Dan ulduzu

        

        Rumın ədəbiyyatı Mihay Emineskunun şeirləri Azərbaycan dilində

 

Mihay Emineskunun seçmə şeirlərinin və bir poemasının daxil edildiyi "Dan ulduzu" toplusuna poetik mətnlərin əsas tərcüməçisi, şair Səlim Babullaoğlunun yazdığı "Son söz" yazısını, oxucularımız üçün maraqlı olacaq, deyə diqqətinizə çatdırırıq. Kitabın Babullaoğlu tərəfindən qeyd olunan bir məqamı biz diqqətinizə çatdırmağı lazım bilirik: bu yazının  hazırlanmasında tarix elmləri doktoru G.Yoloğlunun "Mihay Eminesku: tarix ədəbiyyatın güzgüsündə", filologiya elmləri namizədi N.Sadıqovanın "Mübarizədə keçən ömür", şairə, tərcüməçi F.Hacıyevanın "Ulduzlardan pay istərəm" kitabına yazdığı "Ön söz", tarix filologiya üzrə fəlsəfə doktoru J.İsmayılın "Rumın ədəbiyyatı XIX-XX yüzilliklərdə: faktlar mülahizələr" "Azərbaycan-Rumıniya ədəbi əlaqələrinə bir nəzər", filologiya elmləri doktoru M. Metlyayevanın "Mihay Emineskunun "Dan ulduzu" poeması: tərcümə təcrübəsi üzərində avtorefleksiya", M.Lupaşkonun "Emineskunun sirri" məqalələrindən istifadə edilib.

 

(Əvvəli burada)

 

Şairin yaradıcılığının ilkin təkan almasında formalaşmasında çox sevdiyi ədəbiyyat müəllimi, 1848-ci il inqilabının iştirakçısı Aron Pumnulun təsiri böyük olub. Bir müddət müəlliminin evində məskunlaşan Mihay onun böyük kitabxanası ilə tanış olub, hətta sonradan bu kitabxananın səliqə-sahmana salınmasında yaxından iştirak edib. Bu ona kitabların, elmlərin təsnifləşdirilməsi kimi vacib bir işlə praktik şəkildə məşğul olmaq imkanı verməklə yanaşı, kitabxanadakı əksər kitabları, xüsusən, dünya ədəbiyyatının qiymətli incilərini oxumaq, onları dərindən mənimsəmək üçün əvəzolunmaz şərait yaradıb. Müəllimi Aron Pumnulun ölümü Mihaya dərin sarsıntı yaşadıb, bu, həyatının, bəlkə , ilk ən ağır itkisi olub. Digər tərəfdən, poetik yaradıcılıq üçün, xüsusən, sonradan Emineskunun bütün yaradıcılığı üçün səciyyəvi olan melanxolik-minor ovqatın başlanğıcını qoyub ki, elə o vaxtlar müəlliminə ithaf etdiyi ilk şeiri - poetik ağı bütün rumın ədəbiyyatında bilinən, xatırlanan elegiyaya çevrilib. Əlbəttə, Emineskunu müəllimi Aron Pumnulun varisi sayanlar yanılmırlar.

Mihay Emineskunun ilk şeirlərinin yazılması mətbu nəşri XIX əsrin 60-cı illərinin birinci yarısına təsadüf edir. 1865-ci ildə şairin şeiri "Familiya" jurnalında işıq üzü görür. 1866-cı ildə əslən Transilvaniyadan olan publisist İosif Vulkanın redaktorluğu ilə çap olunan jurnalda şairin bütün yaradıcılığının lirik başlanğıcı sayıla biləcək "Kaş mən " adlı növbəti şeiri dərc edilir ki, bu da gənc Emineskuya məşhurluq gətirir. Şairin adının "Eminoviç"dən "Eminesku"ya çevrilməsi Vulkanın təşəbbüsü ilə elə o zaman baş verir. Sonradan Eminoviçlərin hamısı məhz bu soyadı daşıyacaqdılar.

Sonrakı üç ildə jurnalda Mihay Emineskunun "Yad ellərdən", "Bukovinaya", "Ümid", "Gecənin sirləri", "Eliadaya", "Aktrisaya", "Abidənin məhəbbəti", "F.İ. adlı dostuma" bu kitaba da daxil etdiyimiz "Sənə mən deyim, gözəl Rumıniya" başqa şeirləri dərc edilib.

