Neftçala rayonunda Azər Turanın 60 illik yubileyi qeyd olunub
Neftçala
rayonunda "Ədəbiyyat"
qəzetinin baş redaktoru Azər Turanın 60 illik yubileyi qeyd olunub.
Neftçala
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə Neftçala rayonunda tənqidçi, publisist, filologiya üzrə fəlsəfə
doktoru, Azərbaycan Respublikası Əməkdar
Mədəniyyət İşçisi,
Azərbaycan Yazıçılar
Birliyinin və Azərbaycan Jurnalistlər
Birliyinin üzvü,
"Ədəbiyyat" qəzetinin
baş redaktoru Azər Əbilovun (Azər Turan) anadan olmasının 60 illik yubileyi qeyd olunub.
Yubiley
mərasimində Neftçala
Rayon İcra Hakimiyyətinin Başçısı
Mirhəsən Seyidov,
Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı və
Aqil Abbas, Xalq yazıçısı,
hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin
birinci katibi Çingiz Abdullayev, Ədəbiyyatşünas, tənqidçi,
filologiya elmləri doktoru Elnarə Akimova, şair, yazıçı, kinodramaturq
İlqar Fəhmi, filologiya üzrə fəlsəfə doktoru,"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu, tənqidçi,
publisist, filologiya elmləri doktoru, Azərbaycan respublikasının
Əməkdar jurnalisti,
Jurnalistikanın İnkişafına
Yardım Fondunun sədri Qulu Məhərrəmli, RİH-in
məsul şəxsləri,
hüquq- mühafizə
orqanlarının, Yeni
Azərbaycan Partiyası
Neftçala rayon təşkilatının, idarə,
müəssisə, təşkilatların
rəhbərləri, şəhid
ailləri, ağsaqqallar
və rayon ictimaiyyəti iştirak edib.
Yubiley
tədbirindən öncə
Azər Turanın ata evi Azərbaycan
Yazıçılar Birliyinin
üzvü olmuş, ədəbiyyatşunas alim,
filologiya elmləri doktoru, professor mərhum İmamverdi Əbilovun evində yerləşən şəxsi
kitabxanasını ziyarət
olunub və kitabxananın kitab fondu ilə qonaqlar tanış olublar.
Yubiley
tədbirdən yubilyarın
kitab sərgisinə qonaqlar tərəfindən
baxış keçirilib
və Azər Turan yaradıcılığını
özündə əks
etdirən videoçarx
izlənilib.
Yubiley
mərasimində çıxış
edən Xalq yazıçısı, hüquq
elmləri doktoru, Azərbaycan Yazıçılar
Birliyinin birinci katibi Çingiz Abdullayev, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, Azərbaycanda Atatürk mərkəzinin müdiri Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycanın
Xalq yazçısı
Sabir Rüstəmxanlı,
Milli Məclisin deputatı, yazıçı,
Azərbaycan Respublikasının
Əməkdar Jurnalisti
Aqil Abbas, filogiya üzrə fəlsəfə doktoru,"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu, Ədəbiyyatşünas,
tənqidçi, filologiya
elmləri doktoru, Nizami Gəncəvi adına İnstituun və Ədəbiyyat qəzetinin şöbə
müdiri Elnarə Akimova, tənqidçi, publisist, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının
Əməkdar jurnalisti,
Jurnalistikanın İnkişafına
Yardım Fondunun sədri Qulu Məhərrəmli yubilyarın
həyatından və
fəaliyyətindən, Azər
Turan yaradıcılığından
və şəxsiyyətinin
bəzi məqamlarından
söz açıblar,
onunla olan xoş xatirələrini bölüşüblər və
yubilyarı xoş sözləri ilə təbrik ediblər.
Yubileydə
çıxış edən
Neftçala RİH-in
başçısı Mirhəsən
Seyidov bildirib ki, Azər Turan
imzası ilə ictimai və elmi mühitdə mühüm mövqeyə
malik ədəbiyyatşünas,
tənqidçi və
yazıçıdır. Azər
Turan, xüsusilə Cavidlər ocağının
mənəvi varisi olaraq tanınır və o Hüsni-xuda şairi Hüseyn Cavid, Cavid əfəndi, İrfan çobanı, Cavidnamə,
Hüseyn Cavid, Əbədi Turan, Turan Cavidin son
söhbəti, son yaşantıları, son günü, Ərtoğrul
Cavidin bütün əsərləri: yazıları,
rəsmləri, bəstələri,
məktubları, Mişkinaz
Cavid. Cavid haqqında xatirimdə qalanlar kimi ciddi elmi əhəmiyyətə
malik əsərlərin
müəllifidir. RİH-in
başçısı bildirib
ki, Azər Turan həm də Türk dünyasının birliyinə,
turançılığa xidmət
edən görkəmli
fikir adamları haqqında çoxsaylı
əsərləri ilə
elmimizə və ictimai fikrimizə xidmət edib, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu,
Məhəmməd Hadi,
Bəkir Çobanzadə,
Ömər Faiq Nemanzadə və başqa şəxsiyyətlərlə
bağlı qiymətli
əsərlər yazıb.
Neftçala RİH-in
başçısı 60-cı doğum günü qeyd olunan Azər
Turanı yubileyi münasibətilə təbrik
edib və gələcək fəaliyyətində
uğurlar arzulayıb.
Yubilyar
Azər Turan çıxış edərək
anadan olmasının
60 illik yubileyiin Rayon İcra Hakimiyyəti tərəfindən
yüksək səviyyə
qeyd edilməsi və ona göstərilən
yüksək ehtirama görə Rayon rəhbərliyinə, təbdirdə
iştirak edən qonaqlara və Neftçala rayon ictimaiyyətinə öz təşəkkürünü bildirib.
Tədbirin sonunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yubilyara fəxri fərman və xatirə hədiyyəsi təqdim edib.
Ədəbiyyat qəzeti. 2023.
2 dekabr, ¹ 46. S. 19.