Sənətşünaslığımıza əvəzsiz töhfə
- "İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
tarixi" kitabı
Bu günlərdə görkəmli
teatr xadimi, Əməkdar mədəniyyət
işçisi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru İftixar Piriyevin "İrəvan Dövlət Azərbaycan
Dram Teatrının tarixi"
(Bakı, "Apostrof-A"
nəşriyyatı, 2023) elmi-tarixi,
publisistik monoqrafiyası
çap olunub. İrəvan Dövlət
Azərbaycan Dram Teatrı
milli səhnə sənətimizin
tarixi salnaməsində
xüsusi yer tutan sənət ocağıdır. Özünün
yaradıcılıq və
üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən
İrəvan Teatrının
tədqiqi çox vacib məsələdir.
Bu teatr, aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanıb.
Bu mənada, təqdim
olunan "İrəvan
Dövlət Azərbaycan
Dram Teatrının tarixi"
adlı kitab günümüz
üçün çox
aktualdır. Araşdırmanın
maraqlı cəhətlərindən
biri odur ki, maraqlı tərtibatı ilə diqqət çəkən monoqrafiya
İrəvan Azərbaycan
Teatrının 142 illik
böyük sənət
və mübarizə tarixini əks etdirən monumental epopeyadır.
Burada teatrın yaranma tarixi, uğurlu nailiyyətləri, teatrın
təşəkkülündə mütərəqqi ziyalıların
rolu təhlil edilir. Eyni zamanda
teatrın inkişaf dövrü, repertuarı,
dörd dövrü əhatə edən yaradıcılıq mərhələləri
öz əksini tapır.
Monoqrafiyanın "Oğuz elinin
alınmaz qalası, əbədi dünyası
İrəvan xanlığı"
adlanan birinci fəslində İrəvan
Teatrının təşəkkülü
və formalaşması,
teatrın yaranmasında mütərəqqi
ziyalıların rolu;
Teatrın 1882-1927-ci illər
repertuarı; ilk dram əsərlərimizin
səhnə təcəssümləri;
1928-1948-ci illər arasında
Azərbaycan və dünya dramaturqlarının
əsərlərinin İrəvan
Teatrı səhnəsində
oynanılan tamaşaları
təhlil edilir.
"Teatrın dirçəliş
dövrü" adlanan
ikinci fəsildə
1967-89-cu illər arasında
teatrın dirçəliş
dövrünə qədər
keçdiyi yola nəzər salınır;
repertuarı panoramı
və peşəkar fəaliyyətinin yenidən
qurulması incələnir;
zamanla üz-üzə
dayanan İrəvan Teatrının 50 illiyinin İrəvanda və Bakıda təntənəli
yubileylərinin keçirilməsi;
1985-88-ci illər arasındakı
repertuara nəzər yetirilir; deportasiyaya məruz qalan İrəvan Teatrının
məşəqqətli həyat
tarixçəsinin mühüm məqamlarına diqqət
yönəldilir.
Kitabın "1989-2023-cü illər"i əhatə edən üçüncü fəslində
Teatrın deportasiya həyatına; 2000-ci ildən
başlanan yeni sənət
uğurlarına; 125 illik
yubileyinin keçirilməsinə;
Türkiyə Cümhuriyyətinə
ilk qastrol səfərinin
yaradıcılıq panoramına;
teatrın müasir sənət uğurlarına,
yeni premyeralarına nəzər
yetirilir.
"Beynəlxalq layihələr
- milli ideoloji təbliğat",
Qafqazda sülh və barış, İrəvan gerçəklikləri;
Qərbi Azərbaycan və Qarabağ həqiqətləri kontekstində
qastrol səfərləri"
adı ilə təqdim edilən elmi araşdırmanın dördüncü fəslində
Gürcüstana və
Dağıstana qastrol
səfərləri; Binəqədi
Rayon İcra Hakimiyyəti
ilə həyata keçirilən müştərək
layihələrdə iştirakı;
130 illik yubileyinin Türkiyə Cümhuriyyətində
təntənəli qeyd
olunması; Böyük,
uğurlu layihə:
"Türkiyə - Azərbaycan kültür və sənətdə "DEV" qardaşlıq
və candaşlıq
layihəsi"ndə əldə
etdiyi misilsiz uğurlar əhatəli və geniş şəkildə diqqətə
çatdırılır.
Tədqiqatın "Qastroloqrafiya" bölümündə İrəvan
Teatrının qastrol
coğrafiyası detallı
formada sərgilənir;
həmçinin arxivlərdən
toplanmış İrəvan
Teatrının tarixinə
həsr olunmuş məqalələrə də
geniş yer verilir. Xarici qastrollar, afişalar və tarixi şəkillər, eyni zamanda beynəlxalq layihələr haqqında
məlumatlar xüsusi
maraq doğurur. İrəvan Teatrının
müasir tarixinin əks olunduğu internet resursları, teatrın tamaşalarına aid sosial
şəbəkələrdə yerləşdirilən materiallar
- bütün bunlar, həm teatr tədqiqatçıları üçün,
həm də geniş oxucu kütləsi üçün
nadir, dəyərli materiallardır.
Tarixilik nöqteyi-nəzərindən
də bu kitabda cəm olunmuş faktlar İrəvan həqiqətlərinin,
Qərbi Azərbaycandan
məcburən köçürülmüş
soydaşlarımızın, tarixən, həmin ərazilərdə yaşadıqlarını
sübut edən dəlillər kimi dəyərli hesab olunur. Kitabın dili oxunaqlı, ədəbiyyat siyahısı
zəngindir. Düşünürəm
ki, belə bir əsərin işıq üzü görməsi mədəniyyət və
incəsənət istiqamətli
təhsil müəssisələri
üçün, Azərbaycan
teatr tarixini öyrənən gələcək
tədqiqatçılar üçün
dəyərli material olacaqdır.
Minaxanım Əsədli
Tarix elmləri doktoru, professor
Ədəbiyya qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 27.