Şəxsiyyətin görünən və görünməyən
miqyası
Akademik
Kamal Talıbzadənin portret
cizgiləri üzərinə
Ədəbi tənqid və
ədəbiyyatşünaslığın
universal səciyyə daşıdığı
dövrdə onun məzmunu və çəkisi də hər zaman artır; XIX yüzilin sonu XX yüzilin əvvəlləri
Firudin bəy Köçərli belə
bir missiyanı həyata keçirirdi. O, təkcə ədəbi məsələlərlə
məşğul olmur,
ümumilikdə xalqın
inkişaf yolundakı
problemlərə deyinir,
cəmiyyəti gələcək
həyata hazırlayır,
bədii zövqünü
inkişaf etdirir, ədəbiyyat tarixini araşdırır, zamandaş
yazıçı və
şairlərində dünya
ədəbiyyatında gedən
prosesləri izah edir və bu
yolda hansı bir yol izlənimini
müəyyən edirdi.
Bir sözlə, ədəbiyyatşünas
və tənqidçi
həm də cəmiyyətin problemlərinə
toxunur və ədəbiyyatşünaslığı, tənqidi dar çərçivədən çıxarırdı.
Onun ədəbiyyatşünaslıqdakı
bu mövqeyi hətta bolşevik hakimiyyətinin diqqətini
çəkmiş və
ilk repressiya qurbanına
çevrilmişdi. 20-30-cu illərdə
bu yolu davam
etdirən Bəkir Çobanzadə, Əmin
Abid, Əli Nazim, Hənəfi
Zeynallı, Salman Mümtaz
kimi tədqiqatçıların
taleyi də F.Köçərlinin taleyi ilə birləşir və repressiyanın qurbanı olurlar. Doğrudur, ondan bir az
əvvəl Mir Cəlal,
Feyzulla Qasımzadə,
Həmid Araslı, Ələjdər Səidzadə,
Əli Sultanlı, Məmmədhüseyn Təhmasib,
Məmməd Arif, Mikayıl Rəfili və başqaları müəllimlərinin acı
taleyini yaşamaqdan zorla qurtulurlar. Tənqid və ədəbiyyatşünaslıqda varisçilik ənənələri
mhələ möhkəmlənməmiş
repressiya nəticəsində
onlar arasındakı əlaqə qırılmış,
necə deyərlər,
yeni nəsil kökündən,
milli elmi, ədəbi
təcrübədən ayrı
düşmüşdü. Akademik Kamal Talıbzadə
milli ədəbi tənqid
və ədəbiyyatşünaslığın
bu üçüncü
nəslinin qatarına
yaş səbəbindən
bir sonrakı onillikdə qoşulur. Qorxu və fiziki
repressiya xofunun hələ hökm sürdüyü bir cəmiyyətdə yeni nəslin
formalaşması və
inkişafı üçün
sosial, ictimai mühit olmasa da, yaradıcılıq təfəkkürünü,
milli düşüncəni öz əsərlərində
yaşadanlar arasında
Kamal Talıbzadə də
var idi. Kamal Talıbzadə
öncə atası məşhur romantik şair, yazıçı,
dramaturq Abdulla Şaiqdən
aldığı mənəvi,
ədəbi qida, xeyir-dua ilə ədəbiyyat aləminə
baş vurdu, tənqid və ədəbiyyatşünaslıq yolunu tutdu. Görünür
ki, insanın fiziki yoxluğu varislik əlaqələrinin itməsinə
səbəb olmur, bu ənənə hansısa formada yenidən doğulur, yaşayır və davam edir.
Kamal Talıbzadəni Firudin bəy Köçərlidən
gələn akademik düşüncənin yeni mərhələdəki
təmsilçisi kimi
qəbul etmək olar. Kamal Talıbzadə əsərlərinin akademizmi,
universallığı, milli düşüncəni ifadə
etməsi onu akademik ünvanına qədər gətirdi. Bir
ədəbiyyatşünasın, tənqidçinin nüfuzu
onu cəmiyyətin ən ön sıralarına gətirib
çıxardı. Akademik
ünvanı onun yaradıcılığının bütün mahiyyətini əks etdirirdi. Milli ədəbi düşüncənin
tarixini yazaraq cəmiyyətdə bu qədər nüfuz sahibi olmaq, həm
də ədəbi tənqidin və ədəbiyyatşünaslığın nüfuzunu qaldırmaq demək idi.
