Əyyub Qiyas poeziyasının
55 tərəfi
Naxçıvan Dövlət Universitetinin magistraturasını yenicə
bitirib Bakıya gəlmişdim. Azərbaycan
Milli Elmər Akademiyasının Geologiya
və Geofizika İnstitutunda mühəndis
vəzifəsində çalışırdım.
Bu azmış kimi, Astrofizika İnstitutundan da elmi iş götürmüşdüm.
Elmi işimin adı da nə
olsa, yaxşıdır?
"Neytron ulduzları
fizikasına müasir
baxış". Tez-tez
Şamaxı Astrofizika
Rəsədxanasına gedir,
bütün gecəni
səmaları müşahidə
edirdim. Bəlkə də göylərdə Neytron ulduzu yox, Allahı axtarırdım, bilmirəm.
Bircə onu bilirəm ki, ixtisasım ilə ruh halım heç üst-üstə
düşmürdü. İllərlə
belə yaşadım.
Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdiyim üçün hərdən
özümə acığım
tuturdu. Artıq səbrimin son həddi idi.
Bir gün
yenə də Şamaxı Astrofizika Rəsədxanasında axşam
düşən kimi işə başlamış,
teleskopumu Allaha tuşlamışdım. Telefonuma
nabələd nömrədən
zəng gəldi. Hirslə açdım: - Kimdir?
Uzaqdan gələn
asta səs məni diksindirdi.
- Musadır, Musa, Musa Yaqub.
İlahi, mənə
Musa Yaqub zəng eləmişdi. Ruh halımdakı Musa Yaqub böyüklüyü
real kimliyimlə birlikdə gənc bədənimə sığışmırdı.
Az qalırdım, həyəcandan
ölüm. O boyda Musa Yaqub "Ulduz" jurnalından şeirlərimi oxuyub mənə zəng eləmişdi. Xeyli danışdıq, xoş
və məsləhət
dolu söhbətdən
sonra görüş üçün vədələşdik.
Bu olanları yazmaqda iki səbəbim
var. Birincisi, Əyyub Qiyasın poetik düşüncəsi
ilə Musa Yaqubun poetik düşüncəsinin iç-içəliyi,
oxşarlığı və
ulğaşıqlığıdır. Bu barədə ətraflı yazacam. İkincisi isə, əgər həmin gün Musa Yaqub
mənə zəng etməsəydi, bəlkə
də mən bu gün də
ruhuma yad olan ixtisasımın arxasındaydım, rəsədxanada
işləyir, hələ
də göydə Allah axtarır və başa düşmürdüm ki,
Allah göydə yox, bizim içimizdədir.
Bu gün
Əyyub Qiyasın da gənclərə münasibəti, düşüncələri
və məsləhətləri
Musa Yaqubun zəngi kimi bir taleyi dəyişdirəcək
gücdə və enerjidədir. Ümumiyyətlə,
hər şairin poetik düşüncə
çevrəsinə daxil
olanda həmin çevrənin bütün
radiusları eyni olur. Amma şairlərin
bir-birinə nisbətən
poetik çevrə uzunluqları müxtəlifdir.
Bu müxtəliflik içərisində poetik
çevrə sahələri
üst-üstə düşən
şairlər də az deyil. Məsələn,
Musa Yaqubla Əyyub Qiyas kimi. İndi bir neçə misal göstərəcəyəm,
hər iki şairin yaradıcılığına
müraciət edəcəyəm,
ikisinin də ayrı-ayrı vaxtlarda yazdığı, həm də bir-birindən xəbərsiz yazdığı
şeirləri qeyd edəcəyəm. Görəcəksiniz
ki, sanki Musa Yaqubla Əyyub
Qiyas bu şeirləri birlikdə yazıblar. Sanki üz-üzə oturub bir-biri ilə şeir dilində söhbət ediblər.
Əyyub Qiyas
deyir:
Bu baş
bu çiynə yük olub,
Durub bir edam gözləyir.
Baltalar
sahib axtarır,
Kəndirlər adam gözləyir.
Musa Yaqub cavab verir:
Yaman gündə sənin, xoş gündə sənin.
Həyat
ağacıyam könlündə
sənin;
Onu atmaq olmaz, qurutmaq
olmaz,
Daha bacarmarsan, özünü
yorma.
Bir bahar ömrünü unutmaq olmaz,
Sevdiyin ağaca baltanı vurma.
Nahaqdan könlünü ağrıtma
belə,
Köhnə xatirəni ağlatma
belə.
Ömür ehtiyacı, gün
ehtiyacı,
Mən sənin könlündə
həyat ağacı
-
Özün də bilmədən
ürək, qanınla,
Bütün vücudunla, bütün
canınla
Onu ömrün boyu yaşadacaqsan,
Unutmaqmı asan, atmaqımı
asan?..
