Qədim, fədakar sənət
ocağı - İrəvan
Dövlət Azərbaycan
Dram teatrı
Peşəkar fəaliyyətə XIX əsrin
II yarısında başlayan
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrı qədim
Oğuz yurdu olan İrəvan şəhərində yaranmış,
zəngin yaradıcılıq
yolu keçmiş bir sənət ocağıdır. Teatr peşəkar fəaliyyətə
başladığı gündən
etibarən Azərbaycan
teatr salnaməsində
öz ənənələri,
üslub və strategiyası ilə seçilmiş, fəaliyyəti
ilə Qafqaz teatrları sırasında
hər zaman nümunəvi
yer tutmuşdur. 1988-ci
ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
nəticəsində 1989-cu ildə deportasiyaya məruz qalmış bu sənət ocağı hazırda mühacirətdə olmasına
baxmayaraq öz ənənələrini qoruyub
saxlayır, əvvəlki
fəaliyyətindən bir
qədər də artıq əzmlə çalışır.
XIX əsrin II yarısında Qafqazda yaranmış ədəbi-mədəni
mühitin inkişafı,
maarifçiliyin tərəqqisi
ümumən Azərbaycanda
peşəkar teatrın
yaranmasına səbəb
oldu. 1873-cü il, mart ayının
10-da Bakıda və elə həmin ildə Tiflisdə, 1882-ci
il aprel ayının
2-də isə İrəvanda
peşəkar teatrin bünövrəsi qoyuldu.
Diqqəti çəkən əsas
məsələ odur
ki, Mirzə Fətəli
Axundovun “Sərab xanlığının vəziri”
– (“Sərgüzəşti-vəziri-xani Lənkəran”) komediyası
ilə teatr tarixinə ilk imzasını
atan Bakı və Tiflis teatrlarından
fərqli olaraq İrəvan Teatrı yerli müəlliflər M.İsmayıl və Nəzminin (V.Mədətov)
“Tamahkarlıq düşmən
qazanar” adlı, maraqlı süjet üzərində qurulmuş
vodevili əsasında
yarandı.
Elmi araşdırmalar
onu da təsdiq edir ki, adıçəkilən
vodevil əsasında hazırlanmış tamaşa
ilk olaraq 1882-ci il fevral
ayının 27-də oynanılmışdır.
Kasıb tələbələrə
kömək məqsədi
ilə ikinci dəfə oynanılan elə həmin tamaşanın tarixi
1882-ci il aprel ayının
2-nə təsadüf edir.
Təəssüf ki, birinci
tamaşa barədə
heç bir təsdiqi sənəd əldə olunmamışdır,
ikinci tamaşanın uğuru isə dövrü mətbuatda yazılan maraqlı məqalələrdə işıqlandırılmışdır.
“Psak” (“Çələng”)
qəzetində (10 aprel,
1882-ci il) yazılan məqalədə
qəzetin redaktoru “Xryusi” təxəllüslü
Vasak Papacanyan 2 aprel 1882-ci il tarixdə ikinci dəfə oynanılan “Tamahkarlıq düşmən qazanar” tamaşasının iştirakçılarının
tamaşaçıları heyran etdiyini yazır.
Əslində isə belə bir fikir
də vardır ki, İrəvan şəhərində
ilk dəfə tamaşa
1880-ci il mart ayının 10-da oynanılmışdır. Məşədi
İsmayılın yazdığı
“İrəvan xanı
və Novruz bayramı” məsxərəsinin
isə 1881-ci ildə oynanıldığı ehtimal
olunur. Bu faktı tarixçi-alim İrafil Məmmədov “Teatr tariximizdən səhifələr”
məcmuəsinin “İrəvan
dəftəri III” kitabında əsaslı
faktlarla sübut edir.
Beləliklə, İrəvan
Azərbaycan teatrının
tarixi barədə hələ də ciddi araşdırmalara ehtiyac duyulduğu aşkar şəkildə
özünü göstərir.
Onu da qeyd etmək lazımdır ki,
İrəvan Teatrının
tarixinin xeyli əvvəllərə təsadüf
etməsinə dair başqa dəlillər də vardır.
Nəzərə alsaq ki,
hələ qədim tariximizdə müxtəlif
yas mərasimlərində
müxtəlif çür
rituallar, yuğlamalar keçirilirdi, bayramlarda, şənliklərdə, məzhəkələr
çıxarılırdı, “Kosa-Kosa”, “Cütcü oyunu”, “Yel baba”. “Qodu-qodu”, “Güdül” və “Kəvsəc” oyunları göstərilirdi,
elə bunların özünün də xalq teatr nümunələri
olduğunu və məhz peşəkar teatrın yaranması üçün əsas zəmin yaratdığını
söyləmək mümkündür.
Ancaq ən əsas və mühüm bir fakt bizə imkan verir düşünək
və əmin olaq ki, ümumən Azərbaycan teatr sənətinin, eləcə
də opera sənətinin
tarixi 1600-cü illərə
təsadüf edir. Adını hörmətlə
andığımnız, İrəvan
teatrının tarixinin
ən səlist araşdırmaçılarından olan mərhum tarixçi-alim İsrafil Məmmədovun araşdırmaları
bu barədə maraqlı dəlillər üzə şıxarmışdır.
Alim (Puteşestvie Şardena
po Zakavkaziyu v 1672-1673 qq. Tiflis, 1902. s. 242).
mənbəsinə istinadən
yazır ki, “İrəvan
qalasında, İrəvan
sərdarının sarayında
ulularımızın yüksək
bədii-estetik zövq
və tükənməz
həvəslə tamaşaya
qoyduqları səhnə
əsərləri hələ
üç-dörd yüz
il bundan əvvəl də Avropa səyyahlarını valeh
edib, heyran qoymaqdaydı. Fransadan gələn məşhur səyyah Yan Şarden
(1643-1713) də Sərdarın
bu sarayında olmuş, burada ulularımızın göstərdikləri
tamaşalara məftunluqla
baxmış və onların səhnələşdirilmiş
hərəkətlərini, ifaçılıq məharətini
Avropadakı operaya bənzətmişdir”. (İ.M. İrəvan dəftəri
III, səh. 25. Bakı-2009)
Təkcə bu fakt bizə əsas verir deyək ki, Azərbaycan ərazisində teatr sənətinin kökü
hazırkı tarixindən
çox-çox əvvələ
təsadüf edir.
