Allah və vətən aşiqi, böyük şair
Məhməd Akif Ərsoy
- 150
Məhməd Akif Ərsoy poetik
və insani əxlaqı ilə Yunus Əmrənin, Füzulinin davamçısıydı.
Bəzən "mədəniyyət"lə
bağlı söylədikləriylə
şair Məhməd
Akif Ərsoy səhv anlaşılır, daha doğrusu, yozulur, halbuki bütün böyük və həqiqi şairlər kimi Məhməd Akif Ərsoy kökündə
"Xaliq" dayanan
"əxlaqın" tərənnümçüsü
olub, çağdaş
yozumda "mədəniyyət"
kateqoriyasının törəmə
olduğunu gözəl
anlayırdı; bilirdi
ki, əxlaq Xəlq Edənlə xəlq olunan arasında, Yaradanla insan arasındakı münasibətlər
məcmusu, "kodeks"dir;
bütün ruhuyla, yaradıcılığı ilə
həmin o ali, ilkin mədəniyyətin,
yəni əxlaqın
tərəfindəydi, ikincinin
zahiriliyinə, nümayişkaranəliyinə
qarşı idi. Bəşər tarixi bunu dəfələrlə
təsdiq edib, böyük şairi haqlı çıxarıb.
Eynən bizim, Azərbaycanın yaxın
tarixində olduğu kimi. Çox gördük zahiri mədəniyyətə sahib olanların
riyasını.
Odur ki, təkcə Azərbaycan üçün deyil, elə Türkiyə üçün də bu əlamətdar, Zəfər havası ilə dolu günlərdə,
Azərbaycanın gözü
olan Qarabağın, qədim türk yurdunun işğaldan azad olunduğu bir vaxtda "İstiqlal marşı"
ilə başlayıb
"Çanaqqala şəhidlərinə"
şeiri ilə bitən bu şeir
kitabının nəşri
çox qiymətlidir.
Əlbəttə, böyük şairin
irili-xırdalı 35 seçmə
şeirinin toplandığı
və müəllifinin
yubileyi, anadan olmasının 150 illiyi ərəfəsində işıq
üzü görməsi
də çox vacib xüsusdur; və həm də bir ilkdir.
Çünki Azərbaycan
türkcəsində şairin
şeirləri bu həcmdə, təəssüf
ki, indiyədək təqdim
olunmayıb. Başqa tərəfdən, istedadlı
gənc şair, əruz bilicisi və tərcüməçi
Elşən Mehdinin
"təqdimatında" işıq üzü görən bu kitab böyük şairin azman yaradıcılığını,
yaradıcı miqyasını
və ali missiyasını bütünlüklə
anlamağa imkan verən daha müfəssəl növbəti
kitabın ərsəyə
gəlməsi yolunda bir işarədir həm də.
Məhməd Akifin dili bir tərəfdən,
"Osmanlı türkcəsi"
idisə, o biri tərəfdən, sələflərindən,
klassiklərdən fərqlənən
bir dil hadisəsi,
XX əsr Osmanlı-türk
poeziyası faktı idi. Və gənc
tərcüməçi, əlbəttə,
çox rahat yol seçib, yalnız Türkiyə və Azərbaycan "türkcələrindəki" fərqli yazılışları
və səslənmələri
aradan qaldırıb, yalnız saysız izahlarla, "dipnot"larla
da keçinə bilərdi.
Amma bu doğru olmazdı. Tərcüməçi
orta bir yol tutdu: o yerdə
ki, yalnız uyğunlaşdırmaq
lazım gəldi - elə də etdi; o yerdə ki, tərcümə etmək,
ekvivalentləri tapmaq,
üstəgəl tərcümə
olunan dilin klassik ədəbiyyata münasibətdəki "vərdişlərini
və gerçəkliyi"
nəzərə almaq
lazımdı - nəzərə
aldı.
Həqiqi
Allah və vətən
aşiqi, böyük
şair və böyük vətəndaş
olan Məhməd Akif Ərsoy Türkiyə və Azərbaycan var olduqca, bütün türk elləri durduqca anılacaq, oxunacaq.
Məhməd Akif Ərsoy həmişə
o azsaylı şairlərdən
olacaq ki, onu məktəblərin həyətlərində
və sinif otaqlarında, ali salonlarda və kürsülərdə, toylarda,
şənliklərdə və
daha harda və harda ayaq
üstə, dik dayanaraq qürurla oxuyacaqlar. Hər gün, gün ərzində dəfələrlə.
Ən başlıcası
isə ürəklərdə,
bəzən isə kövrələrək.
Səlim BABULLAOĞLU
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr,
№ 48-49. - S. 5.