Barat Vüsalın Yol kitabı

 

 

                                                                                  Məni gözləyir yolda

                                                                         Mənim söz verdiyim söz!

 

                                                                                                                      Barat Vüsal

 

Bu günlərdə çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi Barat Vüsalın xatirələr, esselər məqalələrdən, bədii portretlərdən ibarət sanballı bir kitabı işıq üzü gördü - "Ayrılmaz yollar" adlanır xəyalımda istər-istəməz İsmayıl Şıxlının "Ayrılan yollar" romanının adı canlanır. "Ayrılmaz yollar" əslində metaforadır. Bu metafora nəinki kitabdakı yazıların ana ideyasını, Barat Vüsalın tale təcəssümünü ifadə edir.

Barat Vüsalın böyük yazıçımız İsmayıl Şıxlıya sevgisi, İsmayıl Şıxlı mənəviyyatına yoluna sədaqəti yalnız ona həsr etdiyi şeirlərində essesində deyil, bütövlükdə kitabın havasında hiss olunur.

 

Asta tərpənişi, usta yerişi

Düşmənə nifrəti,  dosta gülüşü,

Başında özü bir-iki kişi

Görsəniz, siz Allah, bir cəngi çalın,

İsmayıl Şıxlını mən hardan alım?!

 

Kitabdakı yazıların bəzilərini "Ədəbiyyat qəzeti"ndə, "525-ci qəzet"də oxumuşdum, təəssüratlarımı telefonla bölüşdüyüm anlar da olmuşdu.

Kitabı oxuyuram səmimi deyirəm: onun qeyri-adi yaddaşı heyrət doğurur. Yaddaşın bir çox növləri (tarixi-etnoqrafik, etnik mifoloji, bədii...) vəhdətdədir.

Bu yaddaş bütün görüşlərin, söhbətlərin etibarlı saxlancıdır. Məsələn, Barat Mehdi Hüseynlə görüşməyib, amma burda da yaddaşı "dinc durmur", nənəsi ilə bağlı bir detalla Mehdi Hüseyni xatirə obrazına çevirir - "bu xalq yazıçısının ölüm xəbərini eşidəndə savadsız Anam (nənəm) əlini dizinə verib ağladı.

Nənəmin nəzərində hansısa roman, povest, hekayə filan yox idi.

Belə kişilərin adı vardı".

Onun şeirlərində vəsf etdiyi milli-mənəvi dəyərlərin seçimi , şübhəniz olmasın, İsmayıl Şıxlı Yolunun (təriqətinin) fəlsəfəsindən gəlir. "Kişilik" Barat Vüsal poeziyasında sadəcə etnik-mənəvi kateqoriya deyil, poetik ideologiyasının təməl prinsiplərindən biridir.

Barat Vüsalın yazılarında "ata minmək" motivini metafora kimi qəbul etmişdim. At belində olmaq, ata minmək, Barat Vüsalın mifoloji düşüncəsinə görə, Göylə, ilahi, qutsal sfera ilə əlaqə saxlamaqdır. Səməd Vurğunun dünya şöhrətini belə ümumiləşdirir: "Səməd Vurğun Qazaxda qalxmışdı Köhlən Ata! Səməd Vurğun dünyanı Qazaxda mindiyi köhlənin belində gəzir!".

Rəhmətlik bacısı da "ata minən qız" obrazında yaddaşında həkk olub.

Barat Vüsalın dəyər dünyasında "köhnə kişi" "köhnə yurd" anlayışları bir estetik sırada yer alır: "Köhnə yurd yerində köhnə bir kişi".

Baratın şeirinin birində "zirvə kişiliklər" ifadəsi diqqətimi çəkmişdi:. Onun "zirvə kişiliklər" ierarxiyasına İsrafil ağa, Qaçaq Kərəm, Səməd Vurğun, Xəlil Rza Ulutürk, İsmayıl Şıxlı, Nizami Cəfərov... daxildir.

Azərbaycanda şairləri iki qrupa ayırmaq olar: Evdə olan şairlər Yolda olan şairlər. Barat ikincilərə aiddir. Ustadları S.Vurğun, N.Arif kimi...

Uzaqda - Qazaxda, "ev"də, yaşasa da, ruhu ilə, sözü ilə Yol şairidir.

"Vaqif Poeziya günləri"ndə Şuşa səfərində müşahidələrim bu qənaətimi bir daha təsdiqlədi.

Kitabda yazıların bir özünəməxsusluğu müəllif emosiyasının görümlü, "səsli" olmasıdır. Barat Vüsal prozaik yazılı mətndə "danışır", "çıxış edir".

O, şifahi nitqinin danışığının intonasiya tembrinə, ritmik temrinə yazıda da "xəyanət etmir". "Səsin"i oxucudan gizlətmir, səsini "dəyişmir".

Şeirlərdə esselərdə təkrirlərin sıxlığı isləkliyi göstərir ki, modern Barat Vüsal əslində arxaik şairin deyim tərzini yaşadır daşıyın. Anafora epifora, leksik semantik təkrirlər təhkiyənin obrazını dəyişir, yazıların "xasiyyətini" müəyyənləşdirir.

