Müasir nəsrimizdə faytonçu tipi
Həmid Piriyevin "Neft və milyonlar səltənətinin faytonçusu" hekayəsi əsasında
XX əsrdə Bakıda neft sənayesinin intensiv artması kapitalizmin inkişafına güclü təkan oldu.
Bu səbəbdən də XX əsr Azərbaycan mədəniyyəti və
ədəbiyyatı
yeni bir intibah dövrünə qədəm qoydu.
Belə
ki, neft və milyonlar səltənəti Bakının mürəkkəb, keşməkeşli, ziddiyyətli həyat həqiqətlərinin nəzm və
nəsr əsərlərində təsviri
yaradıcı ziyalıların diqqət mərkəzində
idi.
Ümummilli liderimiz Heydər
Əliyevin
çıxışlarının birində
qeyd etdiyi kimi - "Milli özünüdərk, milli oyanış,
dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir". Məhz bu mənada İbrahimbəy Musabəyovun
"Neft və
milyonlar səltənətində", Hüseynqulu Sarabskinin "Köhnə Bakı", M.S.Ordubadinin
"Gizli Bakı", Ə.Cəfərzadənin
"Bakı-1501",
M.Süleymanlının "Eşitdiklərim, oxuduqlarım, gördüklərim", Qılman İlkinin
"Bakı
və bakılılar" və başqa
"Bakınamə"
əsərləri Azərbaycan ədəbiyyatı
tarixində
mühüm yer tutur. Xüsusilə
sovet rejiminin süqutundan sonra müstəqil,
yeni nəsr və nəzm əsərlərinin tədqiq və
təbliğinə ehtiyac duyulur. Bu mənada gənc yazıçı
Həmid Piriyevin oxuculara ərməğan etdiyi
"Neft və
milyonlar səltənətinin
faytonçusu"
hekayəsi varislik nöqteyi-nəzərindən "Bakınamənin"
yeni üslubda,
yeni tərzdə davamıdır. Məlum əsərin başlanğıcında aparıcı surət olan faytonçunun dili ilə
oxuyuruq:
"Faytonu Persidski küçəsinin
tinində,
Nevski kilsəsinin yanında saxlamışam... Faytonum yaraşıqlıdı deyə ağalar, xozeyinlər çox minir.
Çarxlarına rezin də saldırmışam, gedəndə
səs-küy salmır. Atlarım da ki, cins atlardı..."
Xalqımızın həyat və məişətində möhkəm yer tutmuş cins atlar,
fayton və
faytonçu kimi etnoqrafik yaddaşın və tarixi personajların ön planda təsviri
Həmid Piriyevin ədəbi-bədii yaradıcılığını milli tərzdə səciyyələndirən əsas amildir. "Çarxlarına rezin saldırmışam, gedəndə
səs-küy salmasın" - düşüncəsi ilə
yaşayan savadsız faytonçunun bu insanpərvər hərəkəti millətimizin yüksək mənəvi-əxlaqi
mədəniyyətinin bariz nümunəsidir.
El yaddaşının ilmələrini el ruhu ilə çözələməyi bacaran ədib qələmə aldığı dövrün ictimai-siyasi,
ədəbi-mədəni mənzərəsinin
panoramını yaradıb. Zənnimizcə, faytonçunun atların dincəlməsindən tutmuş
təmizliyinədək nəzər-diqqəti ululardan yadigar qalmış
"At muraddır" rəmzinə
əsaslanır.
Hekayədə
Murtuza ağanın prikazçının əmrlə:
"Sür Birjavoy küçəsinə... Birjavoyda yaraşıqlı binalardan birinin qabağında saxlatdırıb... sonra
gələndə yanında iki rus da vardı.
Sür qəstinə... Sabah ertədən gedərsən qəstinə... hara dedilər apararsan.
Haqq-hesabını mən verəcəyəm... indi get evə...
Axşama çox vardı,
işləyə bilərdim...
Amma qorxdum,
yolda prikazçik görər, iş əlimdən çıxar. Hazır çörəkdir də..." Bu zəhmətkeş insanın ağalarından qorxusu oxucuda təəccüb doğurmur. Çünki faytonçu, el dili ilə desək, bir parça çörəyin əsiri idi. Yazıçı faytonçunun timsalında real həyat həqiqətlərinin gerçəklik illüziyası
ilə bədii təxəyyülünü vəhdətdə təqdim edir.
