Sözlərə "Azadlıq"  öyrədə bildik ...

 

"60-cılar" silsiləsindən Arif Abdullazadə haqqında bir neçə söz

 

                                                                                                                                                                                            1

 

Keçən ilin lap sonlarında Mədəniyyət Nazirliyinə təqdim etdiyim "60-cılar" layihəsi əsasında mənim üçün mənən əhəmiyyətli çox xoş hadisə kimi, iki kitab nəşr edildi: Arif Abdullazadənin "Duyum" Çingiz Ələkbərzadənin "Seçilmiş əsərləri". "60-cılar" mən daxil olmaqla, ancaq adları çəkilən üç-dörd yazıçıdan ibarət deyil, çünki bizim ədəbiyyatda "60-cılar" anlayışı ədəbi tənqidin ictimaiyyətin mahiyyətcə yanlış qəbul etdiyi kimi, yalnız ədəbi nəsil göstəricisi deyil, çünki - əvvəllər bu barədə yazmışam - Azərbaycan ədəbiyyatında "60-cılar" differensiallaşdırılmış fərdi məfhumdan daha artıq, istedad dərəcəsindən, əsərlərin bədii sanbalından asılı olmayaraq, ümuminin ortaya çıxartdığı nəzəri-estetik anlayışdır.

"60-cılar" sosialist realizmi doqmalarına yox, ədəbiyyata, ədəbiyyatın yarandığı dövrdən etibarən, missiyasına arxalanır güvənirdilər, buna görə özlərini elə həmin sosrealizm dövründə təsdiq edə bildilər.

Arif "60-cılar" barədə yazdığı şeirdə deyirdi:

 

Ölçü-mizan adlı, tərəzi adlı

Pənahımız vardı - bunu bilirdik,

Bu əsri o əsrə daşıya bilən

Sabahımız vardı - bunu bilirdik.                

 

Təəssüf ki, bir sıra başqa "60-cılar" kimi, Arifin , Çingizin kitabları çoxdan idi nəşr olunmurdu indi deyəcəyimin təmtəraqlı, gurultulu səslənəcəyindən ehtiyat etmədən deyim ki, hər iki kitab mənəvi borcumun ifadəsi kimi mənim yazdığım Ön sözlərlə nəşr edildi.

Bu yazı da Arif Abdullazadənin kitabındakı həmin Ön söz əsasında qələmə alınıb.

 

                                                                                                                                                                                         2

 

Mən Arif Abdullazadənin bir misrasını - "Sözlərə "azadlıq" öyrədə bildik..." - ona görə bu kiçik yazının başlığına keçirirəm ki, nəsrdə olduğu kimi, poeziyada da ədəbiyyatımıza yeni nəfəs, yeni estetik-ideoloji (bəlkə "estetik-antiideoloji" yazmaq daha düzgün olardı!) ab-hava gətirmiş sənəti sosrealizm doqmaları çərçivələrindən çıxarmış "60-cılar" ədəbi nəslinin Fikrət Sadıq Fikrət Qoca, İsa İsmayılzadə Ələkbər Salahzadə, Vaqif Səmədoğlu Məmməd İsmayıl, Musa Yaqub Vaqif Nəsib başqa nümayəndələri  kimi, onun da bu sözləri deməyə mənəvi ədəbi haqqı çatırdı.

Arif beş maraqlı romanın, o cümlədən, bu yaxınlarda oxuculara təqdim edilən "Duyum" romanının, "Qafur Qantəmirin həyat yaradıcılığı", "Azərbaycan poeziyasında yaradıcılıq üslubları", "Şair Cəfər Cabbarlı" s. kimi monoqrafiyaların, bir çox ədəbi-elmi məqalələrin müəllifi, filoloji elmlər doktoru idi, ancaq bütün bunlarla bərabər, o, ilk növbədə, əlbəttə, şair idi.

Arif BDU-nun (S.M.Kirov adına (!) Azərbaycan Dövlət Universitetinin) filoloji fakültəsinin 4-cü kursunda oxuyanda, mən orada 1-ci kurs tələbəsi idim yaxşı yadımdadır, bizi "60-cılar"ın ağsaqqalı Fikrət Sadıq ("60-cılar"ın ən yaşlısı o, ən cavanı isə mən idim) tanış etmişdi. Sonralar mən aspirantlıqdan baş elmi işçiyə qədər on il Nizami adına Ədəbiyyat İnstitutunda Ariflə birlikdə çalışdım o zaman aramızda yaranmış çox isti münasibət onun vəfatınacan eləcə davam etdi.

