Avropanın qəzəbi
Nə
qədər ki, biz Avropanı öz beyinlərimizdə həzm etməmişik,
o qaçaqan
avropalıların mədəsində
həzm olunmaq zorunda qalacağıq.
Əli
bəy Hüseynzadə
Tarixən
Yaxın və Uzaq Şərq Avropa üçün örnək, müdriklik mənbəyi olub. Hiyləgər Avropa Şərqdən istədiyini
bol-bol alıb, Şərq elm və fəlsəfəsini
mənimsəyib, dirçəlib.
Qolenişev - Kütuzav
"Dante i predvozrojdenis"
kitabında sübut edir ki, Avropaya
Renessans Şərq intibahından keçmişdir.
Hətta antik Yunan mədəniyyəti,
elm və fəlsəfəsi ərəb
qazanında "biştikdən"
sonra yenidən (xüsusilə Səlib müharibələri zamanında!)
Avropaya qayıdıb.
Avropa məhz Şərq təfəkkürü
sayəsində XVI əsrdən
- Avropada kapitalizm meydana gəldikdən sonra (İngiltərədə
çəpərləmələri yada salın!) bütün dünyaya, o cümlədən bir vaxtlar "oğurladığı"
Şərqə mədəniyyət
və elm nümunələri vermişdir.
Dərhal
bir mülahizəni də söyləyək: Avropa həmişə Şərqə, xüsusən,
qədim türk dünyasına qarşı
düşmənçilik siyasəti
yeridib. Bu siyasətin - işğalçı
siyasətin baş qərargahı əvvəl
Roma və Bizans, bir qədər
sonra isə Fransa olub.
Bəzi
faktları xatırladaq;
qədim türklərin,
türk sivilizasiyasının
beş min illik (bəzi mənbələrə görə
yeddi!) bir tarixi var. Böyük
türkçü Ziya
Göyalpın misralarını
yada salaq.
Sorma
bana oymağımı,
elimi,
Beş min ildir
millət kibi yaşaram.
Bu, sadəcə,
bir iftixar duyğulu deyil, tarixi həqiqətin bədii ifadəsidir.
Böyük Hun imperiyasının
qurucusu Atilla fövqəladə
bir qəhrəman idi. Az qala bütün
dünyanı fəth
eləmiş və Avropaya - Vatikana gəlib çıxmışdı.
Vatikanın (bura Avropanın casusluq şəbəkənin qərargahı
idi. Emisarlar türk dövlətlərinə
buradan göndərilirdi!).
Vatikanın rəhbəri
Papa onun atının üzəng\isini tuturdu. Avropalılar Atillanı "Tanrı qamçısı" adlandırırdılar.
Onun qarşısını
hücumla ala bilməyəcəklərini
görəndə alçaq
bir hiylə işlədirlər: Atillaya
hədsiz gözəl
bir alman qızı bağışlayırlar. Alman gözəli gecə yataqda Atillanı zəhərləyib öldürür.
Heç türklərin
baş şamanı belə bundan baş aça bilmir. Çünki Atillanın nəsli də onun kimi
qulaqlarından qan açılıb ölmüşdülər.
Ona görə nə qədər ağır olsa da qədim Türk dünyası bu ölümü təbii ölüm kimi qarşıladı. Sonradan məlum oldu ki, cazibədar alman gözəli ehtiraslı türk sərkərdəsi
ilə öpüşərək
ağzında saxladığı
zəhəri onun mədəsinə göndəribmiş.
Yunan sərkərdəsi
İskəndər Şərqi
fəth edərkən
Azərbaycana gəlir.
Zərdüşt peyğəmbərin
möhtəşəm "Avesta" abidəsini görüb, əvvəlcə
onu yunan dilinə tərcümə
etdirir, sonra da qısqanclıqdan (düşmənçilikdən!)
onu yandırdı. İskəndər elə hesab edirdi ki, bütün dünyada yunan elmi Aristotel,
Platonun əsərləri
yeganə olmalıdır.
Fəqət, bu
amansız fateh "Avesta"nı görüb
sarsılır.
Böyük türklərdən
biri İldırım
Bəyazid bütün
Avropanı diz çökdürmüşdü. Vatikan və Fransa, ümumi Avropanın kralları qorxudan evlərində yata bilmirdilər. Bu dəfə Fransanın hiylə (siyasət yox!) maşını işə düşür.
Fransız kralı IV Kape məxfi məktublar yazaraq digər qüdrətli türk fatehtini - Əmir Teymuru Bəyazidlə müharibəyə
təhrik edir və Əmir Teymur Ankara yaxınlığında
Bəyazidi məğlub
edib, əsir alır. Bəyazidi əsir kimi onun yanına gətirəndə qorxunc Teymur hönkür-hönkür
ağlayır, törətdiyi
əməldən peşman
olur, aldadıldığını,
səhv etdiyini başa düşür.
