Azərbaycan Sovet Ensiklopediyasının
qadağan edilməsi,
Rəsul Rzanın işdən çıxarılması
"Yaşıl" və
"qırmızı" ensiklopediyalar
Azərbaycan Sovet Ensiklopediyası hazırlamaq cəhdinə
1920-1930-cu illərdə cəhd
göstərilsə də,
baş tutmamışdı.
1960-cı illərdə görkəmli
şair və ictimai xadim Rəsul
Rzanın başçılığı
ilə I cildin hazırlanaraq 1970-ci ildə
nəşr edilməsi
mümkün oldu. Qırx min tirajla,
yaşıl rəngdə
(bəzi mənbələrdə
20-30 min göstərilir)
çap olunan ensiklopediya senzura tərəfindən ləğv
edildi. Ensiklopediyanın
nəşr olunmuş
nüsxələri məhv
edilərək yayımı
yasaqlandı. 1975-ci ildə
isə Rəsul Rza işdən kənarlaşdırıldı.
Baş redaktor
kimi Rəsul Rza milli, tarixi
dəyərlərə əsaslanmış,
onun dil, etnogenez məsələlərə
münasibəti isə
hakim dairələrin və müxtəlif alimlərin narazılığına
səbəb olmuşdu.
Ensiklopediyanın R.Rzadan sonra nəşr edilən cildlərində Azərbaycan
istiqlalında, elmində,
milli mədəniyyətinin
təşəkkülündə rol oynamış adamların adları yox, "əmək qabaqcılları"nın, "tarla qəhrəmanları"nın
"fədakarlığı" əsas yer tutdu.
ASE-nin 10 cildinə yalnız ümumi nəzəri xarakterli məqalələr və ədəbi simalar haqqında qısa arayış-oçerklər daxil
oldu.
Azərbaycan
Sovet Ensiklopediyası üzərində iş
1966-cı ildə başlamışdı.
Ensiklopediya əvvəl
Azərbaycan Elmlər
Akademiyasının binasında,
sonradan isə Çkalov (indiki Niyazi prospekti) küçəsi-3
ünvanında, o qədər
geniş şəraiti
olmayan bir yerdə hazırlanırdı.
Bəs Rəsul
Rza ensiklopediyada hansı məqamlara daha çox üstünlük verirdi ki, bu da
sonradan narazılığa
səbəb olmuşdu?
1) R.Rza Azərbaycan tarixini saxtalaşdıranlardan
narazı idi. O, razılaşmırdı ki,
Azərbaycan xalqı inqilaba qədər savadsız olub və inqilabdan sonra mədəniləşib;
2) R.Rza Dağlıq Qarabağda məskunlaşmış
ermənilərin etnik
mənşəyinin dəqiq
göstərilməsini tələb
edirdi. O, bu fikirdə idi ki, bu ermənilər
albanlardan dönmədirlər,
qalan ermənilər isə Türkiyə və İrandan köçüb gələnlərdir;
3) R.Rza bu fikri müdafiə edirdi ki, azərbaycanlılar
Azərbaycan ərazisinə,
haradansa, miqrasiya yolu ilə gəlməmişlər,
onlar bu ərazidə doğulub məskunlaşmışlar.
O dövrdə isə Ensiklopediyada əsaslandırılan bu
konsepsiyalar bəzi tarixçilər tərəfindən
tənqid edilməyə
başlandı.
R.Rzanın Baş
redaktorluğu ilə çıxan ASE-nin I cildində verilən "Ararat" məqaləsi cəmi bir cümlədən
ibarət idi və sonda belə
istinad verilmişdi:
"Bax: həmçinin
Ağrıdağ". Sonrakı,
1976-cı ildəki Cəmil
Quliyevin Baş redaktorluğu ilə çıxan I cilddə qırmızı rəngdə
"Ararat" məqaləsi
genişləndirilib çap
olunmuşdu. R.Rzanın
rəhbərliyində çıxan
nəşrdə "Ararat"
haqda yazılmışdı:
"Türkiyə ərazisində
dağ; sönmüş
vulkan, SSRİ, Türkiyə
və İran sərhədləri
yaxınlığında, Araz
vadisindədir. Anadoluda
ən yüksək dağdır". 1976-cı ildə
isə belə yazılmışdı: "Türkiyənin
şərqində, Van gölündən
şimalda, Ermənistan
yaylasının orta hissəsində dağ silsiləsi".
R.Rzanın
başçılığı ilə çıxan ensiklopediyanın bu nəşrindən Ermənistan
Elmlər Akademiyasının
alimləri də Azərbaycan KP MK-ya etiraz məktubları yazmışdılar.
R.Rza ensiklopediyasında
180 azərbaycanlı, 15 erməni
adı var idi. Sonrakı ensiklopediyada 150 azərbaycanlı,
51 erməni adı yazıldı.
R.Rza ensiklopediyasında
1918-ci ilin Mart faciəsinin
iştirakçıları bu nəşrə daxil edilmədiyi halda, 1976-cı il nəşrində 26-ların hamısı
haqqında ayrı-ayrı
məqalələr, fotolar
verildi.
Birinci ensiklopediyada
azərbaycanlıların Ermənistanda,
Gürcüstanda, RSFSR-də,
Dağıstanda, Özbəkistanda,
Qazaxıstanda və dünyanın bir çox ölkələrində
yaşadığı konkret
rəqəmlərlə göstərilirdi.
İkinci ensiklopediyada
isə məlumat belə yazılmışdı:
"Azərbaycanlılar Azərbaycanda
3777 min (1970-ci il) nəfərdir. Xaricdə də (əsasən, İranda) yaşayırlar".
Birinci ensiklopediyadakı
yazılar: "Azıx
Mağarası, Azıx
Kahası. Azərbaycan
SSR Füzuli şəhərinin
14 km şimal-şərqində
aşağı Paleolitə
aid Karst mağarası. Azıx mağarasında tapılan
(1968) Aşöl dövründə
yaşamış neondertal
adamının (SSRİ-də
birinci, dünyada beşinci tapıntıdır)
çənə sümüyü
Azərbaycanın qədim
insanların formalaşdığı
əraziyə daxil olduğunu sübut edir".
"Qırmızı"
ensiklopediyada isə Azıx mağarasının
DQMV-nin Hadrut rayonu ərazisində yerləşdiyi qeyd edilir.
"Yaşıl" ensiklopediyada yazılmışdı:
"Azərbaycan on doqquzuncu əsrin əvvəllərində Rusiya
imperiyasına qatılmışdır
("Gülüstan" və
"Türkmənçay" müqavilələri əsasında)".
"Qırmızı"
ensiklopediyada isə
"Azərbaycan tarixi
- Azərbaycan Kommunist
Partiyasının qurultayıdır" olaraq
təqdim edilir. Bu qurultayda isə
"Lenin dilində"
çıxış edən
dörd nəfərdən
ikisi azərbaycanlı,
biri rus, o biri də, mütləq
erməni olurdu.
Nəsiman Yaqublu
Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr, ¹ 50. - S. 7.