Zəngəzurdan gələn səslər, yaxud yaddaş kodları
«Milayım kişi» deyə müraciət etdiyi ana nənəmin səsi; ömrünün lap ixtiyar
çağınacan bir
xatirəsini dönə-dönə
danışardı nəvələrinə.
Deyirdi obamıza bir atlı gəldi:
«Laçınlı Sultan bəyin
adamıydı. Qardaşım
Qənbər üçün
göndərmişdi Sultan bəy
o atlını. Xəbər
göndərmişdi ki, Zəngəzur
üzündə ermənilər
baş qaldırıb,
Qənbərə denən
beşatılanını da götürüb gəlsin...
«O səs hərdən pəncərəmi
döyüb qaçır...
Qulağıma nəsə,
nəsə deyib qaçar...»
O səs - xalam oğlu İsmayılın səsi;
qoyunçuluq briqadiriydi.
Amma obanın cavanları
üçün bənzərsiz
nağıl, dastan boxçasıydı
İsmayıl dayı.
Onun nağılı Zəngəzurla başlar, Zəngəzur
ağrısıyla uzanıb
gedər, Zəngəzur
nisgiliylə bitərdi.
İllər keçdi,
mən yaşa doldum, ali təhsil
arxasınca getdim. Və çox-çox illər sonrası bildim ki, İsmayıl dayının Qaranlıq dərənin, Pəri çınqılının, Çöplü
\gölün, Əyriqarın
başı üstündə,
bitib-tükənməz köç
yolları boyunca mənə (və mənim yaşıdlarıma)
danışdığı hekayət əslində Əyyub Abbasovun «Zəngəzur» romanından
hafizəsində qalan
ağrılı məqamlarmış.
O əziz, doğma yerlərə qəlbinin göynərtisini «Zəngəzur»
romanından yaddaşında
qalan əhvalatlarla çatdırırmış İsmayıl
dayı...
«O səs hərdən pəncərəmi
döyüb qaçır...
Qulağıma nəsə,
nəsə deyib qaçar...»
O səs - el-oba arasında hər kəsin «Milayım kişi» deyə müraciət etdiyi ana nənəmin səsi; ömrünün
lap ixtiyar çağınacan
bir xatirəsini dönə-dönə danışardı
nəvələrinə. Deyirdi
obamıza bir atlı gəldi: «Laçınlı Sultan bəyin
adamıydı. Qardaşım
Qənbər üçün
göndərmişdi Sultan bəy
o atlını. Xəbər
göndərmişdi ki, Zəngəzur
üzündə ermənilər
baş qaldırıb,
Qənbərə denən
beşatılanını da götürüb gəlsin...
Atlı dəstə
yaradırlarmış. Amma həmin vaxt Qənbər əmi obada deyilmiş. Arana enibmiş. Bu səbəbdən
onun əvəzinə
nənəm Milayım
kişinin həyat yoldaşı, qıs-qıvraq
hərəkətli babam
Həmid ata süvar olur. Nənəm arada zarafata salıb qardaşı üçün
«onsuz da Qənbərə
qıymazdım, güllə
qabağına getməyə
qoymazdım» - deyirdi. Qəmbər həqiqətən
də qıymalı oğul deyilmiş. Amma biz
də umu-küsümüzdən
qalmazlıq ki, əşi,
bəs o yetim Həmid yazıq deyildi?
Gülə-gülə könlümüzü
alırdı nənəm:
«Həmidə nə vardı, dəyirmanın boğazından ölü
salsan, unluqdan diri çıxacaqdı. Qırğı kimiydi. Atdığı güllə
yerə düşməzdi».
Dost-doğma dayı qızı, dayı oğlu idilər...
«O səs hərdən pəncərəmi
döyüb qaçar;
Qulağıma nəsə,
nəsə deyib qaçar...»
O səs-ömrü
boyu Zəngəzur ağrısı yaşayan,
Vedinin Böyük Gilanlarlı kəndindən
didərgin salınan,
ailəsinin, nəslinin
hərəsi bir bölgəmizdə məskunlaşan
Səməd İsmayılovun
səsi;
İllər ayrısı
idi Səməd müəllim doğmalarıyla.
Aradan 45 il vaxt ötmüşdü. Qayğılar,
problemlər başlarını
qatdığından hal-əhval
tuta bilməmişdilər
bir-birlərindən. Günün
birində dedi yoldaşlı Şəmkirin
Çinarlı kəndinə
gedək. Orda mənim yaxın qohumlarım var. Görüşmək
istəyirəm. Getdik.
45 ilin ayrılğından
sonra Səməd müəllim yaddaşını,
fəhmini nə qədərn işə saldısa da, döydüyü
qapılarda qohumunu tanıyan olmadı. Hərə bir səmti, qapını göstərirdi ki, o evdən
xəbər alın. Doğma balasını ağac kölgəsində
qoyub su dalınca gedən, geri dönəndə onu yerində görməyən anaya bənzəyirdi o heyində
Səməd müəllim.
Təntimişdi. Handan-hana
40-45 yaşlı bir kişi üzümüzə
açdığı qapıdan
geri boylanıb kiməsə «atamı soruşurlar» - dedi. İçəri keçdik.
80-85 yaşlı, bəmbəyaz
saçlı bir kişi qarşıladı
bizi. Kim olduğumuzu soruşdu. Səməd müəllim irəli keçdi. Kişi zənnini toparlayıb yenidən xəbər aldı:
- Dedin kim oldun sən?
- Cabbar kişinin oğluyam ey, İsmayıl dayı. Vedili, Böyük Gilanlılardan
Cabbarın oğlu, Səfər kişinin nəvəsiyəm, Səmədəm!
Qucaqlaşdılar. İki
ağsaçlı dağ
bir-birinə qovuşdu
sanki...
Bir azdan İsmayıl kişi gəlib-gedənlərə təqdim
edirdi Səməd müəllimi:
- Cabbarın yadigarıdı bu. Səfərin
nəvəsidi. Vedinin
Gilanlarlı kəndindən
qaçqın salınanlardandı.
Səməddi...
«O səs hərdən pəncərəmi
döyüb qaçar;
Qulağıma nəsə,
nəsə deyib qaçar...»
Qədim Zəngəzurumuzun,
Vedimizin, Göyçəmizin
ağrısı var bu
səsdə: yaddaşımızın
qayıdış səsi...
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 51. - S. 26.