Milli varlığına bağlı alim

                                

Müasir dövrdə ilk peşəkar filosofumuz olan Heydər Hüseynov  Azərbaycan xalqının ictimai-siyasi fikrinin əsas inkişaf mərhələlərini müəyyən etmiş, mədəni ədəbi irsimizin fəlsəfi qaynaqlarını araşdırmışdır.                                                                                                                

                                                                                                                                                                                                                                                                                                                                                                                 Heydər Əliyev

 

Azərbaycan fəlsəfə tarixinin banisi, milli fəlsəfə ictimai fikir tarixi haqqında ilk fundamental əsərin azərbaycanca yazılmış dərsliklərin müəllifi, Azərbaycan fəlsəfə məktəbinin yaradıcısı, SSRİ EA-nın Azərbaycan Filialının sədr müavini, Marks-Engels-Lenin institutunun Azərbaycan filialının direktoru, ADU-da Fəlsəfə bölməsinin kafedrasının yaradıcısı, müdiri, Azərbaycan SSR Elmlər Akademiyanın vitse-prezidenti akademik Heydər Hacı Nəcəf oğlu Hüseynov 1908-ci il aprelin 3-də Azərbaycanın qədim şəhəri olan İrəvanda anadan olmuşdur. Hüseynovlar ailəsi İrəvanın sayılıb-seçilən ailələrindən idi. Onların şəhərdə - Təpəbaşı məhəlləsində ikimərtəbəli evi, “Dəlmə bağları”nda böyük meyvə bağları var idi. Atası Hacı Nəcəf Kərbəlayı Hacı Hüseyn oğlu  ticarətlə məşğul olur, rus tacirləri ilə, xüsusilə Novqorod şəhəri ilə sıx əlaqə saxlayırdı. O, Məşədi Gülsüm Məmmədəli qızı  Fərəcova adlı xanımla ailə qurur bu izdivacdan onların altı uşağı dünyaya gəlir. Heydər ailənin sonbeşiyi idi.

1909-cu ilə qədər  ailə xoşbəxt, rahat həyat sürür. Hüseynovların üç böyük oğlu İrəvan Gimnaziyasında oxuyur (İrəvan Gimnaziyası1881-ci ildən fəaliyyət göstərirdi), ata analarının onlarla bağlı arzu istəklərini reallaşdırmağa çalışırdılar. Hacı Nəcəf Məşədi Gülsüm dindar idilər: namaz qılır, oruc tutur, müqəddəs ocaqları ziyarət edir, xeyriyyə işləri ilə məşğul olurdular.

Heydərin bir yaşı olanda Hacı Nəcəf cərrahiyə əməliyyat zamanı vəfat edir. Bu itki ailəni qədər sarsıtsa da onlar  özlərində yaşamağa güc tapır ailə başçısının qoyduğu işləri davam etdirirlər. Sözsüz ki, ağırlıq daha çox ailənin böyük oğlu Yusifin üzərinə düşür. Bu dövrdə onun artıq öz ailəsi var idi. Ailəsinin, anasının, kiçik qardaşlarının bacısının qayğısını çəkmək, onları dolandırmaq üçün Yusif çox çalışmalı idi.

Deyirlər, dərd gələndə batmanla gəlir. Sən demə, qarşıda bu ailəni gözləyən faciə tezliklə onlara Hacı Nəcəfin ölümünü unutduracaqmış.

Birinci Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək istəyən Rusiya 1917-ci ilin noyabrında baş verən hakimiyyət çevrilişi ilə əlaqədar öz silah-sursatını hərbi xidmət keçən 150 min erməni əsgərinə könüllülərdən ibarət 4 erməni drujinasına (10 min adamlıq) təhvil verərək qoşunlarını geri çəkməyə məcbur olur. Bu, ermənilərin Şərqi Anadoluda  müstəqil dövlət yaratmaq arzusunu ürəklərində qoyur. Onlar niyyətlərini Cənubi Qafqazda həyata keçirmək məqsədilə qoşunu İrəvan quberniyasına ona bitişik ərazilərə yönəldir. Yerli əhaliyə divan tutulur.   İrəvan quberniyasında Zəngəzurda əsl soyqırım həyata keçirilir. Tarixdən öyrənirik ki, 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri 198 kəndi darmadağın edir, həmin qəzalarda təqribən 135 min nəfər azərbaycanlını öldürür. Köməksiz qalan əhali qaçmağa üz tutur. Əhalinin böyük hissəsi  Türkiyə, İran, Azərbaycan, Gürcüstanda məskunlaşır.

            Soyqırım Hüseynovlar ailəsindən yan keçmir, Yusif ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Məşədi Gülsüm  övladları Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olur. Hüseynovlar ailəsi əvvəlcə  Batumi şəhərinə, oradan isə Stavropola köçür. Burada da erməni təzyiqi şəraitsizliklə qarşılaşdıqları üçün 1920-ci ildə, sovet hakimiyyəti qurulduqdan sonra Bakıya köçürlər. Bu vaxt Heydərin artıq 12 yaşı var idi. Lakin ailələrində baş verən faciə qaçqınlıq üzündən o hələ məktəbə gedə bilməmişdi. Hüseynovlar ailəsi İçəri şəhərdə, Dvorsovaya 26 ünvanında kirayə ev götürürlər. Gülsüm xanım  kiçik oğlunu 18 saylı məktəbə qoyur. Ailənin çətin vəziyyətdə yaşamasına baxmayaraq Gülsüm xanım gen yaddaşından gələn ənənənixeyriyyəçiliyi davam etdirir, İçəri şəhər məsçidinə su çəkdirir.

Məktəb mühiti, orada hökm sürən abi-hava H.Hüseynovun daxili  imkanlarının açılmasına, istedadlarının üzə çıxmasına yardımçı olur. Burada o, şeir yazmağa başlayır, divar qəzetini redaktə edir, humanitar elmlərə xüsusi maraq göstərir. Onun zəhmətkeşliyi, məsuliyyətliliyi müəllimlərinin gözündən qaçmır.

H.Hüseynovun böyük qızı Sara xanımın yazdığına görə 18 nömrəli məktəbdə atası ilə yanaşı Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab Şəmsi Bədəlbəylilər, Əbülfəz Qarayev, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov kimi mütərəqqi gənclər oxuyur, Feyzulla Qasımzadə, Hənəfi Zeynallı, Atababa Musaxanlı kimi dövrün ziyalıları dərs deyirdi.