Çin səfərinə
gedərkən qüssədən
ölür. Avropa türkləri qarşı-qarşıya
qoymaqla, qardaşı-qardaşa
düşmən etməklə
istədiyinə nail olur:
Avropanın hiyləsinə
aldanaraq
Əmir Teymur Bəyazidin
kəsdi başın.
Sonra isə peşman olub
Tökdü göz yaşın -
qəlb yağışın.
Hiylə gəldi
dalğa-dalğa,
zərbə vurdu türk adlanan
böyük xalqa.
Şah İsmayıl,
Sültan Səlim
bir-birinə qılınc
çəkdi
qanın tökdü.
qaldıranda məğlubiyyət
ağır oldu
Bu hadisə tarixdə bir
nağıl oldu.
Bu sadə və adi misralar
da qətiyyən şairlik
iddiasında olmayan bəndeyi - həqirimizindir.
Xəyanətin üstündə
öz oğlunun və qardaşının
başını üzən
Uzun Həsən (və "Ağqoyunlular"
dövləti!)
Avropanın hiyləsinin
qurbanı deyilmi?!
XIX əsrdə ruslar A.Bakıxanovu
və M.F.Axundzadəni,
XX əsrdə Nəriman
Nərimanovu aldatdı
(Bax: M.F.Axundzadənin
məktubları, arvadı
Tutu xanımın məktubu,
N.Nərimanovun "Ucqarlarda
inqilabımızın tarixinə
dair" əsəri,
"Leninə məktubu",
N.Şəmsizadə "Estetik
meyar və bədii mahiyyət"
2022) Polkovnik
A.Bakıxanov Tiflisə,
çar canişin idarəsinə təzə
gələn tərcüməçi M.F.Axundzadəyə
ayrılarkən demişdi:
"Mənim bu günüm sənin gələcəyindir. Bunu
yadında saxla". Onda Bakıxanov Şərqə, M.Fətəli
isə Rusiyaya doğru gedirdi. Təxminən eyni fikri M.Ə.Rəsulzadə
1920-ci ildə Ə.Qarayevə
demişdi: "Səni
bolşevik qardaşların
divara söykəyib güllələyəndə məni
yada salarsan" M.Ə.Rəsulzadənin
uzaqgörənliyi 1937-də təsdiq olundu. Aldadıldığını başa
düşən N.Nərimanov "Leninə
məktub da yazırdı:
"Əziz Vladimir İliç!
Məgər "Müstəqil
Azərbaycan" sizin
dilinizdən çıxmamışdırmı?
Axı məhz buna əsaslanaraq, biz Müsavatın
qurduğu fitnəkarlığı
məhv edə bildik. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının
qoynuna atılmış
(!) Azərbaycan isə
həm ərazilərini,
həm də müstəqilliyini itirir"
(Nərimanov N. Seçilmiş
əsərləri. Bakı.
2004. s.466).
Bu gün Avropa ona görə
qəzəblənir ki, Şərq,
xüsusən türk
dünyası və Azərbaycan üçün
örnək ola bilmir.
Xüsusilə, XVIII əsrdən
üzü bəri - Fransız maarifçilərindən
tutuş üç əsrdən artıqdır
ki, "Məzlum Şərq",
"Köçəri türklər"
Avropalı "müəllimlər"nini
dərslərini yaxşı
qəbul etmişlər.
Fransız Müsyö
Jordan, Adolf Berte - Fridrix
Bodoneştet Azərbaycana
gül-çiçək yığmağa,
şairlərimizinə sərlərini
tərcümə və
nəşr etməyə
gəlmirdi. Bunlar hamısı bəhanə
idi. Onlar Avropanın işğalçı
siyasətinə şərait
yaratmağa, mossonluğu
yaymağa gəlirdilər.
Böyük Mirzə
Fətəlinin "Əziz
dostum", "Mehriban qardaşım"
adlandırdığı Türkiyə
ermənisi Mirzə Melkum xanı M.F.Axundovla enlə-belə
"dostluq" eləmirdi.
Bu gün də İstanbulda, Təbrizdə
ən yaxşı xiyabanlarda (30 il əvvəl
Bakıda olduğu kimi) məhz ermənilər yaşayır!?
