Uşaq ədəbiyyatında Heydər
Əliyev obrazı
Uşaq ədəbiyyatında
yer almış nümunələrin əsas
məziyyətlərindən biri dövrlə, zamanla əlaqəli şəkildə azərbaycançılıq
- türkçülük ideyasının
təbliğidir. Xalqın
dili, adət və ənənələri,
psixologiyası, mədəniyyəti
və s. özündə
birləşdirən milli mənlik
şüuru, özünüdərkdir.
Azərbaycanda milli özünüdərk
prosesi böyük bir tarixi yol
keçmişdir. Xalqın
arasından seçilmiş
mütəfəkkirlər, tarixi şəxsiyyətlər,
dövlət xadimlərinin
vətənin var olması
yolunda təmənnasız
mücadiləsi, sonsuz
sevgisi onların əməllərində görünür.
Milli özünüdərk ilk növbədə insanın
öz tarixi kökünü, milli mənsubiyyətini
bilməsi və dərindən təhlil etmək bacarığını
özündə ehtiva
edir. Azərbaycan xalqının mənəvi
varlığı, müəyyənliyi
daha çox onun milli ədəbiyyatında
əksini tapmışdır.
Bu prosesi uşaq ədəbiyyatdında izləmək
üçün son illərdə
qələmə alınmış
nümunələrə nəzər
yetirək. Ulu Öndər
yazıçıların X qurultayında demişdir:
"Şairlərimiz, yazıçılarımız
öz əsərləri
ilə Azərbaycanda,
xalqımızda, millətimizdə
daim milli hissiyyatları
oyatmağa çalışmışlar.
Milli özünüdərk, milli oyanış, dirçəliş
prosesi xalqımıza
birinci növbədə
ədəbiyyatdan keçir".
Dövlətin, xalqın,
mədəniyyətin, eləcə
də ədəbiyyatın
inkişafında ölçüyəgəlməz
xidmətləri olan Ümummilli
lider Heydər Əliyevin obrazı ədəbiyyatımızda böyük
ehtiramla əksini tapmışdır. Uşaqların
sevimli yazarı Məmməd Namazın qələmə aldığı
"Hamının günəşi",
"Bağ" hekayələrində
uşaqlara hər
zaman böyük qayğı
və sevgi ilə yanaşmış Heydər Əliyevin obrazı canlandırılıb.
Mənəvi dəyəri
böyük olan hər iki hekayə
gerçək hadisələrin
real təzahürü, fikrin
bədii imkanları, təsvir zənginliyi ilə seçilir. Tarix müasir həyatı dərk etmənin yolu kimi ortaya çıxır.
Ədəbiyyatşünas alim Yaşar Qarayev yazırdı: "...hər
cür keçmiş
yox, yalnız tarixə və yaddaşa çevrilən,
özünü sənətdə
dərk edən keçmiş özündən
sonra da yaşayır,
abidələşir və
əbədiyyətə qovuşur".
Yeni nəslin tərbiyəsində ümumbəşəri
ideyaların təbliği
ilə yanaşı xalqın mənafeyini nəzərə almaq vacibdir. Milli mənlik şüurunun uşaqlara aşılanması nəticəsində
onların vətən,
xalq, millət və cəmiyyətlə
əlaqəsini kiçik
yaşlardan formalaşdırmaq
lazımdır. Uşaq
və gənclər üçün dövlətin
əsas ideyaları təbliğ olunan yüksək səviyyəli
bədii əsərlər
onları yad təsirlərdən
qoruyar, elinə-obasına
bağlı vətənpərvər
kimi yetişməmlərinə
vəsilə olar.
"Göyərçin" jurnalının xüsusi buraxılışı olan
"Yaddaş kitabı"nda
əlamətdar tarixi günlər haqqında bir-birindən maraqlı şeir parçaları yer alıb. Belə şeirlərdən
bir neçəsini xüsusi vurğulamaq yerinə düşər.
Uca Allaha xitabla başlayan bu kitabda Türk dünyasının iki böyük oğlu - Heydər Əliyevə və Atatürkə ithaf olunmuş nümunə, həmrəylik
gününə həsr
olunmuş "Türk
elləri" şeirləri
xüsusilə səciyyəvidir.
Rafiq Yusifoğlunun dahi
rəhbər Heydər
Əliyevə həsr
etdiyi "Ulu öndər"
şeirini Siyavuş Kərimi həzin, ürəyətımlı nəğməyə
çevirmişdir. Gənclərin
tərbiyəsində və
insani baxışlarının
formalaşmasında bu
cür nümunələrin
rolu misilsizdir:
Vətənin dar günündə
Harayına sən çatdın.
Üçrəngli bayrağımı
Zirvələrə ucaltdın.
Yolumuz haqq yoludur,
Biz bu yoldan dönmərik,
Əmin ol, ulu öndər!
Vətən eşqi
hər zaman
Zəfərlərə səsləyir.
Xalq sənin
övladına
Sonsuz ümid
bəsləyir.
