Öpüb gözlərindən
Xarı bülbülün,
Cıdır şəhərinə
qayıtdı Şuşa.
Şuşalı Vətən
Öpüb
ulduzunu, öpüb ayını,
Öpüb
hər rəngini çəkdi gözünə
-
Göyü,
qırmızını, yaşılı
Vətən.
Nə
gözəl görünür
Xankəndi bu gün,
Nə
gözəl sayrışır
Şuşada bayraq,
Nə
gözəl səslənir
Şuşalı Vətən!
Süzüb
Xankəndini Xan şəhərindən
Dikəldi
yerindən Pənahəli
xan,
Sildi
Natəvanın göz
yaşlarını,
Hayqırıb
Vaqifin məqbərəsindən
Bir-bir
salamladı yurddaşlarını.
Yırtıb
çadır-çadır şəhərcikləri
Abır
şəhərinə qayıtdı
Şuşa.
Öpüb
gözlərindən Xarı
bülbülün,
Cıdır
şəhərinə qayıtdı
Şuşa.
Silkinib
içindən kükrədi
Şuşa,
Başlandı
şəhərin yeni
erası.
Yerinə
qayıtdı Üzeyir
bəyin
Dağları
oynadan uvertürası.
Min
bəstə üstündə
ötür Qarabağ,
"Şikəstə"
üstündə ötür
Qarabağ,
Yerinə
qayıtdı Bülbülün
səsi,
Yerinə
qayıtdı Xan zənguləsi,
"Çahargah"
nərəsi,
"Segah"
naləsi.
Çıxdı
azadlığa damlanan
damlar,
Damlanan qapılar,
o ah yerləri,
Silindi üzündən günah yerləri,
Yerinə qayıtdı gorgah yerləri.
Alıb bir-birindən yurd halallığı
Yerinə qayıtdı binə daşları.
Alıb bir-birindən dərd halallığı
Yerinə qayıtdı sinə daşları...
Yerinə qayıtdı
çəmənin ətri,
Yerinə qayıtdı
meşənin ruhu,
Yerinə qayıtdı Vətənin
ətri,
Yerinə qayıtdı
Şuşanın ruhu.
Hər daşın
üstündə şəhid
nəfəsi,
Hər daşın
altında şəhid
qanı var.
Şuşanın nəfəsi
igid nəfəsi,
Şuşanın ər şözü,
hürr dastanı
var.
Öpüb ulduzunu,
öpüb ayını,
Öpüb hər rəngini çəkir gözünə -
Göyü,
qırmızını,
yaşılı Vətən.
Nə gözəl
görünür Xankəndi
bu gün,
Nə gözəl
sayrışır Şuşada
bayraq,
Nə gözəl
səslənir Şuşalı
Vətən!
Şeir işi və ya
şairlər üçün şeir
Bu axşam şeirə toxunmayacam,
Eləcə baxacam dərkin şəklinə.
Daha yer dilində oxunmayacam,
Saralmış səsimi
sovurur sükut
Göylərə yönələn
ərkin şəklinə.
Yer yerdən oynayır...
sükut səsimi?..
Sükut təkanları
söz nəfəsimi?..
Fikir qırıntısı,
ideya şumu,
Dağıdır beynimi, didir huşumu.
Qırılır yarıda,
bitir yarıda,
Yüksüz misraları
yük sayıram mən.
Zoğa saxlamıram
obrazları da,
Əlimə keçincə
budayıram mən.
Hənirti-hənirti ləpələnən
səs,
Bəlkə ruh səsimdi, duyğu səsimdi.
Səsim yuyunmağa
bir ilıq nəfəs,
Bir damla göz yaşı olsa, bəsimdi...
Bahar yaşıllığın
bətn dilidi,
Körpə duyğuların
göy cavabı var.
Payız xəzəllərin
mətn dilidi,
Hər sözdə
düşüncə iztirabı
var.
Hər şeir
iş yeri,
hər iş şeir işi.
Şeir qazanıram
günün sonunda.
Doğulmuşam ayın
iyirmi beşi,
Elə öləcəyəm
ayın sonunda...
Ölü ölməzlərə
çox gülüb ölüm,
Bu gülüş
səbrimi çəkir
tarıma.
Mənim də başıma gələcək
ölüm,
Hələ ki, dolaşır
ayaqlarıma.
Açıb gözüm
kimi səhərlərimi,
Yumuram gözümdə
axşamları mən.
Səpib sətirlərə
qəhərlərimi,
Düzürəm üstünə
ağ şamları mən.
Bu axşam sözə söz yatırmayacam,
Var sözün sərmayə xarizmaları.