Kamal Talıbzadənin bütün
yaradıcılığında milli düşüncə tarixi
və xalq həyatı başlıca
yer tutur. Hələ universitet tələbəsi ikən
buraxılış işini
o dövr üçün
tabu mövzuya-"Məhəmməd
Hadi və Azərbaycan romantizmi"nə
həsr etməsi onun ədəbiyyatşünaslığın
mövcud prinsiplərinə
yeni dizayn vermək istəyindən xəbər
verirdi. O zaman Azərbaycan
romantizmi və onun nümayəndələri
ilə bağlı araşdırma aparmaq özü təhlükəli
bir iş idi. Romantizmin bir çox nümayəndələri "mürtəce
romantiklər" adı
ilə damğlanmış
və M.Hadi
də bu sıraya daxil edilmişdi. Hələ bundan sonra 10 il də istiqlal şairinin bu sıradan çıxa bilməməsi onun yaradıcılığının mahiyyətindən doğurdu.
Çünki bütün
romantiklərin yaradıcılığında
Vətən, Xalq, Millət, Hürriyyət ideyaları ana xətt kimi keçirdi. Türkçülük, turançılıq
ideyaları da romantizmin
nümayəndələrinin yaradıcılığında tez-tez səslənirdi. Ümumiyyətlə, sosrealizmdə
ikinci bir "izm"in olması məqbul hesab edilmir və tənqidi realizmdən başqa bu cür
"izm"lərin araşdırılmasına
mümkün olduğu
qədər meyil göstərilmirdi. Buna baxmayaraq,
K.Talıbzadənin namizədlik dissertasiyası
da yaradıcılığının ana xətti Vətən, Xalq, Millət olan romantizmin böyük nümayəndəsi
Abbas Səhhətin yaradıcılığı
olur. Şairin "Məsləkim tərcümeyi-halımdır"
misralarında əslində
onun mənsub olduğu xalqın tərcümeyi-halı təsvir
edilirdi. Gənc tədqiqatçı bu əsərində təkcə
şairin yaradıcılığını
araşdırmadı, həm
də onun mükəmməl tərcümeyi-halını
yazdı, şairin müasirləri, həmyerliləri,
tələbələri ilə
görüşərək külli miqdarda sənədlər, xatirələr
topladı. Bu, Azərbaycan
romantizminin görkəmli
nümayəndələrindən biri haqqında ilk elmi tədqiqat əsəri idi. Beləliklə, Azərbaycan
romantizminin tədqiqinin
yolu açılmış
oldu və bir qədər sonra Əziz Mirəhmədov Məhəmməd
Hadi yaradıcılığını
tədqiqata cəlb etsə də, dissertasiyası ləğv
olunmuşdu. İşin
çətinliyi bir də təkcə hər hansı bir romantizm nümayəndəsindən
yazılması deyildi,
ümumiyyətlə hər
hansı bir yazarın ayrıca yaradıcılığına həsr
edilmiş ilk monoqrafiyalardan
biri olmasında idi. Kamal Talıbzadənin
realist ədəbiyyatla romantik
ədəbiyyatı bir-birindən
fərqləndirmələri elmi səciyyə daşıyırdı və
ədəbi faktlar bu prizmadan yanaşırdı.
Şairin yaxın dostu M.Ə.Sabirlə
Səhhət arasında
olan sənət fərqlilikləri də buradan irəli gəlirdi. Bu yanaşma da ədəbiyyatşünaslığımızda
yeni formalaşmaqda idi.
K.Talıbzadə
realist şeirlə romantik
şeir (və şair!) arasında olan "ixtilaf"ları
da nəzəri cəhətdən
düzgün təyin
edir və mövcud ədəbi-bədii
düşüncənin sınırlarını
bəlirləməyə çalışırdı.
Tədqiqatçı Abbas Səhhəti
yalnız bir romantik şair kimi təhlil etmirdi, həm də lirik şair
olaraq görür və onun poetik
xüsusiyyətlərini açırdı. Onun təhlilində A.Səhhət
yeni ədəbiyyatın, yeni şeirin konturlarını
görən və yaradıcılığını bu istiqamətdə kökləyən, şeirlərində
milli düşüncəni əks etdirən bir şair olaraq təqdim edilir. K.Talıbzadənin
A.Səhhəti bir vətən, xalq şairi kimi təhlili onun yaradıcılığının sosrealizm metodu ilə kəsişməyən
cəhətlərini ortaya
qoyurdu. "Ayıl, ey ümməti-mərhumə
ayıl, /Ayıl, ey milləti-məzlumə,
ayıl,/Ayıl, ey bülbülü-gülzari-vətən,/Nəğmən ilə
ola bidar, Vətən" misralarının
təhlili kommunist ideologiyası altında əzilən xalqa çağırış kimi
səslənir və mövcud rəsmi ideologiya ilə heç cür uygun gəlmirdi. Bəzi ideoloji yönlərinə baxmayaraq
(40-cı illər reallığında
bu mümkünsüz
idi!), Kamal Talıbzadənin
bu araşdırması
ədəbiyyatşünaslıqda yeni bir mərhələ oldu.