Sözə son dərəcə həssaslıqla yanaşma,
sadə ifadə
ilə dərin məna və əsas mətləbin məğzini açmaq yazıçı
qələminin
uğurudur
- desək, səhv etmərik.
Hekayədə
Azərbaycan səhnəsinin unudulmaz aktyoru Məmməd Əlili ilə faytonçunun dialoqu maraq
doğurur:
"Bir dəfə Məmmədi Birjavoydakı
idarəyə aparanda soruşdum:
- Ay Məmməd, bu nə idarədi belə?
- Kinoçəkənlərin idarəsidi - "Filma"
cəmiyyəti.
- Bəs bu ruslar kimdi?
- Kino
çəkməyə
gəliblər.
- Ursiyetdə çəkə bilmirlər?
- Yox. Bizdə bir müəllim var, İbrahimbəy Musabəyov.
O bir
dənə kitab yazıb.
Adı "Neft və milyonlar səltənətində"di.
- İndi
ruslar bunu çəkəcək?"
Meydana haqlı sual çıxa bilər - kimdir İbrahimbəy Musabəyov?
Stalinizm
repressiyasının qurbanı,
yazıçı və
pedaqoq İ.Musabəyovun
bədii yaradıcılığı
XX əsr ədəbi
prosesində inkişaf
etmişdir. Həmin dövrdə ədəbiyyat
və incəsənət
xalq həyatına daha yaxın olur, ona üzvi
şəkildə bağlanır.
İ.Musabəyov həmməsləkləri kimi
həyatda fəryad edən hadisələri, xalq gerçəkliyinin ən canlı məsələlərini özünün
"Neft və milyonlar səltənətində",
"Xoşbəxtlər", "Cəhalət fədailəri",
"Gözəllərin vəfası"
kimi roman və povestlərində ustalıqla
qələmə almışdır.
İ.Musabəyov püxtələşmiş
yazıçı və
pedaqoq kimi "Məktəb" jurnalı
səhifələrində, həmçinin rus yazıçılardan etdiyi
tərcümə və
təbdil əsərlərində
XX əsr uşaq əsrinin ideya məzmununu zənginləşdirmiş,
gənc və yeniyetmə nəslə qabaqcıl əxlaqi-mənəvi
sifətlər tərbiyə
etmək məqsədini
aşılamışdır.
"Neft və milyonlar
səltənətində" romanı yazıçının
Azərbaycan nəsrinin
xəzinəsinə daxil
olan qiymətli nəsr əsərləri
sırasındadır. Əsərdə
qələmə alınan
hadisələr - Şəfiqənin
timsalında Azərbaycan
qadınına xas xarakterindəki mərdlik,
nökər Qurban kişinin maddi məhrumiyyətlərə məruz
qalmasına baxmayaraq nümayiş etdirdiyi mənəvi paklıq, insani ləyaqəti müqabilində Lütfəli
bəylərin qəddarlığı,
Cəlil ağaların
maddi və mənəvi iflası o zamankı dövrün
real həyat həqiqətləridir.
1916-cı
ildə ekranlaşdırılmış
"Neft və milyonlar səltənətində"
filmi "Pirone" qardaşlarının
aksioner cəmiyyətinə
məxsusdur. Bakı neft sahibkarlarının da
maddi cəhətdən
yaxından kömək
göstərmələri məlumdur.
Əsərin süjeti
əsasında yazılan
ssenarinin rus variantının müəllifi
A.D.Panova-Potyomkin olmuşdur. Filmin çəkilişlərində əsasən Rusiyadan gələn aktyorlar iştirak edirdi. Bu mənada Həmid Piriyevin hekayəsindəki
faytonçuya söz verək: "Hardasa ay yarım onları gəzdirdim. Şəhərdə
getmədikləri yer qalmadı. Binəqədiyə,
Balaxanaya, Zığa
da apardım...
Artistləri ruslardan seçmişdilər.
Bizimkilər az idi. Lütfəli bəyi Ərəblinski oynayırdı. Murtuza ağanın mülklərindən
biri, guya Cəlil ağanın evi idi. O evi
də çəkdilər.
Bayıl tərəfdə
xalça-palaz yuyan arvad-uşağı da çəkdilər,
qala darvazasının
yanında Qubernator bağını da çəkdilər.
...On gün Balaxanada qaldıq. Orda mollaxananı çəkdilər.
