirilir. Patriarxların ölümü isə həmişə cəmiyyətdə doldurulması mümkün olmayan dərin boşluq yaradır.

27 yanvar 2006

 

Vaqif Sultanlı

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.23.