Yenə həmin mənbədən öyrənirik ki, Heydər Hüseynov Mikayıl Müşfiqlə bir sinifdə oxuyub. Bu haqda Fuad Qasımzadədən müsahibə alan jurnalistin yazısından da məlumat əldə edirik: “Bakıdakı 18 saylı məktəbdə Mikayıl Müşfiqlə bir sinifdə oxuyublar. Fuad Qasımzadə danışırdı ki, Heydərin çox gözəl xətti var idi... Müəllimlərinin (Feyzulla  Qasımzadə -F.S.) ad günündə qərarlaşdırırlar ki, Heydər Müşfiqin şeirlərini gözəl xətlə köçürsün bunu siniflərinin adından müəllimə hədiyyə etsinlər. Həmin zərif xətli dəftər indi Qasımzadələrin arxivində qalır”.

Məktəbi bitirdikdən sonra Heydər Hüseynov Bakı Pedaqoji Texnikumda oxumağa başlayır. Bu illərdə komsomol sıralarına qəbul olunur.  Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədilə o, kitabxanada işə düzəlir, 16 yaşından fəhləlik edir.

Heydər Hüseynov təhsilini davam edə-edə pedaqoji fəaliyyətlə məşğul olur. Maştağada yerləşən 17 saylı məktəbin  fəhlə fakültəsində  Azərbaycan dili ədəbiyyatından, tarix, coğrafiya, kimya, riyaziyyatdan dərs deyir. Bir müddət Lenin adına kombinatda, Tibb texnikumda müəllimlik edir. Oxuduğu, işlədiyi hər bir yerdə zəhmətkeşliyi, ictimai işlərdə fəallığı ilə seçilir.

Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan, ağır uşaqlıq, gənclik dövrü yaşayan Heydər 18 yaşında həyatdan daha bir zərbə alır. 1926-cı il aprelin 25-də anası Məşədi Gülsüm  kəskin böyrək çatışmazlığından 60 yaşında vəfat edir.

Ailəsinin bütün qayğılarını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin işləməli olur. 1931-ci ilə kimi 59 saylı məktəbdə dərs deyir, komsomol katibi olur. Humanizmi, insanpərvərliyi, ciddiliyi, dərin biliyi ilə həm şagirdlərin, həm yoldaşlarının hörmətini qazanır. Görkəmli alim, pedaqoq Feyzulla Qasımzadə bu istedadlı, işgüzar gənci daim nəzərində saxlayır, onun bacarıqlarını düzgün məcraya yönəltməyə inkişaf etdirməyə çalışır. 1929-cu ildə Feyzulla Qasımzadərabfak”ın tələbələri üçün  ədəbiyyat dərsliyinin hazırlanmasına 21yaşlı Heydəri cəlb edir.  (H.Hüseynovun böyük qızı Sara xanımın dediyinə görə, F.Qasımzadə atası haqqındaHeydər başımın tacıdır.” deyirdi.) 1930-cu ildən H.Hüseynov artıq fəlsəfədən dərs deməyə başlayır.

1927-1931-ci illərdə Heydər  Lenin adına Azərbaycan Dövlət Universitetinin  şərqşünaslıq fakültəsinin linqvistika ixtisasının tələbəsi olur. Universitetdə oxuduğu illərdə ərəb fars dillərinə mükəmməl yiyələnir, dövrünün görkəmli alimlərindən dərs alır. Azərbaycan dilindən ona Bəkir Çobanzadə, Əbdürrəhin bəy Haqverdiyev, fəlsəfədən Mikayıl Hüseynov, Cahangir Nağıyev, ərəb dilindən Uaruar, fars dilindən Bəndəli ibn Səlıb əl-Cauzi, Əhməd Bəni Trinc, linqvistikadan A.R.Zifeldt-Simumyagi, şərq incəsənəti tarixindən V.M.Zummer dərs deyir. Bu müəllimlərin bir qismi Azərbaycan Demokratik Respublikasının rəhbərləri tərəfindən müxtəlif ölkələrdən dəvət olunmuşdu. Belə məşhur alimlərin tələbəsi olmaq, sözsüz ki, H.Hüseynovun savadlı bir kadr kimi yetişməsində böyük rol olnayır.

Hələ məktəb illərindən yaradıcılığa meyl edən H.Hüseynov universitetdə oxuduğu dövrdə qələmini sınaqdan keçirir, H.Heydər, H.Hüseynzadə imzaları ilə müxtəlif mətbuat orqanlarında (“İnqilab mədəniyyət”, “Gənc işçi”) şeirlər çap etdirir, ədəbiyyatla bağlı dərsliklər yazır, müəllimlərinin sevimlisinə çevrilir.

H.Hüseynovun tələbəlik dövründə yazdığıAtəşgahşeiri professional cəhətdən mükəmməl olmasa da məzmunu, obrazlılığı ilə diqqəti cəlb edir. Şeirin çox maraqlı tarixçəsi var: 1930-cu ildə Şərq fakültəsinin professoru Zummer tələbələrini Suraxanı Atəşgahına aparır. Bu müqəddəs ocaq haqqında məlumat verən professor şeirə həvəsi olan tələbələrinə Atəşgaha aid şeir yazmağı tövsiyə edir. Səhəri gün 22 yaşlı H.HüseynovAtəşgahşeirini müəlliminə təqdim edir. Özü o, bu şeiri sevimli müəllimi professor Zummerə ithaf edir.

1931-ci ildə H.HüseynovZəngişeirlərini yazır. Başlanğıcını Göyçə gölündən götürən, İrəvan şəhərindən axıb, sonda Araza tökülən Zəngi çayı H.Hüseynovun uşaqlıq illərinin həm xoş, həm acı günlərinin şahidi idi. Şeir özündə müəllifin doğma yurdu ilə bağlı niskilini, sevgisini, dünəni, bugünü daşıyır:

 

Aylar, illər boyu aşıb-daşarsan

İçində çınqıllar oynaşar, Zəngi,

Qayalar üstündən yel tək aşarsan,

Qoynunda köpüklər qaynaşan, Zəngi

 

Daşnaklar zülmündən, bəylər əlindən

Qəlbinə sancılan zəhərli tikan

Bu gün çıxarılmış, azad bir ölkən

Kimi qanadlanıb, coşasan, Zəngi.

 

1931-ci ildə H.Hüseynovun zəngin tələbəlik illəri sona yetir. Azərbaycan Pedaqoji Universitetinin ən fəal istedadlı məzunu kimi Heydər Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun fəlsəfə şöbəsinin aspiranturasına göndərilir. Bir il burada təhsil alıb, fəlsəfə üzrə qazandığı bilikləri daha da təkmilləşdirən H.Hüseynov Sənaye İnstitutuna Sovet Ticarəti İnstitutuna fəlsəfə müəllimi vəzifəsinə təyin olunur. Marksizm-leninizm fəlsəfəsini aydın dildə tədris edən gənc müəllim tez bir zamanda tələbələrin sevimlisinə çevrilir.

