Sor baxışlarımdan
Necə inandırım
axı de səni,
Acizsə dilimdə
sözlər, kəlmələr.
Tez-tez andıdırsan dərdli dünəni,
Allahım, ağlından
keçir gör nələr.
Nədən köklənmisən
belə əhvala,
Artır, tükənmir
ki sorğu-sualın.
Yaman meyllisən çox qalmaqala,
Düşüncəm: - "Fənadır
bax bundan halın".
Bir az səbrin olsun, nə olar, dinlə
də,
Danışım, biləsən
yoxdur günahım.
Birgə qərar
verək düz, təmkinlə də,
Bitə şübhələrin,
bitsin vay, ahım.
Kiməm səndən
ötrü, bilirsən
bunu,
İtirmək qorxusu varmı canında?
Mənimçün əvəzsiz bil olduğunu,
Vallah, yanılırsan
zənn-gümanında.
Bəlkə oxuyasan baxışlarımdan,
Saysız çox
sorğuna dürüst
cavabı.
Bəxş edə ruhuna baxışlarım
dan,
Qova köksündəki
dərdi, əzabı.
Çoxdur naşükür
Saysız dünyamızın
naşükürü çox,
Hərə taleyindən
bir cür narazı.
Deyinir, ətrafda
nəsə yaxşı
yox,
Varsa da, düşübmüş
ona ən azı.
Görmür Günəşimiz,
Ayımız eyni,
Eyni Yer kürəsi məkanımız
da.
Görünür qüsurlu
dərkində beyni,
Fərqli istəklərdir
cəm qanımızda.
Var ki elələri,
nəfsindən yana
Bilmərrə unudur insanlığını.
Quduz canavartək susamış qana,
Qazana, dalayır
solu, sağını.
Haqq-hesab çəkməkdən ayılmır
başı,
Görə ətrafında
gözəllikləri.
Batsa bir qəpiyi, çatılır
qaşı,
Əsir dil-dodağı,
əsir əlləri.
Yaşamır, günləri
ötürür hədər,
Dilində kiməsə
qarğış, nifrini.
Çalıb-çapmağında gözləmir
qədər,
Lazımlı tək birə, götürür
mini.
Bizlərə yaradıb
Tanrı hər nə var,
Yetər hamımıza
vallahi, gen-bol.
Təəssüf, ruhumuz çox-çoxda kor, kar,
Tutmur şükrümüzlə
haqqa tərəf yol.
Yox həvəsim
İçindəki nifrətini,
kinini,
Tök üstümə,
rahatlatsın bu səni.
Arxam düşdü,
ürəyincə söy
məni.
Düşünmə ki, bundan
coşum, ya əsim,
Yox ruhumda əvəz çıxmaq
həvəsim.
Dostlarınla çəkilməklə
xəlvətə,
Meyllisən ondan-bundan
qeybətə.
"Torba tikmək" işin-gücün
əlbəttə.
Diksinmə yox, onda gəlsə ün, səsim,
Yox ruhumda əvəz çıxmaq
həvəsim.
Ürək sıxmaq
soy-kökündən vərdişin,
Xeyirliyə deyil yönlü bir işin,
"Zay ünsürü" bu zamanın, gərdişin.
Tanımağım belə
yetər, bil bəsim,
Yox ruhumda əvəz çıxmaq
həvəsim.
Harda olsan, yaradırsan qalmaqal,
Çox adidir səndən ötrü, bax bu hal,
"Dabanında yox, görmüşəm
paslı nal".
Nə mənası,
qulağını mən
kəsim,
Yox ruhumda əvəz çıxmaq
həvəsim.
Vecsiz gəldin,
beləcə də dünyadan
Köçəcəksən lənətlənib
ay "insan",
Ağlın var ki, deyəm
düşün, dur, dayan.
Anlayasan-"bax,
du düzüm, bu tərsim",
Yox ruhumda əvəz çıxmaq
həvəsim.
Tələs
Peyğəmbər deyilik nə sən, nə də mən,
Yəqin ki, az, ya çox günahımız
var.
Onda arxayınıq onda bəs nədən,
Onları yumağa
vermirik qərar?
Hərdən dilimizdən
çıxan sözlərə
Diqqət yetirməyib
qəlb incitmişik.
Əyriyə düz deyib, əyri düzlərə,
Nəsə qazanc çıxa, hey cəhd etmişik.
Bəlkə, ehtiyatsız
davranmağımız
Yandırıb-yaxıb da olub kimləri.
Nəşəli, sevincli,
kefli halımız
Yaradıb çoxunda
qəmli dəmləri.
Mümkün, nəfsimizə
olmağımız ram,
Azdırıb, düz
yoldan sapdırıb bizi.
Hansısa istəkdən
almağımız kam,
Silib adımızdan neçə təmizi.
Eh, sayım birbəbir? - Yetər məncə, bəs,
Biləsən boynunda nə qədər bu yük.
Tələs, yaxşı
işlər görməyə
tələs,
Adi yox, cəhdinlə böyükdən
böyük.
İnan ki, gecdir,
gec dünəndən
bu gün,
Eləcə olacaq, bu gündən sabah,
Savab qazanmaqla silkin büsbütün,
Tökülsün üstündən
hesabsız günah.
Yaxşılıq etməyi bacarıram
Artır pisliklərin
mənə sayını,
Köksümə qəm,
qüssə, kədər
layını!
Sanma, verrəm əvəz, eynən payını...
Qürrələn, beləcə
öz kefini çək,
Yaxşılıq etməyi
bacarıram tək!
