Mədinə Seymurun Rüstəm olduğunu duyub-anlamışdı
Şəhər nəsri
Anar şəhər nəsrinin,
konkret olaraq, Bakı və bakılılar, şəhərlilər,
paytaxt sakinləri prozasının ən usta qələm sahiblərindən biridir.
Bu nəsrdə Bakı
və bakılıların,
yaxud şəhərlilərin,
paytaxt sakinlərinin vəsfi, tərənnümü
və ya tənqidi, qınağı
yoxdur. Əvəzində,
mühitin son dərəcə
canlı ab-havası, oxucunun özünü fiziki dərəcədə
o mühitdə hiss etməyinə
imkan yaradan mənəvi mənzərəsi
var. Anarın əsərlərində
təsvirlər lakonikdir,
az sözlə çox mətləb açmaq xüsusiyyəti
çox güclüdür.
Bu cəhət hekayə
janrı üçün
əvəzsiz keyfiyyətdir.
Anar qəhrəmanlarını
real həyatdakı insanlar
kimi danışdırır.
Və ən əsası, oxucu bunun tam üzvi şəkildə baş verdiyini, ədibin bundan ötrü hər hansı əlavə səy göstərmədiyini dərhal
duyub hiss edir; bütün daxili monoloqlar, dialoqlar, replikalar, sanki dost-tanışlarımızın səsi
ilə, dili ilə cizgilənir.
Görünən səs
"Mən, sən, o və telefon" hekayəsi qələmə
alındığı vaxtdan
bəri, yazıldığı
dildə Azərbaycan Dövlət Radiosunda Amaliya Pənahova və Həsənağa Turabovun iştirakı ilə radio-tamaşa və Azərbaycan Dövlət Televiziyasında
Əminə Yusifqızı
və Həsən Əblucun iştirakı ilə Ramiz Həsənoğlunun
quruluşunda "Telefon
gecələri" adlı
tele-tamaşa olaraq hazırlanıb. Kinorejissorlarımız,
nədənsə bu hekayəyə ekran həyatı verməyi hələ də qərarlaşdırmayıblar. Təəssüf ki, Azərbaycan
Televiziyasının tamaşasını
izləmək şansım
olmayıb. Amma gözəl
sənətkarlarımızın yaratdığı bu versiyanı təsəvvür
etmək çətin
deyil. Radio-tamaşanın,
hekayədən iqtibas
olaraq desək, bütün "qammaları,
təyyarə uğultusu,
bənövşə ətirli
pauzaları" indiyədək
qulaqlarımdadır - son dərəcə
yaddaqalan tərzdə
hazırlanmışdı. Mədinə demişkən,
"efir evimin içi kimidir". O
radio-tamaşa evimizin içində vaqe olurdu, sanki. Radio-tamaşa məhz bu təsir, təəssürat və effektdə idi. Və radio-tamaşanı bir dəfə dinləyən şəxs
hekayəni oxumayıbsa,
mütləq mütaliə
edib, radio-tamaşanın
yaratdığı təəssürat
isə anım saxlancında ömürlük
qalıb və zövqünün cilalanmasına,
münasibət qurmaq mədəniyyətinin təkmilləşməsinə
xidmət edib. Bu nə qədər subyektiv qənaət olsa da, həqiqəti əks etdirməsi də danılmazdır.
Çoxdilli telefon
Yarımbaşlığa gözü sataşan müasir oxucu mobil telefonların,
yaxud daha dəqiq desək, smartfonların proqramındakı
dil baqajından bəhs ediləcəyini düşünə bilər.
Əslində isə çoxdilli olan, əlimizdən düşmək
bilməyən smatfonların
xələfi - diskli-dəstəkli telefonlardan,
daha doğrusu, o telefonla ünsiyyət quranlardandı söhbət.
"Mən, sən, o
və telefon" okeanlar "adlayaraq" dünyanın bir çox oxucuları tərəfindən, nəinki
mütaliə edilib, hekayə, hətta tamaşaya qoyulub, süjeti ekran dilinə çevrilib. Beləliklə, bəşəriyyət
hekayənin əsas obrazlarından biri olan telefona öz
məhəbbət və
ehtiramlarını ifadə
edib. Hekayə ilk dəfə 1967-ci ildə Moskvanın "Nedelya"
həftəlik nəşrində
dərc ediləndən
sonra Mərkəzi Televiziya baş rollarda İrina Kartaşova
və Vadim Beroyev olmaqla onun süjeti
üzrə tamaşa hazırlayıb. Həmçinin
o illərdə hekayəyə
Qahirə, Leninqrad, Xarkov, Krım, Bolqarıstan televiziyalarında
da tele-tamaşa kimi quruluş verilib.
