Səlim Babullaoğlu
TÜRKSOY tərəfindən təltif olundu
Mədəniyyət
Nazirliyi və Azərbaycan Milli Kitabxanasının
təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının
görkəmli nümayəndəsi
Məhməd Akif Ərsoyun
anadan olmasının
150 illiyi münasibətilə
Azərbaycan dilinə
uyğunlaşdırılan “Məhməd Akif Ərsoy.
Seçmə şeirlər”
kitabının təqdimatı
olub.
Kulis.az xəbər verir ki, təqdimat mərasimindən
sonra TÜRKSOY-un 30 illik
yubileyi ilə əlaqədar Azərbaycanın
görkəmli mədəniyyət
və incəsənət
xadimlərinə TÜRKSOY-un “Şərəf”, “TÜRKSOY Medalı”
və “TÜRKSOY-un 30 illiyi”
medalları təqdim edilib.
Azərbaycan Yazıçılar Birlyinin katibi, şair Səlim Babullaoğlu türk mədəniyyəti və
sənətinə verdiyi
töhfələrə görə
“TÜRKSOY Medalı” ilə
təltif olunub.
Medalı
Səlim Babullaoğluna
TÜRKSOY-un baş katibi
Sultan Rayev təqdim edib.
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr,
¹ 48-49. - S. 5.