            1934-cü ildə Heydər Hüseynov tacir Süleyman Abdullayevin qızı Tale xanımla ailə həyatı qurur. Onların tanışlığı barədə Heydər Hüseynovun ikinci qızı Leyla xanım müsahibələrinin birində məlumat verir: “...Aralarında 4 il fərq var idi. Atam 1908-ci ildən, anam isə 1912-ci ildən idi. Atam Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim ilə dostluq edirdi. O, çox maraqlı insan idi, yumorlu, yüksək intellektli. Anam bizə ətraflı danışmırdı, ancaq bilirəm ki, onları Məmməd Səlim tanış etmişdi. Anam Tale ziyalı ailəsindən idi. Atası Süleyman Abdullayev Müsavatın üzvü idi. Yaxşı yaşayırdılar. 1937-də babamı güllələdilər. Sonradan o, bəraət qazandı. Bəraət kağızını anama verən atam  deyirmiş ki, “bilirsiniz, çox adamlar dözməyib bir çoxlarınınvətən xainiolması haqqında kağızlara imza atdılar. Atanızla fəxr edin, o, heç bir kağıza qol çəkməmişdi”.

1936-cı ildən etibarən Heydər Hüseynov Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Sovet Ensiklopediyası komitəsində işləməyə başlayır.  Həmin komitədə əvvəlcə elmi işçi, sonra elmi katib kimi fəaliyyət göstərir. Komitə  SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Ensiklopediya Lüğətlər İnstitutuna çevrildikdən sonra həmin institutun direktoru vəzifəsinə təyin edilir. Bu illərdə onun elmi fəaliyyəti çox geniş olur. İnstitutun əməkdaşları ilə birlikdə lüğətlərin tərtibi üzərində işə başlayır, ədəbiyyatla bağlı ilk məqalələrini çap etdirir. Vaxtilə ənənəsi Ruhulla Axundov tərəfindən qoyulmuş lüğət tərtibi işini həvəslə yerinə yetirən H.Hüseynovun rəhbərliyi ilə 1939-cu ildəRusca-Azərbaycanca lüğət”, “Rusca-Azərbaycanca məktəbli lüğəti”, “İzahlı AzərbaycancaRusca lüğətçap olunur.

1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının açılışı republika üçün əlamətdar hadisələrdən biri oldu. Filial  mövcud olduğu dövrdə, xüsusilə müharibə illərində çox böyük işlər görür: “Statusun artması Azərbaycan filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının yaradılmasına imkan vermişdir. Geologiya İnstitutu, Tarix, Dil Ədəbiyyat İnstitutu, Coğrafiya İnstitutu, Neft Kimya İnstitutu məhz həmin tarixi mərhələdə açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində aparılmış tədqiqatlar daha sistemli ardıcıl olmuş, ölkənin sosial-iqtisadi inkişafının mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə özünün müsbət təsirini göstərmişdir”.

SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkilində inkişafında böyük xidmətləri olan Heydər Hüseynov ilk vaxtlar Filialın sədr müavini, 1944-cü ildən sədri olur. SSRİ EA-nın prezidenti V.L.Komarov, vitse-prezidentləri O.Y.Şmidt, İ.İ.Meşaninov onun işini yüksək qiymətləndirirdilər.

Filialın fəaliyyəti dövründə fəlsəfə üzrə aparılan tədqiqatların səviyyəsi istiqamətində keyfiyyətcə dəyişiklik baş verir. “Maarif mədəniyyət”, “Revolyusiya kulturajurnallarının fəlsəfə bölmələrində xarici filosofların əsərlərinin tərcümələri, yerli mütəxəssislərimizin yeni məqalələri çap olunur.  Aspirantura şöbəsi yaradılır, yeni alim ordusunun yetişdirilməsi üçün lazım olan ədəbiyyatlar Azərbaycana gətirilərək tərcümə edilir, ana dilində dərslik dərs vəsaitləri yazılır, rayonlarda elmi bazalar yaradılır elmi sessiyalar keçirilir. Görkəmli şəxsiyyətlərin: Nizaminin, Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun yubileyləri keçirilir.

Təşkilatı işlər H.Hüseynovun elmi yaradıcılığına mane ola bilmir.1939-cu ildə o, Tiflis Dövlət İnstitutundaM.F.Axundovun fəlsəfi görüşləriadlı dissertasiya müdafiə edir. Müdafiə çox uğurla keçir, dövrün görkəmli alimləri: akademik K.S.Bakradze, Daneliya, Danaşiya, Xaçapuridze, Dmitrev H.Hüseynovun elmi əsəri barədə yüksək fikirlər söyləyirlər.

H.Hüseynov ictimai, elmi fəaliyyətlə yanaşı milli kadrların yetişdirilməsi istiqamətində xeyli işlər görür. Xüsusilə fəlsəfə məktəbinin yaranması məqsədlə o, respublikanın bütün elmi potensialını səfərbər edir, istiqamətləndirir. H.Hüseynov ətrafına bu sahədə fəaliyyət göstərə biləcək alimlər ordusu toplayır.

Heydər Hüseynov, Cahangir Nağıyev, Əhməd Kazımov, Əlisöhbət Sumbatzadə universitetlərdə fəlsəfənin Azərbaycan dilində tədrisini həyata keçirən ilk filosof nəsli olur. ÖzününŞərəfli vəzifəadlı məqaləsində (Kommunist, 4 dekabr, 1940) H.Hüseynov gənc alimlərin hazırlanmasına dair fikirləri ilə bölüşür.

H.Hüseynovun  tələbələrindən Cəmil Əhmədli müəllimi haqqında deyir: “Azərbaycan xalqının ictimai fəlsəfi fikir səmasında parlaq bir kometa peyda oldu. Bu, XX əsrin 30-40-cı illərində Azərbaycan fəlsəfə elminin sürətlə inkişafında, fəlsəfə kadrlarının hazırlanmasında, fəlsəfənin digər elm sahələri ilə əlaqələndirilməsində, biliyin müxtəlif sahələrində elmi terminologiyanın yaradılmasında müstəsna dərəcədə yüksək xidmətləri olan Heydər Nəcəf oğlu Hüseynov idi”.

1940-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə H.Hüseynov elm pedaqoji sahələr üzrə yeni kadrların yetişdirilməsində göstərdiyi səyinə görəŞərəf nişanıordeni ilə təltif olundu.