Mən bunları xatırladıqca, təsəvvürümdə iki Arif canlanır - bir tərəfdən:

 

Mən yurdumun

küçələri, həyətləri gül-çiçəkdən

döşəməli,

paxlavası, halvasıtək

dilə şirin, sözə şirin ləhcəsi

xoş, yeməli

Şəki adlı cənnətində doğulmuşam.

 

- deyə gəzməyi, yeyib-içməyi sevən, dinamik, xüsusi bir həvəslə yaxşı şahmat oynayan o illərdə mənim şövqlü şahmat rəqibim, pozitiv Arif Abdullazadə, o biri tərəfdən isə, illər keçdikcə özü-özünə:

 

Mən hardan gəlmişəm, hara gedirəm,

hardan başlamışam, harda bitirəm,

niyə gəlmişəm ki, niyə gedirəm,

niyə başlamışam, niyə bitirəm?

Nədən bu kürənin içindən çıxıb,

üzünə düşdüm,

nədən belə bəxtin, belə həyatın

izinə düşdum?

 

- deyə bəşəri suallar verən belə başa düşürəm ki, bu sualların cavabını axtararkən, dünyadakı riyaları, mənəvi saxtalığı, qəlpliyi görərkən, bütün bunları öz daxili aləminə sığışdıra bilməyən Arif Abdullazadə; eyni zamanda ömrünün sonlarına yaxın onun qol-qanadını sındıran namərd bir xəstəlik aqibətiylə barışa bilməyən, yalnız fiziki mənada yox, yəqin ki, daha artıq dərəcədə mənəvi mənada iztirab çəkən Arif Abdullazadə.

Mənə bağışladığı kitabları yenidən nəzərdən keçirərkən, bir daha görürəm ki, onun poeziyası, demək olar ki, başdan-başa həmin sualların doğurduğu düşüncələrdən ibarətdir yəqin elə bu düşüncələrdir ki, onun poeziyasında təbiətdən, yaxud məhəbbətdən ürək dolusu danışmağa çox az yer qalır.

 

Qəribə dünyaydı getdiyim dünya,

Adamlar qədər həvəsliydilər,

Adamlar qədər həsrətliydilər,

Adamlar qədər həsədliydilər.

Gözlər torpaqdan çox, göyə baxırdı,

Göylərdən gözlərə min sirr yağırdı,

təsəlli yağırdı,

səbir yağırdı...

 

Mən "Baş" romanını işləyəndə Arifin ömrünün sonlarında yazdığı "Bir bu dünyaya gəlməyə tövbə" misrasını, eləcə rəhmətlik Ənvər Məmmədxanlının hələ 1970-ci illərin sonlarında, yayda, Yazıçıların Şüvəlandakı Yaradıcılıq Evində mənə dediyi: "Həyatım ağrıyır" sözləri tez-tez yadıma düşürdü romanı bitirdikdən sonra da hər ikisini epiqraf seçdim.

İndi düşünürəm ki, Arifi ailə qurmağa qoymayan, onu tək saxlayan da öz-özünə verdiyi o mənəvi sualların axtarışı ( hədsizliyi) oldu mən onun, yəqin ki, həmin tənhalıq çağlarında yazdığı bu şeiri tapıb, bir oxudum:

 

Səni sevgimizin son mənzilindən

özüm yola saldım sonbaharıma.

Bir sevgi bir anda qurban kəsildi

dolan gəncliyimin boş vüqarına...

 

...İndi kəsişməyən iki yoldayıq,

yollar da axşama düşüb, qaralır.

Hardasa bir qərib, yaşıl talada

sönmüş bir ocağın yeri qaralır.

 

Bu misralar ötüb-keçmiş həyatın bir epizodunun xatirəsidir, ancaq eyni zamanda məncə, Arifin, həm istedadlı qələminin, həm həssas hissiyyatının ifadəsidir belə bir hissiyyatla yaşamaq o qədər asan bir yaşayış deyil.

Şair ömrü - çətin ömürdür.

Yeni bir söz olmasa da, təkrar etmək istəyirəm: şair - həyatın acısından-şirinindən asılı olmayaraq, mahiyyət etibarilə tənhadır.

 

Tənha şairlərin doğum günləri

ömrün açılmamış izindən keçir.

Tənha şairlərin tənhalığı da

özünə tuşlanır, özündən keçir.

Tənha şairlərin tənha fəryadı

içinə düşür,

İncəlib bir iynə gözündən keçir, -

Tənha Füzulinin dəvəsi kimi...

