Yolçu
Xəyal
yolçuluğu ruh əzabıdı,
Uzatma
qovğanı, davanı,
yolçu...
Gözüm
yollarımın ilk vağzalıdı,
Üfüqə
yazılıb ünvanı,
yolçu...
Bir
xiffət yol kimi gözə sığanda, -
Gözümdən
çıxıram yola
çıxanda,
İki əl olaram sənin yaxanda...
Başlaram
səninlə qovğanı,
yolçu...
Olubsa bu yolu gedən, izi yox,
Bircə
ocaq tüstüsü,
bir od közü
yox.
Eh,
bu yolçuluğun söhbət-sözü yox,
Hanı
bəs bu yolun sarvanı, yolçu?
Kim
görər yapışsa
bu yerlər göyə?
İgid odur yol gedəndə iz qoya...
Hələ çoxmu
qalıb sonu görməyə?!
De kimə tutmusan divanı, yolçu?
Cığırlar şiş
dağlı, dərin
dərəli,
Gedirəm, üfüq
də gedir irəli...
Nə qədər
dolanım dəli-sərsəri,
gəl göstər
bir isti yuvanı, yolçu...
Yarımçıq nağıl
Hər ömür
bir yuxu, bir nağıl olur.
Hər insan bi nağıl qəhrəmanıdı...
Yarımçıq nağıllar
- yarımçıq ömrün,
qırıq talelərin
son dastanıdı...
Çıx get, istəyirsən,
geri baxmadan,
hər şey necə varsa, qoy elə qalsın...
Sən məni
düşünmə, mndən
uzaqda,
bir səadət varsa, qoy sənin
olsun...
Taleyin hökmüdür,
müxtəlif səmtə
-
ayrı tərəflərə
yürüyək gərək...
Dil töküb, mən səni salmaram bəndə,
biz ayrı yollarla yeriyək gərək...
Birgə olmağımız
qismət deyilsə, -
sən orda, mən burda qalaq, nə olar...
Bu sənə səadət gətirə
bilsə, -
mənə yaşamağa
bəhanə olar...
Arzular - sərsəri,
qolsuz-qanadsız,
taleyə təzə
nağıl olacaq...
Bu zalım dünyada səni ünvansız
buraxmaq qəlbimə
ağır olacaq...
Səndən yoxdu
Bu dünyada qızlar çoxdu...
Təkcə gözəl,
səndən yoxdu.
Mənim səntək
qibləgahım,
sənin məntək
bəndən yoxdu...
Mən sənin
daş ürəyinə
necə yol tapım, bilmirəm...
Fərhad kimi dağmı yarım,
qayamı çapım,
bilmirəm...
İstəyin can almaqdısa,
mən bir cansız daş olaram...
Fikrin Leyli olmaqdısa,
Məcnuna sirdaş
olaram...
Qəlbimdə çatrdığın
odun,
dönmüşəm pərvanəsinə...
Oda düşüb
qoşulummu
yananların cərgəsinə?
Bir az dəyiş... gülüm
sənsiz
xoşbəxt bir növrağım yoxdu...
Sənin məndən,
mənim səndən
isti bir ocağım yoxdu...
Qaldı
Getdin çoban
köçündə,
gözüm yolunda qaldı.
Hirsim ovcum içində,
xəncərim qında
qaldı.
Ölmək gəlmir
eynimə.
Əl qatma köynəyimə.
Yaxamdan qopan düymə
sənin yaxanda qaldı.
Dərd - çəkmə
ayağımda,
büdrədi ayağış
da...
xətam ağırlığımda,
-
yerin oxunda qaldı.
Ömrün xəzan
fəslinin,
qurulmayan qəsrimin,
həsrətimin rəsminin
rəngi yoxunda qaldı.
Dərd çəkdirmək
yamanmış
Ahın dağlara
dəydi, yar,
Od oldu, yandırdı məni...
Zaman qəddini əydi, yar,
ümid ovundurdu
məni...
Bir yaman gözlə baxışdım,
sevgim
nifrətə qarışdı...
Yaxın
bildim, dərd danışdım,
faş
etdi, sındırdı
məni...
Bir tərs oyun olsa qayə,
Şübhə edərsən
hər şeyə...
Eniş, yoxuş
keçsin deyə
Səbrim usandırdı
məni...
Sona gölü bəyənməmiş,
qartal torpağa
enməmiş,
təp-təzə ay görünməmiş
təqvim dayandırdı
məni...
Həyat nədi,
qismət nədi?
İnkar etmək
- bəhanədi...
Dərd qanmayan
- divanədi,
tənən utandırdı
məni...
Ümid - tükənmiş
zamanmış,
darda dilənən amanmış...
Dərd çəkdirmək
nə yamanmış,
ah-nalən qandırdı məni...
Elman İskəndər
Ədəbiyyat qəzeti.
– 2023. – 2 dekabr, ¹ 46. – S. 28.