Bəslər məni
sənin sevdan,
əlimi tutduğum zaman...
1950-ci illərdə
Edip Cansevər, Camal Sürəya, Ece Ayxan kimi şairlərin
başlatdığı "İkinci Yeni" adlı ədəbi
cərəyanın ən məhsuldar üzvlərindən olan
türkiyəli şair Ülkü Tamerin bir neçə
şeirinin dilimizə uyğunlaşdırılmış
variantını təqdim edirik.
Gecə yarı
Gecə
yarı, qaranlıqda
suya
atdım mən səsimi.
Türkü
oldu birdən-birə
dənizindən
keçən gəmi.
Gecə
yarı, qaranlıqda
gülümsədim
buluda mən,
Saçlarına
düşən yağış
göy
qurşağı oldu
birdən.
Gecə
yarı, qaranlıqda
ulduz
tutdum göy üzündə.
İşığını
sənə verdim,
bir
gül açdı ürəyində.
Yuxu
Mənə
çiçək göndərmə,
bir
quş ağacı göndər.
Budaqlarında
gəzsin
kül
rəngli göyərçinlər.
Qonsunlar
yastığıma,
yatızdırmaqçün
məni.
Bellərində
quş tükü,
dimdiklərində
nənni.
Qaldırıb
yatağımı
uçursunlar
göylərə,
Özümü
ulduzlarda
görüm
mən, birdən-birə.
Mənə
çiçək göndərmə,
bir
quş ağacı göndər.
Alnıma
toxunanlar,
"yaxşılaşıb"
desinlər.
Ağı
Bu
torpaqda qalır adın
toxumların
arasında.
Yaşılında
tarlaların,
başaqların
sarısında.
İllər
keçsə də, aradan,
Qopar,
gələr bulaqlardan.
İşıq
saçar güllələnən
dostlarının
yarasında.
Bir
gün gələr, dağa çıxar,
ulduzlardan
şeir sıxar,
qanımızı
silər, yuyar
suların ən durusunda.
Bir anadır, bir qardaşdır,
düzənlərdə bir atəşdir,
sıra gəlir,
həyat verir,
ölüm verir sırasında.
Bayraq olar bizə yarın,
rüzgarıyla ilk baharın,
dalğalanır gənc
qızların
gözlərinin qarasında.
Nəfəs
Dağın yuxusuna,
quşun gözünə,
sabahın səsinə
köçürdüm səni.
Kərəmin yaralı,
kövrək dizinə,
çayların yasına
köçürdüm səni.
Canımı canının
içindən duyan,
canımın içinə
köçürdüm səni.
Alma qabığında,
nar dənəsində,
gizlənən gülləyə
köçürdüm səni.
Gecənin hördüyü
gün qəfəsində
dolaşan kədərə
köçürdüm səni.
Canımı canının
içində duyan
canımın içinə
köçürdüm səni.
Arının yayına,
qışın otuna,
yarpaq payızına
köçürdüm səni.
Ürəkdən-ürəyə yollar toxuyan
sevginin köçünə
köçürdüm səni.
Canımı canının
içindən duyan
canımın içinə
köçürdüm səni.
Günəş topla mənim üçün
Səhər yeli, get
dağlara,
günəş topla mənim üçün.
Xəbər yolla dörd diyara,
günəş topla mənim üçün.
Ümidlərin arasından,
kirpiklərin qarasından,
döşdə bıçaq
yarasından
günəş topla mənim üçün.
Yaydan, qışdan,
ilk bahardan,
məhbəslərdə dörd
divardan,
çılğın, dəli
sevdalardan
günəş topla mənim üçün.
Səhər yeli, yar
gözündən,
havadakı quş izindən,
gecə yarı
göy üzündən
günəş topla mənim üçün.
Qıranlara salam olsun
Salam olsun, dağa-daşa,
yoldaşlara salam olsun!
Meşədəki qurda-quşa,
ceyranlara salam olsun!
Dünya özü
qara zindan,
boynumuzda yağlı
urgan*,
gəlib-keçən dost-tanışdan
soranlara salam olsun!
Ölüm - canın
can yoldaşı,
tikan gülün gönüldaşı,
qar altında dəniz düşü*,
quranlara salam olsun!
Kağızımız zibildir,
kəfənimiz buluddur,
peşəmizsə ümiddir,
qıranlara salam olsun!
Urgan* - Qədim türkçədə kətandan,
pambıqdan hazırlanan
möhkəm ipə deyilirmiş.
Düş* - xəyal,
arzu, yuxu və s.
Daş əsgər
İlk oyuncaq nə idi?
Gildən hazırlanıbmış,
yoxsa görən,
qamışdan?!
Daşdan əsgər
düzəltdim,
qurtarsın deyə,
atamı.
Sonra boyadım onu
yağışla.
Əsgər, dağları
aş, bu gecə,
O böyük kişinin mağarasında
get,
Küncdə dayanan atamı gətir.
Gətir mənə
Qoy, yay bitsə də bitsin,
işti qış
gətir, mənə.
Yuxumda qucaqlamaqçün,
sonsuz yuxu gətir, mənə.
Qarda gül açarmı, demə,
günəşini əsirgəmə,
ək yağışı
ürəyimə,
bir damla yaş gətir, mənə.
Bəslər məni
sənin sevdan,
əlimi tutduğun
zaman,
bir buludun qanadından,
balaca quş gətir, mənə.
Şah damar
Ey, sevgilim, gülüm, yarım,
can içində
şah damarsan.
Fərmansan sən bu dünyaya,
nəyə baxsam, sən varsan.
Yola düşdüm,
ay batarkən,
dərələrdə tapdım
səni.
Uzaqlarda sanar ikən,
yaxınımda tapdım
səni.
Qanadları gümüş
seyran,
sürülərdə tapdım
səni.
Çiçəklərə gün daşıyan
arılarda tapdım
səni.
Çörəyimi dördə
böldüm,
yarılarda tapdım
səni.
Ölülərdən xəbər
aldım,
dirilərdə tapdım
səni.
İçimdəki alovlarda,
çölümdəki adətlərdə,
bilməzsən sən,
haralarda,
haralarda tapdım
səni.
Bazar ertəsi
Öz-özünə dilxor olan uşaq,
film bitəndə
böyük ekranda.
Kovboyların hamısı
getdi,
səni kim qurtaracaq?
Kim qurtaracaq səni
güllələrdən, ağrılardan?
Sözlərdən?
Nitq
Aman, özünü
asıb yüz kiloluq bir zənci,
üstəlik, gecə
çöküb, səs
də gəlmir ki, damdan;
mən olsam, utanaram, bu necə
tələbədir?!
Həm dərslərini
bilmir, həm də, kökdür hamıdan.
Yaxşı nişan
alırdı özünü
asan zənci,
pivə içməz,
ağlardı, atası
dəyirmançı,
sizdən yaxşı
olmasın, boşanmada
birinci,
ürəyim çox
sıxılır, quş
vuraq, istəyirsən.
Dilimizə uyğunlaşdırdı:
Nilufər HACILI
Ədəbiyyat qəzeti.
- 2023. - 9 dekabr, ¹ 47. - S. 6.