BDU-da “Heydər
Əliyev: dil, ədəbiyyat və incəsənət” kitabının
təqdimatı
Bakı
Dövlət Universitetində
(BDU) BDU-nun Ümumi dilçilik kafedrasının
müdiri, akademik Nizami Cəfərovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev: Dil, ədəbiyyat və incəsənət"
kitabının təqdimat
mərasimi keçirilib.
Mərasimdə
çıxış edən
BDU-nun rektoru, kitabın ön sözünün və ideyasının müəllifi
Elçin Babayev bildirib ki, 2023-cü il xalqımızın və dövlətimizin taleyinə ən əlamətdar illərdən
biri kimi həkk olunub. Dünya şöhrətli
siyasətçi, bütün
ömrünü xalqının
tərəqqisinə həsr
etmiş, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyi bir
zamanda ölkəmizin
suverenliyinin təmin olunması xalq olaraq sevincimizi, gələcəyə inamımızı
daha da artırır.
Bu tarixi ildə 104 yaşlı
BDU-nun professor-müəllim
heyəti və tələbələri universitetimizi
“Azərbaycan xalqının,
Azərbaycan Respublikasının
milli sərvəti, milli iftixarı” adlandıran, hər zaman məzunu olması ilə fəxr edən Ulu Öndərimiz, BDU-nun dünya şöhrətli məzunu
Heydər Əliyevin zəngin dövlətçilik
irsinin, azərbaycançılıq
ideologiyasının daha
dərindən öyrənilməsi
və təbliği üçün səylə
çalışır.
Rektor
qeyd edib ki, Ulu Öndər
Heydər Əliyev bütün ömrünü
Azərbaycanın siyasi,
iqtisadi, mədəni həyatının inkişafına
sərf edib. Xüsusilə Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin inkişafında,
ana dilimizin ümumxalq dili kimi geniş istifadəsində, dövlət
dili kimi inkişafında, incəsənət
nümunələrimizin beynəlxalq
səviyyədə tanıdılmasında
Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərib. Ümummilli
Liderin genişmiqyaslı
siyasi-ideoloji fəaliyyətində
dövlət quruculuğu
siyasətinin tərkib
hissəsi kimi dil siyasəti çox mühüm yer tutub. Ümummilli
Liderin Azərbaycan dilinə, ədəbiyyatına
və incəsənətinə
göstərdiyi tarixi
xidmət və siyasi kurs bu
gün daha böyük miqyasda davam etdirilir. Ulu Öndərin ideyaları, dil, ədəbiyyat, mədəniyyət
və incəsənət
siyasəti möhtərəm
Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən böyük
müvəffəqiyyətlə həyata keçirilir. Ulu Öndərin Azərbaycanda əsasını
qoyduğu mədəniyyət
siyasəti bu gün həm də yeni imkanlarla,
çalarlarla inkişaf
etdirilir.
Elçin
Babayev diqqətə çatdırıb ki,
BDU-nun Ümumi dilçilik kafedrasının
müdiri, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərovun ciddi elmi araşdırmalarının
məhsulu olan “Heydər Əliyev: dil, ədəbiyyat, incəsənət” kitabı
Ulu Öndərin ana dilimizin saflığının
qorunması, inkişafı,
milli ədəbiyyatımızın
və incəsənətimizin
çiçəklənməsi istiqamətində müqayisəyəgəlməz
xidmətlərinin öyrənilməsi
baxımından böyük
əhəmiyyət kəsb
edir. BDU-nun “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər
Planı əsasında
hazırlanmış bu
kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili, ədəbiyyatı və incəsənətinin
inkişafındakı misilsiz
və tarixi xidmətlərilə daha ətraflı tanış
olmaq, Azərbaycan mədəniyyətinin inkişafı
istiqamətində gördüyü
işlərin xalqımızın
ideya-mənəvi tərəqqisinə
təsiri haqqında daha dolğun məlumat almaq mümkündür.
Milli
Məclisin Mədəniyyət
komitəsinin sədri
Fazil Mustafa "Heydər Əliyev: Dil, ədəbiyyat və incəsənət"
kitabının yüksək
peşəkarlıq və
məsuliyyətlə yazıldığını
qeyd edib:
”Ulu Öndərin
xalqımız qarşısında
ən böyük xidmətlərindən biri
də Azərbaycanda mədəni elitanı formalaşdırması və
xalqımızın milli
ruhunu irəli aparmaq məsələsində
yazıçı və
şairlərimizin məsuliyyətini
müəyyən etməsi
olub. Ulu Öndərin çoxşaxəli
fəaliyyətinin öyrənilməsinə
xidmət edən belə kitabların nəşr olunması çox vacibdir”.
Mədəniyyət
nazirinin müavini Fərid Cəfərov isə diqqətə çatdırıb ki, Ümummilli Liderin bütün fəaliyyəti
ərzində dilimizin,
mədəniyyət və
incəsənətimizin inkişafı
ən prioritet sahələrdən olub. Təsadüfi deyil ki, Ulu Öndər
1969-cu ildə hakimiyyətə
gəldikdən sonra ölkədə bu sahələr intibah dövrünü yaşayıb,
alimlər, mədəniyyət
və incəsənət
adamları hərtərəfli
qayğı ilə əhatə olunublar. Bu siyasət müstəqillik illərində
də davam edib. Ulu Öndərin
2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü elan edilib.
Milli
Məclisin Regional məsələlər
komitəsinin sədri
Siyavuş Novruzov, Azərbaycan Mətbuat Şurasının
sədri Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, BDU-nun Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının
dosenti Məti Osmanoğlu, Azərbaycan dilçiliyi kafedrasının
müdiri, professor Tofiq Hacıyev, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışlarında bildiriblər
ki, Ulu Öndər
Heydər Əliyev həmişə dilimizə,
ədəbiyyat və
incəsənətimizə xalqımızın milli-tarixi
varlığının, mənəviyyatının
tərkib hissəsi kimi baxıb. Ona görə də onun dövlət
siyasətində bu sahələrə diqqət
həmişə ən
önəmli yerlərdən
birini tutub. "Heydər Əliyev: Dil, ədəbiyyat və incəsənət"
kitabı bu siyasətin öyrənilməsinə
və gələcək
nəsillərə çatdırılmasına
xidmət edir.
Sonda kitabın müəllifi, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov bildirib ki, Ulu Öndərin zəngin irsi öyrənildikcə, yazıldıqca insanı bir daha heyrətləndirir: “Ulu Öndər Heydər Əliyev qədər dilə həssas münasibət göstərən ikinci bir dövlət başçısı olmayıb. Ö, təkcə dövlət qurucusu deyildi, eyni zamanda millət qurucusu idi. Ona görə də millətin tarixi kodlarını, mənəviyyatını yüksəltməyin yollarını bilirdi”.
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 52. - S. 6.