50-ci illərdə K.Talıbzadə
yaradıcılığında yeni bir istiqamət açılır; Maksim Qorki
yaradıcılığı Azərbaycan ədəbiyyatı
kontekstində öyrənən
tədqiqatçı "Maksim Qorki və Azərbaycan"
(1959) monoqrafiyasını yazır.
M.Qorki yaradıcılığı
hələ XX əsrin
əvvəllərindən Azərbaycan
ədəbi mühitinə
daxil olmuş və milli bədii düşüncəyə müəyyən
təsir də göstərmişdi. Postcümhuriyyət
dövründə də
bu tendensiya davam etmiş və M.Qorki
yaradıcılığı sosrealizmin ən yaxşı nümunəsi
kimi qiymətləndirilmişdi.
Tədqiqatçı bu
monoqrafiyada M.Qorki
əsərlərinin Azərbaycan
ədəbi prosesinə
daxil olması, hansı yollarla gəlməsi, yaradıcılığında
Azərbaycan mövzusu
və mədəniyyəti,
tərcümə problemləri
kimi məsələləri
sistemli şəkildə
araşdırır. Bu araşdırmanın
əhəmiyyəti ondadır
ki, müəllif rus və Azərbaycan mənbələrinə müraciət
edərək yazıçının
xalqımızın keçmişi
və bugünü, ədəbiyyatı, mədəniyyəti
ilə bağlı fikirlərini əks etdirir. K.Talıbzadə
sonralar da M.Qorki haqqında araşdırmalarını
davam etdirərək
"Qorki haqqında məqalələr məcmuəsi"ni
nəşr etdirmişdir
(1966). Azərbaycan ədəbiyyatşünaslığında
ədəbi əlaqələr
və qorkişünaslıq
kontekstində bu araşdırmaların xüsusi
çəkisi və yeri vardır.
Hər bir araşdırıcının
özünü ifadə
etdiyi və müəyyən iz qoyduğu bir istiqamət olur. Əgər F.Köçərli
ilk dəfə özünün
iki cildlik "Azərbaycan ədəbiyytaı"
kitabı ilə milli bədii düşüncənin
tarixini və inkişaf yolunu, ayrı-ayrı şəxsiyyətlərin
yaradıcılığını araşdırırsa və
onunla ədəbiyyat tarixçiliyində yaşayırsa,
Kamal Talıbzadə də
"Azərbaycan ədəbi
tənqidi" (1965) (daha
sonra təkmilləşdirilərək
"Azərbaycan ədəbi
tənqidinin tarixi"
(1984; 2015) əsəri ilə
tənqid tarixçiliyində
yeni bir mərhələnin
əsasını qoyur.
Milli bədii düşüncənin
tarixi min illik bir dövrü aşsa da, K.Talıbzadəyə
qədər onun ədəbi-estetik təfəkkürü,
tarixi inkişaf yolu, sənət görüşləri ilə
bağlı təsəvvürlər
elə də çox deyil. Məhz onun bu araşdırmasında hətta folklor nümaunələrinin özündə
belə estetik, tənqidi fikrinin ifadə olunduğu qənaəti formalaşmışdır.
Sənət və onun gözəlliyi, bədii təsir gücü, estetik idealı, sənətkar mövqeyi, bədii sözün yeniliyi və orijinallığı
kimi məsələlər
ən qədim bədii mətnlərin tərkibində belə özünü göstərir.
Azərbaycan ədəbi
tənqidinin tarixi köklərinin zənginliyi
müəllifi qədim
və orta əsrlər ədəbiyyatını,
ədəbi prosesini sistemli şəkildə öyrənməyə imkan
verir. Azərbaycan estetik və tənqidi fikrinin ilk janrı kimi XI yüzil bədii əsərlərin məzmununu
açan şərhləri
görməsi və Xətib Təbrizi şərhlərini tənqidçi-oxucu
münasibətlərinin yeni forması olaraq qiymətləndirilir.
