Seyr eylə bu düz aləmi
kəm pəncərəsindən,
Şadlıq
görünərmi bizə
qəm pəncərəsindən?
Yenə Turana dönüb
Turan
eşqiylə coşub
könlümüz ümmana
dönüb,
Bu şərəf-şan yolumuz
indi gülüstana dönüb.
Uzun
illər salınıb
ayrı oğuz ellərimiz,
Tarixin
zirzəmisi bizlərə
zindana dönüb.
Güc
alıb birliyimizdən
törə şadlandı
yenə,
O keçən günlərimiz
gör neçə dastana dönüb.
Bir ocaq çatdı əzəl əcdadımız,
şöləsi gur,
Sevgimizdən
alıb atəş
yeni ərkana dönüb.
Ulu türklər eləyiblər
binədən Qafqazı
yurd,
Aralıqdan
Xəzərə türk
üçün ünvana
dönüb.
Səpilib
arzularım Türkün
ipək yollarına,
O şərəf tariximiz
dop-dolu karvana dönüb.
Huna, Göytürkə verib Tanrı öz alqışlarını,
Tanrıqut
vəsfi alanlar ulu xaqana dönüb.
Ötükəndən
Sibirə, Təbrizə,
Dərbəndə qədər,
Dolanıbdır
məramım Dəclədən
Orhana dönüb.
Saldılar
ayrı, Müzəffər,
ulu Türk ellərini,
Birləşib
xalq, şükür olsun, yenə Turana dönüb.
Pəncərəsindən
Seyr
eylə bu düz aləmi kəm pəncərəsindən,
Şadlıq
görünərmi bizə
qəm pəncərəsindən?
Əvvəldə
də ağlatdı bizi, sonda da dünya,
Yağmur
tökülür ömrümə
nəm pəncərəsindən.
Yox
qaçmağa yer, gözlə, qəfildən
gələcəkdir,
Son mehmanımız həm qapı, həm pəncərəsindən.
Vahid görünür hər iki dünya bizə, çünki,
Dünya
sığışır gözlərə
cəm pəncərəsindən.
Onsuz
da fələk dərdə
gülüb şadlanır,
hətta,
Baxmaqdadı
bu halıma dəm pəncərəsindən.
İstərsən
əgər Tanrı, Müzəffər, səni
görsün,
Əskik
eləmə daima şəm pəncərəsindən.
Dost
Dostu
sevgiylə, düz ilqarla salar sahmana
dost,
Hər
çətin işdə
daim olmalıdır yan-yana dost.
Dərdini
dərdi bilib dərdinə dərman eləyər,
Sən
özün olsan əgər dost dediyin insana dost.
Dostu
dar gündə ola yardıma hər an yürüyər,
Baxmaz
əsla nə vara-dövlətə, nə
imkana dost.
Qayəsi
qayğı, məhəbbətdi,
sədaqətdi müdam,
Bir kiçik xatirəni döndərəcək dastana
dost.
Atalar
doğru deyib,
"Bayram olar dost gəlişi",
Son qoyar öz gəlişiylə
hər uzun hicrana dost.
Dostların,
sən də Müzəffər, əbədi
qədrini bil,
Döndərər
zərrə qədər
yaxşılığı ümmana dost.
Düşməz
Ömrün
niyə bəs bircə anı xoş günə düşməz? -
Xoş
gün bu gidi dünya üçün düşgünə
düşməz.
Ərk
ilə açıb qəlbini mehman sorağında,
Bəxtin
yolu bir gün kasıbın köşkünə düşməz.
Hər
bir qarışı candan əzizdir ana yurdun,
Əlbəttə,
Vətən aşiqi
can eşqinə düşməz.
Allah da bezardır kasıbın
ahu-zarından,
Tək
bir duası qəbul üçün boş günə düşməz.
Çox
etmə ümid sən də, Müzəffər, hələ
bəxtə,
Çin
arzuların yüzdə
biri püşkünə
düşməz.
Sevgisinə
Eyləyibdir
dəli könlüm səni tac sevgisinə,
Kim verər vəsli üçün ömrünü
bac sevgisinə?
Bu azardan hələ bir kimsə şəfa gözləməyib,
Hansı
haqq aşiqinin olmuş əlac sevgisinə?
Qədərin
oyunu bizi çəkdi soyuq ağuşuna,
Özü
dərman elədi həsrəti ac sevgisinə.