Doğrudur, bəzi
mənbələrdə, İrəvanda,
o dövrdə erməni
teatrının yaranması
barədə də fikirlər söylənilir
və hətta Jan Şardenin Azərbaycan Teatrı haqqında dediyi həmin dəyərli fikirlərin
erməni teatrına
aid olmasını sübut
etməyə çalışanlar
da var. Lakin əldə olunan
dəlil əminliklə
sübut edir ki, bu fikirlərin heç biri, heç bir fakta söykənmir, bu fikirlər sadəcə təhrifdən
başqa bir şey deyildir.
“Hətta “Böyük Sovet Ensklapediyası” kimi nüfuzlu məcmuə hesab olunan bir
elmi qaynaqda bu faktlar açıq-aşkar,
bilərəkdən “erməniləşdirilmiş”
və yazılmışdır.
“1664-cü ildə Şarden
İrəvanda erməni
teatrını görmüş
və onu opera ilə müqayisə etmişdir.” (ikinci
nəşri, 3-cü cild,
s. 100). Eyni səhifədə
bu da qabarıq şəkildə vurğulanır
ki, guya Qriboyedovun “Ağıldan bəla” əsərinin birinci dəfə İrəvanda
tamaşaya qoyulması
erməni teatrının
tarixində çox böyük rol oynamışdır”. (yenə
orada. səh 26)
Sual doğur: Hansı erməni teatrı? Axı o zamanlar o qalada vur-tut bir neçə
erməni ailəsi olmuşdur. “1827-ci ildə
İrəvan Xanlığı
ruslar tərəfindən
işğal olunanda orada 85 min azərbaycanlı,
21,500 nəfər isə
erməni yşayırmış”.(İ.M. İrəvan dəftəri III. Səh
48.)
Ruhuşad İsrafil
müəllim böyük
məntiqlə Jan Şardenin
öz yazılarına
istinadən “qalada ermənilərin bir-iki dükanı var, axşam olan kimi bağlayıb
gedirlər.” (yenə orada.) sübut edir ki, həmin dövrdə Çuxursəəd
bəylərbəyliyi və
İrəvan xanlığı
ərazisində heç
bir erməni teatrı olmamışdır.
İsrafil Məmmədovun
qənaətinə və
axtarışlarının nəticəsinə görə
faktlar göstərir
ki, Yan Şardenin baxdığı
tamaşalar məhz Sərdar sarayında və sarayın güzgülü salonunda oynanılmışdı və
Yan Şardenin tamaşanı
qərbin operasına bənzətməsi faktı
da ancaq azərbaycan teatrına məxsusdur.
Qeyd etmək lazımdır ki, 1880-ci illərdə
yerli ziyalıların
səyi ilə təməli qoyulan peşəkar İrəvan
Azərbaycan Teatrı
çətin şəraitdə
yaradıcılıq yolu
keçməsinə baxmayaraq,
zaman-zaman inkişaf edərək
formalaşmış, Qafqazda,
nüfuzlu teatrlar sırasında özünə
yüksək yer tuta bilmişdir. Bu günə qədər keçdiyi şərəfli
fəaliyyət yolunda
yerli ziyalılarla yanaşı sonrakı illərdə İrəvana
gəlmiş görkəmli
Azərbaycanlı mütəfəkkirlərin,
maarifpərvər insanların,
teatr mütəxəssislərinin,
eləcə də öz əsərləri ilə İrəvan Teatrının inkişafına
töhfə vermiş
müqtədir ədiblərin
və o cümlədən
gimnaziya tələbələrinin
də böyük əməyi və zəhməti olmuşdur.
(XIX əsrin ikinci yarısında burada kişi gimnaziyası fəaliyyət göstərmişdir.)
Onlardan Məşədi
İsmayıl Kazımzadə,
Mirzə Xəlil Hacıyev, Rüstəm xan Abbasquluxanov, Mirzə Kazım Qazi Əsgərzadə, Axund Mirzə Əli, Hacı Seyid Rza Əmirzadə, Eynalı bəy Sultanov, Mirzə Elxanov, Nəzmi, Yunis Nuri, Pənah xan Makinski, Əli xan Makinski, Qazıyev
qardaşları və
bu kimi hamısının
adlarını sadalaya
bilmədiyimiz saysız-hesabsız
ziyalı, maarifpərvər
insanlar, habelə Azərbaycan fİilologiya elminin yaradıcılarından
biri olan, görkəmli maarifçi,
pedoqoq Firudin bəy Köçərli,
görkəmli maarifçi,
satirik, yazıçı
və dramaturq, “Molla Nəsrəddin” jurnalının banisi Cəlil Məmmədquluzadə,
daha sontrakı illərdə Azərbaycan
teatr sənətinin karifeyi Hüseyn Ərəblinski, görkəmli
komediya ustası Mirzə Ağa Əliyev, Sidqi Ruhulla və əsərləri zaman-zaman İrəvan
Teatrının səhnəsini
bəzəyən müqtədir
ədiblərdən Mirzə
Fətəli Axundov, Əbdürrəhim bəy
Haqverdiyev, Nəcəf
bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Nəriman
Nərimanov, Üzeyir
bəy Hacıbəyov
kimi görkəmli qələm sahiblərinin
adlarını şərəflə
qeyd etmək olar.
1882-ci ildən üzü bəri ən ağır şəraitlərdə tamaşalar
hazırlayan İrəvan
Teatrı öz çoxjanrlı fəaliyyəti
ilə ümumən Qafqaz məkanında böyük tamaşaçı
rəğbəti qazandı.
Firudin bəy Köçərlinin 1885-ci ildə,
Qori müəllimlər
seminariyasını bitirdikdən
sonra İrəvana gəlməsi və İrəvan gimnaziyasında
müəllimlik fəaliyyətinə
başlaması teatrın
həyatıında ciddi
dönüş yaratdı.
O, 1886-cı il, fevral ayının
4-də Mirzə Fətəli
Axundovun “Müsyo
Jordan və dərviş
Məstəli şah”
əsərini tamaşaya
hazırlamaqla həvəskar
aristlər arasında
sənət ruhunu yüksəltdi.
Həmin illər
ərzində yetişən
sənətkarlar arasında
Yunis Nuri öz istedadı
və bacarığı
ilə seçilməyə
başladı. Onunla çiyi-çiyinə çalışan
Kərim Əhmədov,
Qənnadı Cabbar, Mirzəli, Cəfər Əhmədov, Hüseyn Salmanov, Rza Şeyxzadə,
Mustafa və Məcid Rəcəbovlar, Mehdi Kazımov,
Asəf bəy Şəfiyev, Məmmədağa
Şahtaxtlı (Şahtaxtinski),
Məşədi Hüseynqulu,
Ayaqçı Sadıq
kimi fədakarlar İrəvan Teatrının
inkişafında əzmkarlıq
göstərdilər.