Əyyub
Qiyas:
Ömrüm qaranquş yuvası,
Bir daşa bənddir dağıla.
Daş atma, atam balası,
Daş atma, yuvam dağılar.
Mənim
payızım gələndə,
Onsuz da,
çıxıb gedəcəm.
Sən mənə "getmə"
desən də,
Yuvama baxıb gedəcəm.
Musa Yaqub:
O qaranquş yuvası ki, soyuyub,
O göldə ki, qərib durna uyuyub,
Könlüm sənin ümidinə
çox uyub,
Apar məni bu ümidin
dalınca.
Bu göstərdiyim nümunələri
bir neçə dəfə oxusanız, görərsiniz ki, şeirlər,
sanki bir şairin ruh halından doğulub. Şeirlərdə söz
oxşarlığı və
ya heca sayının
fərqli olması onların eyni çevrə sahəsində
yazılmasını deməyə
mane olmur. Burada şairlərin ruh halının hədəfi eynidir. Hər poetik nümunənin müəyyən
sayda hədəfi və tərəfi olur. Məsələn,
"Yenə o bağ olaydı" misrasının
bir tərəfi var və ya "Könlüm keçir Qarabağdan" misrasının
bir tərəfi var, o
da həsrətdir.
Bu gün Azərbaycan ədəbiyyatının xəritəsini
qarşımıza qoyub
baxsaq, bütün şairlərin taleyində
bir-birinə oxşar detallar tapmaq olar. Bu tale oxşarlığı
onların poetik çevrə oxşarlığına
həmişə keçə
bilmir. Dünya ədəbiyyatında elə
şairlər var ki, 40 yaşından
sonra başlayıb yazmağa. Amma o şeirlər
onun canında, ruhunda olmasaydı, yaza bilməzdi. Hər şairin taleyi onun körpəliyindən
başlayır. Düzdür,
hansısa məşhur
şair bir yaşında şeir yazmayıb. Amma onun körpə təbəssümü
elə şeir olub. Məktəbdə hansısa fəndən müəllimə verdiyi cavab, ilk dəfə aşiq olduğu qıza baxışları,
bir sabah öz anasına dediyi xoş söz... bunlar hamısı şeir olub. Və sonradan
o təbəssüm, o emosiya,
o sevgi şeir dilində sözə çevrilə bilib. Bu dünyada elə insan var ki, onun içində nəhəng
bir şair yatır, amma o, hiss və duyğularını
sözə çevirmir
və ya buna cəhd etmir. Bütün bu fikirlər məndə Əyyub Qiyasın poetik çevrəsinə
daxil olandan sonra yarandı. Çünki Əyyub
Qiyas poeziyasının da tərəf
sayı çoxdur. Təbəssüm, sevgi, hörmət, arzu, həsrət və s. insana məxsus olan bütün bu hiss və düşüncələri Əyyub
Qiyas mahirlik və ustalıqla sözə çevirə bilib.
Əsir
dəli-dəli külək,
Təklikdən üşüyür ürək,
Ay qız, ver əlini
görək,
Səni
külək aparacaq!
Bir himə bənddi, bir himə,
Hər şeyi salıb tilsimə,
Gəl,
bürünək pencəyimə,
Səni
külək aparacaq.
Və ya
Yorulduq işdən, əməldən,
Qəbir
qazmaqdan yorulduq.
Yatıb
yuxular görməkdən,
Durub yozmaqdan yorulduq.
Qatdıq
gecəni gündüzə,
Baxdılar, güldülər bizə.
Özümüz öz dərdimizə
Şeir
yazmaqdan yorulduq.
Göründüyü kimi, Əyyub Qiyas hər sözünü şeir ilə deyə bilir. Bir şair, həm yazdığı qədərdir, həm də yaza biləcəyi
qədər. Yuxarıda
dediyim kimi, bir insan şair
ola bilər, amma ömrü böyu düşüncələrini poetik
dilə çevirməz.
Digər tərəfdən,
Musa Yaqub, Əyyub
Qiyas kimi öz ömrü qədər yazan şairlər də var. Bu mənada, Əyyub Qiyasın yaşı qədər poetik tərəfi də vardır. O, həyatın bütün
üzünü, ürəyinin
bütün sözünü
poeziya dili ilə oxucuya çatdıra bilir. İstər alim olsun, istər mühəndis, istərsə də, şair, hər şeydən öncə, insanlıq gəlir. Yaxşı mühəndis
olub yaxşı olmayan bina tikmək
də var, yaxşı
bina tikmək istəyib bunu bacarmamaq da. Bu mənada, Əyyub Qiyas öz insani keyfiyyətləri ilə bacarıq, zəhmət, hiss və düşüncələrini bir
ömürə sığışdıra
bildiyi üçün
uğurlu şairdir.
Elşad BARAT
Ədəbiyya qəzeti. - 2023. - 23 dekabr,
№ 50. - S. 19.