Tapılmaz göz deyən sözün misali
Üzümə bir ilıq nəfəs toxundu,
Kəpənək əsdirən mehin
misali.
Sənin
yanağında o bir damla yaş,
Lalə
ləçəyində şehin
misali.
Yaşanan ömrümüz xatirələrdi,
Gah acı, gah şirin yuxu misali.
Ürəkdə nə qədər
yara yeri var,
Namərdin atdığı oxun
misali.
Keçdiyimiz yolun sonu yaxında,
Mənzilə yetişən karvan
misali.
Biz də dövran sürdük, fələk
yazanı,
Yazısı pozulmaz dövran
misali.
Rişəsi torpaqda ağac kimiyik,
Ötən hər gün düşən yarpaq misali.
Əbədi yanan yox, ulduz da sönür,
Hər yanan sönəcək, çıraq misali.
İnsan
var, dəyərsiz, şər
dağarcığı,
Ayağa
dolaşan daşın
misali.
Nə qədər dost-tanış
tərk edir bizi,
Ucaraq dönməyən quşun
misali.
Ürəyə can verən başqa
məlhəm yox,
Məhəbbətlə baxan gözün misali.
Gözün dediyini söz deyə bilməz,
Tapılmaz göz deyən
sözün misali.
20.10.2023
Fərhad
Əzizbəyli
Ədəbiyyat
qəzeti. – 2023. – 2 dekabr, № 46. – S. 27.