Teatr ilbəil müxtəlif janrlı, rəngarəng tamaşalarla
zəngin repertuar yaratdı. Milli dramaturqların
əsərləri ilə
yanaşı, Şekspir,
Şiller, Molyer, Çexov, Qoqol və bu kimi
nəhəng müəlliflərin
mükəmməl əsərlərini
hazırlamaqla dünya
ədəbiyyatının klassik
nümunələrinə də
öz repertuarında yer ayırdı. Beləliklə, teatr heç bir çətinlikdən çəkinmədi,
əksinə, zaman-zaman formalaşdı,
püxələşdi, inkişaf
etdi və özünün layiqli yerini tutdu. Beləcə,
teatrın şöhrəti
bütün Qafqaza və ətraf dövlətlərə yayılmağa
başladı. İş
o yerə çatdı
ki, Türkiyədən, Bakıdan,
Tiflisdən görkəmli
teatr xadimləri İrəvana gələrək
bu teatrla əməkdaşlıq etməyə
başladılar.
Bütün fəaliyyəti
boyu fədakarlıq, xeyirxahlıq missiyasını
özünə meyar seçən bu əzmkar kollektiv 1905-ci il
20-22 fevral, 23-26 may və
18 sentyabr tarixlərində,
üç dəfə
baş vermiş erməni-türk qırğını
zamanı Canpoladov qardaşları klubunda 25 avqust tarixdən başlayaraq, bir neçə dəfə qırğından ziyan çəkmiş insanlara
kömək məqsədi
ilə tamaşalar göstərmiş, əldə
olunan gəliri onların ziyanlığını
ödəmək üçün
sərf etmişdir. Diqqət yetirin, İrəvan Teatrı yarandığı gündən
kasıb tələbələrə,
sonrakı illərdə
qırğından ziyan
çəkənlərə köməklik göstərməklə
bir növ xeyirxahlıq missiyası, vətəndaşlıq mövqeyi
və humanizm prinsipi nümayiş etdirmişdir. Daha maraqlı və heyrətamiz bir fakt isə 1912-ci ildə baş vermişdir. Azərbaycanın
dahi şairi M.Ə.Sabirin “Hophponamə” məcmuəsini
çap etdirmək üçün yerli qəzetlər dönə-dönə
elan verərək, bütün
Qafqaz müsəlmanlarına,
vəsaitlə köməklik
göstərilməsinə dair xahişlə müraciət edir. Lakin il
ərzində cəmisi 20 manat 19 qəpik vəsait yığılır. Bu həqiqətən
də dəhşətli,
danılmaz faktdır...
İsrafil Məmmədov
“İrəvan dəftəri
III. kiitabının 151-152-ci səhifəsində o dövrün
bir neçə qəzetindən sitat gətirərək yazır:
“Həyəcanlı çağırışlar,
müraciətlər çoxalır,
cavablarsa az olurdu. İlk cavab Nəcəf bəy Vəzirovun qızı
Sara xanımdan gəldi.
“Yeni İrşad” qəzetinə
(¹1, 28 avqust 1911) Sara xanım
beş manat göndərib, “Sahibi Sərvət qardaş və bacılarını
da” ürək yanğısı
ilə çox nəcib və çox da gərəkli olan təşəbbüsə
qoşulmağa səslədi.
Vaxt ötdü, günlər keçdi, qəzetlər bir-birinin ardınca yeni-yeni, daha həyəcanlı, daha yanğılı müraciətlər
dərc etdilər.
Lakin cavab gəlmirdi
ki, gəlmirdi. İlin
sonuna, dekabrın on üçünədək ancaq
15 manat toplaya bildilər. (15 manatı A.Mahmudbəyov, A.Səhhət, S,S,Axundov, A.Şaiq, S.Əbdürrəhmanov.
F.Ağazadə və Ə.Əfəndizadə
vermişdilər). Və
iyulun 21-dən, dekabrın
sonunadək Bakıda toplanmış ianə cəmi 20 manat oldu. Şəksiz ki, bu pula Sabirin əsərlərini çap
etdirmək mümkün
deyildi...
1912-ci il, avqustun
5-də “İqbal” qəzetində Dilican teatr tamaşasına
dair dərc olunmuş məlumat məsələyə böyük
bir aşkarlıq, anlaşıqlıq gətirib.
Aydın olur ki, Dilicanda tamaşa, İrəvanda tanınmış
müəllim Mirzə
Cabbar Məmmədovun
təşkil etdiyi xorun müşaiyyəti ilə tamamlanmışdır.
Xor bayatı deyil, Sabirin uşaqlar üçün
yazdığı şeirləri
oxumuşdur. Tamaşanın
və müsamirənin
mənəvi dəyərinin
əvəzsiz olması
da ondan ibarətdir ki,
məhz elə bu tədbirdən hasil olan vəsait
“Hophopnamə”nin ilk nəşrinə, M.Ə.Sabirin
ən böyük arzusunun gerçəkləşməsinə
yol açmışdır.
Dilicanda azərbaycanlı
ziyalıları tamaşadan
və ianədən toplanan 101 manat 15 qəpiyi Bakıya, M.Ə.Sabirin əsərlərinin nəşri
fonduna göndərmişlər.
1912-ci ilin avqust ayınadək bu fonda cəmi 20 manat 19 qəpik daxil olubmuş. Qəzetlərdə dərc
olunan müraciətlər
artır, çoxalır,
fonda yığılan
məbləğ isə
artmaq bilmirdi. Nəhayət, daha ianə gəlmədiyini görən M.Mahmudbəyov,
A.Səhhət, S.Hüseyn,
M.Hacinski M.Ə.Sabirin
əsərlərinin kiçik
bir hissəsini toplayıb 1912-ci ilin sonunda çapdan buraxdılar. “Hophopnamə”
bu şəraitdə işıq üzü gördü. İlk nəşrin
müqəddiməsində M.Mahmudbəyov yazırdı: “Biz də qabaqkı iyrimi manat və Dilicandan
gələn 100 manat pul ilə çoxdan
arzu etdiyimiz əsərlərin birinci hissəsini çat etməyə şuri etdik.” (“Hophopnamə”. I çapı, Bakı,
1912, səh.1-3. Bax. İsrafil
Məmmədov. İrəvan
dəftəri. Bakı
2002, s. 38-42 “Dilicandan gələn
101 manat və “Hophopnamənin ilk nəşri”.
Baxın, M.Ə.Sabir kimi bir ədibin şeirlərinin ilk nəşri
məhz əqidəsi
düz, amalı yüksək olan İrəvan Tetarının
tamaşasından əldə
olunan gəlir hesabına çap olunmuşdur.