Kamal Talıbzadə ədəbi-estetik
görüşləri yalnız
bu janrda axtarmır, Şərqdə
çox yayılmış
bədii əsərlərə
müraciət edərək
şairin sənət
baxışlarını, poetika
problemlərini elmi-nəzəri
kontekstdə təhlilə
cəlb edir. Bu cəhətdən tənqid
tarixçisinə Xaqani
Şirvani, Nizami Gəncəvi, Əssar Təbrizi, Arif Ərdəbili, Məhəmməd
Füzuli, Nəsirəddin
Tusi, Saib Təbrizi yaradıcılığı
zəngin material verir.
Bu sənətkarların hər
birinin əsərlərində
onların sənətə
və həyata baxışının durduğu
qənaətinə gələrək
bu baxışları
sistemli şəkildə
araşdırır.
Kamal Talıbzadə realist tənqid
konsepsiyasının yaranmasını
XIX yüzilə aid edir
və A.Bakıxanov,
M.Ş.Vazehlə başlayan
maarifçi tənqidin
M.F.Axundzadə ilə
realist mərhələsinə çatır. M.F.Axundzadənin
realizm nəzəriyyəsinin
sənətə, həyata
baxışında da yer
aldığını önə
sürən tənqidçihəm
bədii yaradıcılığından,
həm də tənqidi məqalələrindən
çıxış edərək
onun sənət nəzəriyyəsinin özəyini
təşkil edən açar komponentləri faktlarla əsaslandırır.
Monoqrafiyada realizmdə
tipiklik problemi, M.F.Axundzadənin Füzuliyə münasibəti,
maarifçi realizm və realizmin əsas prinsipləri, bədii metod məsələsi, sənətin
ideyalılığı kimi
məsələlər elmi-nəzəri
həllini tapır. M.F.Axundzadənin Füzuliyə münasibətindəki
elmi həqiqət sonrakı tədqiqatçılar
tərəfindən öz
təsdiqini tapır:
"Füzuliyə münasibət
Axundov estetikasında əslində Füzulinin özündən çox
onun təsirinə, bu təsirin yaratdığı vəziyyətə
aid idi.
Kamal Talıbzadə bu monoqrafiyasında tənqid
tarixini dövrləşdirmə
məsələsini də
böyük ölçüdə
həll edir. Aydındır ki, ədəbiyyat
tarixi kimi onun tənqidi də müəyyən dövrləşdirmə mərhələsindən
keçmişdir. Bu məsələ
də Kamal Talıbzadənin
tədqiqatı ilə
elmi dövriyyəyə
daxil olur və həyata vəsiqə alır. Sonrakı araşdırmalarda
demək olar, müəllifin ədəbi
tənqid tarixi ilə bağlı bu dövrləşdirməsi
qorunub saxlanır. K.Talıbzadə təhlillərinin miqyası
və vüsəti XX
yüzilin əvvəllərindəki
ədəbi mühitdə
baş verən ədəbi hadisələri,
cərəyanları, meyilləri,
ziddiyyətləri, eləcə
də tarixin inkişaf qanunauyğunluqlarını
mövzu, problem cəhətdən
sistemləşdirərək yeni bir struktur ortaya
qoymuşdur. Sonrakı
araşdırmalar da tənqid
tarixçisinin bu sitemindən yararlanmış
və dönə-dönə
istinadlar etmişlər.
Ən maraqlı cəhət isə Azərbaycan ədəbi mühitini yaxından izləyən və çox zaman tənqid edən mühacir alim Əhməd Cəfəroğlunun
"XX əsr Azərbaycan
tənqidi" əsərinin
bəzi cəhətlərini
tənqid etməklə
yanaşı, əsəri
"türk ədəbiyyatında
hələ ələ
alınmamış ən
nazik problemlərdən
birinə təmas etməkdədir",-deyə
onu yüksək qiyməttləndirməsidir: "Rusiya idarəsi altına alınan Azərbaycanın kültür
və ekanomik həyatını genişcə
açıqlayan Talıbzadə,
eyni zamanda müxtəlif ədəbi
sahələrdə yetişən
və qələm oynadan şair, yazıçı düşünürlərə
də genişcə təmas etmiş, bir növ azəri
ədəbiyyatını və
fikri cəbhəsini tanıtmışdır". Sovetlər
Birliyini Öyrənmə
İnstitutunun dərgisində
isə Ə.Cəfəroğlu
bir qədər də irəliyə gedərək K.Talıbzadənin
bu əsərindəki
əhəmiyyəti barədə
yazırdı: "Azərbaycan
realist təqnidində rus
ədəbiyyatı xəzinəsindən
qüvvət almayan heç bir azəri yazarını"
təsəvvür etmədiyini
və rus kültür tərəflisi
olduğunu ifadə edərkən Kamal talıbzadə
adında başqa bir azəri aydını da tam əksinə
olaarq öz ana kültürünə sahib çıxmasını
tələb etməkdədir".