Müharibə bütün sahələri olduğu kimi, elm sahəsini, alimlər ordusunu da səfərbər edir. SSRI Elmlər Akademiyasının Azərbaycan Filialı işini dövrə, şəraitə uyğun yenidən qurur, Akademiyanın elmi bazalarının yaradılması, institut şöbələrin daha sıx əlaqəli əməkdaşlığının təmin edilməsi, səyyar elmi  sessiyalar keçirilməsi, mövzuların seçilməsi istiqamətində xeyli işlər görür. Sözsüz ki, bütün bunların həyata keçməsi Filial rəhbərlərinin, o cümlədən Heydər Hüseynovun təşkilatçılıq bacarığından asılı olur. Alim bu ağır dövrdə Filialının işi barədə “SSRİ EA Azərbaycan filialı müharibə günlərində”, “Azərbaycan alimləri Vətən müharibəsi günlərində”,“Alimlərimiz Vətən müharibəsi günlərindəməqalələrini çap etdirir.

Hər şey cəbhə üçünşüarı altında Azərbaycan ziyalılarının  bir qrupu 1941-ci ildə cəbhəyə yollandı. 29 dekabr tarixində “Pravda” qəzetində Azərbaycanın partiya nümayəndələrindən ibarət qrupun Cənub cəbhə xəttinə yeni il hədiyyəsi aparması haqqında  elan çıxır. Azərbaycan nümayəndələri cəbhəyə iki vaqon isti paltar, ərzaq, Azərbaycan torpağının nemətlərini, Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovla bağlı kitab vərəqələr aparır. Nümayəndə heyətinin arasında S.Vurğun, R.Rza, Azərbaycanın Mərkəzi Kamitəsinin katibi D.Məmmədov, Komsomol katibi B.Seyidzadə, EA-nın Azərbaycan filialının rəyasət heyətinin sədr müavini H.Hüseynov da olur. Novorosiysk döyüşçüləri ilə görüşdə S.Vurğun, R.Rza ºeir oxuyur, H.Hüseynov ədəbiyyatdan fəlsəfədən məruzələrlə çıxış edir, faşizmin fəlsəfəsindən danışırdı.

Müharibə illərini Heydər Hüseynovun yaradıcılığının ictimai xadim kimi  fəaliyyətinin ən məhsuldar dövrü hesab etmək olar. Bu illərdə alimin xeyli sayda elmi əsəri işıq üzü görür, Akademiyanın elmi bazalarının Qarabağda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada yaradılması, Azərbaycanın rayonlarında 9 elmi sessiyanın keçirilməsi onun rəhbərliyi ilə baş tutur. Üzeyir Hacıbəyovun yubileyinin təşkilində, Əliağa ŞıxlinskininXatirələrimkitabının yazılmasında da Heydər Hüseynovun böyük xidməti olur.

1941-ci ilin martında SSRİ Elmlər Akademiyasının vitse-prezidenti O.Y.Şmidt Bakıya gəlir. Filialın institut bölmələrində olan O.Y.Şmidt burada aparılan işlərə, təşkilatçıların fəaliyyətinə yüksək qiymət verir, onun başqa respublikalardakı filiallara nümunə olduğunu deyir: “Azərbaycanın elm adamları müharibə illərində özlərini çox yaxşı göstərdilər... Heydər Hüseynovun başçılığı altında AzFAN Akademik müəssisələrə layiq olan  gözəl qabilliyyəti nümayiş etdirən güclü elmi mərkəzə çevrilib”.

Məhz SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının müharibə illərindəki fəaliyyəti gələcəkdə müstəqil Elmlər Akademiyasının yaranmasına təkan verdi. Azərbarcan EA-nın yaranmasında gənc alimlərdən görkəmli kimyaçı Y.Məmmədəliyev, geoloq Ə.Əlizadə, yazıçı M.İbrahimov, şair S.Vurğun, memarlar M.Dadaşov, M.Useynov b. böyük işlər gördü.

1944-cü ildə Üzeyir Hacıbəyovun 60 illiyi ilə əlaqədar respublikada silsilə tədbirlər keçirilir. Bəstəkarın yubileyi ərəfəsində AZFAN H.Hüseynovun rəhbərliyi altında böyük tədbirlər planı hazırlayır. Alimin təklifi ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 14 sentyabr 1945-ci il tarixli fərmanı ilə İncəsənət institutuna Üzeyir Hacıbəyovun adı verildi.

Leyla xanımın xatirələrindən məlum olur ki, Heydər Hüseynovla Üzeyir Hacıbəyov arasında sıx dostluq olmuşdur. Özü yaradıcı adam olduğundan istedadlı insanlara xüsusi həssaslıqla yanaşan H.Hüseynov evində işləmək üçün şəraiti o qədər yaxşı olmayan bəstəkara bağında xüsusi otaq ayırır. Leyla xanımın xatirələrindən: “Yaz vaxtı idi. Biz atamla bağa getmişdik. Atam Üzeyir bəyə təklif etdi ki, bağda ayrıca otaq var, sənin üçün ayıra bilərik. Orada rahat işləyərsən. Üzeyir bəy razı oldu, ancaq sonra səbəbdənsə, gələ bilmədi”.

H.Hüseynovun Azərbaycan xalqı qarşısında xidmətlərindən biri deyərdim ki, çox qiymətlisi onunrus artelleriyasının allahısayılan Əli ağa Şıxlinskinin xartirələrinin yazdırılması ilə bağlıdır.

“General Əli ağa Şıxliski silahdaşlarıkitabının müəllifi Şəmistan Nəzərli yazır: “Şöhrətli sərkərdəmiz Əli ağa Hacı İsmayılağa oğlu Şıxlinskidən  danışanda filosof-alim Heydər Hüseynovun xidmətlərini unutmaq haqsızlıq olardı. GeneralınXatirələrimkitabının yazılmasında ən müstəsna rolu olan ilkin şəxs Azərbaycan Elmlər Akademiyasının akademiki Heydər Hüseynovdur. “XatirələrimAzərbaycan tarixində yeqanə ilk hərbi memuardır”.

H.Hüseynovun general Əli ağa Şıxlinski şəxsiyyətinə marağı 1939-cu ildə  general-mayor Yevgeni Barsukovun  kitabı ilə tanış olandan sonra yaranır. Belə ki, müəllif “Rus artelerriyası birinci dünya müharibəsindəkitabında həmyerlimizin hərb tarixinə gətirdiyi yeniliklər, göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumat verirdi. Ə.Şıxlinskini tapmağın, onunla tanış olmağın vacibliyini düşünən H.Hüseynov aspirantlarına generalın harada yaşadığını araşdırmağı tapşırır. Həyat yoldaşı Nigar xanımın ölümündən sonra demək olar ki, hamı tərəfindən unudulan Ə.Şıxlinski Cəfər Cabbarlı küçəsində balaca, soyuq bir evdə tək-tənha yaşayırdı.