Nə qədər
ağrılıdır və
eyni zamanda nə qədər qürurludur. Fikrimcə ağrıların göynərtisini
daha çevik və daha dərindən
hiss edə bilən “İrəvan teatrının
bu qürurlu addımı müstəsna
qeyrətin təzahürüdür!”
desək daha düzgün olar. Bu vətənpərvər teatrın
bu günkü kollektivi də öz ənənələrinə
sadiqdir. Yadımdadır,
2013-cü ildə biz Türkiyə
Cümhuriyyətində qasrtol
səfərindəykən bir
qədər əvvəl
baş vermiş ağır zəlzələdən
tavanı çökmüş
Van şəhər teatrına
kömək məqsədi
ilə ücrətsiz
oynadığımız tamaşalardan
ikisinə biletlər satışını təşkil
etdik və əldə olunan gəliri Manisa Valiliyi vasitəsi ilə Van Valiliyinə göndərdik...
1918-ci ilin martında daşnak ermənilər Bakıda və İrəvanda növbəti dəfə kütləvi qırğınlar
törətməyə başladılar.
Bu tarix İrəvan Azərbaycan Teatrının
qanlı səhifsinə
çevrildi. Həmin
tarixə qədər
bu və ya digər şəkildə
fəaliyyətini davam
etdirən bu sənət ocağı
1918-ci ildə ilk dəfə
olaraq öz ata-baba yurdundan didərgin salındı.
Bu qırğınların
nəticəsində Qərbi
Azərbaycandan 575 min azərbaycanlı
əhalinin bir qisminin qətlə yetirilməsi, bir qisminin isə silah gücünə doğma ocaqlarından didərgin salınması
İrəvan Teatrını
kollektiv şəkildə
İranın Xoy şəhərinə mühacirət
etmək məcburiyyətində
qoydu.
Cəmisi 30 ay hakimiyyətdə
olan daşnaklar Azərbaycanın əzəli
torpaqlarında-İrəvan quberniyasında, paytaxtı
İrəvan şəhəri
olmaqla Ermənistan dövləti yarada bildilər. Həmin müddət ərzində
Xoy şəhərində,
Yunis Nurinin rəhbərliyi
altında mühacirət
həyatı keçirən
teatrın kollektivi dolanışıq üçün
müxtəlif işlərdə
çalışmalarına baxmayaraq teatrın fəaliyyətinə fasilə
vermədilər. Hərdənbir
də olsa tamaşalar oynadılar.
1920-ci il noyabr ayının
29-da bolşeviklərin qızıl
ordusu erməni daşnaqları tərəfindən
Azərbaycanın qərb
torpaqlarında yaradılmış
Ararat Respublikasını süquta
yetirdikdən, orada Ermənistan Sovet Sosialist Respublikasını
elan etdikdən sonra ev-eşiklərini tərk
etmiş azərbaycanlılar
kütləvi şəkildə
öz yurdlarına qayıtdılar. Azərbaycanlıların
geri qayıtması məsələsi ilə bağlı o vaxtlar İnqlab Komitəsi xüsusi komissiya yaratdı. Hətta 6 dekabr 1920-ci tarixində S. Kasyanın imzası ilə mühüm əhəmiyyətə malik, 4 nömrəli
bir əmr də imzalanmdı. Əmrdə göstərilirdi
ki, Ermənistan Respublikasının
müsəlmanlar yaşayan
yerlərində erməni
dili ilə yanaşı azərbaycan dili də dövlət
dili elan edilsin (5,s.1). 1921-ci ildən etibarən isə Sovet Ermənistanında Azərbaycan dilində “Kommunist” “və “Rəncbər” qəzetlərinin
dərc olunmasına
da başlandı. Bu hadisələr
nəticəsində vətənə
dönən teatr kollektivi yaradıcılığının
yeni mərhələsinə qədəm qoydu.
Teatrın 1921-ci ildən
1928-ci ilə qədərki
dövrünü dirçəliş
dövrü hesab etmək olar. Teatr artıq təkcə sənət məkanı deyil, həm də bir növ ideoloji
mərkəz kimi özünü göstərirdi.
Kommunizmin “işiqlı”
ideyalarının cəmiyyətə
təlqin edilməsi kimi vacib məsələ
teatrın qarşısında
mühüm bir vəzifə kimi qoyulmuşdu. Bu yolda İrəvan Teatrı da məcburən bir təbliğat meydanına,
təşviqat maşınına
çevrildi. “Türk
klubu”, “Müsəlman
qadınlar klubu” teatrın formalaşmasında,
intibah etməsində
çox böyük rol oynamağa başladı. Teatrın kollektivində Yunis Nuri, Bala
Əfəndiyev və
xanımı Fatma xanım,
Əkbər Rzayev və xanımı Firəngiz xanım, həvəskar artistlər
Yusif Ziya, Abbasəli Axundov, Məşədi Rzayev, Əşrəf Yusifzadə,
Həbib Məmmədzadə,
Cəfər Əhmədov,
Gövhər xanım və daha başqaları ilə yanaşı, Pənah xanın evində təşkil olunmuş “Müsəlman qadınlar klubunun” (sonralar o klub Klara Setkinin adını daşıyırdı) fəal
üzvləri olan F.Rzayeva, F.Qədimova, F.Əfəndiyeva,
L.Qazıyeva, M.Axundova
və başqaları
sözün əsl mənasında teatrın inkişafında və intibahında vicdanla çalışırdılar.
Teatrın kollektivi
ideologiyaya xidmət edən əsərlərlə
yanaşı, eyni zamanda həyati və bəşəri mövzulara da öz repertuarında yer ayırırdı.
“Hacı Qara” (M.F.Axundov), “İblis”, “Şeyda” (H.Cavid), “Dağılan Tifaq” (Ə.Haqverdiyev), “Yağışdan
çıxdıq, yağmura
düşdük” (N.Vəzirov),
“Nadir şah” (Nəriman
Nərimanov), ”Arşın
mal alan”, “O olmasın,
bu olsun”, “Ər və arvad” (Ü.Hacıbəyov),
“Aydın”, “Sevil” (C.Cabbarlı), “Zorən təbib” (J.B.Molyer) və sair və
ilaxir, əsərlərə
səhnə həyatı
verildi...
Bütün bu və adını sadalamadığımız bir
çox mükəmməl
əsərlərin tamaşaya
hazırlanması bir növ teatrın Dövlət statusuna gedən yolunda tutarlı addımlardan oldu.
