Lənkəran Dövlət Dram Teatrında “İki iyirmi üç arasında” adlı tamaşası nümayiş olunub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr
2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il
Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Lənkəran Dövlət
Dram Teatrı da öz növbəsində
“Heydər Əliyev İli” nə töhfə olaraq Əməkdar mədəniyyət
işçisi Qəşəm
Nəcəfzadənin “İki
iyirmi üç arasında” əsəri əsasında eyniadlı verbatim-kompozisiyaya quruluş
verib.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kompozisiya sənədli teatr estetikasında – verbatim janrında qurulub. Kompozisiyada Ulu Öndərin 1923–2003-cü illər
ərzindəki həyat
və fəaliyyəti
təqdim olunur, onun Azərbaycan xalqının ictimai-siyasi,
sosial-kulturaloji həyatındakı
rolu, millətimizin özünüdərk prosesi
yolundakı fəaliyyəti
göz önündə
canlandırılır. Ulu
Öndər milli azərbaycançılıq ideologiyasının
banisi kimi təqdim edilir. Kompozisiyanın məqsədi
“Heydər Əliyev İli” çərçivəsində
Ulu Öndərin zəngin yaradıcılığını
tamaşaçılara və
yeni nəslə çatdırmaq, müasir
Azərbaycanın qurucusu
kimi xalqımızın
tarixində oynadığı
rolu bir daha nümayiş etdirməkdir. Verbatim-kompozisiyanın
quruluşçu rejissoru
Emil Əskərov, quruluşçu rəssamı
Fuad Babazadə, rəssamı Nərgiz Baxşızadədir.
Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 13.