1969-cu ildə "Mosfilm"də
"Hər axşam
on birdə" filmi çəkilib
(ssenari müəllifi
Edvard Radzinski, quruluşçu rejissor Samson Samsonov, bəstəkar Eduard Artemyev,
baş rollarda Marqarita Volodina və Mixail Nojkin). Bu filmdə Mədinə Lyudmilaya Seymur-Rüstəm Stanislava
çevrilmişdi. 2007-ci ildə
türkiyəli kinematoqrafçılar
bu hekayə əsasında "Və telefon" adlı bədii film çəkiblər.
Fars-oyunun daha bir
qatı
Piterli həmyerlimiz və soydaşımız Ərşad
Ələkbərovun Akademik
Rus Dram Teatrının səhnəsinə
gətirdiyi "Mən,
sən, o və telefon" tamaşası fars janrında qurulub. Bu məqam hekayənin yeni qatını
kəşf etməyə
imkan verir. Bu qat və ya təəssürat
indiyədək necə
olubsa, sezilməyib, tapmacanın içində
bulmaca kimi qalıb. "Mən, sən, o və telefon" hekayəsində
Anar çox xəfif bir yolağa işlədib: kişi-qadın münasibətlərinin
hərəkətverici və
həyat bəxşedici
qüvvəsi bir-birinə
marağın yaşarılığıdır.
Təbii ki, kişidə
bu maraq nə qədər güclü olursa, daha doğrusu, qadın hər zaman maraqlı olmağı bacarırsa, münasibətə
zaval yoxdur. Və bir də
"kişi başdırsa,
qadın boyundur" məsəli. Bu
hekayədə Rüstəmlə
Mədinənin tanışlığından
sonra Anar müəllifliyi Mədinəyə
verir. O mənada ki, gənc yaşında sevimli ərini itirmiş bu nərmənazik qadın situasiyanın idarəedicisinə
çevrilir; düşünülmüş,
planlı, məqsədli
şəkildə yox,
sadəcə, əsl qadın olduğuna görə - yeni tanış
olduğu əks cinsin nümayəndəsinə
özü haqqında
anket məlumatı doldururmuş kimi danışmır, həyatı
və şəxsiyyəti
ilə bağlı elə bilgilər verir ki, onda davam və tamamlama
imkanı yaransın.
Bu onun təbiətindən
irəli gələn çox doğru bir davranış tərzidir.
Oyun varsa, oyunçular da var
Kəşf etdiyim qat da elə
burdadır: Mədinə
Seymurla Rüstəmin
eyni adam olduğunu anlayıb duymuşdur. Qadın fəhmi ilə. Qadın intuisiyası ilə. Bu qatın kodu hekayədə verilib - zərurətdən
doğan təsadüf
sayəsində Seymur Mədinənin çalışdığı
idarədə şöbə
müdiri vəzifəsində
işə başladığı
gün makinaçı
Mədinə Vəlizadənin
onun Mədinəsi olduğunu aşkarlayır,
səbirsizliklə axşamın
düşməyini gözləyir
ki, bu "nağılabənzər"
yeniliyi ona bildirsin, Rüstəm maskasını
çıxarsın, amma
Mədinənin Seymur müəllim haqqında təkəbbürlü şəxs
kimi danışması
onu fikrindən döndərir: "Onda mənim ağlıma da gəlmədi ki, qəribə
bir oyun başlayıram...", "Bu oyun
belə başladı.
Mən artıq bu oyunun qaydalarını
da bilirdim. O isə hər şeydən bixəbər idi". Əlbəttə, de-fakto Mədinə hər şeydən bixəbərdir,
lakin özünə belə etiraf etmədiyi dərəcədə,
belə demək mümkünsə, de-intuitiv
bixəbər deyildir.
Hekayənin intriqası burdadır
- oyun birtərəfli
başlaya bilər, amma heç vədə birtərəfli
davam edə bilməz; oyun davam edirsə, deməli, oyunçular
var. Tam mənada, əsl
farsın, oyunun iştirakçıları, oyunçular
Seymur-Rüstəmlə Mədinə
qadın-kişi münasibətlərinin
başlaması, qurulması
və davam etməsinin keyfiyyət göstəricisi kimi qavranılırlar. 1967-ci ildən
bu personajlar mütaliə etməyi sevən oxucular, radio dinləməyi xoşlayan
dinləyicilər, televiziya
tamaşalarına baxmaq
həvəskarı olan
tele-tamaşaçılar, kinofilm izləməkdən
vaz keçə bilməyən kinomanlar və nəhayət, teatr quruluşlarına biganə qalmayan teatrallar, ən nəhayət, bütün
bu sıralamada təsadüfi şəxslər
olanlar arasında
"Mən, sən, o
və telefon" əhvalatına biganə qalmayanların sayı qətiyyən azalmayıb.