"Göyərçin"
jurnalında son dövrlərdə
estetik gözəlliyə,
dolğun məzmuna və bədii təsir gücünə
malik bu cür şeirlərin yaranmasına
xüsusi yer verilmişdir. "Atatürk" şeiri də bu baxımdan səciyəvidir:
Gördü yaxşı-yamanı,
Qovdu çəni,
dumanı.
Qoyardımı zamanın
Girdabında bata türk,
Atatürk!
Dedi: - Gərək
ən uca
Zirvələrə çata
türk,
Atatürk.
"Uşaqlıq
dövründə uşağın
qarşılaşdığı bir çox hadisələr və gördüyü insanlar onun istər o dövrünə, istərsə
də sonrakı həyatına özünün
təsirini göstərir"
(İbrahim Kurt) Uşaq dünyasına
istiqamətlənən bu
tipli ədəbi nümunələr onların
inkişafında və
şəxsiyyətinin düzgün
formalaşmasında əhəmiyyətli
rolu olan, həmçinin sənət
baxımından da qiymətli
əsərlərdir. Gözəllik
və humanist duyğular
aşılamaqla yanaşı
vətən və millət sevgisi yaradır.
Ulu Öndəri Zəlimxan Yaqub "Əbədiyyət dastanında"
"Azərbaycan torpağının
Heydər adlı Atatürkü!!!", Xəlil
Rza Ulutürk isə "Heydər
dədə - Atatürk" adlandırıb. Tarixçi
alim Yaqub Mahmudov Ulu Öndərin sağlığında
yazırdı: "Heydər
Əliyevin xarici siyasətində ən mühüm uğurlarından
biri də budur ki, o, Azərbaycanı
türk dünyasından
təcrid olunmuş vəziyyətdən çıxartdı.
Hazırda Azərbaycan
Respublikası qardaş
türk dövlətləri
ailəsinin bərabərhüquqlu
üzvüdür, Heydər
Əliyev isə bütün türk dünyasının müdrük
yolgöstərəni, zəmanəmizin
Atatürkü adını
qazanmışdır!"
Türk birliyinin
sarsılmaz olduğuna
bütün dünya bir daha inandı.
Həm siyasi baxımdan, həm də mənəvi cəhətdən türklər
bir-birinə həyan oldu, sevinci də,
kədəri də bölüşməyi bacardı.
Ulu Öndər Heydər
Əliyevin böyük
uzaqgörənliklə dediyi
və iki dövlət arasındakı
münasibətləri xarakterizə
edən "Bir millət,
iki dövlət"
milli konsepsiyası uşaq
ədəbiyyatında müxtəlif janrlarda qələmə alınmış
uşaq ədəbiyyatı
nümunələrində də
eyni məqsədə
xidmət edir. Uşağın idraki qabiliyyətini yüksəltməyə,
dünyagörüşünü genişləndirməyə, onları
vətənpərvərlik ruhunda tərbiyə etməyə yönəliklidir.
Heydər baba, xalqımın
Ağsaqqalı, rəhbəri.
Zəkasından nur alıb
Yurdumuzun səhəri
İnanıb həqiqətə,
Haqq məğlub
ola bilməz.
Belə öndəri
olan
Xalq məğlub
ola bilməz...
Yaşar Qarayev
"Müstəqillik dövrünün
milli öndəri" məqaləsində
yazır: "Yalnız
etibarlı və sabit dövlətin sənətə, elmə,
ədəbiyyata müqəddəs
mənəvi və əxlaqi dəyərərə
ehtiyacı var". Millətin
milli dövlətdən, mentalitetdən
uca zirvəsi olmadığını deyən
ədəbiyyatşünas fikrinə belə davam edir: "sənət və dövlət həmişə
bir yerdə, yanaşı məşğul
olur və torpağın da, yaddaşın
da sərhədləri yalnız
belə bir sərvətin olduğu yerdə - vahid, bölünməz, əbədi
mənəvi məkanda
parçalanmır". Bütün
ömrü boyu Vətənə sədaqətlə
xidmət etmiş dahi şəxsiyyət Heydər Əliyev uşaqların təlim-tərbiyəsinə,
hərtərəfli inkişafına,
onların vətənpərvərlik
tərbiyəsi ruhunda
böyüməsinə çalışmışdır.
Vətənpərvərlik məfhumunun geniş şəkildə açıqlayan
Ümummilli liderin fikrincə: "Vətənpərvərlik
çox geniş məna daşıyır.
Vətənpərvərlik təkcə o deyildir ki, gedib Vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının
hər dövründə,
fəaliyyətinin bütün
sahələrində öz
vətəninin, ölkəsinin
qayğısı ilə
yaşasın. Bunlar hamısı vətənpərvərlikdən
doğan bir şeydir. Milli şüur,
öncə vətənpərvərlik
şüurudur".
Azərbaycan ədəbiyyatında
vətənpərvərliyi tərənnüm edən
poetik nümunələr
çoxdur. Vətənpərvərlik
mövzusu poeziyamızın
ruhuna hopub. Xüsusilə də, uşaqlar üçün
qələmə alınmış
şeirlərdə bu
mövzu başlıca
yerdədir. Doğrudur,
Vətəni candan əziz tutan hər bir yazıçı
heç düşünmür
ki, bunu uşaqlar, yaxud böyüklər üçün yazır.