 

Mən, haçansa ciddi jurnallardan birində elmi araşdırmaların belə bir nəticəsini oxumuşdum ki, şairlər nasirlərə, ümumiyyətlə, yazıçılara nisbətən ortaq rəqəm kimi 8 il az yaşayırlar.

Düzdür, Tolstoy 80-ni, Şou 90-nı, Hamsun isə 100-ü keçmişdi, ancaq görünür, bu cür misallar - istisnadır.

30-a, 40-a çatmayan şairləri saymaqla qurtaran deyil.

Bir ki, şair , hər halda, insandır insan istəsə , istəməsə - öz taleyinin ardınca gedir.

Arif son illərində yazdığı bir şeirdə deyir:

 

Baş tutmadı bu sınaq,

Gələn dünyaya qalsın.

Bir milyon il sonra

Cənnətdən yerə düşən

bir dənə saf toxumdan

doğan almaya qalsın.

Bu sınağın alması

cır kökdən cücəribmiş...

 

Cənnətdən düşən sınaq alması - Adəm ilə Həvvanın alması - cır kökdən cücəribsə, şair edə bilər?

Bunu yalnız obrazlaşdıra bilər, artığına gücü çatmaz.

Arifin çoxmərtəbəli binanın son qatında birotaqlı mənzili var idi hərdən o otaqda olanda mənə elə gəlirdi ki, onun siqaret tüstüsünə qarışmış bütün hiss-həyəcanı, düşüncələri, itirdikləri, özünün-özünə dedikləri ağır məngənə altında sıxılaraq, bu darısqallığa pərçim edilib.

 

Quşlar yuvasını ağacda qurar,

Evim bir binanın son qatındadı.

Quşların zamanın çərxinə qonub,

 

İllərin qış adlı sərt rüzgarının

Soyuq qucağından sıyrılıb çıxmaq,

Uçmaq taleyi var başının üstə,

Özündən, izindən, öz yuvasından

Qaçmaq taleyi var başının üstə.

 

İllər keçdikcə, Arifin daxilindəki o quş azadlığına - "zamanın çərxinə qonub, illərin sərt rüzgarından" çıxmaq arzusu, "uçmaq taleyi" yaşamaq istəyi daha da artırdı, çiyinlərini basan ağır bir yükə çevrilirdi.

Ancaq etmək olardı?

 

Mənimsə, taleyim göz qırpımında,

Donan pəncərənin nəfəsindədir.

Torpaqla səmanın arasındakı

Gecəli, gündüzlü dənizə baxan

Ömrün bircə anlıq həvəsindədir...

                                                                                                                                                                       3

 

Ancaq mən bu qısa qeydləri bədbin notlarla bitirmək istəmirəm "yurdunun Şəki adlı cənnətində doğulmuş" gözəl yumoru olan, deyib-gülən, duzlu zarafatlar edən, yüksək yaradıcı enerjili, pozitiv Arif Abdullazadəni xatırlayıram.

Onun, hətta küskün şeirləri səni düşündürürsə, səndə mənəvi suallar yaradırsa, - bəyəm, bu azdır?

Yox, az deyil.

Əgər bu gün başqa bir epoxadan - Sovet dönəmindən çıxmış bir şairin, yazıçının əsərləri yenidən nəşr edilir, oxunur, bəyənilir, maraq doğurursa, bunun özü cır yox, saf cücərtinin ifadəsidir.

Pozitiv Arif Abdullazadə , küskün Arif Abdullazadə həmin mənəvi sualların axtarışından ( cavablarından!) asılı olmayaraq, Azərbaycanı, Azərbaycanın daxilində isə, Şəkini çox sevirdi bu gün Şəki şəhərində Arifin adını daşıyan küçə var.

"Arif Abdullazadə küçəsi"ndəki mənzillərdə insanlar doğulur, böyüyür, sevinir, kədərlənir, bir sözlə, o küçədə həyat öz axarı ilə davam edir.

bu gün o küçədə oynayan uşaqlar, o küçə ilə gedib-gələn insanlar, o küçədəki skamyalarda oturub, söhbətləşən qocalar, gimgə vuran qarılar - onların hamısı Arifin qəlbən, ruhən bağlı olduğu Azərbaycanın sadə vətəndaşlarıdır.

                                                                                                                                                                                                                                                                                                                                                                                              19 noyabr 2022. Bakı                                                                                                                                                                                                                                                                                                                                                                      15 15 dekabr 2023. Bakı

 

 

ElÇİN

Ədəbiyyat qəzeti. - 2023. - 23 dekabr, ¹ 50. - S. 8, 9.