Hansı kitab mütləq
oxunmalıdır?
Yazarlar arasında ədəbi sorğu
Rüstəm Behrudi:
"Bir türk aydını üçün
Türklərin yaradılış
dastanı".
Etimad Başkeçid:
"Açığı,
bu sula cavab
verməyə çətinlik
çəkirəm. Çünki
hara çevirsən, bir
növ məsləhət
kimi çıxır.
Amma yenə də deyim. Yalnız bir kitabdan söhbət
gedirsə, bu bədii əsər olmazdı. Bədii əsərdən danışırıqsa,
Heminqueyin kitablarını
oxuyardım. "Xeyir"
və "şər"
arasında dəqiq demarkasiya xətti çəkmədiyinə, yarımtonlarına
və dərin psixologizminə görə.
Bir də ona görə ki, Heminqueyin əsərlərində "tikiş
yerləri" görünmür
- hər şey kənardan sadə görünür, amma yalnız kənardan. Çünki o, virtuoz sənətkardır və
bu şəkildə yalnız o yaza bilir. Bizim yazarların
ən xəcalətli
tərəfi budur: sənətkarın harda gücə düşdüyünü,
harda xoruz buraxdığını, hansı
hoqqalardan çıxdığını
o dəqiqə hiss eləyirsən.
Heminqueydə hər şey bulaq suyu kimidir, zahirən
rəngsiz, amma ləzzətli. Bundan başqa Heminquey çox azsaylı böyük sənətkarlar
kimi, hansısa insanın əhvalatını
yazmır, o, insan tiplərini, onların xarakterini yazır. Bu isə xüsusi qabiliyyətdir və hünər istəyir.
Heminquey və onun bütün yaradıcılığı qanana
böyük bir örnək və ibrət qaynağıdır:
yazıb tarixdə qalmamaqdansa, yazmayıb tarixdə qalmamaq yaxşıdır. Bu kiçik
həqiqət nə şəkildəsə bizim
insanımıza əyan
olsaydı, heç kəsin oxumadıgı mənasız kitablar yazıb, təşəxxüs
satmazdı".
Fəxri Uğurlu:
"Yaş dövründən asılıdır.
Uşaqlar üçün
bütün dünyada
tanınan uşaq ədəbiyyatı nümunələri
var. Məsələn, Mark Tvenin
əsərləri, "Başsız
atlı", "Üç
müşkütyor", Jül
Vernin əsərləri,
Robinzon Kruzo, "Qulliverin səyahəti",
Stivensonun, Rodarinin əsərləri və
s. Bunları hər bir uşaq oxumalıdır.
Böyüklərə gəlincə
burada siyahı çox uzundur. Ancaq məsələn, Lev
Tolstoy mütləq oxunmalıdır.
Oxunması vacib olan müəlliflər kitabla maraqlanan hər kəsə aşağı-yuxarı bəllidir".
Cavanşir Yusifli:
"Rilkenin yazdığı hər şey, Hüqo "Səfillər", Dino Busatti
"Tatar çölü".
Azad Qaradərəli:
"Hansı
kitab mütləq oxunmalıdır?"
sualı bir qədər mediativ cavab tələb edir, əslində. Yəni, birbaşa cavab doğru olmazdı. Çünki zamana görə cavab dəyişə bilər. Məsələn,
qədimlərdə səmavi
kitablar haqqında
"mütləq oxunmalı"
hökmü var idi.
Bir daha qeyd edirəm ki, bu sual bir
qədər zamanla bağlıdır. Məsələn,
80-90-cı illərdə bu
sualın yekdil cavabı, yəqin ki, Sabir
Rüstəmxanlının "Ömür kitabı"
ola bilərdi. Müstəüilliyimizin
ilk illərində bu sualın yekdil cavabı M.Ə.Rəsulzadənin
"Əsrimizin Səyavuşu"
ola bilərdi. Sovet dönəmində paradoksal
olsa da, "Hophopnamə"
və Leninin əsərləri dəbdə
idi...
Bəs bütün
zamanlar üçün
mütləq oxunmalı
kitab hansı ola bilər
suzlının cavabı
mənim üçün
Nizaminin "Xəmsə"sidir.
Zənnimcə, hər
bir azərbaycanlının
mütləq oxumalı kitab odur. Hətta bütün Şərq dünyasında
Nizami qüdrətdə
ikinci şair olmadığından Şərq
xalqlarının hamısının
oxumalı kitabdır
"Xəmsə". Unutmayaq
ki, Göte də daxil, bir sıra
qərb mütəfəkkirləri
Nizamiyə yüksək
qiymət vermişlər.
Bir sıra Avropa yazarları, cümlədən
Fridrix Şiller
"Turandot Çin şahzadəsi"
(əslində, turandot
- turan qızı deməkdir) əsərinin
süjeti Nizaminin
"Yeddi gözəl"
poemasından alınmışdır.
Habelə italyan bəstəkarı Puççininin
dünyaca məşhur
"Turandot" ("Turan qızı")
operası da eyni mənbədən qidalanaraq
ərsəyə gəlmişdir
və sair və ilaxır...
Bir sözlə, bütün zamanlar üçün Azərbaycan
oxucusunun oxumalı olan kitabı Gəncəli Nizaminin
"Xəmsə"si olmalı".
Varis:
"Kazuo İşiquronun
"Günün qalanı"
romanını deyərdim.
İnsan özünə
bələd olmadan, özünü tanımadan
yaşayır və özünə yad bir işlə məşğul
olur. Beləcə ömrünü bada verir.
Bir gün silkələnib ayılmalı,
"mən kiməm və yolum haradır"
deməli, öz həqiqətini tapmalıdır".
Qismət:
"Don Kixot",
"Səfillər", "Karamazov qardaşları", "Anna Karenina" və s."
Mübariz Örən:
"Bir kitab demək
çətindir. "Quran, İncil, "İliada",
"Odiseya", "Dədə
Qorqud", "Don Kixot",
"İlahi komediya",
"Nizami: "Xəmsə",
Füzulinin əsərləri,
Hüqo - "Səfillər",
Tolstoy -"Hərb və
sülh", Dostoyevski
"Cinayət və cəza", "Usta və Marqarita", Heminquey "Qoca və dəniz", Markes "Yüz inin tənhalığı",
"Gün var əsrə
bərabər", "Lolita" kimi əsərləri mütləq oxumaq gərəklidir".
Alpay Azər:
"Qurani-Kərim".
Nicat Həşimzadə:
"Hər bir Azərbaycan gənci mütləq Məmməd Orucun "Köçürülmə" romanını oxumalıdır.
Bu kitab bizim yaddaşımızdır,
taleyimizdir. Bu əsər
əsasında çox
əla film çəkmək
olar".
Hazırladı: Oğuz AYVAZ
Ədəbiyyat qəzeti.
– 2023. – 2 dekabr, ¹ 46. – S. 32.