Avropa ona görə qəzəblənir
ki, Şərqdə (Müstəmləkələr),
xüsusən, Qafqazda
daha "at oynada" bilmir. Azərbaycan xalqı, onun qəhrəman ordusu hər günü bir ilə bərabər
44 günlük müharibədə
təkcə Ermənistanı,
"iti qovan kimi" qovub Azərbaycan torpaqlarından
çıxarmadı, həm
də Avropanı Qafqazdan "ipini kəsdi", quyunun dibinə saldı. İndi o quyuda E.Makron qışqıra-qışqıra
qalıb, heç kim qulaq asmr,
öz ölkəsi isə dağılır. Bir sözlə, dünya diplomatiya və siyasət arenasına Müzəffər
Ali Baş Komandan kimi çıxan
Prezident İlham Əliyevin bəşəri
lilder olduğunu Avropa qəbul etməyə məcburdur.
O, bütün
dünyada, xüsusən,
doğma Türk Dünyasında və Qafqazda yeni tarixi
reallıq yaratdı. Bunu Türkiyə ilə qardaşlıq və Türk Dövlətləri Təşkilatı,
İslam Həmrəylik
Təşkilatı, Asiya
Dövlətləri Birliyi,
Qoşulmamaq hərəkatı
əyani olaraq sübut edir. Bunların qarşısında
BMT və Amerika,
YUNESKO, Avropa Şurası
öz əhəmiyyətini
itirib, dünya Türklərə qulaq açır. Azərbaycanı
qəhrəman (və
qeyrətli!) xalq kimi qəbul edib.
Müasir
Azərbaycanın və
Türkiyənin gündən-günə
artan iqtisadi və siyasi - diplomatik nüfuzu Avropanı qəzəbləndirir.
Artıq dünyada Türk amili Avropaya örnək olmağa başlayıb. İndi bəşəriyyətin
"yol xəritəsi"
belədir.
Alp
Arslan 1071-ci il avqust ayında tarixi Malazkird döyüşündə 54 min
türklə Bizans imperatoru Romeş Dnoyentin 200 minlik ordusunu məqlub edib, özünü də əsir aldı. Anadoluya türk Bayrağı sancdı, xaçı isə islam dünyasının baş
qərərgahı Bağdada,
xəlifəyə göndərdi.
O gündən xaç
dünyası türk
dünyasını bağışlamır.
Fürsət düşən
kimi intiqam almaq istəyir. Əslinə qalsa Xaç da heç
xristianların deyil, onu Avropaya türklər
gətirib. (Bax: Murat Adcı "Polıi poleveskoe pole" kitabı) Türklərdə Tenqiri Günəş sifətli,
fırlanan xaç günəşin rəmzi
idi. Macarıstandan mançuriyaya, Sibirdən,
Altaydan İtil çayı boyunca Yeni su "Yenisey"
çayından Bəygölə
(Baykala), Türküstandan,
Orta (Mərkəzi!) Asiyadan Həmədana, Dərbənddən Göyçəyə
və İrəvana, Borçalıya qədər
Türk yurdudur.
Türklər
bu gün dünyada 40 adla yaşayır, fəqət,
onun böyük millət olaraq bir adı var:
Türk, bir dövləti var: Turan! Məhz bütün bunlar (Bayraqdarın kəşfləri!)
Avropanı qəzəbləndirir.
Bu gün bəşəriyyət Türk
dünyasından idarə
olunur. "XXI əsr türk əsridir" (İlham Əliyev).
Bu, xəyal deyil, tarixi gerçəklikdir.
Lakin "Xəyal
(da) gerçəkliyə
atılmış toxumdur"
(R.T.Ərdoğan).
Mənim
şuarım belədir:
"Bütün dünya
türkləri, birləşin!"
Yolumuz budur: "Ortaq türk keçmişindən, ortaq
türk gələcəyinə!".
Bu yol Qızıl
Almaya aparır. Azərbaycanın romantik ədibi və şairi Abdulla Şaiq XX əsrin
önlərində bəşəriyyəti
İnsanlığa səsləyirdi:
"Həpimiz bir Günəşin zərrəsiyiz"
Hamımızın ulu
əcdadı birdir: Həzrəti - Adəm!
Həpimiz
bir yuva pərvərdəsiyiz!
Həpimiz
bir günəşin zərrəsiyik!
Ayramaz
bizləri təcyiri-lisan,
Ayramaz
bizləri İncil-Quran
Ayramaz
bizləri sərhəd
- cəhan
Yetişər
kinü-küdrət daşımaq!
Qoxumuş
məzhəblərdə yaşamaq!
(1910)
Bir daha bəyan edirəm: "Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm! Və bu üç əlamətlə 70 ildir ömür sürürəm. Gəlin Günəşimizi qoruyaq!
Nizamədin Şəmsizadə
Əməkdar elm xadimi, professor
Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr,
¹ 47. - S. 16.