Qələmi şeirə
batırmayacam,
Qurusun qələmin
qansızmaları.
Tükənən tərgləri
tərk edirəm mən,
Dünya içimdədir,
tərkimdə deyil.
Dünyanın nəyi
var, dərk edirəm mən, -
Dünyanın nəyi
yox,
dərkimdə deyil.
Kölgə
Dünya zülüm
kölgəsidi,
ahdı,
Ömür sələm
kölgəsidi,
behdi,
İnsan ölüm
kölgəsidi,
ruhdu,
şairim, ruhdu...
Babək edam kölgəsidi,
Bəzzdi,
Günah Adəm
kölgəsidi,
həzzdi,
Həvva qadın
kölgəsidi,
qızdı, şairim,
qızdı...
Ləvat Lutun kölgəsidi,
tordu,
Zina lütün kölgəsidi,
kordu,
Məzar bütün
kölgəsidi,
gordu, şairim, gordu...
Tüstü tütün
kölgəsidi,
hisdi,
Qaymaq südün
kölgəsidi,
üzdü,
İpək tutun kölgəsidi,
bezdi, şairim, bezdi...
Orden metal kölgəsidi,
misdi,
Şöhrət medal kölgəsidi,
pisdi,
Şeir detal kölgəsidi,
hissdi, şairim,
hissdi...
Ay sarının kölgəsidi,
aldı,
Gül arının
kölgəsidi,
baldı,
Eşq Tanrının
kölgəsidi,
yoldu, şairim, yoldu...
Ələsgər
Nə sazdı,
nə sözdü, nə də aşıqdı,
Nə mağar,
nə düyün, nə yaraşıqdı,
Allahın taxtından
gələn işıqdı,
İşığın taxtında
şahdı Ələsgər.
Hər beyti ayədi, hər sözü kəlam,
Açması önündə
dilsizəm, lalam,
Sənətdə peyğəmbər
Əleyhissəlam,
Dəryada tufandı,
Nuhdu Ələsgər.
Yerin pərdəsidi,
göyün simləri,
Əritdi canında
çox tilsimləri,
Dolaşır İlahi
mərasimləri
Kükrəyən, çağlayan
ruhdu Ələsgər.
Sehri çox mələklər ötən
eşqinin,
Arazda, Samurda itən eşqinin,
O taylı-bu taylı Vətən eşqinin
Göyçə dodağında
ahdı Ələsgər.
Kitablar bağlanıb
Hürr savaşından,
Zirvələr dizinnən,
bulud qaşından,
Adına pir tikin məhək daşından
Saf Ağdı, Od Ərdi, Bağdı Ələsgər.
Qandallar
Cığalı
təcnis
Sərdi yollarını
qədəmlərimə,
Basdı gül bağrına Qandallar məni.
Şair deyər
qandallar,
Qan görməsin qandallar,
Tovuz təcnis diyarı,
Gül bəndidi
Qandallar.
Əsriyin hər daşı güllü qafiyə,
Yazmasam, dilimdən
qandallar məni.
Göy mavi taladı, yer sarı tala,
Göydən nur yağdırır yer sarı, tala,
Şair deyər
taladı,
Hər yan güllü taladı,
Allah, bu nə gözəllik,
Heyrətimi taladı.
Təcnisə ən qolay yer Sarıtala,
Çəkir cinas-cinas
qandallar məni.
Qış gələr,
bəmbəyaz qar alar
kəndi,
Nə çilə,
nə çovğun qaralar kəndi,
Şair deyər,
qaralar,
Qarda itər qaralar,
Səngər-səngər alındım,
Bir qaladı Qaralar.
Qədim cəng
yeridi Qaralar kəndi,
Süzür qan budaqlar, qan dallar
məni.
Ramiz, yaşıl
yazıb, göyə baxan, mən,
İçib Ağ bulaqdan, göyə baxan, mən,
Şair deyər,
ağ bulaq,
Göy şəlalə,
ağ bulaq,
Bulaqların içində
Ağ nağıldı
Ağbulaq.
Bu lütfü unutsam, Göyəbaxan, mən,
Donar damarımda qan, dalar məni.
* - Qandallar, Sarıtala, Qaralar,
Göyəbaxan Tovuzda kənd adlarıdır.
Saxalar, Yakutlar
Cığalı təcnis
Mənə "gəl-gəl"
deyir Turan elləri,
Səsləyir Saxalar, Yakutlar məni.
Şair deyər,
tur anı,
Səfər anı,
tur anı,
Yer Turandı, göy Turan,
Ötür Turan Turanı.
Bir az gecikmişəm, bir az üzgünəm,
Gəlincə ya qınar, ya kutlar məni.