Teatrın kollektivi
respublikanın Pəmbək,
Şirnak, Ağbaba, Göyçə, Zəngibasar,
Vedibasar, Dilican, Qafan, Gümrü, İrəvan və başqa bölgələrində
böyük maraq və həvəslə tamaşalar oynayırdı.
Odur ki, 1928-ci il mart ayının
15-də Ermənistan Sovet
Sosialist Respublikası
İrəvanda fəaliyyət
göstərən bu əzmkar teatra səyyar tipli (səyyar tipli əlavəsi sonralar teatrın qapadılmasında
əsas rol oynadı!) İrəvanda Türk Dövlət Dram Teatrı statusu verdi. 1935-ci ildən isə teatr görkəmli ədib Cəfər Cabbarlının
adını daşıdı.
Bundan ruhlanan kollektiv özündə daha böyük güc taplayaraq Tiflis, Azərbaycan teatrları ilə sıx əlaqə yaratdı. Teatrın kollektivində çalışan Y.Nuri, M.Qaraxanov, Ə.Yusifzadə, H.İbrahimov,
A.Dərzadova, A.Həsənov,
H.İbrahimov, A.Şirinova,
Z.Teryan, M.Əsgərov
kimi püxtələşmiş
sənətkarlarla birgə
fəaliyyət göstərmək
üçün, Q.Həqqi,
X.İsmayılova, Q.Məlikov,
İsmət Əliyeva
və bir qədər sonralar İsmayıl Dağıstanlı,
Ətayə Əliyeva,
Həsən Mirzəyev,
Kamil Qubuşov, Adil Əsgərov
Kazım Ziya, Əli Zeynalov və daha başaqa
bir neçə aktyorun bu teatrla
əməkdaşlığına nail oldu. İrəvan Teatrının məktəbindən
keçən həmin
aktyorların bir qrupu sonralar Bakıya gələrək
Azərbaycan Teatr salnaməsində böyük
yaradıcılıq izi
ilə sənət tarixi yaradan korifey sənətkarlar mərtəbəsinə yüksəldilər.
Sonra ikinci dünya savaşı başlandı. Bu savaşda
da İrəvan Teatrı
arxa cəbhədə
gecə-gündüz çalışır,
hazırlanan tamaşalarla
çıxışlar edərək,
insanları qələbəyə
çağırır, vətənpərvərlik
ruhunun yüksəldilməsi
üçün əlindən
gələni əsirgəmirdi.
Lakin əvəzində SSRİ hökumətinin 21 noyabrda,
xarici ölkələrdə
yaşayan ermənilərin
Ermənistan Sovet Sosialist Respublikasına köçürülməsinə dair qəbul etdiyi qərar az sonra azərbaycanlilarin
Ermənistan Respublikasından
köçürülərək doğma vətəndən
didərgin salınmasına,
İrəvan Teatrının
isə qapanmasına zəmin yaratdı. 1947-ci
il dekabr ayının
23 də SSRi hökuməti 100 min azərbaycanlının
Ermənistandan köçürülməsinə
dair qərar qəbul etdi. Ermənistandan köçürülən
azərbaycanlıların evlərində
isə xaricdən gələn ermənilərin
yerləşdirilməsi iznini
verdi. Bu qərar orada qalan azərbaycanlıların
həyat və yaşam tərzinə böyük mənfi təsir göstərdi. İnsanlar ruhdan salındı. Pedoqoji texnikum, 600 tələbənin
təhsil aldığı
Kənd Təsərrüfatı
Texnikumu, X.Abovyan
adına Ermənistan Dövlət Pedaqoji institutunun 600 azərbaycanlı
tələbəsi təhsil
alan Azərbaycan şöbəsi bağlandı.
Bu ağır mənəvi-psixoloji
mühitin təsirindən
ruhdan düşməyən
İrəvan Teatrı
fəaliyyətində səngiməsə
də, 1949-cu ilin sentyabr ayında statusu Xalq teatrı
statusuna endirilməklə,
“səyyar tipli” əlavəyə istinadən
Ermənistan Respublikasının
ucqar rayonlarından olan Basarkeçər rayonuna, sözün əsl mənasında sürgün edildi. Lakin bu fəaliyyəti də onlara çox görən Ermənistan hökuməti
1951-ci ildə teatrı
tamamilə bağladı.
Bir damla zərrəsi qalana qədər sıxışdırılmasına
baxmayaraq bu əzmkar sənət ocağı hər bir çətinliyə qəhrəmancasına sinə
gərdi. Öz zərrəsinin işiğına
yol alaraq, 1967-ci ilə qədərki bir tarixi fasilənin
ağır günlərində
öz nəfəsinin
hənirtisinə qızındı,
yaşadı və yaratdı. Teatrın kollektivi əvvəlcə
Yeni Areş qəsəbəsinə,
sonra isə İrəvan şəhərinə
yaxın olan Zəngibasar (Masis) rayonundakı mədəniyyət
evinə sığındı.
Teatrın bu “boranlı”, “şaxtalı”
dövründə öz
sənət ocaqlarını
sönməyə qoymayan
rejissor Baxşı Qələndərli, Əli
Şahsabahlı, aktyorlardan
Şövkət Əliyeva,
Abbasqulu Tağıyev,
Cəmil Əliyev, Hüseyn İsmayılov və başqaları teatrın ənənələrini
davam etdirdi, yeni tamaşalarla öz sevimli tamaşaçılarını
sevindirdilər.
1967-ci il. Qaranlıq
illərin işıqlı
sabahı. İrəvan
Dövlət Azərbaycan
Dram Teatrının üzünə
yeni günəş doğur.
Bu günəş 1988-ci ilə
qədər öz şöləsi ilə üfüqlərdə parlayır.
1967-ci ildə yenidən
dövlət statusu ilə bərpa olunan bu qəhrəman
teatrın əzmkar kollektivi ağ günə çıxır.
Bərpası böyük
təntənə ilə
başlayır. Teatra,
teatrın formalaşmasında
vaxtilə böyük
xidmətlər göstərmiş
Yunis Nurinin oğlu Əziz Süleymanov direktor təyin olunur. Teatrın qocaman sənətkarı Cəmil Əliyev, təcrübəli və istedadlı aktyor Abbasqulu Tağıyev, həvəskar artistlər
Səməd Abbasov,
Raya Qafarova və başqaları ilə yanaşı, Bakıdan, Gənc Tamaşaçılar
Teatrının aktrisası
Tamilla Abdullayeva, Zərnişan Fətəliyeva,
Zemfira Sadıqova, Naxçıvan Dövlət
Musiqili Dram Teatrından
Aydın Şahsuvarov,
Zemfira Əliyeva, Gəncə Dövlət
Dram Teatrından Nisə
Rzayeva teatrın truppasına dəvət olunurlar. Daha sonra kollektivi dirçəltmək məqsədi
ilə Bakıdan, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitunun aktyorluq fakültəsinin məzunları
qrup şəklində,
başda rejissor Nəsir Sadıqzadə olmaqla İrəvana göndərilirlər. Az sonra
isə Cahid Hilaloğlu və Rəhim Rəcəbov da truppaya qəbul olundular İlk tamaşa teatrın adını daşıdığı ölməz
Cəfər Cabbarlının
“Sevil” əsər oldu.
