Gülün adı -  Vislava Şimborska

 

XX əsrdə polyak poeziyası enişli-yoxuşlu yollar keçmiş, dünya poeziyasında, necə deyərlər, "daşların yerini dəyişən" bir sıra poetik imzalar yetirmişdir. Onlardan hər birinin adi şeir parçasında bu mənada, yəni modern ədəbiyyat kontekstində çox önəmli elementlərlə yanaşı, keçdikləri yolun "tozu" da iştirak edir. Toz... yəni, ideoloji çaşqınlıq, xaricdə yaşasalar da, ingiliscə, fransızca, italyanca deyil, öz dillərində yazmaq çabası bu üzdən çəkdikləri iztirablar, başlarına gələn dərdlər. Vislava Şimborska şeirlərini çox sadə sözlərlə yazırdı, ancaq ansamblda bu sadəlik füsunkar bir mənzərəyə çevrilirdi. Keçdiyi yol onun poeziyasında dərin şırımlar açmışdı, ancaq bu gözəl qadın dünyada, xüsusən, Polşada hər kəsi yaralayan siyasətin şeirinə müdaxiləsinə imkan vermədi: "Mən ancaq insanlar həyat haqqında yazıram. Başqa heç ." Onun "Möcüzə Yarmarkası" kitabına  Ön sözdə Çeslav Miloş yazırdı: "Şimborskanın poeziyası çox amansız qəddardır... Samuel Beckett Philip Larkinin ümidsiz baxışları ilə müqayisə aparmaq tam yerinə düşərdi. Bununla belə, onlardan fərqli olaraq Şimborska insanın nəfəs ala biləcəyi bir dünya təklif edir." Əsas da budur. Nəfəs. Miloşun poetikası qədər qəliz mürəkkəbdirsə, Şimborskada bu aləm sadədən sadədir, halbuki Şimborska həyatının çox önəmli hissəsini Miloşdan öyrənməyə sərf etmişdi.  Öyrənmək - kəsə yolu tapmaq deyil, öz yolunu kəşf etməkdir.

Yuxarıda dediyimiz kimi, hər bir şeirində bəlkə uydurduğu birisiylə adi söhbətə başlayır (belə deyim: bir nəfər üçün yazmaq...). Bu sözlərin poetik arsenaldakı sinonimləri sehrli nəsnələrdir. Bütöv mətnin qurulmasında bu sehr öz işini görür. İlk dəfə bir fransız jurnalında şeirlərini haqqında yazını oxuyanda təsəvvürümdə nələrsə dəyişmişdi öz-özümə demişdim: "Şimborska bəlkə bir gül adıdır..." Necə ki Xan qızı Natəvan elə gül adıdır. İndi elə zənn edirəm.

Qadın poeziyasında "ton vermək" məsələsi var, həm qəfildən, ani bir hərəkətlə, bütün poetik stixiyaya. Natəvan haqqında Firudin bəy Köçərli elə belə yazmışdı: "Xüsusən, Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq, öz fövqlərindən poeziyaya ton vermişlər. Xurşidbanu Natəvan da bu şairlərdəndir".

Şimborska şeirlərinin poetikasında bu cəhət çox güclüdür. Adi sözləri, adi, gündəlik qayğılarla bağlı söhbəti yüksək ədəbi kriteriyaya çevrimək.

Bir şeiri var: "İlk baxışdan sevgi". deyir?

 

Hər ikisi

əmin oldu ki, qəfil yaxalanıblar...

Əminlik, bilirsiniz, çox gözəldir,

Ancaq nəyisə,

Çox munis bir şeyi bilməmək

daha gözəldir...

 

Bilirdilər ki, əvvəllər aralarında

            heç olmayıb -

Yel ötməyib, ün keçməyib,

Bəs onda küçələr,

            pilləkənlər, dəhlizlər deyir? -

Bəlkə milyon dəfə bir-birinin yanından

            səssizcə keçiblər?

 

Onlardan soruşmaq istərdim:

yadlarına düşmürsə,

bəlkə hansısa, fırlanan qapıda

üz-üzə gəliblər?

Bəlkə izdiham içində biri

            "bağışlayın" deyib o birinə,

bəlkə kimsə dəstəyi qaldırıb:

"bağışlayın, səhv düşüb" deyib?

Cavabı bilmirəm...

Onlar da xat

, şans oynamış onlarla

artıq neçə ildi.

Hələ tale olmağa hazır deyilmiş bu şans

gah onları yaxınlaşdırmış, gah da,

ayrımış bir-birindən,

yollarını bağlamış,

sonra qəhqəhə çəkərək,

hərəsini bir dərə dibinə atmış.

 

İşarələr vardı,

siqnallar vardı,

oxuya bilməsələr .

Ya da keçən çərşənbə axşamı,

hansısa, ağacdan düşən yarpaq qızın çiynindən

oğlanın çiyninə qonub çırpınmışdı,

ürək döyüntüsütək.

Nəsə düşdü yerə, top idimi?

sonra itdi,

Kim bilir, bəlkə uşaqlığın meşəsiydi o yer...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S.