Emineskunun sonrakı təhsili dinləyicisi olduğu Vyana Universiteti ilə bağlıdır. Orta təhsili olmadığı üçün universitetə yalnız azad dinləyici kimi qəbul edilə bilərdi ki, bu da ona hərtərəfli olmazın azadlıq, xüsusən, təhsil fənlərini seçmək imkanı yaradıb. 1869-cu ildə professor Timmermanın rəhbərliyi ilə başlayan fəlsəfə təhsili boyunca Eminesku, həm Qərbin, həm Şərqin böyük ədib mütəfəkkirlərinin əsərləri ilə tanış olub, Hafizin, Hüqonun, Lamartinin ölməz əsərlərini oxuyub, icazəsiz yazıldığı saray kitabxanasında "Ramayana" "Mahabharata"nı mükəmməl bildiyi alman dilində mütaliə edib.

Şairin həyatının "Vyana dövrü" barədə məlumatlar çoxdur. Müasirləri dostları, xüsusən, T.V.Ştefanella İ.Slaviçin xatirələri dolğun maraqlıdır. "Ömrünün bu çağlarında həyatının bütün eniş-yoxuşunu, qəm-qüssəsini duyan 20 yaşlı bu gənc 40 yaşlı müdrik insan təəssüratı bağışlayırdı" - bu cümlə Slaviçin xatirələrindəndir.

Vyanadakı təhsil dövrü şairin, həm ciddi yaradıcılıq dövrü hesab olunur. Bu dövrdə Eminesku "Venera Madonna" əsərini, fanilik duyğusu ilə oxucu qəlbinin dərinliklərinə işləyən lirik fəlsəfi silsilə şeirləri, ilk nəsr əsəri, Dostoyevskinin "Alçaldılmış təhqir olunmuşlar"ını xatırladan "Vəhşiləşmiş ruh" (yaxud "İnamımı itirmiş ruh") romanını yazıb. Yeri gəlmişkən, sonuncu əsər şairin ölümündən sonra, 1904-cü ildə işıq üzü görüb ədəbi tənqidin əsərə münasibəti birmənalı olmayıb. Hətta bir çoxları əsərin çap olunmamasının daha doğru ola biləcəyini söyləyib, bəziləri isə "Eminesku böyük şair, lakin zəif romançıdır, amma İks yaxud İqrekdən heç zəif yazıçı deyil" (Q.İbrailyanu) kimi fikirlər səsləndiriblər.

Bəlkə, bu fikirlərə müəyyən qədər haqq qazandırmaq da olardı. Çünki Eminesku özü belə yaradıcılığının bu dövründəki ovqatı haqqında belə yazırdı: "...mənim düşüncələrim o dövrdə tamamilə romantik əhval-ruhiyyənin, mələklərin, iblislərin əhatəsində olub, qəhrəmanlarım zahirən Bayronun qəhrəmanlarına bənzəyirdilər..."

Bu dövrdə Eminesku ciddi nasir kimi "Bədbəxt Dionis", "Mənim kölgəm", böyüklərin uşaqlar qədər sevdiyi "Hind nağılı", "...Fet Frumos" nağıllarını yazıb, şair kimi isə lirikası yeni, sonradan məhz onun üslubunu səciyyələndirən çalarlar qazanıb. Az əvvəl adını çəkdiyimiz "Venera Madonna" şeiri təkcə onu tanıyanlar tərəfindən deyil, hətta tanımayanlar tərəfindən çox hərarətlə qarşılanıb, rumın poeziyasına poetikasına yeni nəfəsin gəlməsi əminliklə hamılıqla təsdiqlənib.

Belə ki, "Bədbəxt Dionis" əsərində müəllif özünəqədərki ənənələri pozur, gerçəklikdə xəstə sayılacaq qədər əcaib təxəyyülün bir-birinə qarışdığı əsərdə Dionisin yaşadıqlarının yuxu ya həqiqət olması oxucular üçün əvvəlcə qaranlıq qalır.

Əsərin xoşbəxt sonluğu qədər sevindiricidirsə, sondakı müəllif "şərhləri" bundan daha böyük əhəmiyyət kəsb edir. Əsərlə tanış olan oxucular müəllifin dünya, tarix, kainatın idarə olunması, Tanrı barəsindəki təzadlı dünyagörüşü fikirləri ilə az da olsa, tanış olurlar.