Səndə başqa
xislət, fərqli xislətim,
Barəndə saf, təmiz ən xoş niyyətim,
Olmaz arxanca yox, boş qer-
qeybətim.
Buna zərrə qədər etmə şübhə, şəkk,
Yaxşılıq etməyi
bacarıram tək!
Qaraya ağ deyib, ağa zil qara,
Bədliklə səbrimi
hey çəkdin dara,
Layiqsən başını
vuram divara!
Qorxma, baxma mənə çaş ürkək- ürkək,
Yaxşılıq etməyi
bacarıram tək!
Hələ havalısan,
minib kor atı,
Köndələn çapmaqla
kefli həyatı.
Yaşa hə, hələlik bax, bu ovqatı.
Vallah, belə
getməz, pozar, qan, fələk,
Yaxşılıq etməyi
bacarıram tək!
Kimliyin ortada aydın, aşikar,
Barəndə vaxt gələr, verər el qərar.
Onda da dinmərəm,
kor tək, sanki kar...
Yetər yanlışını
eyləyəsən dərk,
Yaxşılıq etməyi
bacarıram tək!
Taleyindən küsmə
Taleyindən küsmə
yox, gileylənmə bu qədər,
Şükründə ol ömrünün ötən
hər bir anının.
Ürəyinə toplayar beləliyin qəm, kədər,
Durma qəsdinə, durma öz ruhunun,
canının.
Səntəklərin dünyada
sayı yoxdur, hesabı,
Çətinliklə arayan çıxış yolu özünə.
Deyənlər var, bağlanıb
onun haqdan kitabı,
Həm düşənlər
uğurun dərkdən
gələn izinə.
Var elələr,
"çaş-baş"lar, hara gəldi tutan yol,
Təkrarlanan səhvlərin
axarında üzən
hey.
Sevinc görmür
azacıq, əndişəsi
olur bol,
Sərxoşlartək dolanır,
sanki içən şərab, mey.
Kəslər də çox "olmuşla",
"olacaqla" barışan,
Məlul durub dayanıb döyən hər dəm gözünü.
Eləsi də, hikkəylə düşünmədən
danışan,
"Haqqımı
ver" bağırıb
deyən hədyan sözünü.
Nağıllara uyan da deyil ki az, vallah
yox,
Cənnət həzzi
yaşayan əzabında
xəyalda.
Qamarlayıb yığanlar,
aza qane, nəfsi tox,
Yaxşılığa köklənən
yaşamında hər
halda.
Sənsə ayrı
bir aləm, öz istəyin, diləyin,
Duyğun, hissin, düşüncən, dərkin,
ağlın, kamalın.
Laqeydliyə daşıyar
varlığını gileyin,
Bu, boynuna özündən böyük
günah-babalın.
Günahsızıq
Nə səndə
günah var, nə də ki məndə,
Bu da ömrümüzün
tale sınağı.
Sevib durmalıyıq
aralı, gendə,
Heçdən eşitməyək
eldən qınağı.
Hicran da olacaq,
həsrət də şəksiz,
Amma olmayacaq ümid vüsala.
Məhkumuq qalmağa
dərdlə köməksiz,
Ağrıda çarəmiz
dalmaq xəyala.
Mənasız belədə
havayı söz-sov,
Nəyi dəyişəcək,
söylə, de nəyi?
Bu nakam sevdaya qəlbimiz girov
Düşməkdən heç-puçsa
istək, diləyi.
Susaq, sakit duraq, kədərlə, qəmlə
Qolboyun yaşayaq
bu halı səssiz.
İztirab kökslərə
edəndə həmlə,
Acılar olacaq sonsuz, qədərsiz.
Boyun əyməiiyik bax, bu qismətə,
Qalmaqla "olsaydı,
olardı"larla.
Bu eşqi qurbanlıq biz ləyaqətlə
Edək gəl,
gəlmişəm belə
qərara.
Nə səndə
günah var, nə də ki məndə,
Bu da ömrümüzün
tale sınağı.
Sevib durmalıyıq
aralı, gendə,
Heçdən eşitməyək
eldən qınağı.
De də
Düşünürsən barəmdə
nə?-
bu sual
Üzür, sıxır,
bax yaradıb dərdli hal.
Din də, nə olar, deyilsən
ki axı lal,
Yalvarımmı dönə-dönə
hey sənə?!
Ürəyindən gələn
sözü de mənə
Gərək deyil artıq, əskik kəlmə, yox,
Xoş görünə
ordan-burdan gəlmə,
yox,
Deyib, sonra baxıb yana gülmə, yox,
Boş, özünü
salmamağa çətinə,
Ürəyindən gələn
sözü de mənə.
Heç olmasın
zərrə bəzək-düzəyi,
Olsun saf, pak, məna, məzmun özəyi,
Bilim odur hiss-duyğunun öz rəyi.
Təkcəcə tək
hakim ruhun qəlbinə,
Ürəyindən gələn
sözü de mənə.
Eləsi ki, baxışından
oxuna,
Köksümdəki "sarı
sim"ə toxuna,
Uyğulara, xəyalına,
yuxuna
Qarışanı, salan səni sehrinə,
Ürəyindən gələn
sözü de mənə.
Demirəm ki, onu bənzət nağıla,
Fikir söylə heç gəlməyən
ağıla,
Qorxursanmı dinsən
"dünya dağıla".
Yandım, bunda çətin nə var, axı nə?
Ürəyindən gələn
sözü de mənə.
Nəcməddin MÜRVƏTOV
Ədəbiyyat qəzeti. – 2023. – 2 dekabr,
¹ 46. – S. 23.