“Türk ədəbiyyatı” dərgisinin
yeni sayı Azərbaycana həsr olunub
Bu günlərdə
Türkiyədə Türk
Ədəbiyyatı Vaqfının
nəzdində fəaliyyət
göstərən «Türk
ədəbiyyatı» dərgisinin
yeni sayı işıq
üzü görüb.
Dərgi Azərbaycan
Yazıçılar Birliyi
və «Qobustan» dərgisi ilə birgə əməkdaşlığın
nəticəsi kimi Azərbaycan ədəbiyyatına
həsr edilib və «Şuşa özəl sayı» kimi oxuculara təqdim olunub...
Dərginin baş redaktoru İmdat Avşar giriş sözündə qeyd edir: “Türk Ədəbiyyatı” dərgisinin
hər nömrəsi mədəni həyatımıza işıq
salan bir-birindən maraqlı yazılarla zəngindir. Dərgimizin bu sayı 2023-cü il üçün “Türk
dünyasının mədəniyyət
paytaxtı” elan edilmiş
Şuşa şəhərinə
həsr olunub. Yazılarımıza keçməzdən
əvvəl gözəl
bir xəbəri də sizinlə bölüşmək istəyirik.
Azərbaycan Yazıçılar
Birliyi və “Qobustan” jurnalı ilə birgə başladığımız layihəyə
əsasən “Qobustan”
jurnalının 2024-cü ildə işıq üzü görəcək ilk sayı
Türk Ədəbiyyatı,
mədəniyyəti, incəsənətinə
həsr ediləcək.
Dərgimizin həm Azərbaycan Yazıçılar
Birliyi, həm də “Qobustan” jurnalı ilə əməkdaşlığı bundan sonra da davam edəcək. Məqsədimiz isə
Türk ədəbiyyatını
qardaş türkdilli ölkələrdə daha çox tanıtmaq və qarşılıqlı
ədəbi mübadilələr
etməkdir. Bu işdə
bizə göstərdiyi
köməyə görə Azərbaycan
Yazıçılar Birliyinin
sədri hörmətli
Anar müəllimə
və “Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyevaya dərin təşəkkürümüzü
bildirirk.
Dərgimizin bu nömrəsində sizləri Qarabağın
baş tacı olan Şuşa şəhərinin tarixi, memarlıq abidələri,
musiqişünasları, ədəbi
məclisləri ilə
yaxından tanış
edəcəyik. İlk yazı
isə prof.Okan
Yeşilotun “Türkiyə
-Azərbaycan əlaqələrinin
gələcəyi-Şuşa bəyənnaməsi” məqaləsi
ilə başlayır.
Yeşilot öz yazısında Qarabağ
xanlığının tarixinə
və Şuşa şəhərinin yaranmasına
nəzər salır,
eyni zamanda Türkiyə və Azərbaycan arasında bu yaxınlarda imzalanmış Şuşa
bəyənnaməsinin iki
qardaş ölkəyə
gələcəkdə göstərəcyi müsbət təsirindən
söz açır. Başqa bir yazıda isə Azərbaycan və türk dünyasının görkəmli
yazarı Anar bizləri salamlayır. O, özünəməxsus
təhkiyə ilə qələmə
aldığı
“Qarabağ şikəstəsi”
adlı yazısında Qarabağ xatirələrini
o qədər səmimi
şəkildə təsvir
edir ki, oxuduqca Şuşanın təbiəti
və insanlarının
portreti göz özünüdə canlanır.
İnanırıq ki, bu
yazı hər kəsi duyğulandıracaq».
Dərginin bu sayında həm Türkiyədən, həm
də Azərbaycandan olan tanınmış imzaların Azərbaycan ədəbiyyatı, Qarabağ
zəfəri, Şuşa
mövzusunda maraqlı
yazıları yer alıb. Faiq Ələkbərlinin Xan qızı
Natəvan, Abdullah Gündoğdunun
həm Azərbaycanın,
həm də Türkiyənin tarixində
önəmli yeri olan Əhməd Ağaoğlu, Dilqəm
Əhmədin Azərbaycanın
Türkiyədə ilk səfiri
olmuş Yusif Vəzir Çəmənzəminli
haqqında məqalələri
böyük maraq doğurur.
Bu sayda Azərbaycanın zəngin
musiqisinə ayrıca
yer verilib. Belə ki, Vural Yıldırımın “Şuşadan
dünyaya yayılan melodiya” yazısı dahi
musiqiçi
Üzeyir Hacıbəylinin
Azərbaycan musiqisindəki
xüsusi rolundan, Aleyna Malkoç Rəşid Behbudovun bülbül kimi avazından, Sevda Nalan Gül Azərbaycan klassik musiqisinin dahi sənətkarı Qara Qarayevin sənətkarlığından söz açır. Həmçinin
Günel Anarqızının
“Atama” essesi, Pərvinin Şuşanın
mədəniyyətindən bəhs edən “Qəhrəman Şuşa”
məqaləsi, İmdat
Avşarın «Şuşaya
zəfər yolundan dönmək» essesi də dərgidə yer alıb.
Dərgidə yer alan Molla Pənah
Vaqif, Səməd Vurğun, Rəsul Rza, Rəşad Məcid, Ramiz Qusarçaylı
və Sabir Rüstəmxanlının
şeirləri oxucuya Azərbaycan poeziyasının möhtəşəmliyini
bir daha xatırladır.
Qeyd edək ki, bu ilin noyabr
ayında AYB-nin Natəvan klubunda baş tutan Türkiyə-Azərbaycan ədəbi-mədəni
əlaqələrinə həsr
olunmuş tədbirdə
əldə edilən razılaşmaya
əsasən «Qobustan»
dərgisinin növbəti
il üçün ilk nömrəsi
Türkiyə Özəl
sayı olaraq işıq üzü görəcək.
Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr,
¹ 25. - S. 25.