Həmin dövrdə çar ordusunda xidmət etmiş artilleriya generalı Əli ağa Şıxlinski haqqında danışmaq, onunla ünsiyyət yaratmaq demək olar ki, yasaq edilmişdi. Xalq yazıçımız İsmayıl Şıxlı xatirələrində bu haqda deyir: “Mən Əliağa Şıxlinskini görə bilmədim. 1937-ci ildə Bakıya gələndə atam demişdi ki, belə bir qohumumuz var. O zaman Lenin adına APİ- hərbi kafedrasının müdiri kapitan Tarıverdiyev idi. O, familimi görüb məni çağırıb dedi ki, generalın qohumusanmı? Dedim ki, bəli. Dedi, mən məsləhət görmürəm, bunu başqa yerdə deyəsən, çünki səni məktəbdən qovarlar”.

O təhlükəli zamanda heç kimin, hətta qohumlarının döyə bilmədiyi qapını vəzifə adamı, SSRİ EA Azərbaycan Filialının sədr müavini H.Hüseynov döyür. Yenə özündən daha çox milli mənafeyi nəzərə alır. Yenə təəssübkeşlik, insanpərvərlik sayıqlığı, ehtiyatı üstələyir. Bununla da H.Hüseynov çətin qocalıq həyatı yaşayan, gözü pis görən, qulağı ağır eşidən, əlləri əsən Şıxlinskinin həyatına rəng qatır. Alim generala gələcək naminə memuarlarını yazmağı təklif edir. Ə.Şıxlinski razılaşmır. Xəstəliyini səbəb gətirir. Bu memuarların əhəmiyyətini, gələcək üçün dəyərini, qiymətini başa düşən H.Hüseynov generala çıxış yolu təklif edir. Təklif edir ki, o diktə eləsin, Elmlər Akademiyası tərəfindən göndərilən bir nəfər yazıya alsın. Razılaşırlar. Bu müddətdə H.Hüseynov tez-tez generala dəyir, bu qeyri-adi insanla ünsiyyətdən xüsusi zövq alır. Sonralar Heydər Hüseynov yazacaq: “General Əli ağa Şıxlinski ilə yaxından tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar səmimi insan qədər ağıllı ibrətli bir şəxs idi”. H.Hüseynov haqlı idi. “Səhra toplarının cəbhədə işlədilməsiəsərinin, “Şıxlinski üçbucağı”, “Şıxlinski formuluadı ilə hərb tarixinə düşən yeniliklərin  müəllifi general-mayor  Ə.Şıxlinski qeyri-adi istedad sahibi idi. O, dilçiliklə, terminologiya ilə dərindən maraqlanır, hərbi lüğətin tərtibi ilə məşğul olurdu. Belə ki, 1926-cı ildə Ə.Şıxlinski rus, ərəb latın əlifbası iləRusca-türkcə qısa hərbi lüğətkitabını nəşr etdirir.

General-mayor  Ə.Şıxlinski göstərdiyi xidmətlərə görə bir çox yüksək mükafatlara layiq görülmüşdü: Fransanın generallara məxsus fəxri “Legion ordeni zabitlərə verilən “Legion xaçı”.  Ə.Şıxlinski bu cür yüksək ordenlərə layiq görülən yeqanə azərbaycanlı idi.

Memuarlar hazır olanda H.Hüseynov kitaba ön söz yazmaq üçün Yevgeni Barsukova müraciət edir. Y.Barsukov çox böyük həvəslə bu işi yertinə yetirir. Onun yazdığı ön sözdən bir hissəni diqqətinizə çatdırıram: “...Təbiət Əliağaya böyük ağıl, hərbi məharət, istedad, mərdlik, nəcib sifətlər, vətənin müdafiəsi üçün çox faydalı olan müstəsna bir qabiliyyət vermişdi. Hərbi işə bəslədiyi məhəbbət, göstərdiyi fədakarlıq, topçuluğu dərindən bilmək, xüsusilə bu sahədə yaradıcılıq istedadıbütün bunlar Əliağa Şıxlinskiyə xidmət sahəsində sürətlə irəliləməyə köhnə rus ordusunun topçu komandirləri arasında görkəmli yer tutmağa imkan vermişdi”.

Əfsuslar olsun ki, Ə.ŞıxlinskiyəXatirələrimkitabını görmək nəsib olmur. 1943-cü il avqustun 18-də Əli ağa Şıxlinski 80 yaşında vəfat edir. Generalın  dəfn mərasiminin təşkilini Heydər Hüseynov öz üzərinə götürür. Ə.Şıxlinskini generallara layiq hörmətlə dəfn edirlər. Ş.Nəzərli: “Dəfn mərasimini Bakı Hərbi Qarnizonundan çağırılmış alay orkestri müşayiət etdi. Qəbri üstündə topdan avtomatlardan yaylım atəşi atıldı. “Artilleriyanın allahı”nı görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun özü, generalın yetirmələri qohumları son vida nitqi söylədilər”.

27 mart 1945-ci ildə  Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 316 saylı qərar qəbul olundu. Azərbaycan SSR  Elmlər Akademiyasının Nizamnəməsi təsdiq edildi. Elmlər Akademiyasının 15 nəfərdən ibarət ilk təsisçiləriakademiklər müəyyən olundu. SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.L.Komarov Azərbaycan rəhbərliyinə göndərdiyi xüsusi məktubda Əşrəf Əlizadə, Mirəsədulla Mirqasımov Mustafa Topçubaşovdan birinin yeni yaradılacaq Akademiyanın prezidenti olmasını təklif etmişdi. Məktubda, həmçinin, Heydər Hüseynovun Akademiyanın vitse-prezidenti vəzifəsinə namizədliyi məqsədəuyğun sayılmışdı.

1945-ci il martın 31-də Azərbaycan SSRİ Elmlər Akademiyasının həqiqi üzvlərinin birinci Ümumi yığıncağı keçirildi. Yığıncaqda Azərbaycan SSR Elmlər Akademiyasının rəhbər heyəti seçildi. Akademik M.A.Mirqasımov yekdilliklə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, H.Hüseynov Ş.Əzizbəyov Akademiyanın vitse-prezidenti, akademik M.S.Qaşqay akademik-katib seçildi.