Uşaq poeziyasına vətənpərvərliyin yansıması
yaddaşla, özünüdərklə
bağlı bir problem
kimi kiçik oxucuda milli ruhun tərbiyəsi və formalaşmasında böyük
əhəmiyyət daşıyır.
Vətənin təbii
gözəlliklərinin tərənnümü,
yurda olan sevgi, onun tarixi
və taleyi ilə bağlı düşüncələr uşaq
ədəbiyyatının əsas
istiqamətini təşkil
edir.
Hər bir xalqın var olduğunu göstərən, tarixini
özündə yaşadan,
kimliyini əks etdirən, milli təfəkkürünü
birləşdirən ən
dəyərli mənəvi
sərvət onun dili hesab olunur.
Heydər Əliyevin
ana dilinin adı və əlifbanın seçimində göstərdiyi
mövqe dövlət
dilinin möhkəmlənməsinə
böyük təkan oldu. O deyirdi: "Müstəqil Azərbaycan
dövlətinin əsas
ideyası azərbaycançılıqdır.
Hər bir azərbaycanlı öz
milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycanın dilini,
mədəniyyətini, milli-mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıyıq". Doğru
deyilib ki, "Dilini qorumayan xalqın qılıncı kəsməz".
Dil təəssübkeşliyi
çəkən Ulu Öndər
bu dəyərli mənəvi sərvətin
saflığı, qorunması
yollarını düşünmüş,
dilin əhatə dairəsini genişləndirməyə
çalışarkən şübhəsiz
ki, bu məsələdə
xalqın mənafeyini
nəzərə almışdır.
Poeziyada çox
vaxt ana dili vətən məfhumu ilə vəhdətdə götürülür. Eyni
cəbhədə səfərbər
olmuş mütəfəkkirlər
şirin ana dilində
işlədilmiş söz
və ifadələrlə
xalqın qəlbinə
təsir etmiş, gənc nəslə vətənpərvərlik, humanizm
və insanpərvərlik
duyğularını təlqin
etmişlər. Uşaqların
sevimli şairi Rafiq Yusifoğlunun "Ana dili" şeiri bu baxımdan maraq doğurur:
Anamın özü
kimi,
Ana dili müqəddəs.
Damarımızda qandı,
Ciyərimizdə nəfəs.
Ana dili qürbətdə,
Vətənə dönə
bilər.
Düşmənlərin başına,
Mərmitək enə bilər.
Şeirdə xalqın
taleyində ana dilinin rolu, aldığımız
nəfəs qədər
vacibliyi kövrək duyğularla təsvir olunub. Milli birliyin təmin edilməsində,
özünüdərkin yetkinləşməsində,
milli şüurun formalaşmasında
ana dilnin əhəmiyyəti
əvəzsizdır. Bu mövzu
həmişə böyük
maraq doğurmuş, fərqli məzmun və formalarda gündəmdə olmuşdur.
Dilin keçdiyi tarixi yol və
mövcud nümunələr
onu deməyə əsas verir ki, dilimiz əsrlərin sınağından üzüağ
çıxaraq bu gününkü milli dil səviyyəsinə çatmış
və bundan sonra da xalqımız var olduqca, ona xidmət
göstərən ana dili
də yaşayacaq, var
olacaq.
Heydər Əliyev
bütün türk dünyasında tanınan
demokratik fikirli, milli şüurlu ziyalılardan
biri olmuşdur.
İsa Həbibbəyli yazır:
"Ədəbiyyata xalqın
keşməkeşli taleyinin,
tarixi yaddaşının,
müasir həyatının
və inkişafının
əks-sədası kimi
baxan Heydər Əliyev bədii düşüncədə tarixilik,
millilik və müasirlik prinsiplərinə
xüsusi dəyər
vermişdir".
Yurdumuzu sevib o,
Elimizi sevib o.
Şəkərdən, baldan şirin
Dilimizi sevib o.
Dilin vəziyyəti,
inkişaf səviyyəsi,
xalqın tərəqqisi
ilə bağlı olan ana dili - milli ruh, tarixi-yaddaş, milli mənlik, özünüdərk
simvoludur. Ana dilini xalqın mənəvi inkişafında mühüm
amil hesab edən Heydər Əliyev demişdir: "Azərbaycan
dili bizi keçmişdə də,
indi də, gələcəkdə də
birləşdirəcəkdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan
xalq əyilməzdir, ölməzdir, böyük
gələcəyə malikdir.
Ona görə də xalqımıza ulu babalardan
miras qalmış bu ən qiymətli
milli sərvəti hər
bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Bu onun müqəddəs
vətəndaşlıq borcudur".
Göründüyü kimi, Ulu
Öndər xalqı yaşatmaq üçün
ilk növbədə onun
dilini qorumağın gərəkliyini anlayırdı.
Onun apardığı
mücadilə boşuna
getmədi, fəaliyyəti,
səsləndirdiyi fikirlər
dövlətin əsas
ideya qaynağına çevrildi.
İlhamə AĞAZADƏ
Filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 12.