Az zaman kəsiyində
bu üsulla teatrda istedadlı, sağlam kollektiv yarandı. Lakin yenicə fomalaşmağa başlayan
heyət yavaş-yavaş
dağılmaq təhlükəsi
ilə üzləşdi.
Teatrın rəhbərliyi
fəaliyyətində yarıtmazlığa
yol verdi. Teatrı dağılmaq təhlükəsindən xilas
etmək üçün
gənc jurnalist Hidayət Orucav teatra direktor vəzifəsinə təyin
olundu. Hidayət Orucov təcrübəsizliyinə
baxmayaraq, az vaxt içində teatrın daxili nizam-intizam qaydalarını bərpa etdi, işi tənzimləyə
bildi. Yeni rəhbərliyin
səyi ilə teatrın repertuarı il-ildən zənginləşdi.
Teatra yeni müəlliflər
cəlb olundu. Bir-birinin ardınca maraqlı tamaşalar hazırlandı. Beləliklə,
teatr bölgədə
böyük nüfuza
malik olan bir sənət ocağı səviyyəsinə qədər
yüksəldi.
1978-ci ildə dövlət statusu almasının 50 illik yubileyi İrəvanda və Bakıda təntənəli şəkildə
qeyd olundu. O vaxtlar Azərbaycan Respublikasına rəhbərlik
edən Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə həyata keçən Bakı qastrolu zamanı teatrın bir qrup aktyoru
Azərbaycan Respublikasının
fəxri adları ilə təltif olundu.
Fəaliyyətini yenicə
yetginləşdirmiş İrəvan
Tetarının başı
üzərində növbəti
dəfə qara yellər əsməyə,
qara buludlar görünməyə başladı.
1988-ci il hadisələri
zamanı teatr bütün həmvətənliləri
ilə bərabər tarixin növbəti sınağı ilə üz-üzə qalaraq, yenidən mühacirət etməli oldu. Həmin ildə Azərbaycan Respublikasının
Neftçala rayonunda qastrol səfərində olan kollektiv getdikcə şiddətlənən
hadisələr nəticəsində
İrəvana dönə
bilmədi. Bir təhər
ələ keçən
bəzi şəxsi əşyalarını götürüb
Azərbaycana pənah
gətirmək məcburiyyətində
qalan bütün azərbaycanlılar kimi İrəvan Teatrının
kollektivi də bütün əmlakı əlindən alınmaqla doğma yurd-yuvasından didərgin salındı. Tarix bu teatrı
bir neçə dəfə bu cür sınağa çəkmişdi. Ona görə
də belə ağır günlərin
girdabına tuş gələn bu ölməz sənət məbədi özündə
yenidən güc topladı, fəaliyyətini
Azərbaycanda davam etdirmək üçün
səfərbər oldu.
Əvvəlcə, Azərbaycan
Dövlət Akademik
Milli Dram Teatrının nəzdində
“Teatr-studiya” kimi fəaliyyətlərini davam
etdirməyə başladı.
Beləcə, yarandığı
gündən həmişə
keşməkeşlərdə olmuş bu qəhrəman
teatr Bakıda yeni həyata başladı.
Teatrın ilk illərdəki
fəaliyyəti bir qədər çətin
oldu. Xırdalan qəsəbəsinin Mədəniyyət
Sarayında hərdənbir
köhnə tamaşalarını
oynadı. Sönra ulu
öndər Heydər
Əliyevin böyük
qayğısı ilə
31 avqust 1994-cü il tarixdə
Nazirlər Kabinetinin qərarına əsasən
İrəvan Teatrının
kolletivi yenidən, bu dəfə Müstəqil Azərbaycan
Dövlətinin Dövlət
statusunu qazandı. Bakıda Sarabski adına Mədəniyyət
Evində yerləşdirildi.
Teatr 2000-ci ilə qədər, bir-iki tamaşanı çıxmaq
şərti ilə əsasən köhnə repertuarını bərpa
etməklə məşğul
oldu. 12 ildə köhnəli-təzəli cəmisi
15 tamaşa hazırlandı.
Bu da teatrın fəaliyyətində
durğunluq yaratmağa
başladı. Sanki 1967-ci ildəki
vəziyyət təkrar
olunurdu. Bundan narahat olan kollektivin
üzvlərinin əlləri
işdən soyuyaraq özlərinə başqa
iş yerləri axtarmağa başladılar.
Hətta bir neçəsi teatrdan uzaqlaşdılar. İctimai
rəy artıq bu teatrın fəaliyyətinin müzakirəsinə
qalxmışdı. Böyük
tarixi keçmişi və özünəməxsus
ənənəsi olan
bu sənət ocağının bu vəziyyətə düşməsi
heç şübhəsiz
ki, teatr ictimaiyyətini
və Mədəniyyət
Nazirliyini də narahat edirdi. Odur ki, vəziyyətin dərinləşməməsi üçün
dərhal teatrda kadr islahatlarına başlandı. O zaman mən
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
tapşırığı ilə Tiflis Dövlət Azərbaycan Dram Teatrının
bərpasına rəhbərlikdən
yenicə öz missiyamı bitirərək
Bakıya dönmüşdüm.
Gözlənilmədən hörmətli
nazir Polad Bülbüloğlu
məni bu qədim sənət ocağına direktor vəzifəsinə təyin
etdi. Teatra nəzarət artırıldı,
biz dərhal geniş islahatlara, quruculuq işlərinə başladıq.
Daxili nizam-intizamı sabitləşdirdik. İstedadlı
gənclərlə truppanı
gücləndirdik. Yeni dramatirqlarla
yaradıcılıq tandemi
qurduq. Respublikanın ən nüfuzlu teatrlarının rejissorlarından
V.Əsədov, H.Atakişiyev, B.Osmanov, M.Fərzəlibəyov, O.Qurbanov,
F.Məhərrəmov, G.Ömər
kimi sənətkarların
bu teatrda tamaşalar hazırlaması
üçün onların
oraya cəlb olunmasını təmin etdik. Bakı teatrlarının müqtədir
sənətkarlarını kollektivimizə cəlb etdik. Repertuarı zənginləşdirldik və
s...