1946-cı ildə Bağırovun təqdimatı ilə Heydər Hüseynov Marks-Engels-Lenin institutunun (sonralar Partiya Tarixi İnstitutu adlanırdı) Azərbaycan filialının direktoru təyin olunur. Filialın direktoru olduğu müddətdə alim intitutun işində bir çox dəyişikliklər edir. Onun təqdimatı ilə dəyərli alimlər  Zülfəli İbrahimov, Miryusif Mirhadıyev, Məmməd Qazıyev  işə dəvət olunur, institutun  direktor müavini milliyətcə erməni A.Petrosyan tutduğu vəzifədən azad edilir.

Heydər Hüseynovun təşəbbüsü ilə 1945-ci ildə ADU-nun tarix fakültəsinin nəzdində Fəlsəfə bölməsi, 1947-ci ildə filologiya fakültəsinin nəzdində Məntiq psixologiya bölməsi yaradılır. Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər Bölməsi tərkibində Fəlsəfə Hüquq İnstitutunun  fəaliyyətə başlaması Hüseynovun savadlı elmi kadrlar yetişdirmək fəlsəfə məktəbini yaratmaq arzusunun reallaşmasına doğru böyük bir addım idi. Savadlı mütəxəssislərə böyük ehtiyac olduğu bir zamanda  H.Hüseynov fakültə üçün tələbə seçimi ilə şəxsən məşğul olur.  Dünyagörüşlü gənclərin tədrisə cəlb olunması məqsədlə rayonlara gedir, çıxışlar edir, qəbul imtahanlarında şəxsən iştirak edirdi.

1947-ci ildə H.HüseynovAzərbaycan Ali Sovetinə üzv seçilir. 1948-ci ildə H.Hüseynov 4 cildlikTam rus-Azərbaycan lüğəti”nə görə Stalın mükafatına layiq görülür. Həmin il alim Azərbaycan K(b)P MK Bakı Komitəsinin 5,6 may ayında keçirilmiş plenumun qərarı ilə Bakı Şəhər Partiya Komitəsi Bürosunun üzvü seçilir.

H.Hüseynovun uğurları ona çoxlu dostla bərabər, düşmən qazandırır. Alimin yuxarı vəzifələrə çəkiləcəyi ilə bağlı xəbərlər bir çoxlarına rahatlıq vermir. H.Hüseynovu Bağırovun gözündə salmaq üçün hər vasitələrə əl atılır. Ailəsi ilə bağlı faktlar dərindən araşdırılmağa, alimə qarşı kompromatlar yığılmağa başlayır. H.Hüseynovun qardaşlarının Türkiyə vətəndaşı, qayınatasınınxalq düşməniolması qabarıq, şişirdilmiş şəkildə Mir Cəfər Bağırova çatdırılır. Düşmən istəyinə nail olur: həqiqətləri gizlətməkdə ittiham edilən H.Hüseynova töhmət verilir.

1949-cu ildə Azərbaybaycan Elmlər Akademiyasının Nəşriyyatı tərəfindən H.Hüseynovun “XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindənkitabı nəşr olunur. Əsərlə tanış olduqca o mürəkkəb dövrdə Azərbaycan aliminin milli təəssübkeşliklə apardığı tədqiqatlarındakı cəsarətinə valeh olmaya bilmirsən. Dövrün diqtəsindən gələn ideoloji məqamlar təhlillərdəki bəzi təhriflər, fikrimcə, əsərə diqqətlə yanaşan oxucu üçün yamaq təsiri bağışlayır. Əsas məsələ, alimin Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi ilə bağlı ona qədər deyilməyən fikirləri, arxiv sənədlərinə, ilkin mənbələrə, əlyazmalara əsaslanan mülahizələridir.

Deyirlər, kitabların da insanlar kimi taleyi olur. Bu kitabın da taleyinə müəllifinin son sevinci son ağrısı olması yazılıbmış. Heydər Hüseynov  özü bunu əvvəlcədən hiss edir hələ əsər cəmiyyətdə yayılmamış deyirdi: “Bu kitab ya məni göylərə qaldıracaq, ya  yerə vuracaq”.

Kitabın ön sözündə H.Hüseynov yazır: “Müəllifin məqsədi oxucuları ən ümumi şəkildə, detallara varmadan Azərbaycanın qədim orta əsrlər mədəniyyət tarixinin  elə əsas məqamları ilə tanış etməkdir ki, onlarsız XIX əsr mədəniyyəti keçmişdən təcrid olunmuş olar ona gorə Azərbaycan xalqının mənəvi inkişafının yeni mərhələsi kimi dərk oluna bilməz”.

İtən, qırılan varislik bağlarını bərpa etmək, qədim kökləri olan bir millətin mədəniyyətini dünyaya çatdırmaq kimi müqəddəs missiyanı boynuna götürən alim, sözsüz ki, özünü böyük təhlükə qarşısında qoyurdu. Millətlərə qismən azadlıq verən dövlətin hər belə yeniliyə reaksiyasını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Xırda birxətaböyük bəlalara səbəb ola bilərdi. Bunu Heydər Hüseynov da bilirdi, onunla bircəbhə”də olan ziyalılarımız da.

“XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindənkitabı yazılan vaxtda məlum hadisələrə münasibət dəyişməyə, müharibə dövründə verilən nisbi azadlıq, ilıqlaşma, müharibədən sonra yenidən məhdudlaşmağa, sərtləşməyə, repressiyaların növbəti fazasına keçməyə başlamışdı.

H.Hüseynovun “XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindənkitabında  görkəmli maarifçi-alimlər A.Bakıxanov, M.Ş.Vazeh, Mirzə Kazım bəy, M.F.Axundov H.Zərdabinin həyatı, mühiti, ictimai-fəlsəfi görüşləri yer alırdı. Mirzə Kazım bəyə həsr olunmuş hissəyə: “Şamilin adı özündə çoxlu tarixi vətənpərvərliklə bağlı fikirlər ehtiva edir... O, hər halda, qəhrəmandır, qəhrəmanların yaradıcısıdırepiqrafını seçməsi H.Hüseynovun taleyində öz mənfi rolunu oynayır. Alim tənqidlərə, təzyiqlərə tuş gəlir. 600 səhifəlik  kitabın cəmi bir neçə səhifəsini əhatə edən məqalənin onu məhvə sürükləyəcəyini alim bilmirdi bilə bilməzdi. Bəlkə bu, alim üçün artıq çoxdan ciddi-cəhdlə hazırlanmışməhv edilməplanın həyata keçirilməsinə bir bəhanə idi. Çox güman ki, belə idi.

Qayıdaq, kitabın təzəcə işıq üzü gördüyü məqamlara. Qeyd etmək lazımdır ki, H.Hüseynovun bu əsəri cəmiyyətdə böyük əks-səda doğurdu.  Bunların canlı şahidi professor M.Mirhadıyev yazırdı: “H.Hüseynovun kitabı tez bir vaxtda bütün Sovet İttifaqına yayıldı. Filosofların, tarixçilərin, ədəbiyyatçıların, ictimai elmlər sahəsində çalışan mütəxəssislərin yüksək qiymətini aldı”.

