Pərvinin pyesinə Tbilisidə quruluş verildi
13 dekabrda
Gürcüstanın paytaxtında
«Mən öləndə,
ağlama» əsərinin
premyerası baş tutacaq
H.Əliyev adına
Tbilisi Dövlət Peşəkar
Azərbaycan Dram Teatrında
yazıçı-dramaturq Pərvinin
«Mən öləndə,
ağlama» pyesinin məşqləri davam edir.
Teatrın bədii
rəhbəri Turqay Vəli-zadə 13 dekabrda
yeni tamaşanın premyerasının
nəzərdə tutulduğunu
bildirib: «Artıq bir neçə aydır ki, Pərvin xanımın sevilən əsərinin məşqlərini
edirik. Əsəri oxuduğum gündən ona quruluş vermək haqqında düşünürdüm. Nəhayət
yazın zamanda tamaşaçılarımıza bu səhnə əsəri təqdim olunacaq. Bilirsiniz ki, artıq teatrımız üçün yeni binanın
təməli qoyulub və inanırıq ki, çox yaxın zamanda öz səhnəmizdən tamaşaçılarımızı
salamlayacağıq. Amma indilikdə
bütün çətinliklərə
baxmayaraq var qüvvəmizlə,
şövqlə çalışırıq.
Onu da deyim ki, əsər artıq rus dilinə çevrilib, yaxın zamanda gürcü dilinə də çevriləcək. Bizim
niyyətimiz bu təsirli səhnə əsərini rus və gürcüdilli tamaşaçılarımıza da təqdim etməkdir...»
Tamaşanın
rejissoru Turqay Vəli-zadə, rəssamı
Nino Kitiadır. Tamaşada
aktyorlar - Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə
Həsənova Fuad İsfahanlı
iştirak edirlər. Premyera Şota Rustaveli adına Gürcüstan Akademik Teatrında baş tutacaq.
Ədəbiyyat
qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 25.