Kamal Talıbzadənin ədəbi,
tənqidi yaradıcılığı
zəngin, çoxçeşidli
və polifonikdir. Onun tənqidi məqalələrində çağdaş
poeziya, nəsr və dramaturgiyanın problemləri, ayrı-ayrı
şəxsiyyətləri, ədəbiyyatın ümumi
inkişaf meyilləri
tədqiq edilir. On yeddi ilə Azərbaycan Yazıçılar
İttifaqının tənqid
şöbəsinə rəhbərlik
edən tənqidçi
çoxlu tənqidi məqalələri ədəbi-tənqidi
fikri inkişaf etdirir, yeni estetik, elmi-nəzəri meyarlar formalaşdırırdı. "Ədəbi tənqidə
diqqəti artıraq",
"Tənqidçi və
ədəbiyyatşünaslarımızın
yeni nəsli", "Əvvəl
qayğı", sonra
tələbkarlıq", "Mübariz tənqidin gözəl nümunələri",
"Tənqidimiz haqqında
qeydlər", "Elmi-nəzəri
problemlərin həllinə
doğru", "Ədəbi
təqnidin hazırkı
vəziyyəti bizi təmin edirmi?", "Səməd Vurğunun ədəbi-tənqidi irsi",
"Faciə lazımdırmı?",
"Yazıçı ideyası
və təhkiyə",
"Müasir kənd
və nəsrimiz",
"Azərbaycan" jurnalı-1981",
"Poetik ilhamın özünəməxsusluğu", "Əzəl yaxşı bağlan bu torpağa sən..." və s. onlarla məqalələri çağdaş
ədəbi tənqidin
mövzu və problem mənzərəsini genişləndirir,
estetik meyarlar formalaşdırır, ədəbi
prosesin inkişaf meyillərini müəyyənləşdirirdi.
Bu gün də ədəbi tənqiddə
mövcud olan bir çox məsələləri K.Talıbzadə o zaman xüsusi
qeyd edirdi. Onun "Ədəbi tənqidimizin zəif cəhətlərindən biri
onun nəzəri yoxsulluğu və səthi olmasıdır"
fikri bu gün də qüvvədədir. Məhz
bu nəzəri zəiflik ədəbiyyatın
birtərəfli inkişafını
şərtləndirir, tənqid
estetikanın bir çox problemləri ədəbi prosesdən kənarda qalır. Tənqidin zəif damarı kimi, tənqidçinin ikinci iradı tənqidin tərifə çevrilməsidir
ki, bu da zaman-zaman ədəbi
tənqidimizin xroniki xəstəliyi kimi tənqidçinin diqqətini
çəkmişdir. K.Talıbzadə bu tənqidi yazılarında
təkcə tənqidin
nüfuzunu qaldırmaq
barədə düşünmür,
eləcə də tənqid estetikasının
prinsiplərini formalaşdırmağa
çalışır və
ədəbi prosesi
buna hazırlayırdı.
Tənqidçi eyni zamanda yazıçı qədər
həyatı bilməli,
ədəbiyyat tarixini,
fəlsəfəni, estetik
düşüncə tərzini
mənimsəməlidir. Tənqidçi
yazdığı bütün
məqalələrində bu
meyarlara əməl edir, nəzəri, obyektiv, intellektual tənqidin örnəyini yaradırdı. "Elmi-nəzəri
problemlərin həllinə
doğru" məqaləsində
isə K.Talıbzadə
ədəbiyyatşünaslığın
qarşısında duran
perspektivləri müəyyənləşdirir
və bu sahədə kök salan doqmatizm və ehkamçılığı
tənqid edird.
Kamal Talıbzadənin ədəbiyyatın
ayrı-ayrı şəxsiyyətlərinin
yaradıcılığına və müxtəlif problemlərə aid nəzəri
məqalələri ədəbiyyatşünaslığımızı
inkişaf etdirmişdir.