Buna əmin olmaqdan ötrü artıq ikinci mövsümdür
ki, repertuarda olan Rus
Dram Teatrına gedib, eyniadlı tamaşaya baxmaq kifayətdir. Ərşad Ələkbərov
bu quruluşunda da əsərin ruhunu canlandırmağı, ab-havasını
görümlü-duyumlu etməyi
bacarıb. Bu, son illərin
əksər tamaşalarında
(eləcə də filmlərində) axtardığımız,
amma tapmadığımız
cəhətdir. Və
təbii ki, burda əsas şərt dekorasiya deyil, rejissorun peşəkarlığı
və məsuliyyətidir.
Deyəcəksiniz ki, Ərşad
Ələkbərov dünyanın
ən teatral məmləkətlərindən biri olan Rusiyanın
mədəniyyət paytaxtında
təhsil alıb və fəaliyyət göstərir, gəl, bir bunu da bacarmasın!. Lakin insanın
daxili potensialı olmadan kənar amillərin nəyəsə
qadir olmadığına
aid o qədər misallar
var ki...
Ərşad Ələkbərovun "Mən, sən, o və telefon" tamaşasında baş rolları canlandıran aktyorlar (Natəvan Hacıyeva və
İbrahim Çingiz) personajlarla
demək olar ki, yaşıddırlar. Cildlərinə
girdikləri obrazlar valideynlərinin gənclik
yaşında olan insanlardır. Bəlkə
də onların valideynləri də Mədnə ilə Seymur kimi telefonla
tanış olub evləniblər. Seymurla Mədinənin evlənməyəcəyi
isə onların ilk söhbətlərindən bəlli
olur. Mədinə özünü ona Rüstəm kimi təqdim edən Seymura radionun qəribə şey olmağından, elə bil bütün dünyanın, dünyanın
gecəsinin, göyünün,
melodiyalarının, dramlarının,
təyyarələrinin otağına
sığışmağından danışanda, radio ilə
təyyarələrin səmadan
qohum olduğunu deyəndə - o, bütün
mənəvi varlığı
ilə təyyarə qəzasında həlak olmuş pilot ərinin yanındadır. Lakin gənc,
yaraşıqlı, cazibəli
qadındır. Yeni bir
münasibətə zahirən
açıqdır. Daxilən
isə qapalıdır.
Hekayənin son sətirlərinin
birində bu eyham açıq-aşkar
nəticə şəklini
alır: "...O, susdu,
sonra mən təyyarə uğultusu eşitdim və başa düşdüm
ki, bu özü elə cavabdır (Seymurun Mədinəyə evlənmək təklifinə
cavab - red.). Heç bir vaxt bizim
heç birimiz - nə mən - Rüstəm, nə də mən Seymur onun həlak
olmuş ərinin yerini tuta bilməyəcəyik".
Aktyorların ifası
peşəkar, səliqəli,
məsuliyyətli, inandırıcı
olmaqdan, cütlük xassəli tərəf-müqabili
anımından savayı,
həm də yekrənglikdən uzaqdır
- aktyorlar eyni zamanda həm ifaçıdırlar, oyunçudurlar,
həm də ifa etdikləri, oynadıqları, canlandırdıqları
personaj, obrazdırlar.
Bu, çox maraqlı
və dəyərli detaldır. Tamaşaçı
əhvalatın, süjetin
ab-havasına, ovqatına
tam qərq olur, Mədinə də anlayıb sevir, Rüstəm-Seymuru da, amma
həm də teatr tamaşasını seyr etdiyini də
dolğun və aydın hiss edir. Bir sözlə, fars janrında hazırlanmış
səhnə əsərinin
tələblərinə tam cavab verən bir tamaşa.
Personajlar,
obrazlar, qəhrəmanlar
ərsəyə gəldikləri
dövrün, zamanın
təzahürləridir. Mədinə
ilə Seymur XX əsrin İntibah dövrü adlandırılan
1960-cı illərin insanlarıdır.
Əsərin 2023-cü ildə
də maraq, sevgi, hörmət, anlayışla qavranmasının
daha bir səbəbi də, təbii ki, budur...
Samirə Behbudqızı
Ədəbiyya qəzeti. - 2023. - 23 dekabr,
¹ 50. - S. 29.