Gözü yolda qalan  "Divani-bacı"

 

Azərbaycan tarixinə taleyüklü əlamətdar hadisələrlə yazılmış 2023-cü ildə düşmən əsirliyində qalmış torpaqlarımızın bir qismi azadlığına qovuşdu. Dövlətimizin tam müstəqilliyi ərazi bütövlüyü bərpa olunduqdan sonra keçən illər ərzində vaxtilə adlarını çəkmək belə qadağan edilmiş, əsərləri yandırılmış, məhv edilmiş neçə-neçə alim, yazar siyasi xadimlərimizin həyatı, vətəndən didərgin düşdükdən sonrakı fəaliyyətləri axtarılıb araşdırılmış, arxiv kitabxana köşələrində qorunub-saxlanmış bir qisim yazıları tapılmış onların geniş ictimaiyyətə tanıdılması, öyrənilməsi işində mühüm addımlar atılmışdır. Lakin təəssüf ki, hələ qərib ömrü yaşayan ədəbi yaradıcılıqlar, Azərbaycan bədii düşüncə örnəkləri qalmaqdadır.

Nisgilli taleyi ilə Azərbaycan ədəbiyyatının qadın şairələri arasında əfsanələşmiş, həyatının az qala, bütün mərhələ olaylarına aid rəvayətlər yayılmış Ağabəyim ağanın könül yaşantılarını əllərinin hərarəti, qələminin təması ilə canına çəkmiş, yurdundan-yuvasından qərib düşmüş doğma torpağın həsrəti ilə hansısa, arxiv kitabxana rəflərində saralıb-solan, tariximizin hansısa, qaranlıq səhifəsinə, bilmədiyimiz bir olaya işıq tuta biləcək o qərib Divan - "Divani-Bacı" bizləri gözləyir.

Ağabəyim ağanın həyat yaradıcılığı haqqında yazmaq fikrimiz yoxdur, əslində hələ ki yazılası bir şey yoxdur bu mövzuda yeni bir söz demək hələlik mümkün deyil. Onsuz da mətbuat elmi dərgilərdə, kitablarda xanım şairənin haqqında yazılanların da hamısı bir-birinin təkrarıdır təkrarı təkrarlamaq fikrindən uzağıq. Amma tədqiqat mövzumuz olan XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı bəzi məlumatları dəqiqləşdirmək məqsədilə incələməyə çalışdığımız farsdilli mənbələrdə Ağabəyim ağa haqqında indiyədək Azərbaycanda yazılmış ( bizim tanış olduğumuz) məqalə yazılarda qeyd edilməmiş bir faktla qarşılaşmağımız bu yazını yazmağa bizi sövq etdi.

İlk öncə, Ağabəyim ağanın adı ilə bağlı bir detala aydınlıq gətirək. Elmi publisistik məqalələrdə şairənin adındakı "ağa" sözü, bəzən mürəkkəb söz kimi bitişik, bəzən isə titul kimi ayrıca yazılır. Çox güman ki, "ağa" titulu Azərbaycanda əsasən, kişilərə verildiyindən (Ağa titullu qadınlar da kifayət qədərdir), şairənin adındakı "ağa"nı bitişik yazıb mürəkkəb isim kimi işlədirlər. Ancaq qeyd edək ki, "ağa" sözü ərəb əlifbasının hərfləri ilə iki cür yazıla bilir - "aqa" "ağa". Birinci halda, yəni söz "qaf"la yazıldıqda titul kişilərə, "ğayn"la yazıldıqda isə qadınlara aid edilir. Bu qayda adın birinci komponentindəki "ağa" sözünə aiddir.

Məlumdur ki, indiyə kimi poeziya antologiyalarında Ağabəyim ağanın bir neçə bayatısı təkbeytləri təkrar-təkrar dərc olunmuşdur. Çünki başqa şeirlərini əldə etmək mümkün olmamışdır. Onların da bəzilərinin məhz Ağabəyim ağaya mənsub olması şübhəlidir. Lakin təbii ki, şairənin Divanının ola biləcəyi ehtimal edilirdi.

Farsdilli mənbələrdə Ağabəyim ağa ilə bağlı məqalələrdə onun "Divani-Bacı" adlı əsərinin olduğu yazılır: "Əsəre vey "Divane-Bacı" əst" ("Divani-Bacı" onun əsəridir) (https://tehrannameh.com/list/). Lakin, təəssüf ki, Divanın harada saxlanıldığı, vəziyyətinin necə olması barədə hələlik məlumat əldə etmək mümkün olmadı. Bunun üçün İrandakı, daha dəqiq desək, Tehrandakı şairənin ömrünün son günlərini yaşadığı Qumdakı kitabxanalarda işləmək, axtarış aparmaq lazımdır.

