Stalinlə görüşən,
Qorki ilə dostluq edən Nobel mükafatçısı ,
Fransız yazıçı
Romen Rollan
Dünya ədəbiyyatının,
mədəniyyətinin tanınmış
nümayəndələrinin həyat və yaradıcılığı, bilinməyən
faktlar və təzadlı prinsipləri
özündə ehtiva
edən yaşam fəlsəfələri ilə
oxucuların diqqətini
çəkəcək "Artsizm" layihəsinin növbəti portreti yazıçı, Ədəbiyyat
üzrə Nobel mükafatçısı
Romel Rollandır.
Romel Rollanın tərcümeyi-halı
29 yanvar 1866-cı ildə
Fransanın cənubundakı
Klamsi şəhərində
yaşayan notarius işi ilə məşğul olan ailədən başlayır.
Oğluna musiqi sevgisi anasından miras qalmışdı. Pianoda ifa etməyi
öyrənən oğlan
pianoçu olmaq arzusunda idi və
taleyi fərqli yaradıcılıq növü
ilə bağlı olsa da, musiqi sənəti onun həyatında mühüm
yer tuturdu.
1880-ci ildə valideynləri oğlunu oxutmaq üçün Parisə köçdü.
Altı il sonra Romel Böyük Lui Liseyini bitirərək, Fransanın ən yaxşı təhsil müəssisələrindən biri olan Ekol
Normala daxil oldu. Orada gənc
yazıçı fəlsəfə
öyrənsə də,
hakim ideologiyaya tabe olmamaq üçün bu istiqaməti tərk etmişdi.
1889-cu ildə tarixçi kimi təhsil alan Rollan Romaya təcrübə keçməyə
yollandı. Sonrakı
iki il yazıçının
yaddaşına parlaq şəkildə həkk olundu. Vizual və musiqi sənətinin mərkəzi
olan İtaliya Romelə İntibah dövrünün şah əsərlərini görmək,
həmçinin ədəbiyyat
üzrə Nobel mükafatı
namizədi Fridrix Nitsşe ilə dostluq edən Malvida fon Meyzenburqla
görüşməkdən həzz almaq imkanı yaratdı.
Əsərlərinin həddindən
artıq pafoslu olması fransız dramaturq kimi ictimaiyyətin yaddaşında
qalmadığı üçün
o, epoxalıq əsərlərə
diqqət yetirirdi.
İlk ciddi əsər
"Mikelancelonun həyatı"
və "Tolstoyun həyatı" tərcümeyi-halı
ilə birlikdə
"Qəhrəmanlıq həyatı"
silsiləsini formalaşdıran
"Bethovenin həyatı"
hesab olunur.
Rollan bu kolleksiya ilə göstərdi ki, bundan sonra qəhrəmanlar generallar və siyasətçilər deyil,
sənət nümayəndələridir.
Yaradıcı fərdlər,
yazıçının fikrincə,
adi insanlardan daha çox məşəqqət və
iztirab yaşayırlar,
çünki onlar istehlakçıların: oxucuların,
dinləyicilərin, tamaşaçıların
cəmiyyətinin zövqü
naminə tənhalıq,
xəstəlik və yoxsulluqla mübarizə aparmağa məcbur olurlar.
Rollan dramaturq
kimi sənətdə
iz buraxmağı bacardı. O, xalq teatrını xüsusilə
bəyənirdi, müəllif,
hətta buna bir sıra qeydlər də həsr etmişdi və burada yazırdı ki, yeni
teatrın yaranması
o zaman mümkündür ki, səhnə tamaşaçıya,
xalqa əlçatan olsun və onlar
birbaşa iştirakçıya
çevrilsinlər. Bu qeydlər
"Dramaturq" jurnalında
dərc edilmiş və sonralar "Xalq Teatrı" essesində toplanmışdır.
Traktatda dramaturgiya sənətinin ustadlarından:
Vilyam Şekspirdən,
Molyerdən, Fridrix Şillerdən tənqidi mövzularda danışırdı.
Bu müəlliflər, Rollanın
fikrincə, kütlənin
maraqlarını güdmür,
elita üçün
əyləncə icad
edirdilər.
Birinci Dünya
müharibəsi illərində
yazıçı hərbi
əməliyyatlara qarşı
çıxıb, pasifizm
ideyalarını təbliğ
edib. O, iki müharibə əleyhinə
məqalələr toplusunu
nəşr etdi -
"Döyüşdən yuxarı" və "Öncələr". Romel
Mahatma Qandinin siyasətini
dəstəkləyirdi. 1924-cü ildə Rollan hindlinin tərcümeyi-halını
nəşr etdi və altı ildən sonra onlar tanış oldular.
Yazıçının yekun işi xatirələr kontekstində din və cəmiyyətdən bəhs
edən "Pegi" məqaləsi oldu. Bu müddət ərzində
o, artıq vərəm
xəstəliyindən ağır
xəstə idi və həmin xəstəlik nəticədə
onun ölümünə
səbəb oldu. Bu,
30 dekabr 1944-cü ildə
baş verdi. Məşhurun məzarı
doğulduğu şəhərdəki
qəbiristanlıqda yerləşir.
Yazıçı haqqında
bir neçə fakt var ki, oxucular üçün də maraqlı olar. Pasifist olmasına baxmayaraq, Rollan İosif Stalini dövrünün ən böyük adamı hesab edirdi. 1935-ci ildə Maksim Qorkinin
dəvəti ilə Sovet İttifaqına səfər edib və Stalinlə görüşüb. Müasirlərinin
xatirələrinə görə,
Stalinlə Rollan arasında baş tutan dialoq müharibə
və sülh ideyasının, repressiyanın
mənasının müzakirəsinə
əsaslanırdı. Görüşdə
Rollanın həyat yoldaşı, əslən
rus olan Mariya Pavlovna iştirak edib və söhbəti fransız dilində lentə alıb. Fransız dilindən tərcüməçi Xarici
Ölkələrlə Mədəni
Əlaqələr üzrə
Ümumittifaq Cəmiyyətinin
sədri Aleksandr Arosev
idi.
Ertəsi gün
"Pravda"da qısa
bir xəbər çıxdı ki, iyunun
28-də yoldaş Stalinin
Rollanla söhbəti olub, söhbət bir saat qırx
dəqiqə davam edib və dostluq
xarakteri daşıyır.
Hazırladı:
Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.
- 2023. - 9 oktyabr, ¹ 47. - S. 32.