Bunu K.Talıbzadə
yalnız tədqiqatları
ilə deyil, ömrü boyu çalışdığı Nizami adına Ədəbiyyat İnstitutunda
şöbə müdiri
və direktor müavini kimi təşkilati məsələlərdə
yerinə yetirmiş, necə deyərlər, ədəbiyyatşünaslığın canlı klassiklərindən
olmuşdur. "Cəlil
Məmmədquluzadənin sənətə
baxışı", "Sənətkarın şəxsiyyəti",
"Nəriman Nərimanovun
ədəbi görüşləri",
"Səməd Vurğunun
ədəbi irsində
tənqid məsələləri",
"İnqilabi poeziyanın
ədəbi prinsipləri",
"Böyük ideallar
mövqeyindən", "Mehdinin yeri görsənir"
və s. məqalələrində
yazıçı şəxsiyyətlərinin
yaradıcılıq aspektini
ədəbiyyat tarixçiliyi
və ədəbi
proses kontekstindən dəyərləndirir. Bu cəhətdən
C.Məmədquluzadənin
sənətə baxışı
probleminin araşdırılması
ədəbiyyatşünasın ugurlarındandır. Onun sənətinin əsas təsvir obyektinin xalq həyatının olduğu tənqidi realizmin prinsiplərindən
irəli gəlirdi. Məqalədə C.Məmmədquluzadə realziminin
estetik tələbləri,
onun obrazları, ideyalılığı, ədəbi
dil məsələsi
elmi arqumentlərlə
əsaslandırılır.
Kamal Talıbzadə araşdırmalarında
Sabir yaradıcılığı da yetərincə tədqiq edilir, Sabir sənətinin
prinsiplərinin həyat
həqiqətinə söykəndiyi
və yeni poetik-estetik
düşüncə formalaşdırmasının
amilləri təhlil edilir.
Kamal Talıbzadənin S.Vurğunun, H.Mehdinin,
M.İbrahimovun sənət
estetikası, ədəbi
tənqidi görüşləri
ilə bağlı araşdırmaları onların
ədəbi prosesdəki
rolunu, ədəbiyyat
tarixindəki mövqeyini
müəyyənləşdirmək üçün nəzəri
nəzəri istiqamətlər
verir. Tənqidçi
S.Vurğunun ədəbi prosesə münasibəti, onun bədii ədəbiyyatın
ümumi məsələlərinə,
ayrı-ayrı problemlərinə
həsr etdiyi nəzəri məqalələrini
təhlil edərək
doğru nəticələrə
gəlir: "...tənqid
və onun ədəbi prosesdə mövqeyi haqqında şairin gəldiyi nəticələr yalnız
öz bədii yaradıcılıq təcrübəsinin
yekunu deyildi, həm də özünün tənqidçilik
təcrübəsinin bu
sahədə əldə
etdiyi nailiyyətlərin
yekunu idi". Onun gəldiyi bu qənaətlər S.Vurğun sənətinin
özünün də
dərk olunmasına imkan yaradır.
Kamal Talıbzadənin yüzdən
çox elmi məqaləsi, monoqrafik tədqiqatları Azərbaycan
ədəbiyyatşınaslıq elminin və tənqidinin inkişaf meyillərini özündə
ən yaxşı şəkildə ehtiva edir və yeni tədqiqat istiqamətlərinin
formalaşmasına təsir
göstərmişdir.
Ədəbiyyatşünaslıq bir elmdir, ədəbiyyat kimi populyar deyil,
dar bir elm sahəsidir; bu mənada, ədəbiyyatşünaslıqda,
tənqiddə populyarlıq
qazanmaq hər alimə qismət olmur. Cəmiyyətdə hər alim bu populyarlığı və
akademik nüfuzu qazana bilmir. Ədəbiyyatşünaslığın Firudin bəy Köçərli zirvəsini
yaşamaq Kamal Talıbzadəyə
də qismət olmuşdur. Akademik Kamal Talıbzadə sadə,
sadə olduğu qədər də müdrik bir ömür yaşadı. Bütün elmi erudisiyası, düşüncəsi,
həyatı, fəaliyyəti
və yazdıqları
ilə klassik akademizmin sonuncu mogikanı kimi yadda qaldı. Bu adı ona qazandıran elminin fundamentallığı,
vətəndaş və
ziyalı fədakarlığı,
şəxsiyyətinin nüfuzu
və insani səmimiliyi, tənqid və ədəbiyyatşünaslığı
zənginləşdirən əsərləridir.
Bədirxan ƏHMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 19 avqust.- S.14;15.