Tehran Əlişanoğlunun “Azərbaycançılıq oçerkləri. Ulu öndər Heydər Əliyevin 100 illiyinə” kitabı
işıq üzü görüb
“Azərbaycançılıq
oçerkləri. Ulu öndər Heydər Əliyevin 100 illiyinə” kitabı - çap olunub
“Heydər Əliyev
ili” çərçivəsində
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Azərbaycançılıq
oçerkləri. Ulu öndər Heydər Əliyevin 100 illiyinə” kitabı (Bakı, “Elm”, 2023) işıq üzü görmüşdür.
“Mənim Prezidentim. Ulu öndər Heydər Əliyevin 100 yaşına” və “Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatında
Heydər Əliyev” kitablarından sonra bu, müəllifin il ərzində Ulu öndər mövzusunda üçüncü
kitabıdır.
Kitabda Tehran
Əlişanoğlu Azərbaycançılıq
kontentinə dair elmi-tənqidi və ədəbi-publisist oçerklərini
toplamışdır. “Ədəbiyyatda
Azərbaycançılıq” bölməsi müəllifin
2006-2023-cü illərdə ardıcıl dərc etdirdiyi yazılarının
motivlərini ehtiva edir. “Azərbaycan, Azərbaycan” bölməsi
esselər kitabından
(2005) ibarətdir. Əsərlər
Ulu Öndər Heydər Əliyevin Müasir Azərbaycançılıq
konsepsiyası platformasından
qələmə alınmışdır.
Kitabın elmi
redaktoru akademik İsa Həbibbəyli, rəyçi filologiya elmləri doktoru Elnarə Akimovadır.
Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr, ¹ 50. - S. 3.