Hər yan qar dənizi, şam, ayı üzür,
Ağ göldə
ağ balıq, şamayı üzür.
Şair deyər,
şam, ayı,
Cəngəl meşə,
şam, ayı,
Ağ işıqdı,
bəyaz qar,
Seçə bilmir şam ayı.
Üzür, öləziyən
şam Ayı üzür,
Üzməz işığında
yakutlar məni.
Sibir iki məkan, iki Sibirdi,
Edamdı, sürgündü,
iki sibirdi,
Şair deyər,
al taya,
Göy talada al
taya,
Düzsəm, sığmaz
dağlarım
Alp dağından
Altaya.
Nargindi, Sibirdi,
ikisi birdi,
Tanıyır Saxalar-Yakutlar
məni.
Qusarçaylı ağ çay, yol qara çaydı,
Dirənib yol qışa, yol qara, çaydı.
Şair deyər,
qara çay,
Qara məcra, qara çay,
Qovrulur dərd
içində
Uyğur, Çuvaş,
Qaraçay.
Yol Tuva, yol Hakas, yol Qaraçaydı
Hifz edər Şamanlar, ya Kutlar məni.
Çartəpə kəndi
Nə çardı,
nə çahar,
Car sədasıdı,
Qədimdən qədimdi
Çartəpə kəndi.
Dağların qoynunda gül adasıdı,
Gül-gül salamlayır hər təpə kəndi.
"Qızıl
qaya"sı var,
"Dərin dərə"si,
Coşur Qusarçayın
bəndi, bərəsi,
Aylı axşamları
ruh mənzərəsi,
Möcüzə məskəni,
sirr təpə kəndi.
Çox düşüb
tufana, selə təpədə,
Sərib sinəsini
yelə təpədə,
Döyüşüb Şuşada,
Lələtəpədə
Ərən təpə
kəndi,
ər təpə
kəndi.
Nurundan göy gülüb,
yer qitələnib,
Tanrının əliylə
xəritələnib,
Övliya-övliya əhatələnib
Ocaq təpə kəndi,
Pir təpə kəndi.
Nə çardı,
nə çahar,
Car sədasıdı,
Haraydı, nərədi
Çartəpə kəndi.
Dağların qoynunda gül adasıdı,
Gül-gül salamlayır hər təpə kəndi.
Ay səsi,
ulduz səsi
Bu payızlı gecənin
Darıxmağı sapsarı.
Kim sayıb göy üzündən
Sürüşən ulduzları?
Əl açır
ulduzlara
Arı-arı çiçəklər.
Yaşıl-yaşıl yarpaqlar,
Sarı-sarı çiçəklər.
Göyə düşür
kölgəsi
Mələk-mələk qızların.
Ay səsi, ulduz səsi
Payız-payız nazlanır.
Gəl, yığaq
ovcumuza
Üşüyən ulduzları.
İsinsin tənhalığın
Salxım-salxım buzları.
O ulduz kimin imiş,
O can kimin itiyi?!
Kimin əlində imiş
Göyün ulduz tətiyi?!
Hər düşən
üç ulduzun
Biri qayıdır
göyə.
Yerdə ölən
nə varsa,
Diri qayıdır göyə.
Bu ulduzlu gecənin
Darıxmağı sapsarı.
Kim sayıb göy üzündən
Sürüşən ulduzları...
Alim oynayırdı
"Tərəkəmə"də
Görkəmli alim Ələddin
Allahverdiyevə
Alim oynayırdı
bir yaz axşamı,
Bir ozan axşamı,
bir saz axşamı.
Alim oynayırdı
"Tərəkəmə"də,
Dil açıb ötürdü göydə
buludlar,
Qol açıb süzürdü yerdə
elatlar,
Qaymaqlı çiçəklər,
çiçəkli otlar,
Dolub pərdə-pərdə
tellənirdilər,
Qopub "Ruhani"dən,
"Baş sarıtel"dən
Axıb bulaq-bulaq
sellənirdilər,
Alim oynayırdı
"Tərəkəmə"də.
Çiçəyin işığı
arıdan idi,
Yarpağın işığı
sarıdan idi,
Alimin işığı
Tanrıdan idi,
Alim oynayırdı
"Tərəkəmə"də.
Gözündə gül səsi,
qönçə havası,
Könlündə ilk eşqin
incə havası,
Düşüb sümüyünə
Göyçə havası,
Alim oynayırdı
"Tərəkəmə"də.
Döyüb oynadırdı
dolu dağları,
O qoca dağları,
ulu dağları.
Alim oynayırdı
"Tərəkəmə"də,-
Ləngəri Ələsgər,
Alı dağları...