Bu işin loğmanıyam, xəstə könül xirdarıyam,
Kim mənimtək eləyər
yarın ilac sevgisinə?
Ömrünə
müjdə Müzəffər
kimi mehmanı gəlir,
Qəlbini
darvazatək tayba-tay aç sevgisinə.
Cahana səs saldı
Gözəl muğam
ustası,
Əməkdar artist Zakir Əliyevə
Səsində
ruhumun ahəngi vardır,
Gah həzin dalğalar, gah
"Cəngi" vardır,
Muğamdan,
rənglərdən çələngi
vardır,
Hazırdır
ən çətin sınağa Zakir.
Gəzir
pərdələrdə o dalğa-dalğa,
Dönür
dinləyənin ürəyi
dağa.
Hər
kəs cuşa gəlib qalxır ayağa,
Çəkəndə
"Segah"ı ayağa
Zakir.
Zili
ruhumuza dava-dərmandır,
Bəmi
dərdə əlac, vəsəti candır,
Sənət
dünyasında o bir ümmandır,
Duruluqda
bənzər bulağa
Zakir.
Elin sevgisidir rəhni, dayağı,
Vurulub
muğama Məcnunsayağı,
Oxumaz
heç zaman, yersiz, bayağı,
Sənətə
həm nökər, həm ağa Zakir
Duyulur
səsinin zərrəsinəcən,
Ucalır
"Çahargah" zirvəsinəcən.
Bu fani dünyanı unudur həmən,
Tutanda
qavalı yanağa
Zakir.
Cahana
səs saldı Muğan övladı,
Qızıl
fondumuza yazıldı
adı,
Neçə
sənətkarın oldu
ustadı,
Neçə
pöhrə əkdi bu bağa Zakir.
Neftçalam
Seyrin
nə gözəldir,
a mənim Neftçalam
indi,
Cənnət
görürəm bağçalı-bağlı
neçə kəndi.
Hüsnün
dəyişib oldu gülüstana bərabər,
Ellər
şanını günbəgün
artırdı sərasər.
Ümman
Xəzərim ayna tutub hüsnünə, bir bax,
Zəhmətsevər
ellər yaradıblar
yeni növraq.
Hər
il yeni qüdrətlə zəfər
nəğməsi çaldın,
İnsanlarının
əzmi ilə qalxdın, ucaldın.
Coşqun
Xəzərin qoynuna Kür səndə atır can,
Gün
burda çıxır
taxtına, burdan ağarır dan
Neftin
yerin altında xəzinəndi, tükənməz!
Neftçi
vüqarı şanlı
buruqlar kimi enməz!
Şirvan
da, Muğan da sənə
ünvandı, məkandır,
Ceyranlarına
kollu düzənlər
də həyandır.
Bolluq
çilənir çöllərinə
hər səhərindən,
Şeh
damcılayır dadlı
turac nəğmələrindən.
Göllərdə,
çayında, dənizində
balığın bol,
Tarlanda,
zəmində bərəkət,
bağça-bağın bol.
Sən
dəşti-Muğan incisi,
Şirvanda çiçəksən,
Ölkəmdə
günəştək əbədi
yüksələcəksən!
Burda
Torpağı
qoruyub Vətən eylədi,
Ulu babaların hünəri burda.
Yazıldı
tarixə, dastana döndü,
İgid
oğulların təpəri
burda.
Vətən
sevgisidir müqəddəs
duyğu,
İmandandır
ona məhəbbət,
sayğı,
Dərdinə
məlhəmdir sədaqət,
qayğı,
Eşqin
azadlıqdır bəhəri
burda.
Vətənə
can verən şəhid
ruhudur,
Analar
yaralı mələr
ahudur,
Sərgərdan
küləklər ata
ahıdır,
Yaralı
ürəkdir dan yeri burda.
Bəxti
ayaq üstə yatdı bu yurdun,
Başını
qovğalar qatdı bu yurdun,
Otuz
il günəşi batdı
bu yurdun,
Daha
ümid açır səhəri burda.
Bir əmrə bənd idi əsgərlərimiz,
Doldu
igidlərlə səngərlərimiz,
Yurda
sipər oldu ləşgərlərimiz,
Biz halal qazandıq zəfəri burda.
Üzərundən
çəni, dumanı
qovduq,
Əsarət
gətirən zamanı
qovduq,
Yaxşı
ki, cəng edib yamanı qovduq,
Bəladan
qurtardıq bəşəri burda.
Müzəffər Məzahim
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, № 48-49. - S.
27.