Uşaqların sevimlisi, hüquqşünaslıqdan
imtina edən, "Belçikalı
Uilyam Şekspir" ləqəbli Nobel mükafatçısı
- Yazıçı Moris
Meterlink
Moris Meterlink "fəlsəfi nağıllar"la
oxucuların dərin rəğbətini qazanmışdı.
Oxucular ona ləqəb də tapmışdılar: "Belçikalı
Uilyam Şekspir". Onun yaradıcılığı
fransız simvolistlərinin
təsiri altında olmuş, ona görə də əsərləri çoxlarını
valeh edən okkult və mistik təsvirlərlə
doludur. Yazıçının
pyesləri, şeirləri
və esseləri ölümündən illər
keçsə də, oxunaqlı olaraq qalır.
Moris Meterlink 29 avqust 1862-ci ildə Belçikanın Gent şəhərində
anadan olmuşdur. Gələcək yazıçı
varlı Flamand ailəsindən çıxıb.
Atası Polidor notarius, anası Matilda Kole
Fransua varlı bir vəkilin qızı idi. Morisdən başqa, cütlüyün daha üç övladı
var idi: Oskar, Ernest və
Mariya.
Uşaqlıqda Moris Meterlink vaxtının çoxunu Gent və Terneuzen şəhərlərini
birləşdirən kanalın
sahilində yerləşən
Ostaker qəsəbəsində
keçirirdi. İlk təhsilini
evdə almış və 1874-cü ildən
1881-ci ilə qədər
Meterlink Gentdəki Müqəddəs Barbara Cizvit
Kollecində oxumuşdur.
Artıq həmin illərdə Moris poeziya ilə maraqlanmağa başlamış,
Emil Verhaern və Corc Rodenbahla eyni kollecdə oxumuş, onlar da Meterlink kimi yazıçı olmuş
və Belçika ədəbiyyatını bütün
dünyada şöhrətləndirmişdilər.
Sonradan hər üçü ikrahla universitet illərini xatırlamalı olmuşdular.
Orada Moris ömrünün sonuna qədər kilsəyə
və dinə olan hər cür
hörmətdən məhrum
olmuşdu. Lakin kollecdə
o, hər ikisi şair olan Şarl van Lerberq və Qreqori Le Roy ilə dostluq edirdi.
Morisin ədəbiyyata
həvəsli olmasına
baxmayaraq, atası onun Gent Universitetinin Hüquq fakültəsinə
daxil olmasını təkid edirdi. Meterlinkin şeirlərinin
ilk nəşrləri bu
dövrə təsadüf
edir ki, bu da fransız simvolizminin ona güclü təsirini göstərirdi.
Şeirləri Belçika
"Gənc Belçika"
jurnalının səhifələrində
dərc olunmuş, Belçika poeziyasının
inkişafında mühüm
rol oynamışdır.
1885-ci ildə diplomunu alan Moris Parisdə altı aylıq təcrübə keçmiş
və bu səfər, nəhayət,
Meterlinkin gələcəyini
müəyyənləşdirmişdir. Onu öz çevrəsinə
qəbul edən məşhur simvolist şairlər Stefan Mallarme və
Auqust Vilye de Lisle-Adam ilə görüşərək,
dərhal ən yüksək ədəbi dairəyə daxil olmuşdur.
Meterlinkin yaradıcılığının
birinci dövrü simvolist dünya konsepsiyasının və
simvolist poetikanın formalaşması ilə bağlı olmuşdur. Onun "Günahsızların
qırğını" ("Le Massacre
des innocents", 1886) hekayəsi XVI əsrdə hollandiyalı
rəssam Pieter Brügel
Elder tərəfindən eyniadlı
rəsm əsərini
sözlə ifadə etmək üçün unikal cəhd kimi qiymətləndirilir. Brügel kimi, Meterlink də Hollandiya kəndinə hücum edən ispanların amansızlığını
təsvir edərək
bibliya hekayəsini konkret tarixi dövrə köçürmüşdür.
Eyni zamanda, təsvir edilən hadisələrin nəhəngliyi
povestin ehtirassız tonu ilə kəskin
şəkildə ziddiyyət
təşkil edirdi.