Onun yazılarında simvolik obarazların üstünlüyü şairin mifoloji təfəkkürünün hələ "işlək" olması ilə bağlıdır. Əslində poetik təfəkkür mifoloji təfəkkürdür.

H.Qasımlının əsərlərində simvolik obrazlar - "Qara zurna, Novruz lopası, Hərbçi çəkməsi, Nənə cəhrəsi, At kişnərtisi, Məktəbli çantası, Qara yapıncı az qala bir ədəbi qəhrəman təsiri bağışlayır".

Onlardan biri "qapı" simvoludur. Qapı iki dünyanı ayıran mistik sərhəddir. Ənvər Əhmədin xatirəsinə həsr etdiyi yazı belə adlanır: "Daha dekabrda ölən olmayacaq, yaxud hamı bir qapıdan keçir".

Ağalar Mirzəni "Obaşdan açılan qapı" yazıçı ilə xatırlayır.

Baratın qənaətinə görə, "qapı obrazı" Vaqif Səmədoğu poeziyasının mistik-poetik mənalarından biridir: "Vaqif Səmədoğlunun bütün şeirlərində qapı var. Günəşə açılan qapı, həyata, insana, nəhayət, Allaha açılan qapı!".

İsmayıl Şıxlı haqqında portret-essesində İsa Muğanna ilə bağlı bir xatirə məqamı var: "...İsa Muğanna 2013-cü ilin payızında Ağstafada evində ağır vəziyyətdə xəstə yatırdı. Həyat yoldaşı Firuzə ana bütün ümidlərini itirmişdi. Sakitcə mənə pıçıldayırdı: "Bu dəfə, deyəsən, qalxmayacaq".

Ustad gözlərini yumsa da, yatmayıbmış. Bizə doğru boylanıb gülümsədi. Bir az aynı açılsın, fikri dağılsın deyə keçmişlərdən söhbətləşməyə başladıq. İsmayıl Şıxlıdan da söz düşdü. Bu halətdə dedi:

- Bu saat İsmayıl o qapıdan içəri girsin, sıçraıb ayağa qalxmasam, mənə deyirsiniz, deyin!".

İsa Muğannanın artıq dünyasını dəyişmiş İsmayıl Şıxlını birdən-birə qapıdan girməsini arzulaması "o dünya"nın işarəsi idi.

Yazıların süjeti iki zaman qütbü - keçmiş indiki zaman arasında qərarlaşır, yəni epik yaddaş ilə lirik yaşantıların yaddaşı bir-birilə üzvi surətdə qovuşur.

Məni heyrətləndirən təəccübləndirən Baratın xatirələrində dialoqların təbiiliyi canlılığıdır. - Bu, şairin nəsr təcrübəsindən gəlir.

Axı, aradan sular axıb - qədər vaxt keçib, həmin söhbətləri olduğu kimi bərpa edib canlandırmaq elə asan məsələ deyil.

Barat Vüsal portret-xatirələrində klassiklərlə dialoqunu ruhlarla dialoq kimi qurur. Müasirləri ilə elə davranır - onları  "ruh"a çevirmək üçün "yaddaşın o tayına", "keçmişə" qaytarır.

İ.Şıxlı, V.Səmədoğlu, M.İsmayıl, N.Həsənzadə, X.Rza ilə bağlı  xatirələrini  yuxu kimi, "yuxuları"nı isə xatirə kimi danışır, yadda saxlaya bilir. O, "yuxu"larını xatirələrin bir hissəsi, davamı kimi danışır: Xəlil Rzaya həsr etdiyi esesində yazır:  "...Bir dəfə yuxumu qarışdırmışdım. Gördüm ki, kimsə mənə deyir:

- Sən hansı cəbhədənsən?

Bu gözlənilməz sualdan bərk acığım tutdu mən özümü itirdim. Özümə gələndə baxdım ki, ağsaçlı Xəlil qarşımda durub yenə gülümsəyir.

Tərədüd etmədən dedim:

- Mən Xəlil Rza cəbhəsindənəm".

Epik yaddaş ilə emosiya yaddaşının mətndaxili bir-birini əvəzləməsi enerji mübadiləsini tənzinləyir. O.Mandelştam "Dante haqqında söhbət " yazır ki, bədii məkan poetik energiyanın məqsədyönlü hərəkətidir", yəni axınıdır.

Ona görə janrından asılı olmayaraq, onun yazıları energetik tutuma malikdir (hətta deyərdim ki, bir çox esseləri mənsur poemalardır).

O, qəhrəmanlarının xarakterini öz sözləri ilə açır. Onların portretlərinə dedikləri yazdıqları sözlər ilə naxış vurur:

"Deputat seçkiləri zamanı mən onun iki dəfə vəkili olmuşam.

Bir dəfə mənə dedi:

- A Barat, yaman gizlənməyim gəlib.

Gördü təəccüblə baxıram, əlavə etdi:

- yəni şeir yazmaq istəyirəm!"