Qeyd edək ki, İran tarixinə aid kitablarda - Mirzə Fəzlullah Şirazi Xavərinin ikicildlik "Tarixe-Zolqərneyn" əsərində, təzkirələrdə - Əli Əkbər Moşir Səliminin "Zənane-soxənvər", Mirzə Fəzlullah Şirazi Xavərinin "Təzkireyi-Xavəri", Məlikül-Küttab Şirazi ləqəbli Məhəmməd bin Məhəmməd Rəfinin "Təzkirətül-xəvatin", Məhəmməd Həsən Xan Etimad üs-Səltənənin "Kitab-i Xeyrat-i Hisan" toplu antologiyalarında Ağabəyim ağa haqqında məlumatlara rast gəlinir.

Bu məlumatların da əksəriyyəti bir-birini təkrar etsə , bizim üçün yeni sayıla biləcək bilgilərə rast gəlirik. Məlumdur ki, Ağabəyim ağa qardaşı Əbülfət xanla birlikdə girov olaraq İrana göndərilmişdir. Əbülfət xan da şeirlər yazmışdır. Onun əsasən, "Tuti" təxəllüsü ilə şeirlər yazdığı qeyd edilir. Yeri gəlmişkən, qeyd edək ki, bəzən tərcümə olunmuş yazılarda, məsələn, "Danişməndani-Azərbaycan"ın Azərbaycan dilindəki nəşrində yanlış olaraq, "Tuti" təxəllüsü Ağabəyim ağaya aid edilir. Belə ki, "Danişməndani-Azərbaycan"ın orijinalında oxuyuruq: "Ağabəyim - moləqqəb be Ağabacı həmşireye Əbülfəth xan motəxəlles be Tuti səbiyyeye-mərziyyeye-İbrahim xan Cavanşir əst" (Məhəmmədəli Tərbiyət. "Daneşməndane-Azərbaycan", Tehran: 1313. səh. 8). Tərcüməsi: "Ağabacı ləqəbli Ağabəyim Tuti təxəllüslü Əbülfət xanın bacısı İbrahim xan Cavanşirin gənc gözəl qızıdır". Əsərin Azərbaycan dilindəki nəşrində isə oxuyuruq: "Tuti" təxəllüslü, Ağabacı adı ilə məşhur olan Ağabəyim Əbülfət xanın bacısı, İbrahimxəlil xan Cavanşirin qızıdır" (Bakı: 1987. səh. 20-21). Qeyd edək ki, Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin" təzkirəsində Əbülfət xan "Tuti" təxəllüsü ilə anılmış həmin təxəllüslə yazdığı qəzəli adıçəkilən mənbədə yer almışdır. Farsdilli mənbələrdə Əbülfət xanın "Məlumi" (sözün farsca yazılışında "mim"dən sonra "ayn" yoxdur. Yəni "mə`lum" sözünün yazılışından fərqlidir) təxəllüsü ilə şeirlər yazdığı da qeyd olunur. "Xeyrat-i Hisan" "Təzkirətül-Xəvatin"ə istinad edən "Zənane-soxənvər" müəllifi yazır: "Ağabəyim - moləqqəb be Ağabacı həmşireye Əbülfəth xan motəxəlles be (Məlumi) doxtəre-İbrahim xan Cavanşir Şuşa bude ke be həmşəriye Fətəli şah Şəhriyar Qacar dər aməde əst" (Əli Əkbər Moşir Səlimi. "Zənane-soxənvər", Tehran: 1335. səh. 6). Tərcüməsi: "Ağabacı ləqəbli Ağabəyim Məlumi təxəllüslü Əbülfət xanın bacısı, İbrahim xan Cavanşir Şuşanın qızıdır ki, Fətəli şah Şəhriyar Qacara ərə gəlmişdir".