Gentə qayıdan
M.Meterlink bir müddət hüquqşünas
kimi fəaliyyət göstərib. Amma ədəbi
yaradıcılığa daha
çox fikir verirdi. 1889-cu ildə onun "İstixanalar"
- ilk poeziya toplusu
("Serres chaudes")
nəşr olundu. Kolleksiyadakı şeirlər
aydın olmayan işarələr, simvollar
və qeyri-adi obraz birləşmələri
ilə doludur. Həmçinin 1889-cu ildə
Moris Meterlink ilk pyesi olan "Şahzadə Malen"i nəşr etdi. O, bu əsəri Qrimm qardaşlarının
"Malenin qulluqçusu"
nağılı əsasında
yazmışdır. Nağıldan
fərqli olaraq, Meterlinkin oyununda adi xoşbəxt sonluq yoxdur. "Şahzadə Malen"in sonu baş qəhrəmanın
ölümü ilə
bitir. Əsərdə
yaxşılığın şər üzərində
qələbəsi, yalnız
əxlaqi xarakter daşıyır. Eyni zamanda, sadəlövh Maleni bir növ
sirr müşayiət
edir, izahı faciəli sonluqda izah edilmir. Bu qəhrəman Meterlinkin dramaturgiyasında "Xəbərdarlıq"
adlanan serialda varlığın sirlərinin
açıldığı, lakin onları aça bilməyən birincisidir.
Meterlinkin dəhşətli
nağıl əsəri,
ilk vaxtlar, oxucular arasında böyük tələbat qazanmırdı.
Ümumilikdə, on beşə
yaxın kitabı satılmış və müəllif daha çoxunu dostlarına hədiyyə etmişdir.
Lakin 1890-cı il avqustun 24-də Fransanın "Le Figaro" qəzetində
yazıçı Oktav
Mirbonun Meterlinkin pyesinə baxış yazısı dərc olundu. Fransız yazıçısı "Şahzadə
Malen" haqqında həvəslə danışaraq,
Moris Meterlinkin "zəmanəmizin ən parlaq əsəri"ni yaratdığını yazırdı.
Bu icmal az tanınan belçikalı
yazıçının əsərinə
diqqət çəkdi.
Emil Verhaern Meterlinkin pyesinə də belə cavab verdi: "Ədəbiyyatımızda
indiyədək heç
vaxt hamılıqla qəbul ediləndən bu qədər müstəqillik, özümüzü
bütün buxovlardan
azad etmək üçün belə qızğın bir arzu olmamışdı".
"Şahzadə
Malen"nin gözlənilməz
uğuru Meterlinkə hüquq praktikasını
əbədi tərk etməyə və özünü tamamilə
ədəbi yaradıcılığa
qərq etməyə imkan verdi. Onu
da qeyd edək ki, Meterlink əsərlərini
fransız dilində yazıb.
Moris Meterlinkin daha da tanınmasına onun "kiçik dramları"nın istehsalı
çox kömək etdi: "Çağırılmamışlar"
("L'Intruse", 1890), "Korlar" ("Les Aveugles",
1890), "Yeddi şahzadə"
("Les Sept Princesses", 1891) kimi pyeslər xüsusilə qeyd edilməlidir. Bu pyeslərdə süjetin inkişafında heç bir dinamizm yoxdur,
personajlar hərəkətlərində
özlərini heç
bir şəkildə göstərmir, labüd yaxınlaşan taleyin onlara nə gətirəcəyini həlimliklə
gözləyirlər. Meterlink
bu əsərlərində
daima artan narahatlıq və qorxu mühiti yaratmışdır. Meterlinkin
personajları bir müəmma ilə baş-başa qalır, onların taleyində heç kimin mahiyyətini dərk edə bilməyən sirli qüvvələr hökm sürür.
1892-ci ildə M.Meterlink ona Belçika və Fransadan kənarda da geniş şöhrət gətirən "Peleas və Melianda" ("Pelleas et Melisande") beşpərdəli dramını
yaratdı. Bu dram Klod Debüssi, Jan Sibelius və
Arnold Şonberq kimi bəstəkarların musiqi
əsərlərinin yazılmasına
ilham vermişdir.
