Ednews.net-in Mərkəzi Asiya üzrə müxbiri Şöhrət Barlas AYB-nin fəxri üzvü seçilib

 

Özbəkistanlı yazıçı-publisist, araşdırmaçı-jurnalist Ednews.net-in Mərkəzi Asiya üzrə müxbiri Şöhrət Barlasa Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvlük vəsiqəsi təqdim edilib.

Ednews-un verdiyi xəbərə görə, AYB sədri, Xalq yazıçısı Anar fəxri üzvlük vəsiqəsini Şöhrət Barlasa təqdim edib.

Anar Şöhrət Barlası təbrik edib, ona gələcək həyatında uğurlar aruzlayıb:

"Əziz, Şöhrət biz, sizi kitablarınızdan tanıyırıq. Şəxsən mən sizin kitablarınızı böyük maraqla oxumuşam. Bəzilərindən istifadə etmişəm öz yazılarımda. Çünki Azərbaycanın haqlı mövqəyini, həqiqətini yazmısınız. Ona görə sizin bu işlərdə böyük xidmətləriniz var".

Ş.Barlas da öz növbəsində Anara minnətdarlığını bildirib:

"Həyatımdakı ən bəxtiyar günü yaşayıram. Özbəkistanda ən sevilən Azərbaycan yazıçısınız. Siz dahi insansınız".

Anar Şöhrət Barlasın Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini ifadə edib ona Yazıçılar Birliyinin tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə BAMF prezidenti Umud Mirzəyev iştirak edib.

Qeyd edək ki, Salamov Şuhrat Nəsir oğlu BARLAS yeganə Özbəkistanlı şəxsdir ki, illərləAzTV”, “İctimai TV”, “Lider TV”, “Xəzər TV”, “CBC TV” digər informasiya-analitik resurslarda Qarabağ haqqında verilişlərin yaradılmasına birbaşa ekspert-məsləhətçi olaraq köməklik göstərmişdir. Eyni zamanda, yeganə Özbək müəllifdir ki, Qarabağ müharibəsinin mənşəyinin tarixi, etnik münaqişə müharibənin nəticələri ilə bağlı dünyanın müxtəlif media resurslarından özbək, azərbaycan, türk, rus ingilis dillərində 1000-dən çox məqalə dərc etdirmişdir. İkinci Qarabağ müharibəsi zamanı o, 44 gün ərzində sosial şəbəkələrdən dünyanın müxtəlif media resurslarından çox sayda video kontentlər yaradaraq nümayiş etdirib.

O, həmçinin 2015-ci ildən beynəlxalq informasiya agentliyi «EURASIA DIARY»-nin Mərkəzi Asiya üzrə xüsusi müxbiri kimi Özbəkistan Azərbaycan arasında dostluq qardaşlığın möhkəmləndirilməsi missiyasını yerinə yetirir.

­­­­

Ədəbiyyat qəzeti. – 2023. – 2 dekabr,¹ 46. – S. 14.