Professorlar Tahirə Məmməd Raqub Kərimovun Qarabağ ədəbi mühiti ilə bağlı 1905.az saytında "Bizim Şuşa - on ikinci söhbət"ində Ağabəyim ağanın övladlarının olması ilə bağlı fikir bildirilib: "Keçən il Ağabəyim ağanın Avropada yaşayan nəticələrinin Türkiyədəki müsahibəsinə qulaq asdım. Onlar deyirdilər ki, biz həm qarabağlıyıq. Bizim ulu nənəmiz Ağabəyim ağa, babamız isə Fətəli şah olub" (https://1905.az/bizim-susa-on-ikinci-sohbət/). Mənbələrin yekdilliklə verdiyi məlumata görə, Ağabəyim ağa ilə Fətəli şahın evliliyi ancaq formal olub bu olayın müxtəlif variantlarda təsvirini verən rəvayətlər mövcuddur (bu rəvayətlər çox geniş yayıldığı şairə ilə bağlı, demək olar ki, bütün yazılarda yer aldığı üçün burada verməyə ehtiyac görmürük). Bəs onda yuxarıdakı faktı necə izah etmək olar?! Fikrimizcə, "Təzkireye-Xavəri"də onu eynilə təkrarlayan "Tarixe-Zolqərneyn"də bu suala cavab tapa bilərik. Ağabəyim ağadan əsərin üçüncü fəslində - "Həzrəte-şahənşahe-sahibgeranın", yəni Fətəli şahın zövcələri bölümündə bəhs edilən hər iki mənbənin yazdığına görə, övladı olmayan Ağabəyim ağa Fətəli şahın oğlu şahzadə Keykavus Mirzəni övladlığa götürmüş onun tərbiyəsi ilə özü məşğul olmuşdur ("Tarixe-Zolqərneyn", II cild. Tehran: 1380. səh. 1043). Hətta bəzi məqalələrdə Ağabəyim ağanın Fətəli şahın bir qız bir oğlan övladını şəxsən, özü tərbiyə etdiyi sonra da onları qardaşının qızı oğlu ilə evləndirdiyi, beləliklə , həm gəlinə, həm damada sahib olduğu da yazılır. Belə olduğu halda, demək ki, Fətəli şahın özlərini, həm qarabağlı adlandıran övladları - varisləri, həqiqətən, həm Qarabağ xanlığının varisləri olurlar.

"Tarixe-Zolqərneyn"də "Təzkireyi-Xavəri"nin müəllifinin Ağabəyim ağanın vəfatı münasibəti ilə yazdığı onun Qumdakı xeyriyyə işlərindən bəhs edən, ən əsası isə, adıçəkilən təzkirədə olmayan bir qitəsi yer almışdır:

 

Dünya şahının zövcəsi həzrət Ağabacı,

O ki, dünya şahının hökmü ilə Quma hakim idi.

O mülkdə çox işlər gördü, abadlıq etdi.

Qumun dərəcəsi doqquz fələyi ötdü.

Məscid, mədrəsə, bazar, ribat hamam

O qədər tikdi ki, fələklər onda azdılar.

Qulamları qapısında şir kimi idi,

            onların qəmindən

Fələyin şiri yerə enib quyruq bulayırdı.

O qədər dindar idi ki, bu dünya ilə düşmən idi.

Şəninə olan sitayişə

            Furqanla (Quranla) məlhəm edirdi.

O Şuşa xanının qızı ki, cəlalının çoxluğundan

İran şahının xanımı olmağa məhrən olmuşdu.

Şahın ona məhəbbəti inayəti çox idi,

Hər ikisi - birincisi,

            Adəm ikincisi, Həvva olmuşdu.

Bütün dünya ona həsəd gözü ilə baxırdı,

Pis göz dəydi o, xalqın gözündən itdi,

O günəş qığılcım kimi kəcavəsini yığışdırdı.

Onun qaranlığında yeni ay da görünməz oldu,

Bilirsənmi, əbədi fələyin rəngi niyə göydür?

Onun yasında öz paltarını küpə saldığı üçün.

Xavəri onun vəfat tarixinin ardınca yazdı:

Ağabəyimin yeri cənnət mülkündə olsun.

 

Fətəli şahla ailə münasibətlərinin alınmamasına rəğmən, bütün mənbələrdə Ağabəyim ağanın şahın qəlbində özəl yeri olduğu qeyd edilir. Hətta "Təzkirətül-Xəvatin" (V. 12) "Xeyrət-i Hisan" (V. 12) təzkirələrində yazılıb: "Xaqan tez-tez deyirdi ki, bu qadınla birlikdə xoş vaxt keçirməkdən çox məmnunam".

Bu məqalədə əsas məqsədimiz elmi ictimaiyyətin diqqətini XIX əsr Azərbaycan şairəsi Ağabəyim ağa Ağabacının "Divani-Bacı" əsərinə onun əldə edilməsinin vacibliyinə çəkmək idi. Ümid edirik ki, dövrün xüsusilə, Qarabağ ədəbi mühitinin tədqiqatçıları bu istiqamətdə araşdırmalarını davam etdirəcəklər.

 

Təhminə Bədəlova

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,

Fililogiya üzrə fəlsəfə doktoru, dosent

 

Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 7.