Ağır zəhmət bahasına başa gəlmiş əsərinin sevincini yaşayan H.Hüseynov onu bir çox tanışları kimi, SSRİ Yazıçıları İttifaqının baş katibi, Stalin Mükafatı üzrə Komitənin sədri A.Fadeyevə göndərir. H.Hüseynovla A.Fadeyevin dostluğu hələ 1947-ci ildə, Nizaminin 800 illik yubiley tədbirləri zamanı, başlamışdı. O vaxt Moskva nümayəndə heyəti tərkibində Bakıya gələn A.Fadeyev mədəniyyəti, biliyi, işgüzarlığı ilə seçilən H.Hüseynovu çox bəyənir. Sonradan onların əlaqələri dostluq münasibətinə keçir.

H.Hüseynovun “XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindənkitabı ilə tanış olan Fadeyev onu bəyənir Stalin mükafatına təqdim edəcəyini bildirir.

Fərziyələrə görə, məhz bu fakt - H.Hüseynovun kitabının respublika rəhbərindən xəbərsiz SSRİ-nin ən ali mükafatına təqdim olunması Bağırovu bərk hiddətləndirir. Bu addımı özünə nümayişkaranə sayğısızlıq hesab edir. H.Hüseynovu yanına çağırıb kitabı onun başınba çırpır. Bununla da, H.Hüseynovun taleyi həll olunur, “kitabı bağlanır”. – Bu cəmiyyətdə olan fikirlər idi.

Arxiv sənədlərini vərəqlədikcə, tədqiqatçıların fikirləri ilə tanış olduqca vəziyyətin heç birmənalı olmadığı qənaətinə gəlirsən. M.İbrahimovun xatirələrindən: “Kitabı SSRİ Yazıçılar İttifaqı Dövlət Mükafatına irəli sürəndə respublikanın rəhbər təşkilatları buna etiraz etmədilər. Mükafatlar komitəsində müzakirə zamanı danışanlar kitabı təriflədilər. Həm açıq, həm gizli səs vermədə əsər mükafata layiq görüldü. Bu münasibətlə Heydər Hüseynovu təbrik edənlər saysız-hesabsız idi”.

Tədqiqatçı Ramiz Əhmədov yazır: AKP MK kitabın mükafata verilməsini məsləhət görmürsə, bundan Azərbaycan partiya dövlət səlahiyyətlərinin elmi ictimaiyyətin xəbəri yoxdursa, onu ən yüksək dövlət mükafatına kim məqsədlə təqdim etmişdi? Bu, M.C.Bağırovun təqdiri razılığı olmadan mümkün olmazdı”.

Tədqiqatçı tamamilə haqlıdır. Arxiv sənədlərini araşdırdıqca göz önündə tamam başqa bir mənzərə canlanır. Burada bir sənəd - Nizami adına Ədəbiyyat İnstitutunun, Nizami muzeyinin Azərbaycan SSR EA-nın Tarix İnstitutunun 21 sentyabr 1949-cu il Elmi Şurasının birgə iclasının protokolu diqqətimizi cəlb etdi. Gündəlikdə qoyulan əsas məsələ Heydər Hüseynovun “XIX əsrdə Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindənəsərinin Stalin mükafatına təqdim olunması barədə idi. Bu Protokol H.Hüseynovun kitabının elmi ictimaiyətin xəbəri olmadan Stalin mükafatına təqdim olunması barədə fikri  tamamilə alt-üst edir.

Sual doğur: bəs əslində həqiqət necə idi? Həqiqət isə çox sadə - alimin müvəffəqiyyəti müəyyən dairələrdə narahatçılıq doğurur, Bağırovun ona olan rəğbəti qıcıq oyadırdı.

H.Hüseynovun tələbəsi olmuş İrşad Əliyev: “O vaxt Heydər müəllim universitetdə fəlsəfə kafedrasının müdiri, partiya tarixi institutunun direktoruydu. Həm çoxlu elmi şuraların, redaksiyaların üzvüydü. Mərkəzi komitənin elm, təhsil, mədəniyyət sahəsinin bütün ağırlıqları onun üstünə düşürdü. Heydər müəllim Bağırovun da hörmətini qazanmışdı. O dövrdə Mərkəzi Komitədə bu sahədə rəhbərlik eləyən katiblər, şöbə müdirləri qorxurdular ki, vaxtsa yerlərini ona verməli olacaqlar. Məqam axtarırdılar, onu Mir Cəfər Bağırovun gözündən salsınlar...”

Fevralın 14-ü Moskvaya, Ali Sovetin sessiyasına getməyə hazırlaşan alimi gecə saat 2-də MK-ya çağırır, Türkiyənin İngiltərənin cəsusu Şamil haqqında əsər yazmaqda ittiham edirlər. Fevralın 15-i isə Akademiyaya gələn H.Hüseynov müavini Y.Tokarjevskinin onun yerində oturduğunu, seyfindən sənədlərinin, partiya biletinin götürüldüyünü görür. Alim başa düşürdü ki, “yuxarı”da artıq onun taleyini həll etmişlər onun üçünartıq hər şey bitmişdir”. Bu mənəvi basqılara tab gətirə bilməyən alim 1950-ci ilin mart ayının əvvəlində  Akademiyadakı otağında hər iki biləyinin damarlarını kəsir. H.Hüseynovu xilas etmək mümkün olur. Alimin bu hərəkəti  düşmənlərinə daha bir fürsət verir. Onlar H.Hüseynovun bu addımını partiyaya qarşı protest kimi qiymətləndirir Bağırovun gözündə onu daha da nüfuzdan salırlar.

H.Hüseynova qarşı kampaniya vüsət alır. Alim tutduğu bütün vəzifələrdən uzaqlaşdırılır. “Partiya qeydiyyatında olduğu institut onu partiyadan, Akademiyada isə EA-nın həqiqi üzvlüyündən çıxardırlar. Yerlərdə onun adının yamanlanmasına başladılar. Azərbaycan K(b)P MK- onu Partiya Tarixi İnstitutunun direktoru vəzifəsindən çıxardı...”.

H.Hüseynovun “XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindənkitabını aşağılamaq istiqamətində işlərə start verilir. Bağırovözbaşınalığayol vermiş alimi cəzalandırmaq, onu tarixi həqiqətləri düzgün qiymətləndirməməkdə, müridizmi mürtəce bir cərəyan kimi verməməkdə suçlamaq qərarına gəlir. Materiallar toplamaq üçün bir qrup alim Moskva, Leninqrad başqa şəhərlərin arxivlərinə göndərilir. H.Hüseynovun əsərinə müsbət rəy verənlər, mətbuatda çıxış edənlər tənqid atəşinə tutulur, təqib olunur.