Qol açıb o rəngə qoşuldum mən də,
O səsə, o cəngə qoşuldum mən də.
Oynatdı ruhumu həsrət yerləri,
Qərib yurd yerləri,
qürbət yerləri,
Yarpızlı laləsi,
yasəmən ətri,
Çaxırlı yaylağı,
Kəsəmən ətri.
Qopdu Şişqayadan
şimşək nərəsi,
"İrəvan
çuxuru",
"Cəngi Koroğlu",
"Misri",
"Tərəkəmə
gözəlləməsi"...
Alim oynayırdı
"Tərəkəmə"də.
Dünya qəm havası,
ələm havası,
Ələmin içində,
qəmin içində,
Şairin havası
qələm havası,
Alimin havası
aləm havası,
Aləm oynayırdı
"Tərəkəmə"də,-
Alim oynayırdı
"Tərəkəmə"də.
İrəvan marşı
Ordum, yürü, İrəvana,
Qoy, tərk etsin şər şəhəri.
Vətən dönsün
firavana,
Çiçəklənsin Ər şəhəri.
Qalx İrəvan qalasına,
Qədim Turan qalasına,
Qədəm qoyaq Göy məscidə,
Vətən gəzək
hər incidə.
Hər cəng
zəfər yolu olsun,
Dönək Vətən
torpağına.
Hər əsgər
bir qala olsun
Azərbaycan bayrağına.
Ağrımasın Ağrı
dağı,
Yaş qonmasın
Alagözə.
Çağlasın Çaykənd
bulağı,
Günəş gülsün
Güllüdüzə.
Sularda yansın
ahımız,
Göyçə yazaq, ta
Sevana.
Göl-göl əl açsın ruhumuz,-
Tuz Xəzərə,
Urmu Vana.
Göytürk rəngi,
qıpçaq cəngi,
Qoy, yar olsun hər cəsura.
Qoy, qovuşsun zəngi-zəngi
Zəngibasar Zəngəzura.
Biz gedirik İrəvana,
Düz gedirik İrəvana,
Qoy, tərk etsin şər şəhəri,
Çiçəklənsin Ər şəhəri!
Gözün göz nişanı,
ülgüsü
varmı?
Dostum Paşa Qəlbinura
Sol gözüm yaşarır, Paşa Qəlbinur,
sol gözün ürəklə ilgisi varmı?
Sol gözümdə
yaş var,
sağ gözümdə
nur,
ürəyin bu işdən bilgisi varmı...
Sol gözüm yaşarır,
sağ gözüm
baxır,
sol gözüm nə çəkir, sağ gözüm bilmir.
Ürəyim nə çəkir gözümdən
axır,
gözümə baxmağa
ürəyim gəlmir.
Üşənir sağ gözün işıq selləri,
sol gözün selindən gözüm su içmir.
Qırılır ürəyin
işıq telləri
qara pərdələrdən
sözüm su içmir.
İşıqdan-işığa qaralır
ömür,
işıq kölgəsində
ümid əkirəm.
Qaşla göz arası göz-gözü
görmür,
qaşla göz arası işıq çəkirəm.
İşığı-işığa toxumur daha,
gözün göz nişanı, ülgüsü
varmı?
Özü yazdığını
oxumur daha,
fələyin əlində
silgisi varmı?..
Üz-göz baxışların
rəngi qızarır,
itir üz qarası göz ağlığında.
Onsuz da, dünyada işıq azalır,
boğulur siyasi bataqlığında...
Bir gözüm sağçıdı, bir
gözüm solçu,
-
sağçıyla solçunun
əlində qalıb.
İşığın ayrıca
ölkəsi varmı,
işığın xəlvəti
bölgüsü varmı?
işığın "boz
qurdu", "ülküsü"
varmı...
bir gözümdə
yaş var,
bir gözümdə
nur,
işığın işıqdan
kölgəsi varmı...
İşığın işıqla
nə ədavəti,
-
işığın işıqla
davası gedir,
acı göz yaşları gözümü
yonur.
Vallah, ürəkdi
də, bir gün bu sirri
soruşsa, nə deyim, Paşa Qəlbinur...
İki gül
Qərənfil şəhid
qanı,
Xarı bülbül
göz yaşı,
İki güllə
yazıldı Vətənin
qan yaddaşı...
***
Qönçə-qönçə güllənən
qızıl qaşlı
sevginin -
Üfüqlərdən boylanan eşq danıydı qərənfil.
Hər sevginin gəlişi çiçək
günü, gül günü,
İki sevən
ürəyin peymanıydı
qərənfil.