Simvolist olan M.Meterlink əsərin simvolizmi ilə oynamağın daha asan olduğunu düşündüyü kukla
teatrında gücünü
sınamaq qərarına
gəldi. 1894-cü ildə
kuklalar üçün
üç pyes yaratdı: "Alladina və Palomed", "Orada, içəridə",
"Tentajilin ölümü"
(Aladine et Palomides,
İnterieur və La Mort de Tintagiles).
Bu üç pyesdə
yazıçının ilk dramatik əsərlərinə
xas olan faciəvi ab-hava artıq yoxdur. Bu əsərlərlə Meterlink
öz fəlsəfəsindən
tədricən uzaqlaşmağa
başladı, ona görə hər şey insanın müqavimət göstərə
bilmədiyi gözəgörünməz
və ölümcül
qüvvələr tərəfindən
idarə olunur.
Moris Meterlink ədəbi işinin ilk dövrünü Belçikada
keçirib. Yazıçının
məmləkəti olan
Gentin ab-havası onun əsərlərinin əhval-ruhiyyəsinə də
təsir etmişdir. Qotika kilsələri, əzəmətli orta əsr qəsri, uçuq-sökük evlər,
dar xiyabanlar və qaranlıq kanallar - şəhərdə
hər şey qədimliyin izini daşıyırdı.
1895-ci ildə Meterlink iyirmi üç il onun yoldaşı olmuş fransız aktrisası və opera müğənnisi
Georget Leblank ilə tanış oldu. Onunla birlikdə
Gentdən əbədi
olaraq ayrıldı və Fransaya köçdü. Bu andan yazıçının yaradıcılığının
mistisizmdən tədricən
uzaqlaşması ilə
səciyyələnən ikinci
dövrü başlamışdı.
Meterlinkin yeni əsərləri
artıq tam ümidsizlik
hissini ifadə etmir və onun
pyeslərinin əsas personajlarını çətin
ki, iplərlə çəkilmiş
kuklalar adlandırmaq olardı.
Yazıçının yaradıcılığında
yeni mərhələ 1896-cı ildə "Aqlavain və Seliset" pyesi ilə başladı. Meterlinkin digər əsərləri
kimi bu tamaşanın
da xoşbəxt sonluğu
yoxdur. Tamaşanın
baş qəhrəmanı
Seliset ölür, lakin bu, insan
talelərinin naməlum
hakiminin deyil, sevgi uğrunda özünü qurban verən qəhrəmanın
öz işidir.
1899-cu ildə
"Ariane et Barbe-Bleue" pyesi
nəşr olundu. Yazıçı yenidən
nağıl süjetinə
keçdi: bu dəfə Meterlink Çarlz Perronun "Mavi saqqal" nağılından ilhamlanmışdı.
XIX əsrin sonu və XX əsrin birinci onilliyində Moris Meterlink metafizik esse və traktatlar
üzərində işləməyə
başladı. 1896-cı ildə
onun "Təvazökarların
xəzinəsi" ("Le Tr?sor des humbles") traktatı
çıxdı ki, bu
da Meterlinkin "statik"
"sükut" (və
ya "gözləmə")
teatrının poetikasını
ortaya qoyurdu. 1898-ci ildə yazıçı
bilik və etika problemlərinə dair bir sıra
fəlsəfi esselərin
başlanğıcını qoyan "Hikmət və tale" ("La Sagesse
et la destin?e") əsərini
nəşr etdirdi.
1900-cü ildə Meterlink
"Arıların həyatı"
("La Vie des abeilles") əsərini
nəşr etdirdi. Sonralar, o, dəfələrlə
təbii fəlsəfi
xarakterli kitablar yazmış, burada həşəratların və
bitkilərin həyatının
incə müşahidələri
ilə insan cəmiyyətinin inkişafı
haqqında düşüncələrdən
ayrılmazlığını ifadə etmişdir. Bunlar "Çiçəklərin
zəkası" ("L'Intelligence
des fleurs", 1907), "Termitlərin həyatı" ("La Vie des termites",
1926), "Qarışqaların həyatı" ("La") əsərləridir.