Beləliklə, 2000-ci ildən
İrəvan Teatrının
fəaliyyətində ciddi
dəyişiklik yarandı.
Teatrın tarixində
ümumən 400 yaxın
tamaşa hazırlanmışdırsa,
onun 100-ə yaxını
məhz həmin vaxtdan bu günə
qədərki dövrü
əhatə edir. Bir-birinin ardınca hazırlanan yeni, yüksək
zövqlü, maraqlı
tamaşalar teatrın
şöhrətini öndə
gedən teatrlar sırasına qaldırdı.
Respublika miqyaslı qastrol
səfərlərinin təşkili
bölgələrdə yaşayan
tamaşaçıların diqqətini özünə
cəlb elədi. Dövrü mətbuat,
radio və televiziya kanalları İrəvan Teatrının maraq doğuran fəaliyyəti
barədə tez-tez yazılar yazdı, süjetlər təqdim etdi.
Çətin şəraitdə
fəaliyyət göstərməsinə
baxmayaraq teatr beynəlxalq layihələr
həyata keçirməyə
başladı. Rəngarəng
repertuarı ilə tamaşaçı kütləsinin
istiqamətini teatrın
salonuna cəlb etdi.
S.Rəhmanın “Yalan”
(30 noyabr, 2000), Hidayətin
“Məhəbbət yaşayır
hələ” (29 oktyabr,
2000), “Durnalar qayıdanda”
(1 may, 2001), “Bu dünyanın adamları” (21 fevral, 2006),
A.Rəhimovun “Əsgər
anası” (28 dekabr,
2000), “Məhəbbət və
cinayət” (22 fevral,
2003), “Pul hərisləri”
(10 aprel. 2004), R.İbrahimbəyovun,
“Qum üstündə
ev” (14 noyabr, 2001), Anarın “Telefon gecələri” (8 iyun,
2001), “Təhminə və
zaur” (2007), K.Abdullanın,
“Elə bil qorxa-qorxa” (22 iyun, 2002), Ə.Əmirlinin “Müqəddəs
Valentin günü”
(15 noyabr, 2003), İ.Əfəndiyevin
“Məhv olmuş gündəliklər” (20 iyun,
2003), “Unuda bilmirəm”
(22 dekabr, 2004), “Boy çiçəyi” (2007), M.B.Marinyenin,
“Oğru” (23 mart,
2003), Ə.Nesinin, “Toros
canavarı” (16 noyabr,
2004), C.Okarnaççinin və R.Farabuzinin “Sənətim cəmiyyət
sinyorudur. (11 aprel,
2004), A.Çexovun “Elçilik
(Təklif)” (22 noyabr
2004), A.Makoyonokun (3 iyun
2005), Elçiinin “Poçt
şöbəsində xəyal”
(10 dekadr, 2005), “Qatil”
(1 mart, 2010), Ü.Hacıbəyovun
“O olmasın, bu olsun” (14 mart, 2006), (2007), E.Hüseynbəylinin “Hamının
günahı” (2007), “Adəm
və Həvva” (2009),
İ.Məlikzadə və
S.Ələsgərovun, “Subaylarınızdan
görəsiniz” (2007), A.Babayevin
“Xilaskar” (3 may, 2009) və bir çox
başqa müəlliflərin
əsərlərindən ibarət
bir-birindən maraqlı
primyeralar oynanıldı.
Bu
uğurlu fəaliyyət
Azərbaycan Respublikasının
prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı ilə dəyərləndirildi.
30 avqust 2006-cı il tarixdə imzaladığı sərəncama
əsasən, 2007-ci il
oktyabr ayının
16-da Bakıda təntənəli şəkildə
125 illik yubileyi keçirildi. Elə həmin gündə ölkə başçısının
imzaladığı növbəti
ali sərəncam llə teatrın bir qrup sənətkarları
fəxri adlarla təltif olundu. Yubileydən bir neçə gün sonra, 18-25 noyabr tarixlərində, Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə, yubiley tədbirləri planı çərçivəsində teatrın kollektivi Türkiyə Cümhuriyyətinin
İzmir, Manisa, Niğdə şəhərlərinə
10 günlük səfər
etdi. Səfərdə
Ü.Hacıbəyovun “O olmasın,
bu olsun” tamaşası əsasında
hazırlanmış “Məşədi
İbadın toy mərasimi” musiqili məzhəkə-komediyası və
müəllifi olduğum
“Müstəqil Vətənin
Memarı” ədəbi-bədii
kompazisiyası türk
tamaşaçılarına təqdim olundu. Hər iki tamaşa
haqqında yerli mediya orqanları geniş məqalələr
dərc etdilər, rəngarəng süjetlər
göstərdilər.
2008-ci il fevral ayının
8-də ölkə rəhbərinin
diqqət və qayğısı ilə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin növbəti, 47 “S” saylı
sərəncamına əsasən
Binəqədi rayonu ərazisində yerləşən
Mədəniyyət Sarayı
hüquqi ünvan olaraq C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verildi. Əslində bu tetarın İrəvandakı
fəaliyyəti dövründə
heç vaxt öz binası olmamışdır. Baxmayaraq
ki, o torpaqlarda azərbaycanlıların özü
kimi tetarlarının
tarixi də ermənilərin oraya gəlişindən və
teatrlarından tarixindən
daha qədimdir, Ermənistan dövləti
heş vaxt bu kollektivin rahat, arxayın fəaliyyət göstərməsinə
heç bir şərait yaratmamışdı.
Həmişə iynə
üstündə saxlamışdı.
İndi isə Azərbaycan dövlətinin
qayğısı ilə
əzm və fədakarlıqla sənət
nümunələri yaradan,
bu gün də bənzərsiz fəaliyyəti ilə öndə gedən teatrlar sırasında uğurla çalışan
bu sənət məbədi yaşayır
və intibah edir. Teatr paraleldə
bir neçə əsərin məşqlərini
aparır, eyni zamanda qastrol səfərləri həyata
keçirir və Beynəlxalq lyihələrdə
iştirak edir.