Eminesku bu dövrdə təkcə şair nasir kimi deyil, həm ictimai-siyasi fəaliyyətilə diqqət çəkməyə başlayıb. "Timpul" qəzetində çalışdığı illərdə ardıcıl yazdığı məqalələrdə 1848-ci il inqilabını təhlil edən "Epiqon" əsərində o, (bu əsərdə şair Eminesku artıq yetkin bir ədib mütəfəkkir kimi Qərbdən ixrac edilən inqilabın yeni, yerli şərait üçün yad olduğundan bəhs edirdi) dövrün əhval-ruhiyyəsini dəqiqliklə göstərib, düzgün əqli nəticələr hasil edib ki, sonralar həmin yazıların fəlsəfəsi şairin "Mələk İblis", "İmperator proletar" kimi ciddi poetik əsərlərində, poemalarında bədii şəkildə yenidən işlənib.

Mihay Emineskunun şəxsiyyətinin ( əlbəttə ki, yaradıcılığının da) əsas cizgilərini göstərmək üçün onun həmkarlarına həyatında xüsusi yeri olan (bəzən bu rol heç pozitiv olmurdu) insanlara məktublarını xatırlamaq yerinə düşərdi. Məsələn, şairin Neqrutsiyə, Mayoreskuya yazdığı günümüzə gəlib çatan bəzi məktubları bu mənada əhəmiyyətlidir. Eminesku çox zaman maddi ehtiyac məngənəsində sıxılmasına baxmayaraq öz millətinin istedadlı nümayəndələrinin üzə çıxarılmasında daim iştirak edib, onlara əməli dəstək olmağa çalışıb. Məktublarının birində o, "Junimya" cəmiyyətinin təsisçisi, dövrünün məşhur "Konverbir literare" jurnalının redaktoru Yakob Neqrutsi-yə (1843-1932) bir xahişlə müraciət edir ki, Slaviç adlı gənc yazarın əsərlərini dərgidə yayınlasınlar; yaxud, Titus Mayoreskuya ünvanladığı başqa bir məktubunda gənc musiqiçi Tom Mikerin konserti üçün konservatoriyanın zalında yer ayrılması xahişini edir.

Çox təvazökar, həmçinin məsuliyyətli şəxsiyyət olan Eminesku məktublarının birində maddi sıxıntılarına rəğmən, Mayoreskunun ona fəlsəfə professoru kimi dərs demək, mühazirə oxumaq təklifinə belə cavab verir: "Məşğələlərin dəqiq planı əlimdə olmadan, onun təfərrüatı ilə tanış olmadan bu qədər gənckən, mən belə bir işə cəsarət edə bilərəmmi? Dar çərçivədəki məsələlərdən danışmağa, məsələn, Kantın ya Şopenhauerin müvafiq əsərlərinin şərhi ilə bağlı xüsusi kurs oxumağa, bəlkə , cəsarət edərdim. Çünki bu zaman mətndən çox uzaqlaşmaq lazım gəlmir, səndən bütün sistemin geniş izahını deyil, yalnız məlum şeyin dəqiq aydın təqdimatını gözləyirlər. Ancaq Şopenhauer fəlsəfəsinin tam kursunu tədris etmək, həqiqi mənada mühazirə oxumaq üçün xüsusi hazırlığın verdiyi biliklər, məxsusən , təbiətşünaslıq antropologiya sahəsində biliklər lazımdır. Mənə ən azı bir semestr anatomiyanı fiziologiyanı öyrənmək lazımdır ki, heç olmasa, fəlsəfəyə girişi mənimsəyim. Doktorluq adı məni cəmiyyət onun qayda-qanunları ilə barışdıra bilər, lakin özümlə yox. Hələ ki, mən daxilən özümdən çox narazıyam. Bu vəziyyət qarşımda duran vəzifənin bütün ciddiliyini hiss olunacaq dərəcədə vurğulayır. Məni açılan yolda gözləyən mənfəət barədə düşüncələr belə borc haqqındakı fikirlərimə üstün gəlmək iqtidarında deyil..."

1874-cü ildə vətənə qayıdan Mihay Eminesku "Junimiya" cəmiyyətinin görkəmli təmsilçisi Vasile Proqorun təqdimatı ilə Yaş şəhəri mərkəzi kitabxanasının müdiri təyin edilib. Eminesku ömrünün ən xoşbəxt çağları saydığı bu dövrdə uzun illər həsrətində olduğu kitabların çevrəsində böyük güc həvəslə çalışmağa başlayır ki, bu da ona qeyri-adi zövq verib. Amma xoşbəxtlik uzun çəkməyib, daxili çək-çevirlər, söz-söhbətlər nəticəsində o vəzifəsindən ayrılmalı olub, bir müddət məktəb inspektoru kimi çalışıb. 1876-cı ilin iyun ayında, siyasi dəyişikliklər zəminində şair bu vəzifəsindən uzaqlaşıb. Daha sonra - 1877-ci ildən başçılıq etdiyi "Timpul" qəzetində maarifçi-publisistik məqalələrlə çıxış etməyə başlayıb.