1902-ci ildə Meterlink XV əsrin sonunda Pizada baş verən "Monna
Vanna" tamaşasını yaratdı. 1903-cü ildə
"Müqəddəs Antuan
möcüzəsi" ("Le Miracle de
Saint Antoine") pyesi - müasir
dünyaya bir satira çıxdı. Elə həmin il sevginin ən yüksək, eqoist olmayan formasından, fədakarlıqdan bəhs
edən "Joyzel"
pyesi yaradıldı.
1907-ci ildə Moris Meterlink Georgette Leblank ilə birlikdə Normandiyada məskunlaşaraq qədim
Sent-Vendriya Abbeyini öz evinə çevirdi. Məhz 1908-ci
ildə o, yaradıcılığının
zirvəsi sayılan
"Mavi quş"
("L'Oiseau bleu")
ekstravaqanzasını yazdı.
"Göy quş" müəllifin
bir neçə nağıl motivlərinin
təfsiridir ki, onun əsas məqsədi insanın həqiqətə
və xeyirxahlığa
aparan çətin yolundan bəhs olunur. Hətta Meterlinkin "kiçik dramları"nda uşaqlar
rassionallıq və xeyirxahlıq üçün
qeyri-müəyyən ümidin
simvolu kimi çıxış edirdi.
Mavi Quşda həqiqəti tapmaq üçün Berilyune Pərisinin etibar etdiyi uşaqlardır. Yuxuda odunçunun övladları Tyltil və Mytil xəstə
qonşu qıza lazım olan Göy quşu tapmaq üçün heyrətamiz bir səyahətə çıxmalı
olurlar.
Əsərdə pərinin
onlara verdiyi sehrli almazın köməyi ilə əşyaların mahiyyətini
görə bilirlər,
uşaqlar əşya
və elementləri canlandırır, ev heyvanları danışmağa
başlayır. İşıq
ruhunun rəhbərliyi
altında elementlərin,
əşyaların və
heyvanların ruhları
ilə birlikdə uşaqlar səyahətə
çıxırlar. Tamaşanın
qəhrəmanları axtarışlarında
Xatirələr yurdundan,
Gecələr Sarayından,
Meşədən, Qəbiristanlıqdan,
Nemətlər bağlarından
və Gələcəyin
səltənətindən keçirlər.
Uşaqlar bir çox maneələri dəf etməli, xəyanətlə üzləşməli,
həyatlarını riskə
atmalıdırlar. Səyahət
zamanı Tyltil və Mytil üçün
bir çox həqiqətlər açılır,
onlardan biri, bəlkə də, ən vacibidir: xoşbəxtlik onun axtarışındadır.
Moris Meterlink 1911-ci ildə Nobel mükafatına
layiq görüldü.
Mükafat ona "çoxcəhətli ədəbi
fəaliyyətinə, ilk növbədə
isə, təxəyyül
zənginliyi və poetik fantaziyanın qüdrəti ilə diqqəti çəkən
dram əsərlərinə görə" verilmişdi.
Maraqlıdır ki, İsveç
Akademiyasının daimi
katibi K. Virsen Meterlink yaradıcılığında,
əslində, zəif
əsər kimi qiymətləndirilən "Aqlavena
və Selizetta" dramını fərqləndirmişdi.
Bir sıra həmkarları
kimi, Meterlink də mükafatın təqdimat mərasimində
iştirak edə bilməmişdi. Onun diplom və medalı Belçikanın
Stokholmdakı səfirinə
təqdim olunmuşdu.
Fransızca yazan Moris Meterlinkə Fransa Akademiyasına üzvlük təklif edilmişdi. Lakin bunun üçün Belçika
vətəndaşlığından çıxmaq tələb
olunduğunu öyrəndikdən
sonra, müəllif bununla razılaşmamışdır.
Hazırladı: Tural CƏFƏRLİ
Ədəbiyyat qəzeti.
– 2023. – 2 dekabr, ¹ 46. – S. 29.