Qərbi Azərbaycan həqiqətlərini
bədii əsərlərə
daşımalıyıq
Biz neçə illərdir ki, ermənilərlə
müharibə vəziyyətindəyik,
on illərdir ki, ermənilərin
fiziki və mənəvi soyqırımının
qurbanlarıyıq, yüz
illərdir ki, düşünülmüş,
planlaşdırılmış bir siyasətin ağrı-acılarını ellərimizin
və nəsillərimizin
taleyində yaşayırıq.
Tez-tez öz-özümdən
soruşuram, əcəba,
necə olur ki, yersiz-yurdsuz, soysuz-köksüz
bir ovuc erməni bu böyüklükdə bir
milləti bu qədər itkilərə
məruz qoyur? Doğrudanmı təkcə
ona görə ki, biz müsəlmanıq, onlar isə xristian və xristian dünyası onlara dəstək verir?!
Doğrudanmı təkcə
ona görə ki, Qafqaz çox vacib strateji coğrafi məkanda yerləşir və dünyanın bir sıra dövlətlərinin
bu məkanda erməni kimi oyuncaq bir millətə,
Ermənistan kimi oyuncaq bir dövlətə
ehtiyacı var?! Doğrudanmı
təkcə ona görə ki... Lənət
şeytana! Bəlkə
mahiyyəti itkilərimizə
bəraət qazandırmaqdan
başqa bir şey olmayan bu sualları bir kənara qoyub, azacıq da özümüzdə günah
axtaraq, etdiklərimizi
və etmədiklərimizi
tərəzinin gözünə
qoyub ədalətlə
hökm verək?! Yəni özümüzdə
heç günah olmayıb? Erməni aşına-aşına gəlib
çıxıb ocaq
başına və bunda bizim zərrə
qədər günahımız
yoxdur? İşimizin düzəlməyi xətrinə
erməniyə dayı
deyən biz deyilik? Doğrudur, indiyədək
hələ heç kəs ayranına turş deməyib. Axırı nə olub? Ayranı turş olanların ayranı şirinləşibmi?
«Sapı özümüzdən
olan baltalar...» deyirik, amma unuduruq
ki, atalar həm də «sapında varsa, küpündə də var» deyib axı!
Gəlin açıq
danışaq. Erməni
bizim Qərbi Azərbaycan boyda torpaqlarımızı, cənnət
Qarabağımızı, ətraf
ərazilərimizi müəyyən
tarixi dövrdə təkcə ona görə işğal edə bilmədi ki, arxasında havadarları vardı, həm də ona görə
işğal edə bildi ki, yüz illərdir erməni kilsəsi və erməni ziyalıları,
xüsusilə alimləri,
yazıçıları öz
xalqının hər
doğulan yeni nəsilini
inandırıb ki, onlar
dünyanın ən qədim millətidirlər,
bütün Qafqaz, xüsusilə Cənubi Qafqaz, indiki Ermənistan və Azərbaycan torpaqları onların tarixi vətənləri, ata-baba
yurdlarıdır, bu yurdlar “gəlmə türklər” tərəfindən
işğal olunub və bugünkü erməni millətinin borcudur ki, nəyin bahasına olursa-olsun o torpaqları geri alıb «Böyük Ermənistana» qatsın və s. və i. a. Erməni alimləri əvvəl bu yalanları deyiblər, o qədər deyiblər ki, axırda öz yalanlarına özləri də inanıblar, sonra millətlərini inandırıblar,
ən sonda da başlayıblar dünyanı
inandırmağa.
Yaxşı, belə
bir vəziyyətdə
bəs biz nə etməliyik? Əlbəttə,
son anda “dəmir yumruq” həmişə yerindədir. Amma bunun ən qısa yolu millətimizin tarixi yaddaşını özünə qaytarmaq, övladlarımızı bu
yaddaşın varisləri
kimi tərbiyə etməkdir! Bunun üçün
millətin bütün
elmi-intellektual potensialı
səfərbər olunmalıdır.
Bu vacib işdə millətin hər nəfərinin üzərinə
müəyyən məsuliyyət
düşür. Lakin ən
böyük məsuliyyəti
alimlərimiz və yazıçılarımız daşıyır. Bu gün
yalanları ilə dünyanı başına
alıb gedən ermənini durdurmağın
dinc yolu erməni yalanlarını
sonadək ifşa etməkdir. Erməni yalanlarını ifşa etməyin yolu isə əsl tarixi həqiqətləri
ortaya qoymaqdan keçir! Erməni həmişə tarixi həqiqətlərin ortaya
çıxmasından qorxub.
Çünki özünün
bütün varlığı
saxtakarlıqlardan yoğrulub,
tarixi də, mədəniyyəti də,
həyatı da - nəyi
varsa, hamısı saxtakarlıqlar üzərində
qurulub. Alimlər faktları ortaya çıxarıb, tarixə
tam aydınlıq gətirməyincə,
nə erməni dayanacaq, nə də havadarları öz çirkin əməllərindən əl
çəkəcək.
Lakin bununla da iş bitmir, tarixi həqiqətlər ancaq tarix kitablarında
qalacaqsa, biz elə axıra qədər kimlərisə inandırmağa
çalışacağıq ki, biz haqlıyıq, erməni haqsızdır. Amma heç
kəs də bizə inanmayacaq, çünki zatən dünya bizim haqlı olduğumuzu bilir və bilə-bilə
erməninin tərəfini
saxlayır, ən yaxşı halda isə susur. Ona görə də bizə heç kəsi inandırmaq lazım deyil və ya ən
azı təkcə bu lazım deyil.
Biz ilk növbədə alimlərin
ortaya qoyduğu tarixi həqiqətləri
millətimizə oxutmalıyıq.
Təkcə tarix kitabları şəklində
yox, romanlar, povestlər, hekayələr,
şeirlər, poemalar,
dramlar şəklində!
Millət tarix kitabları ilə yox, bədii əsərlərlə tərbiyə
olunur. Bugünkü erməni milləti ona görə indiki qədər millətçi, şovinist,
işğalçı bir
millətdir ki, zaman-zaman raffilərin,
abovyanların, xanzadyanların,
ohanes şirazların,
paruyr sevakların, kaputikyanların, balayanların
əsərləri ilə
“tərbiyə” olunublar.
Mən demirəm erməni olaq. Heç düşmənimə
də bunu arzulamıram. Amma heç
olmasa gələcək
nəsillərimizi özünü
erməni kimilərdən
müdafiə edə biləcək mənəvi
gücdə formalaşdıraq.
Bunun üçün Qərbi
Azərbaycan həqiqətlərini
mütləq bədii
əsərlərə daşımalıyıq.
Bu yolda bütün qələm adamlarımıza uğurlar
arzulayıram.
Əziz Ələkbərli
Qərbi Azərbaycan
İcmasının sədri,
millət vəkili
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr,¹ 51. - S. 5.