Ittifaq miqyasında Şamilə qarşı kampaniya başlayır. “Literaturnaya qazeta” 27 iyul nömrəsində yazır: “...Qafqaz xalqlarının tarixində müridizmin Şamilin rolunun saxta, tarixə zidd konsepsiyalarının ifşa olunması istər alimlərimiz üçün istərsə ədəbiyyatçılar üçün böyük mühüm dərsdir. Azərbaycanın partiya ictimai təşkilatları müridizm Şamil hərəkatının ifşa edilməsində fəxri rol oynamışlar”.

 İyulun 14-də Filarmoniyanın yay salonunda ziyalılarının yığıncağı keçirildi. “...hamı bilirdi ki, bu yığıncaq Heydər Hüseynovunifşa olunması”na, “pislənməsi”nə həsr olunmuşdur”.

Tədbir iki gün çəkir. Mənbələrə görə zalda iki minə yaxın adamalimlər, ədəbiyyat, incəsənət, tibb işçiləri, yaradıcı kollektivlərin rəhbərləri aparıcı mütəxəssislər toplaşır, ezamiyyətdə, məzuniyyətdə olanlar geri çağrılır. Deyilənə görə, H.Hüseynov yığıncağa gəlsə içəri buraxılmır.

Mir Cəfər BağırovAzərbaycan ziyalılarının növbəti vəzifələri haqqındamövzusunda məruzə edir. Məruzənin II hissəsi bütövlükdə H.Hüseynovun “XIX əsrdə Azərbaycanda ictimai fəlsəfi fikir tarixindənkitabının müəllifininburjua millətçisi, ciddi siyasi səhvlər buraxan alim kimiifşa”sına həsr olunur. İclas Bağırovun məruzəsi ətrafında müzakirələrlə davam etdirilir. Çıxışçılar  alimi onun kitabını ittiham etməkdə bir-biri ilə bəhsə girir: “Şamil hərəkatını mütərəqqi bir hərəkat kimi qələmə vermək, Heydər Hüseynovun antimarksist, zərərli kitabında olduğu kimi göstərməkpanislamizmə, pantürkizmə xidmət etmək bugünkü qaniçici  imperializmin dəyirmanına su tökmək deməkdir yaTənqidimizdə liberalizm, dostbazlıq, qorxaqlıq, sovet tənqidçisinə yaraşmayan sifətlər, ailəçilik uzun zaman özünü göstərmişdir. Belə olmasaydı, ədəbiyyatımızın inkişafı üçün zəruri olan məsələləri unudub, Heydər Hüseynovun burjua millətçiliyi təbliğ edən “XIX əsrdə Azərbaycanda ictimai fəlsəfi fikir tarixindənadlı zərərli kitabına mədhiyyələr yazılmazdı”.

M.C.Bağırov istədiyinə nail olur. O, sayqısızlıq göstərən hər bir kəsə təkcə respublika deyil, ümumittifaq səviyyədə cəza verə biləcəyinə qadirilduğunu nümayiş etdirmişdi.

 Sara xanım o günləri belə xatırlayır: “Atam  tamam qocalmışdı. Ancaq gözləri gözəlliyini saxlamışdı. Yeddi ay öz evindən çölə çıxmadı ki, həbs edəsi olsalar, küçədə, camaatın gözü qarşısında olmasın. Bir kimsəni güdaza verməmək üçün dostlarının heç biri ilə əlaqə saxlamırdı. Yalnız ən yaxın dostu Məmməd Arifə zəng edirdi. Səsini eşidincə dəstəyi asırdı. Çünki onun telefonuna qulaq asırdılar. Bu cür gərginlik içində yaşaması, nəhayət, onu son addımı atmasına səbəb oldu”.

Avqustun 13-də H.Hüseynovun  qardaşı Yaqubu həbs edirlər. Bu, əsəbləri tarıma çəkilmiş alim üçün sonuncu damla olur. O, tezliklə həbs olunacağına şübhə etmirdi.  Nigarançılığı ailəsindənüç qızından idi. İndi onlarxalq düşməninin ailəsidamağası ilə yaşamağa məhkum olacaqdılar. İçini yandıran, ona yaşamağa imkan verməyən əzablara son qoymaq üçün H.Hüseynov avqustun 15-i bağ evində intihar edir.

Alimin qızı Leyla xanımın xatirələrindən: “Plenumdan sonra, deyirdimən yaşamayacağam. Qorxuram ki, bir gün gəlib sizi aparacaqlar. Bunu görməkdənsə, ölüm yaxşıdır”. Biz uşaq olsaq da, çox şeyi başa düşürdük. Atamı tək qoymamaq üçün hamımız bir otaqda yatırdıq. İntihar etməmişdən əvvəl, gecə atam bizi üzümüzdən öpdü. Gördüm ki, gözləri yaşarıb. Səhərə yaxın anamın qışqırığını eşitdik”.

Ömrünü xalğının maariflənməsinə, elmin inkişafına sərf edən böyük ziyalı, görkəmli alim şəxsiyyət H.Hüseynov 42 yaşında həyatla vidalaşır. Alimin sənədləri məhv edilir, onun yaddaşlardan silinməsinə, unudulmasına hər cür səy göstərilir. Lakin son sözü zaman deyir.

 Stalin-Bağırov rejiminin süqutu bir çoxları  kimi H.Hüseynovun, Şamilin üzərindən qara pərdəni götürür. Hər iksi bəraət alır. Adları hörmətlə çəkilir: “O vaxt ki, bəzi insanlar, o cümlədən dağıstanlılar (Şamilin həmvətənləri) imamın çalmasını çirkaba batırırdı, sonradan onu təmizə çıxaran məqalələr yazırdılar. Bir azərbaycanlı isə başqa yol seçdi.  Hafizələtdə o, təmiz adam kimi qaldı”. (Donoqo Hacı Murat)

H.Hüseynov kommunist ideologiyasının, marksist-leninçi fəlsəfənin yetirməsi olsa da ömrü boyu  milli varlığına bağlılığını itirmədi,  cəmiyyətinin verdiyi bütün imkanlardan məhz millət üçün, xalq üçün istifadə etdi. Şərəfli bir ömür yaşadı.

 

Fəridə Səfiyeva

Filologiya elmləri doktoru,

professor, “Qərbi Azərbaycan İcması”nın

İrəvan şəhəri üzrə sədri

 

Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr, ¹ 51. - S. 20-22.