İstəyimin qolları
ölçüsüzdür
binadan…
Göylər şairi
Yüz xəta-bəladan
Tanrı qorusun
ilhamı göylərdən
gələn şairi.
Şeirində özünü
gah "qara fəhlə",
gah "külli-ixtiyar"
bilən şairi.
Sevək dil-dil ötüb sözdən
bac alan,
aləmə səs salan, şahdan tac alan.
bir güclü misrayla ərşə ucalan,
bir zəif bəndində ölən
şairi.
O da mücahiddir,
millətə örnək,
duraq, salamına elliklə gedək.
Biz də Vaqif bilək, Nəsimi bilək
ölümün üzünə
gülən şairi.
Hərdən güzəranı
keçəndə ac
olur, lap, bir loxma çörək möhtacı.
Dolur ürəyinə
yüz ağrı-acı,
tapır vaxtsız
kədər, ələm
şairi.
Təki tükənməsin,
sözü bitməsin,
dərddən uzaq düşsün, qəmli
ötməsin.
Qərəzli düşünüb
əyri getməsin
tanıtsın düz yazan qələm şairi.*
*
- Müqəddəs Quranımızın
şairlər surəsinin
(26) 224-226-cı ayələrinə işarədir
Hamınız qəhrəmansınız
44 günlük
Vətən Müharibəsi
zamanıolmazın qəhrəmanlıqlar
göstərmiş xüsusiTəyinatlı
Qüvvələrin bütün
şəxsi heyətinə
Siz ey qorxu bilməz qurd ürəklilər,
qartal baxışları,
şir biləklilər.
qaya kürəklilər,
xoş diləklilər
bu yurda, bu elə şərəf-şansınız,
hamınız, hamınız
qəhrəmansınız.
Sizin hər biriniz cəsur, hünərli,
zabitli, cavuşlu,
adi əskərli.
Sözünüz imzanız
qədər dəyərli,*
mərhəba, mükəmməl
bir insansınız,
hamınız, hamınız
qəhrəmansınız.
Qəzanız mübarək,
ər oğlu ərlər,
Vətən çağırışına
olduz səfərbər.
Düşmən daha çətin duruş gətirər,
çünki siz ona qan udduransınız,
hamınız, hamınız
qəhrəmansınız.
Səngərlər dağıdıb
qıran igidlər,
Rəqibi alnından
vuran igidlər,
"Ohanyan səddini" yaran igidlər,
İndi bu yerlərə siz ad-sansınız,
hamınız, hamınız
qəhrəmansınız.
Səninlə ucadır
daim başımız
bu günün Həzisi - Hikmət paşamız.
sayəndə qürurlu
günlər yaşadıq
qələbə müjdəli
komandanımız,
hamınız, hamınız
qəhrəmansınız.
* - İfadə möhtərəm Prezidentimiz
İlham Əliyevə məxsusdur.
İstəyimin qolları
İstəyimin qolları
ölçüsüzdür binadan,
duyğulu anlarımda
dörd tərəfə
uzanır.
İstəyimin qolları
mənim güc simvolumdur,
neçə-neçə müşkülü
təmənnasız ram edir.
çətində dost qazanır.
İstəyimin qolları
gizli ilham pərimdir.
bir gülün qayğısıyla
meracadək ucalır.
İstəyimin qolları
narahatdır hər
işdə,
yoluranda Tanrının
dərgahında dincəlir.
İstəyimin qolları
xoş arzu carçısıdır,
qoy heç
zaman, heç yerdə
müjdəli arzuların
bağlanmasın yollar
Kaş mənim
də bircə yol
həsrətimə qovuşsun
istəyimin qolla
Doğma ocaq
Qızım anasına
deyir ki,
nə yaxşı,
ata evimiz var,
biz də ürəklə gəlib-gedirik.
Bundan doğma,
bundan məhrəm
heç bir yer ola bilməz.
Oğlum anasına
deyir ki,
nə yaxşı,
siz varsınız,
ana,
sizsiz belə
rahatlıq, bu cür istirahət
heç adamın
ağlına da gəlməz.
Doğrudan da nə
dərin
məna daşıyır
bu sözlər:
ata ocağı, ana
qucağı.
Atalı-analı evdən
daha isti ocaq,
daha rahat məkan harda ola bilər?
Bu ocaq insanı həmişə,
anbaan səslər,
gözlər.
Lap uzaqdan da gəlsən,
çox çətinliklə
də olsa.
Ata evinə gələndə
İnsanın canına
yeni güc-qüvvət,
sevgi dolu ruh dolar.
Şükr, nə yaxşı ki, bu günlər var.
nə yaxşı
ki, ata ocağı adında
yerlər var.
İnsanı bu ocağa təkcə ayaqları yo
həm də beyni, ürəyi aparar.
Biz də haçansa bu hissi yaşamışıq,
İndi isə...
Bizi heç bunun yarısıcan
gözləyən yerimiz yox,
Odur ki, heç xəyalımızdan da keçmir
bu cür istəklə harasa getməyimiz.
İndi bizim də sevincimiz,
dil-dil ötməyimiz
sizin gəlişinizlə
bağlı.
İndi bizim də xoş ovqatımız
sizin şən çöhrənizlə,
gülüşünüzlə bağlı.
Yoxsa ki, bundan da gözəl
günmü görəcəyik?
Daha biz bundan sonra
kimi gözləyəcəyik,
hara gedəcəyik?
Ya da gedib kimi xoşhal
edəcəyik?
İndi bizim də xoş istirahətimiz
elə budur, bala.
Bizə də sizli günlər
bal dadır, bala.
Fəxrəddin Ziya
Ədəbiyyat qəzeti.
- 2023. - 9 dekabr, ¹ 47. - S. 24.