Milli kinomuzun Rasim
Balayev brendi
Azərbaycan kinosunun tarix adlandırdığımız Xalq artisti, "İstiqlal" ordenli Rasim Balayev kino sənətimizin nadir, əlçatmaz
incisidir. Rasim Balayev insanlıq nümunəsi olmaqla yanaşı, böyük
həyat yolu keçmiş, kamilləşmiş
bəşəri bir insandır. Azərbaycan kinosunda Nəsimi, Babək, Beyrək kimi tarixi obrazlar
yaratmış, Rasim Balayevin valehedici gözləri, əsrarəngiz
səsi, gözəl qaməti hər kəsi valeh edərək, tamaşaçı
qəlbində əbədiyaşar,
sənətkar şeir,
sənət aşiqi bizə Tanrı tərəfindən göndərilmiş
misilsiz hədiyyədir.
Səmimi, sadə obrazı, böyük zəhməti, gərgin əməyi ilə xeyli filmlərə çəkilərək, Azərbaycan
kinosunda ifa etdiyi obrazlar Azərbaycan salnaməsində
böyük izlər ilə, XX əsrin ən parlaq tarixi nümunəsidir. Kiçik yaşlarından
artıq əlifbanı
bilən, heç kimin köməyi olmadan kitab oxuyan, bütün günü dostları üçün
Rac Kapurun rollarını oynayan Azərbaycan kinosunun fenomeni Rasim Balayev məktəbdə oxuyarkən yazmağı,
saymağı, üzündən
oxumağı çoxdan
bilirdi.
Məktəb illərində Rasim
Balayevin şeir deməyi, əsərləri
məxsusi məharətlə
oxumağı ədəbiyyat
müəlliməsi Nabat
müəlliməni cəlb
etmişdi. "Uzaq sahillərdə" filmi çəkilən
zaman Rasim Balayevin 10 yaşı vardı. Filmi heyrətlə izləyib Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin
obrazını yaradan Nodar Şaşıqoğlu
sənətinin vurğunu
olan Rasim Balayev heç bilməzdi ki, illər keçəçək, Kino İttifaqının
katibi kimi onunla görüşəcək.
Rasim Balayev görkəmli dramaturq İ.Əfəndiyevin
"Sən həmişə
mənimləsən" pyesində
Həsənzadə rolunu
çox məharətlə
ifa etmişdir. Tələbə ikən universitetdə F.Şillerin
"Qaçaqlar" əsərində
Karl Moor, C.Cabbarlının "Almaz" pyesində Hacı Əhməd, H.Cavidin "Azər" poemasında Şeyx rollarına həyat vermişdir. Ulu öndər
Heydər Əliyevin söylədiyi kimi: "Tariximizin elə səhifələri var ki, onları
kinoya salmaq lazımdır... Bizim tarixi mövzulara aid filmlərimiz çox dəyərlidir. ""Məndə
sığar iki cahan, mən bu cahana sığmazam!"
- söyləyən şair
Nəsiminin tarixi şəxsiyyət, mətin
obrazını Azərbaycan
kinosuna Rasim Balayev bəxş etdi. Görkəmli kinorejissor Həsən Seyidbəyli Azərbaycan Kinosuna tarixi şəxsiyyət "Nəsimi"
obrazına Rasim Balayevi gətirməklə
böyük fenomen yaratdı. Nəsimi filminin ilk nümayişindən
sonra Rasim Balayev öz gərgin əməyi, istedadı nəticəsində
Sovetlər Birliyində
məşhurlaşır. Azərbaycan
kinosuna böyük nailiyyət gətirən görkəmli sənətkar
Rasim Balayev anamın oxuduğu məktəbə müəllim
və məktəb kollektivi ilə görüşə gələrək
hər kəsi valeh edir. Mən
də böyük sənətkar Rasim Balayevi anamın onun sənətinə vurğunluğu nəticəsində
daha da sevdim, izlədim, qəlbimdə ucaltdım.
Rasim Balayev şöhrətin zirvəsini qısa zaman kəsiyində fəth edərək, Ümumittifaq,
beynəlxalq kino festivallarının
iştirakçısı kimi
Rasim Balayev bütün ölkələri
gəzir, mükafatlara
layiq görülür
və sənətinin
vurğunu olduğu Rac Kapurla eyni
tədbirdə mükafata
layiq görülür.
"Pravda" qəzetində Rasim Balayev Beynəxalq
kino festivalının kəşfi
kimi qeyd olunmuşdu.
Sənətkar yorulmadan, usanmadan,
ardıcıl xeyli sayda filmlərə çəkilir. Xarici görünüşü ilə
də çox sevilən, sərhədləri
aşaraq, müxtəlif
ölkələrdə böyük
sevgi ilə qarşılanan Rasim Balayev Almaniya, Türkiyə, Tacikistan, Osetiya, Özbəkistan,
Moskva, Gürcüstan xarici
filmlərində çəkilərək
Azərbaycanı təmsil
etdi. Sənətini təmənnasız sevib, bütün həyatını
kinoya sərf edən Rasim Balayevin əməyi dövlətimiz tərəfindən
yüksək qiymətləndirilərək,
ona 34 yaşında Xalq artisti fəxri
adı verilib. Ölkə başçımızın
bu yaxınlarda görkəmli aktyoru "İstiqlal" ordeni ilə təltif etməsi bu diqqət və qayğının məntiqi
davamıdır. Əməkdar
incəsənət xadimi
Baba Vəziroğlu nə
gözəl söyləmişdir:
"Milli kinomuzun brendi,
simvolu Rasim olmasaydı, bu gün Nəsimi filmindən necə danışa bilərdik? Rasim Balayevin şəxsiyyətində onun
oynadığı bütün
tarixi qəhrəmanların
hər birindən bir cizgi var. İnsan bu dünyada
nə qazana bilərsə, Rasim Balayev bunların hər birini qazanıb".
Sənətkarın tələffüz
istedadı, mətin oxuma qabiliyyəti tamaşaçını valeh
edir. Onun ifasında poeziya nümunələrini dinlədikcə
insan riqqətə gəlir, sanki səmada uçur. O, öz bənzərsiz dəst-xətti, söylədiyi
şeirlərlə, oynadığı
obrazlarla bütün gənc nəsilə böyük örnək olaraq, nəsildən-nəsilə
ötürüləcək, tarixdə əbədi qalacaq.
Üzünə məndən nihan
etmək dilərsən,
etməgil!
Gözlərim yaşın rəvan
etmək dilərsən,
etməgil!
Çünki eşqin məskənidir
könlümün viranəsi,
Həsrətə anı məkan
etmək dilərsən,
etməgil!
Bütün uğurlarını Allahla
bağlayan Rasim Balayevə Ərşin sahibi hər şeyi bəxş edib: istedadı, nəcibliyi, mərdliyi, sadəliyi,vətənə
sədaqəti.
Sonda bir gənc olaraq
bildirmək istəyirəm
ki, həyat mübarizədir.
Bu mübarizədə böyük
sənətkarımız Rasim
Balayev kimi qüdrətli insanları
nümunə, örnək
götürmək əslində
işıqlı yola çıxmaqdı. Şərəf
ordenli xalq artisti Rasim Balayev
fenomenallığını onun məktəbi yaşadacaqdır və mən də bu məktəbə qoşulmaq arzusu ilə!
Günel MƏLİKLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 19 avqust.- S.3.