BDU-da Xalq
yazıçısı Anarın
85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
Bakı Dövlət
Universitetinin (BDU) İnformasiya
və sənəd menecmenti fakültəsinin
təşkilatçılığı ilə Xalq yazıçısı
Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və
oxucu məmnunluğu”
mövzusunda respublika elmi konfransı keçirilib.
Bu barədə
AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Xalq yazıçısı Anarın
həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş
olunub.
Sonra BDU-nun sosial məsələlər, tələbələrlə
iş və ictimaiyyətlə əlaqələr
üzrə prorektoru Əliş Ağamirzəyev
Anarın yaradıcılığından
və ictimai fəaliyyətindən danışıb,
Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin yazıçının
ədəbi-bədii irsinə
yüksək dəyər
verdiklərini, onun dövlətimizin ən ali mükafatları ilə təltif olunduğunu qeyd edib: “Bu gün Xalq yazıçısı
Anarın yubileyinə
həsr olunmuş konfransın BDU-da keçirilməsi
heç də təsadüfi deyil. Anar müəllimin həm özü, həm də övladları universitetin
məzunlarıdırlar. Hesab
edirəm ki, konfransının
adı və elmi istiqamətləri doğru müəyyən
edilib. Anar yaradıcılığı ilə
ölkəmizdə mütaliə
mədəniyyətinin, oxucu
zövqünün formalaşmasına,
eləcə də kitabxanalarımızın fondlarının
inkişafına mühüm
töhfələr verib”.
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti
akademik İsa Həbibbəyli
Anarın yaradıcılığı,
nəsrindəki çoxşaxəli
istiqamətlər, əsərlərinin
obrazlar sistemi barədə danışıb:
“Anarın yaradıcılığı
möhtəşəm azərbaycançılıq
abidəsidir. Onun keçmiş mətnlərə
yeni nəfəs vermək
məharətini yüksək
qiymətləndirirəm. Anar
müəllim əvvəlki
əsərlərinin motivlərinə
bir daha qayıtmaqla həmin əsərləri daha da dərinləşdirir”.
Azərbaycan Milli Kitabxanasının
direktoru professor Kərim
Tahirov, BDU-nun Türk filologiyası kafedrasının
professoru, Milli Məclisin
deputatı Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının
sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin
katibi İlqar Fəhmi çıxışlarında
Anar yaradıcılığının
çoxtərəfli istiqamətləri
və məziyyətləri
barədə danışıblar.
Plenar iclasda
BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Anar yaradıcılığı
və oxu mədəniyyəti” mövzusunda
məruzə edib.
İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı
Ələmdar Cabbarlı
qeyd edib ki, 2 gün ərzində konfransda Xalq yazıçısı Anarın
çoxşaxəli yaradıcılığı
barədə, eyni zamanda, sənəd və informasiya menecmenti, informasiya logistikası, mütaliə
mədəniyyəti, oxucu
zövqü, oxucu məmnunluğu, kitab sənayesi,
müəlliflik hüququ
və əlaqəli hüquqlar kimi sahələr üzrə ümumilikdə 40-dan çox
məruzə dinləniləcək,
müzakirələr aparılacaq.
Azərbaycan Yazıçılar
Birliyinin sədri Xalq yazıçısı
Anar Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
rəhbərliyi ilə
qazandığımız tarixi
Zəfərdən bəhs
edib: “Özümü
çox xoşbəxt
hesab edirəm ki, ölkəmizin gözəl
günlərinin şahidi
oldum, Qarabağın azadlığını, Şuşamızı
görə bildim. Bugünkü xoşbəxtliyimizin
təməli Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulub.
Prezident İlham Əliyev
bu təməllər üzərində Azərbaycanı
daha qüdrətli ölkəyə çevirdi”.
Xalq yazıçısı
konfransın təşkilatçılarına,
çıxış edənlərə,
bütün iştirakçılara
təşəkkürünü bildirib: “Məzunu olduğum doğma Bakı Dövlət Universitetində yubileyimə
həsr olunmuş yüksək səviyyəli
elmi konfransın keçirilməsi mənim
üçün çox
əlamətdardır. Hesab
edirəm ki, universitetin
kollektivi və tələbələri ilə
görüşlərimiz bundan
sonra da davam edəcək”.
Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr,
¹ 46. - S. 3.