Nəriman Həsənzadəyə
rəy
Xalq şairi Nəriman Həsənzadənin görkəmli
dövlət xadimi Nəriman Nərimanova həsr etdiyi “Nəriman” poemasına vaxtilə unudulmaz Mir Cəlal Paşayev olduqca maraqlı rəy yazıb. Şairin arxivində dərin sayğılarla qorunan bu rəy
ötən illərin
ab-havasını və
Mir Cəlal Paşayev
qayğıkeşliyini simvolizə
edir. Bu baxımdan, görkəmli ədibin “Nəriman Həsənzadəyə
rəy” yazısını
oxuculara təqdim edirik.
Görkəmli şair Nəriman
Həsənzadənin yeni əsərində
böyük inqilabçı
və ədib, sovet dövlətinin ilk və məşhur xadimlərindən biri, Azərbaycan xalqının
ləyaqətli oğlu,
Nəriman Nərimanovun
həyat fəaliyyətindən
bəhs edən parlaq bədii səhnələr yaratmışdır.
25-dən
çox sərlövhə
altında “Qori”, “İki kimsəsiz”, “Qərib”, “Bakı”, “Cavab”, “Pəncərədə
səs”, “Səriyyə”,
“Qarışıq illər”,
“Kəllə”, “Xatirə”
adlı, 194 səhifədə
verilən bu poema demək olar janrın ən iri həcmli
əsəri, həm də onun yaradıcılığındakı
ümumən müasir
sovet poeziyasında diqqəti cəlb edən bir əsərdir.
Adətən, məşhur inqilabçılar
və dövlət xadimləri, eləcə də siyasi hadisələr yaradılan
bədii əsərdə
diqqəti cəlb edir.
Həsənzadənin qəhrəmanı
hər şeydən əvvəl canlı bir insan kimi,
siyasətdə, döyüşdə,
təhsildə, dövlət
partiya işində, məişətdə, xalq
içində, kütlələr
arasında fəaliyyət
göstərir. Onun əsərlərində görünən
hər bir sözün təsiredici mənası var:
…Sonra Həştərxana yola saldılar.
Ürəyi Bakıdan uzaq olmadı.
O, cəbhəçi oldu,
dustaq olmadı!
Səngərə səslədi qarışıq
illər,
Kimi tərlan oldu, kim sar oldu,
Döyüşlər vaxtında –
Siyasi rəhbər,
Kommuna vaxtında Komissar oldu!
Nərimanovun gənclik, sevgi, məhəbbət duyğularını
lirik bir dil ilə, intim
şəkildə tərənnüm
edən şair qəhrəmanını siyasi
düşüncələr ilə qarşı-qarşıya
təsvir edəndə
kəsgin, qəti görülü siyasi xadim, əsl məslək adamı kimi təsvir edir. Belə səhnələrdə şair
Nərimanovun düşmənə
qarşı necə amansız, barışmaz olduğunu, bir şəxsin dililə yox, qəhrəman bir xalqın, milyon-milyon zəhmətkeşlərik
dililə danışdığını,
qələbəyə möhkəm
inam, etiqadla danışdığını
göstərir!
Sinif düşmənləri ingilis,
alman imperialistləri önündə
nökərçilik edərək
Vətəni satanda,
kapitalist nümayəndələrinə
“mədəniyyət” donu
geyindirmək, xalqı
aldatmaq istəyəndə
Nəriman zəhmətkeşləri
ayıq salırdı.
Poemanın fəsillərində qəhrəmanın tərcümeyi-halı
ölkənin, xalqın
tarixi, mübarizəsi,
taleyi ilə bağlı bir şəkildə həm də bədii sənət şeir dililə təsvir edilir.
Məlum
olduğu kimi, Nəriman Nərimanovun həyatı mübarizəsi
keçən əsrin
son rübündən başlayaraq,
XX əsrin birinci rübünə, ən böyük mübarizələr,
inqlablar dövrünə
təsadüf etmişdir.
Təbiidir ki, poema qəhrəmanını siyasi
sima kimi, mətin bir kommunist kimi
şəxsiyyəti də
bu ctimai hadisələr, çarpışmalar,
ziddiyyətlər içərisində
müəyyənləşmiş, bərkimişdir. Şair bu hadisələrin hamısını yox, Nərimanovun inkişafilə
ən çox bağlı olan səhnələrini qələmə
almış, inqilab dövrü
xadimləri, Qafqaz kommunistlərinin ən görkəmliləri üçün
xas olan cəhətləri seçib
işıqlandırmağa çalışmışdır. Buna görə də poema müəllifindən
dövrün bütün
siyasi hadisələrini,
inqilabi inkişafın
bütün mərhələlərini təfərrüatlı
təsvirini tələb
etmək doğru olmazdı.
Qarşımızdakı bədii əsərdir. Burada bizi qənaətləndirən
ya təmin etməyən cəhətləri
sənət əsərinin
ləyaqət və kəsirlərini nəzərə
almalıyıq.
Güman
edirəm ki, Nəriman
Həsənzadə götürdüyü
temaya malik bir kommunist şair məsuliyyətilə yanaşmış
qəhrəmanının həyatını,
mübarizəsinə aid
materialları
diqqətlə tədqiq
etmiş, arxiv sənədlərini mətbuat xatirələrdən
səliqəli bir tədqiqatçı kimi istifadə etmişdir.
Poemanın ideya-məzmunu kimi
bədii keyfiyyəti
də yaxşıdır. Həmin tarixi hadisələri, Nərimanovun mübarisəzini
gözəl bilən bir oxucuya da bu əsər xoş və sevindiricidir. Çünki
şair bu dövr hadisələrini quru tarixi faktlar,
rəqəmlərdə yox,
məhz canlı, bədii surətlərdə
işıqlandırır. Bir sıra dialoqlarda (Nəriman – rektor, Nəriman – Qələndər…) münaqişələr,
fikri deyimlər olduqca inandırıcı,
əyani verilmişdir.
Əsərin dili, stili və bədii kəsəri, müxtəsərliyilə
seçilir. Şeir texnikasındakı sərbəstlik,
ənənəvi ölçü,
qafiyələrə sərbəst münasibətdə
təbii görünür.
Xırda
və təshihi tez mümkün olan nöqsanlarına baxmayaraq, görkəmli şairimizin bu yeni əsəri tərifə layiqdir. Poemanı avtorun qələminə, səviyyəsinə layiq bir tərcümədə rus
oxucusuna təqdim etmək çox faydalı bir iş olardı.
05.11.1972
Mir CƏLAL
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr,
¹ 48-49. - S. 3.