Qərənfil gül deyildi, - ilk sevginin gözündən
Süzülüb damla-damla
düşən od dənəsiydi.
Beləcə, boylanırdı
sevənlərin üzündən
Həyalı duyğuların
gizli baxış səsiydi.
Payızın boz çənində,
qışın bəyaz
qarında
Yanırdı Günəş
olub, hər fəsildə Qərənfil.
Alışırdı şam təki gəlin xonçalarında,
Xoşbəxtlik aktı
idi hər nəsildə Qərənfil.
Qərənfil bir qış günü yol alıb Şüvəlandan,
Səpələndi Sibirdə
Cavidin nəşi üstə.
Göy yerə
yelkən açdı,
yer göyə havalandı,
Vətən gül-gül
parladı sözün
Günəşi üstə.
Gəldi, gül
kimi, gəldi, düz İyirmi yanvara,
Gəldi, süngü
başında, tankların
lüləsində.
Rənginin al yerindən
tutub çəkdilər
dara,
Güllələr çiçəklədi
gözünün giləsində.
Hər ləçəyi
boyandı günahsız
axan qana,
Qaboy sədası üstə can xışladı
Qərənfil.
Azadlıq meydanından
Dağüstü xiyabana
Tabut-tabut güllənib,
yol başladı qərənfil.
***
Canını çox
üşütdü həsrət
Xarı bülbülün,
Ləçək-ləçək dilləri
için-için sızladı.
Sudan duru gözləri, aydan arı bülbülün
Naləsinin şehində
ümid yeri buzladı.
Rəng alıb,
rəng qatırdı
Tanrının bəstəsindən
Rəngi solan güllərin
ölü qonşuluğunda.
Əsir düşən
səslərin şikəst
"Şikəstə"sindən
Hallanırdı Turşsuyun
şirin turşuluğunda.
Diksinib ahlarından
ətrafdakı güllərin,
Çəkirdi ciyərinə
tövşiyən yağışları.
Bağrının gül başında buğlanan nisgillərin
Üşənirdi nəmindən
pərişan baxışları.
Açdı qırışlarını
doğma əzan sədası,
Axdı ilahi səslər donan minarələrdən.
Qopardı mehvərindən
"Dəmir yumruq"
nidası,
Qarabağ silkələndi
alovlu nərələrdən.
Yetişdi imdadına
xilas ruhlu əsgərim,
Gül ətirli qanıyla öpdü Xarı bülbülü.
Qəzəbindən qan daman
qisas ruhlu əsgərim
Gözünə məlhəm
kimi təpdi Xarı bülbülü.
***
Qərənfil ta qan deyil,
Ah deyil Xarı bülbül,
Daha qəmin taxtında şah deyil Xarı bülbül,
Qərənfil gül bayrağı, Xarı bülbül aypara,
Qərənfili yozmayın
ta İyirmi yanvara!
Qərənfil döyüş
ruhu,
Xarı bülbül
Qələbə,
İki gül keşik çəkir bu müqəddəs qəlibə!
Xarı bülbül
qayıtdı Şuşada
gül yerinə,
Qərənfil də qayıtsın eşqin könül yerinə...
Qərənfil ta qan deyil, Xarı bülbül göz yaşı,
İki güldən
boylanır Vətənin
qan yaddaşı!..
Göy gəzirəm Yerdə, bir az
Mövzu deyib dağı, düzü
Gəzib suyun çıxardıram.
Misraya yatmayan sözü
Əzib suyun çıxardıram.
Ruh uçunan sirdə yer az,
Göy gəzirəm
yerdə, bir az,
Ayrılığı Araz-Araz
Üzüb suyun çıxardıram.
İpək hördüm
dəmirdən də,
Gül bağladım
kömürdən də,
Can çəkişən
ömürdən də
Bezib... suyun çıxardıram.
Dəniz
gözlüm, bu mən, bu sən,
Gir
könlümə, üz
dərindən,
Sənsizliyi
gözlərimdən
Süzüb
suyun çıxardıram...
Anama
Ürəyim
üstündə şam
bənövşəsi,
Ayrı nəyim
var ki, yanası, anam?!
Sənsən gülşənimin
qəm bənövşəsi,
Sənsən göz yaşımın sonası,
anam.
Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım
qəbrinin üstə,
Qorxdum ki, uçular
binası, anam...
Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə
qalsın, düzü
dağ olsun,
Sevməyən kim varsa, canı sağ olsun,
Məni sevənlərin anası, anam...
Ramiz
Qusarçaylı
Ədəbiyyat qəzeti.
- 2023. - 9 dekabr, ¹ 47. - S. 18 - 19.