Barat Vüsalın “ Ayrılmaz yollar” adlı yeni kitabı işıq üzü görüb

 

Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın «Ayrılmaz yollar» adlı yeni kitabı işıq üzü görmüşdür. Kitabda şairin müxtəlif ədəbi nəsillərə aid yazdığı məqalələr, açıq məktublar, xatirələr bir çox kitablara ön sözləri toplanmışdır. Kitabda haqlarında söhbət açılanların hər biri ayrılmaz Yolun yolçularıdırlar, bir Ocağın övladlarıdırlar, bir qom Bənövşədirlər, bir Şamın işığında yaşayıb, yazıb, yaratmışlar!

Kitabın 16.12.2023-cü il tarixdə saat 11.00-da «Atatürk» Mərkəzində təqdimatı keçiriləcəkdir.

 

Ədəbiyyat qəzeti. - 2023. - 9 dekabr, ¹ 47. - S. 32.