Şair hissiyyatı ona detallar üzərindən gözlənilməz paralellər aparmağa imkan verir. Bu isə esse janrının "uduşlu" tərəfləridir. - məsələn, İ.Şıxlının Əlağa Şıxlınskinin ömrünün son illərini müqayisə etməsi maraqlı tapıntıdır: İkisi "ağır xəstə olub, göz nurunu itirir", hər ikisi əsərini ("Ölən dünyam "Xatirələrim") ölüm yatağında diktə edib, yazdırıb".

Yaxud Xəlil Rzanın emosional tale obrazını xüsusi qabartmaq üçün "adlar"dan "od" kodundan istifadə edir: Hz.İbrahim Xəlilullahın özünü oda atması Xəlil Rza ömrünün od-alovdan keçməsi.

Barat Vüsal "şeirin səsinə" çox həssasdır, bilir inanır ki, şeirdə intonasiya "enərsə" şeir ölür. Esselərində, məqalələrində elədir - hiss edəndə ki, təhkiyəsi, misrası "yorulur", ritorik sualları, canlı xatirə dialoqları təkrirləri ilə mətni "dirildir".

Baratın yazılarında janrından (ön sözü, resenziya, xatirə, məqalə, esse) asılı olmayaraq, öz "səsi"dir. Muğam ustaları demiş, "xaric oxumur". İntonasiya, təhkiyə tempi, səs tembri cümlələrin, misraların məsamələrində, ritmində "yuvalanır".

O, esselərini şeirləri üstdə "kökləyir".

Şeirlərinin köklənməsindən şairin ovqatını da müəyyənləşdirmək olar, yəni o qədər səmimi açıqdır ki, yazı prosesində ovqatını gizlədə bilmir. Əminəm ki, onun ovqatı həin anda şeir şəkillərini, şeirin vəznini, məqaləsinin ritmini müəyyənləşdirir. Həssas bilgin oxucu şeirin, məqalənin hansı ovqatda yazıldığını təxmin edə bilər.

Baratın nəsr əsrələrini özünəməxsus təhlil etməsi var. İ.Şıxlı, İ.Muğanna, S.Elcanlı, H.Qasımlı... mətnlərindən elə kvant-cümlələr qoparıb yazısını toxumasına daxil edir ki, ilk baxışdan adi sitat statusunda olmur. Amma Barat Vüsalın esseistik-publisistik üslubunda həmin seçmələr magik-mistik deyimlər kimi səslənir, yazı kontekstində misra effekti qazanır... Məsələn, yazıçı-jurnalist Heydər Qasımlının "Sarı ürgə" povestindən hekayələrindən seçmələr ("Atamın üzünü görməmişəm": "Atam istəmirdi ki, ayrılıq dəqiqələrində gözləri Sarı Ürgənin gözlərinə baxsın"; "At kişnərtisinə əl saxladı" s.) əsasında onun tale obrazını yaradır.

"Ayrılmaz yollar" kitabını Barat Vüsalın avtobioqrafik nəsri kimi oxumaq olar. (Ümumiyyətlə, istənilən nəsr əsəri avtobioqrafikdi. Müəllifin yaddaşından əsəri üçün nəyi necə seçməsi - bu, ayrı söhbətin mövzusudur. Dantenin müasirləri "İlahi komediya"nı avtobioqrafik əsər kimi qəbul edirdilər).

Barat Vüsal üçün şairin "irisi-xırdası", cavanı-qocası yoxdur. Şairlər cıdır atları deyil ki, nömrələnsin. Ondan ötrü şairin tale-davranış kodu ilə söz kodunun üst-üstə düşməsi maraqlıdır. Məhz bu doğmalıqdan sevgidəndir ki, onun təqdimatında "özgə" mətnləri (şeir sitatları) "özününkü"ləşir, öz sözləri kimi səslənir. Ona görə V.Səmədoğlu Ə.İncəli... sözünə bu yöndən yanaşır, onları özünə yol yoldaşı bilir.

Barat Vüsalın Mehdi Hüseyn, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Nizami Cəfərov... yolu haqqında söhbətləri əslində Barat Vüsalın öz yolu haqqındadır. Təsadüfi deyil ki, Gəncədə yaşayan qocaman nasir Qərib Mehdiyə ünvanladığı müraciətində deyirdi: "Əziz Qərib Mehdi! Sən getdiyin yolla biz qol-boyunuq".

Onun üçün Yol anlayışı ədəbi dəyərlər əbədi qutsal dəyərləri ehtiva edir. A.S.Puşkin deyirdi: "Böyük şəxsiyyətin fikirlərinin dalınca getmək ən əyləncəli elmdir". M.Hüseynin "çalışın, ədəbi vicdanınıza ləkə düşməsin", İ.Şıxlının oğlanlarına "kişi olun" vəsiyyətini  mənəvi imperativlər kimi qəbul edir ki, bu, əslində, yalnız onun söykəndiyi, mənsub olduğu ədəbi ənənədən deyil, Baratın özünün ədəbi tərbiyəsindən əxlaqından gəlir...

 

 

Rüstəm KAMAL

  Ədəbiyyat qəzeti. – 2023. – 16 dekabr, ¹ 48 - 49. – S. 11.