Məmməd mollaxana uşaqlarından birini oynayırdı.
...Binəqədidə nöyüt
mədəni yanırmış.
Ruslar mədəndə
baş verən yanğını da çəkdilər..."
"Neft və milyonlar
səltənətində" filmi xalqın həyatında mədəni bir hadisə kimi qiymətləndirilmişdir. Yazılan
xatirələrdən bəlli
olur ki, film uzun müddət ekranlardan düşməmişdir. Bədii
film nəinki Azərbaycanda,
hətta Rusiya və xarici ölkələrin ekranlarında
da geniş əks-səda
doğurmuşdur. "Açıq
söz", "Yeni İqbal", "Kaspi", "Babayi-Əmir"
kimi qəzet və jurnal səhifələrində film haqqında
maraqlı yazılar dərc olunmuşdu.
Əsər bu gün də öz əhəmiyyətini və
aktuallığını itirməmişdir.
Belə ki, 1980-ci ildə
Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə
"İbrahimbəy Musabəyovun
(1880 - 1980) 100 illik yubileyinin
keçirilməsi haqda
qərar verildi.
Yubiley təntənəsi yazıçının
anadan olduğu Qutqaşendə (indiki Qəbələdə) və
Bakıda təntənə
ilə qeyd edildi.
Məhz
qərara əsasən,
C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında "Neft
və milyonlar səltənətində" əsəri
əsasında "Qızıl
uçurum" adlı
bədii filmi çəkildi.
Filmin ssenari müəllifi səriştəli
qələm ustası
Mirzəağa Atəş,
quruluşçu rejissoru
Əməkdar incəsənət
xadimi Fikrət Əliyev olmuşdur. Filmdə Azərbaycanın
çox görkəmli
və qüdrətli xalq artistləri çəkilmişlər.
Azərbaycan ədəbiyyatı və
mədəniyyətində vaxtı ilə sözünü demiş və möhürünü
vurmuş sənət
fədailərinin bu gün gənc yazıçılar tərəfindən
yad edilməsi xalqımız
tərəfindən qürurverici
haldır.
Məhz
bu mənada yazıçı Həmid
Piriyevin qələmə
aldığı "Neft
və milyonlar səltənətinin faytonçusu"
əsərində mövzu
ilə tarixi hadisələrin, XX əsrin
əvvəllərində Bakının
köhnə məhəllələrinin
xatırlanması harmonik
surətdə bir-birini
tamamlayır. Hekayənin
dili aydın, səlis və canlı xalq ruhundadır.
Faytonçunun təbiətinə xas
danışıq tərzi,
Məmmədə verdiyi
suallar, qeyrətli vətən oğlu kimi qəlbinin yanğısı ("Artistləri
yalnız ruslardan seçmişdilər, bizimkilər
az idi"...) obrazın tam təbiiliyini,
xalq həyatının
ruhunu və xalq nəcibliyini ehtiva edir. Ədib
faytonçunun həyatını,
onun psixoloji sarsıntısını incə
ştrixlərlə təbii
axarda təsvir etmişdir.
Muzeyşünas alim Nuridə xanım
Bağırovanın təbirincə
desək: "O adamlar
xoşbəxtdirlər ki, onlar
ölümündən sonra
da yaşayırlar. Tarix
belələrinin ünvanını
itirmir, zaman onları qoruyaraq nəsillərdən-nəsillərə
əmanət verir".
Gənc
və istedadlı yazıçı Həmid
Piriyevin hekayəsində
repressiya qurbanı, yazıçı-pedaqoq İbrahimbəy
Mehdibəy oğlu Musabəyovun adının
xatırlanması, ədibin
143 illik (1880-2023) yubileyinə
sanki əvəzolunmaz
hədiyyədir.
Alim, tarixşünas, ədəbiyyatşünas,
şair A.A.Bakıxanovun
qeyd etdiyi kimi: "Tarix elə bir müəllimdir
ki, bəşər nəslinin
bütün nümayəndələri
onun məktəbində
keçirilən dərslərdən
faydalanır... Tarixin təsvir etdiyi keçmiş hadisələr
gələcək üçün
yol göstəricisidir".
Bununla
da "məqsədiniz ali,
niyyətiniz saf, əməliniz saleh olsun".
Gülzar
İbrahimqızı
Nizami Gəncəvi adına
Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyat
qəzeti.- 2023.- 19 avqust.- S.27.