Teatr
22-24 fevral 2009-cu il tarixdə, müəllifi olduğum “Körpü” əsəri ilə, 29 nəfərlik bir heyətlə, 3 gün müddətinə Tiflis şəhərinə ezam
olunaraq Qafqaz miqyaslı “Qafqazda sülh tərəfdarıyıq”
adlı bir layihə həyata keçirdi. Tamaşa sülh və barış kontekstində
olan bir mövzuya həsr olunmuşdu. Tamaşada İrəvan Teatrının
kollektivi ilə yanaşı Bakının
Dövlət Gənc Tamaşaçılar, Dövlət
Gənclər, S.Vurğun
adına Dövlət
Rus Dram, Sumqayıt Dövlət Musiqili Dram teatrlarının aktyorları və H.Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram, K.Qamsaxurdiya adına Suxumi Dövlət Dram (Gürcüstan Respublikasının bu teatrı da İrəvan Teatrı kimi didərginlik həyatı yaşayır.)
və Dağıstan Respublikasından Dərbənd
Ləzgi Dövlət
Musiqili Dram teatrlarından Turqay Vəlizadə, xalq artisti, Dövlət və Şota Rustaveli mükafatları laureatları, Suxumi Teatrının bədii rəhbəri Dimitri Caiani və Dağıstan Respublikasının
əməkdar artisti Ağaxan Ağaxanov iştirak edirdilər. Layihəyə əsasən
ilk premyera Bakıda, ikinci premyera isə Gürcüstan Respublikasının
Tbilisi şəhərində,
Marcanişvili adına
Dövlət Akademik Dram Teatrının səhnəsində oynanıldı.
Daha sonra 25 noyabr – 4 dekabr tarixlərində A.Babayevin
“Xilaskar” və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz”
əsərləri ilə,
18 nəfərdən ibarət
bir heyətlə Gürcüstan Respublikasına
növbəti səfərini
etdi. 15-28 mart 2010-cu il tarixdə Türkiyə Cümhuriyyətinin
İstanbul və Manisa şəhərlərində
Türk Teatrları ilə birgə hazırlanan “Çanaqqalaya
can verənlər” beynəlxalq layihədə
iki nəfər aktyorla və yenə də nazirliyin layihəsi ilə 14-27 mart 2010-cu il tarixdə 19 nəfərdən
ibrət bir heyyətlə A.Babayevin “Xilaskar”, xalq yazıçısı “Elçinin
“Qatil”, şair-dramaturq
Hidayətin “Bu dünyanın adamları”
və İsi Məlikzadənin “Subaylarınızdan
görəsiniz” əsərləri
ilə Dağıstan
Respublikalarında, geniş
tərkibli heyətlə,
hər birində iki həftə davam edən, qastrol səfərlərini
uğurla həyata keçirdi.
Sonrakı
illərdə bu qədim sənət ocağı dəfələrlə
Gürcüstan, Dağıstan
Respublikalarında və
Türkiyə Cümhuriyyətinin
ən böyük şəhərlərində genişmiqyaslı,
uzun müddətli və böyük heyyətlə qastrol səfərlərində oldu.
Qarabağ və İrəvan həqiqətlərini
təbliğ və təşviq etdi. H.Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya
ədalət! Beynəlxalq
təbliğat və təşviqat kompaniyası”na
qoşularaq Gürcüstanda
və Türkiyədə
müəllifi olduğum
“Soyqırımı tarixinin
dastanı”, N. Dumbadzenin
“Didro” əsərləri
ilə geniş təbliğat işləri
apardı. Ulu öndərlər M.K.Atatürk
və H.Əliyev fenomenlərinin müqəddəs
məfkurələrini canlandıran
D.Çizməli və
P.Çələbioğlunun qələmə aldıqları
“Cümhuriyyətin ilk
sədası və müəllifi olduğum “Nurlu ömrün anları”, eləcə də, A.Babayevin “Xilaskar” tamaşaları ilə beynəlxalq miqyaslı sənət görüşləri həyata
keçirdi, maraqlı
teatr hadisələrinə
imza atdı.
Onu
da demək yerinə düşür ki, bu qocaman
sənət ocağının
Türkiyə Cümhuriyyətinə
hər dəfəki səfəri zamanı müxtəlif dövrlərdə
Qərbi Azərbaycanın
ayrı-ayrı bölgələrdən
didərgin düşmüş
soydaşlarımızla görüşərkən
heyrətamiz mənzərə
canlanırdı. Bütün
şəhərlərdə gəlişimizi səbirsizliklə
gözləyən Qərbi
Azərbaycanlılar bizi
sanki hər biri öz obası,
eli kimi qəbul edirdi. İrəvanlılar bizə
İrəvan, Göyçəlilər
Göyçə, Amasyalılar
Amasya, Gümrülülər
Gümrü və s. kimi yanaşır, bağırlarına basır,
dəyər verirdilər.
Hər görüşün
öz ürək parçalayan bir mənzərəsi vardı.
Doğma yurd yerlərinə dönmək
arzularını həyəcanla
və ehtirasla bizə bildirən həmin insanlar sanki bizdə bir ümid işığı
axtarırdılar. Bu gün bu məsələnin
çox priaritet olduğu bir zamanda məhz İrəvan teatrının
varlığı və
xarici səfərləri
ilə meydana çıxan fövqəltəbii
təbliğat hünəri
“Qərbi Azərbaycana
Qayıdış” konsepsiyası
çərçivəsində unikal, canlı gerçəklikdir.
Hazırda
140 illiyini təntənəli
şəkildə keçirilməsi
üçün imzalanmış
Prezident sərəncamından
irəli gələn məsələlərin həllini
tapması üçün
ciddi hazırlıqlar
ərəfəsində olan
bu əzmkar sənət ocağı çalışmalarını intensiv şəkildə davam etdirir.
Mən
çox böyük ümidlə inanıram ki, qloballaşan sivil dünyada, Tanrı övladları
İNSAN meyarının aliliyinin
mahiyyətini dərk edəcək, “didərgin”
anlayışı “sülh
və barış”la əvəz olunacaq, firavan yaşamaq üçün insanlarda təfəkkür sivilizasiyası
canlanacaq və İrəvan Tetarı da çoxdandır pərən-pərən düşmüş,
həsrətində olduğu
sevimli tamaşaçıları
ilə, pərvəriş
tapdığı doğma
vətənində nəfəs-nəfəsə
dayanaraq öz sənət nümunələri
ilə yenidən onların xidmətində
duracaq, yenə də bütövlükdə
Qərbi Azərbaycanı
qarış-qarış gəzərək
öz doğma yurddaşlarına səmərəli
xidmət göstərəcəkdir!
Qocaman
sənət ocağımızın
fədakar və əzmkar kollektivi ölkə Rəhbərimizin
bu istiqamətdə formalaşdırdığı işıqlı ideologiyaya
böyük ümidlərlə
baxır, bütün
konturlardan arzusunda olduğumuz bu mühüm haduisənin məhz Qarabağımızın
özümüzə qaytarıldığı
gerçəkliyi qədər
inanır!
İftixar
Sənətşünaslıq
üzrə
fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 51. - S. 28-29.