Baş verən hadisələr şairə pis təsir edib. Maddi ehtiyac içində yaşayan Eminesku şəxsi hisslərini gizlətməyə çalışıb, hadisələrə münasibətini belə ifadə edib: "Siyasət bizim dövlətdə bütün bədbəxtliklərin səbəbidir. Xırda siyasi hisslərlə böyük siyasətçilərdən intiqam alırlar. Bu, çirkin intiqamdır..."

Yaş şəhərindəki qısamüddətli fəaliyyətindən sonra Eminesku onu "rumın xalqının Hiperionu" adlandıran Mayoreskunun dəvəti ilə Buxarestə gedib. Hərçənd ona təklif olunan işə sevinə bilməyib, şair ictimai-siyasi çəkişmələr, əbədi insani antoqonizm ona hakim kəsilən fanilik duyğusu səbəbindən dərin məyusluq ümidsizliyə qapılıb.

Əslində birqatlı olmayan bu əbədi məyusluğun ümidsizliyin bir başqa, şəxsi səbəbi olub. Belə ki, şairin 1872-ci ildə tanış olduğu, əsərlərinin əsasını erotik motivlər təşkil edən rumın şairəsi Veronika Mikleyə (1850-1889) sevgisi onun həyatını büsbütün dəyişmişdi. Demək olar, hər cümə axşamı gənc rumın şairlərinin iştirakı ilə evində ədəbiyyat şeir gecələri keçirən Veronika ilə şair bu tədbirlərin birində tanış olub, ilk görüşdəcə qadına vurulub, sevgisini məktub vasitəsilə bildirib qarşılıq alıb. Bu sevginin qarşılıqlı olması onu sevindirsə , kasıblığı üzündən sevdiyi xanımla birgə yaşamaq arzusunu gizlədib, hissini içində basdırmağa özünü məcbur edib. bu eşq ömrünün sonuna qədər onun üçün əlçatmaz xülyaya çevrilib.

Sonradan bütün rumın ədəbiyyatının şah nümunələri kimi tarixə düşəcək lirik şeirlərin (onların bir çoxu bu kitabda yer alıb) yazılmasına səbəb olan bu sevgi eyni zamanda şəxsi dərin bədbəxtliyin təməlini qoyub. Şairin Mikleyə sevgisi uzun illər platonik səciyyə daşıyıb, çox sevdiyi bu xanımla o, yalnız 1879-cu ildə, fasilələrlə görüşə bilib, amma Mayoreskunun müdaxiləsi nəticəsində bu birgəlik 1882-ci ildə həmişəlik pozulub. Emineskunun sevgilisi Veronika Mikleyə sonuncu məktubu 1888-ci ilin dekabr ayına təsadüf edir.

Botoşarıdan yazan şair sonunun yaxınlaşdığını axırıncı dəfə Veronikanı görmək arzusunu bildirir. Veronikanın da Emineskuya məhəbbəti dərindi bu sevgi, birgə yaşamamalarına rəğmən ağır ruhi sarsıntıları xəstəliyi dövründə ona şairi tərk etməyə icazə verməmişdi. Doğrudan da, ehtiyaclar içində çırpınan, faciəli həqiqi şair ömrü yaşayan Mihay Eminesku bu məktubun üstündən cəmi bir ay keçəndən sonra, yəni 1889-cu ilin iyun ayının 15-də dünyadan köçüb Belu məzarlığında torpağa tapşırılıb.

Hadisədən 48 gün sonra Veratek monastırında tənhalığa çəkilən özünə qapanan Veronika zəhər içərək intihar edib.

Rumındilli poeziyanın klassiki Mihay Eminesku barədə çoxlu epitetlər söylənilir, dünyanın bir çox ölkələrində onun adını daşıyan küçələr, məktəblər var, onun xatirəsinə abidələr ucaldılıb, şairin heykəlləri qoyulub, 2000-ci il dünyada "Eminesku ili" elan edilib, hətta Merkuridəki kraterlərdən biri onun şərəfinə adlandırılıb, amma "rumın ədəbiyyatının Dan ulduzu" təyini dünya ədəbiyyatı tarixində əsərin şairin taleyinə çevrilməsinin ən maraqlı faktı hesab oluna bilər.

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    5 -7 yanvar 2023

 

Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 20-21.