Arxamca bir cam su səp,

       Yağış olsun, ilahi ...

 

İlahi

 

Göy üzünə ulduz səp,

Naxış olsun, İlahi.

Arxamca bir cam su səp,

Yağış olsun, İlahi...

 

"Qaranlıqlar yarılsın",

sorğun var sorulsun;

Axırımız durulsun,

Alxış olsun, İlahi.

 

Xatirəmi saxla,

Gözlərimi sağ saxla,

Qoy keçmişdən sabaha

Baxış olsun, İlahi.

 

                             2023

 

Gəl

 

Torpağı sərinəm, gəl,

Kədəri dərinəm, gəl;

Yüz ildən anrıdasan,

Min ildən bərinəm, gəl...

 

Gəl, quş qonan budağıq,

İlk iz düşən yolağıq;

Sabahlardan sorağıq,

Sən mənsən, mən sənəm, gəl...

 

Dənizəm - gəmin üçün,

Bütöv ol - kəmim üçün;

Sən bayraq ol, səninçün

Yel olub əsənəm, gəl!..

 

                                       2023

 

***

 

                        Qarışıq texnikalı şeir

 

Dağ başına yağdı qar,

Yamacda gül üşüdü...

Bu dünyada hər var,

Qar işi, gül işidi...

 

Deyirlər, bütün ilklər -

Həm sevincdi həm kədər...

Sizə, ey, ilk çiçəklər,

Qar çiçəyi demişdik...

 

Özgə kimi var qışın?

O Günəşi batmışın...

Hər qış ilk qış sayılsın,

Ocaqları yandırın,

Yandırın, kül üşüdü...

 

Dağ başına düşdü qar,

Ətəkdə gül üşüdü...

Bu dünyada hər var,

Qar işidi, gül işi...

 

Qar qışın gülüşüdü...

 

                                           2023

 

***

 

                          Qarışıq texnikalı şeir

 

Gecələrə Günəş,

gündüzlərə Ay...

Say, zalım əfəndim,

ömrümü gəl say...

 

Eşq dolu - sevdaya ac,

bir körpə nazlı turac,

Ömrümü etdi tarac,

"uf" derim, "oy"...

 

Yağış yağmaz Günəşə...

Kimdi gələ gənəşə?..

Ətimi çəkməz şişə,

 

Tənimi eyləyər zay...

 

Yağış, Günəş hava,

Hər dərdə olsa dəva;

Ollam daşa dost, valla,

Demə, olduq nəyə tay...

 

Eşq dolu - sevdaya ac,

o körpə nazlı turac,

Ömrümü aldı xərac,

"uf" deməm, "oy"...

 

Gecələrə Günəş,

gündüzlərə Ay...

Say, zalım əfəndim,

ömrümü gəl say...

 

                            2023

 

Şuşa alqışı

 

Şuşada açmışam sabahı bu gün,

Şuşamıza şükür, sabaha şükür.

Dolaşdım, toxundum, gördüm-götürdüm,

Özümə tapdığım cavaba şükür.

 

Ucada görmüşəm bayrağımızı,

Ondan öyrənmişəm növrağımızı,

Gündüzü cilvəli qutsalımızı,

sığala yetişən axşama şükür.

 

Yaddaşım oyandı, tərpəndi lay-lay,

Gah aypara oldum, gah da dolunay...

Xankəndi tərəfə boylandım bir az,

Orda çatacağmız tonqala şükür.

 

Əkbər, hər şəhərin öz gözəlliyi,

Burdakı gözəllik döz gözəlliyi...

Daha aramadım söz gözəlliyi,

İdraka, iqbala, amala şükür!..

 

                                    İyul - 2023, Şuşa

 

***

 

"Yüz ev tikən cənnətini

            bu dünyada qazanar" -

Eşitdim ki, mən yaşayan şəhərdə

zamanmış belə inanc varıymış.

O inancla evlər tikib adamlar -

səksən olub, doxsan olub,

            yüzü görən olmayıb...

Kainatın cilvəsidir elə bil:

Olmur, cənnət sınaşıqla olmayır... -

Amma yenə o inancın işığı

ev tikdirib adamlara,

ev tikdirir bu gün ... -

Əgər kimsə bilə-bilə yalan danışıbsa da,

Yenə kimsə o yalanı bu şəhərdə yayıbsa,

cənnət olsun məqamı!

 

Mənim gözəl şəhərimdə ayrı bir inanc da var -

Deyərlər ki,

            "Bir ev yıxan

            cəhənnəmi bu dünyada satın alıb

            elə bil"...

Gəl görəlim, yenə evlər yıxılır...

            Cəhənnəmi satın alır

                        gözgörəsi

                        tanıdığmız adamlar...

 

O qaranlıq niyə çəkir adamları? - bilmirəm...

Görən, onlar özlərini aldadırlar ilə?..

Yenə evlər tikilir,

Yenə yıxılır evlər...

Tikin, qardaşlar, tikin,

Bəlkə, yüzə çatmadınız,

cənnət görmədiz, bəlkə...

Amma        

evyıxanın yeri bəlli               

cəhənnəmsə,

demək,

            evtikənləri        

unutmayıb Yaradan...

 

Eviniz yıxılmasın...

 

                                                 2023

 

***

 

zamansa işim qalıb çətinlərdən çətində,

Gözgörəsi qəm qarışıb ən sonuncu ümidə,

Təvəkkül eyləmişəm...

 

Olmadığım ürəklərin boylanmadım gözünə...

Güzgüyə baxmadım heç -

            baxdım dostun sözünə...

Təvafüq eyləmişəm.

 

Qırıq cama su tökmürəm,

            yaş keçəndən qırxları,

"Bu dünyaya ağır gələr,

            bir qırıx qəlb hesabı" -

Tərənnüm eyləmişəm...

 

Coşan dəniz, yatan sahil...

            qarışqaynan balığı

bir-birinə ruzi qılıb... - nədi başa saldığı?.. -

Təfəkkür eyləmişəm.

Bir köklücə yaşıl ağac

            budaq-budaq quruyub,

Kölgəsində böyüyənlər

            çıxıb gedib, unudub...

Təəssüf eyləmişəm.

 

Əzəl başdan bir sevdiyi olmalıdı insanın...

Sevib yetə bilmədiyim gələn ömrümə qalsın...

Tərəddüd eyləmişəm...

 

İnsanoğlu, çiyinlərin iki günə yarayar:

Dərdli başa yastıq olar, bir tabut daşıyar...

Təsadüf eyləmişəm...

 

ki yaxşılıq etmişəm

            - unutmuşam, çox şükür,

yaxşılıq görmüşəmsə

            - yaddaşımda görünür...

Tədarük eyləmişəm...           

 

                                                           2020

 

Həsrətin hekayəti

 

İl yarım olmuşdu biz ayrılalı,

İl yarım deyirəm, zarafat deyil.

Şeytanın qıçını sındırdıq axır,

İkimiz kövrək, ikimiz dəli...

 

Bilmirəm, həsrəti necə keçirib,

Bilmirəm, o zalım yeyib-içib?

Özümə çəkilib o aylar boyu,

İçimi yemişdim mən gizlin-gizlin.

 

Bilirəm, daha çox həsrət çəkən var,

Bilirəm, tez küsüb-barışıb kimsə.

Söz var: od düşdüyü yeri yandırar,

Bizim ilyarımmız bəs edər bizə...

 

Deyirdim, geyər bugün üçün o,

Qırmızımı geyər, qaramı, ağmı?

Qapqara geymişdi günü olmuş,

Kəməri, çantası qıpqırmızıydı.

 

Deyirdim, ilk sözü olacaq, ?

Sinəmə sığmırdı yarımcan ürək.

O gəldi,

            mən baxdım,

                        ikimiz susduq...

unutduq ilk sözü...

            deyəcəkdik?..

 

Sonrası...

            Sonrası "itotu, bağayarpağı"... -

Elə bil dünəncə sağollaşmışıq...

Ah, mənim ilyarım yaşadıqlarım,

Ah, mənim hələ yaşamadığım...

 

 

***

 

Sən necə soyundun ayaqlarını?..  -

Ah,

            elə soyundun ayaqlarını,

Sanki soyunmayır, əzizləyirdin!

Ayaqların isə ərkələnirdi...

Qoy mən təşəkkürlər edim onlara,

səni mənə,              

            səni mənə gətirib...

Var olsun, var olsun ayaqlarını!

Gözlərim ayrılmır ayaqlarından:

Yeriyən, "düşünən", "döyünən" ayaq...

ayaq, gül ayaq, ətirli ayaq...

Ha yana baxsam da, görünən ayaq...

 

"Gümüş topuğunda xal, sənə qurban"  -

hələ yüz il öncələr Müşfiq belə yazırdı.

Əlbət, Müşfiqdən öncə,

əlbət, öncədən öncə,

qadın ayaqlarından vəcdə gələnlər olub.

 

Düşünə bilirsənmi, dünyanın ilk qadını 

ilk dəfə ayaq açır,  

            yeriyir bu Yer üstə -

Qadın ayaqlarıyla tanış olur torpaqlar...

Bax, bəlkə o vaxtdan        

işvə, naz qarışıbdı torpağın canına da,

yəqin, ona görə

qapqara torpaqlardan ağappaq güllər çıxıb,

çiçəkləyib Yer üzü...

 

            ilk qadın addımı  

ilk kişiyə doğruydu...  -

İnsanlıq doğulurdu...

 

Budur,

            min illər sonra

                        sənsən ayaq yiyəsi,

qalxıb mənə gəlmisən.

Gəlmisən, xoş gəlmisən!..

 

Qoy     

bircə doyunca baxım onlara -

Qoy  

bir , qoy bir baxım onlara...

"Ayaq" dediyimiz başabəlaya.

 

Ah, hələ barmaqların,

Ah, rəngli dırnaqların,

Ah, bir topuqların!..  -

"Xallı, gümüş topuqlar"...

 

Bu gün sən səbrsizsən,

qayğılıyam bu gün mən;

Ta Adəmdən-Həvvadan      

dönüb gələn fikirlər

ayaqda tutur məni...

Söylə, 

yeni söz söylə  

ayaq verək keçidə...

 

***

 

                                        Dostum qardaşım Yolçu üçün

 

Bir gün, əlbət, bir gün

olanlar olmayacaq,

olmayanlar olacaq.

qurşun atdıq bir kəsə,

qurşun atdılar, ölək;

Ömür deməm ömürə,

yol yoxsa, cavan ölümə...

Onsuz da olanlar olmayacaq,

olmayanlar olacaq...

qurşun atdılar, ölək,

qurşun atdıq bir kəsə;

Ömür dedim ölümə,

özüm dedim özümə:

bütün ömürlər       

ölümə aparır...

Baxma, hər ölünü bir qoşun aparır,

kim dünyadan götürür?

Qoy desinlər,

            bir şair

                        dünyadan qurşun aparır...    

 

 

Əkbər Qoşalı

Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48-49. - S. 6-7.