Heç zaman sönməyir eşqin
yanğısı,
Dolçatək ovcunda su içdiyim qız.
İmpressionizm
İşıq
fırçasıyla çəkir Tanrı
dünyanın
bütün rənglərini.
Dünyanın
bütün boyaları işıqdan keçir.
Bir dəfə
çəkilir təbiətin hər anı.
Səmada
buludları,
Küləyin
qaldırdığı tozu,
Dənizin
ləpələrini,
Çayın
axarını -
Həyatın
hər anını mümkün deyil təkrar çəkmək,
Hər
vuranda ayrı duyğuyla döyünür ürək
Qaytarmaq
olmur ömürdən ötən hər bir anı,
Hər
an ayrı baxışla
seyr edirik dünyanı.
Bir işığın min çaları
bir kölgədə gizlənir,
Fələklər
də ulduz-ulduz, işıq-işıq düzlənir.
Daş
da, torpaq da, dağ da,
qaya da
yağışda
yuyunur,
Günəş
işığına bürünüb
yaşayır həyatı.
Tanrı
işıqla hər gün təzələyir
kainatı.
Bir eşqdə vəhdət tapır kainatda hər şey,
Yerin
təki, göyün qatı.
İnsanın
gözlərilə çəkilir
Allahın
bir anlıq təəssüratı.
Abstraksionizm
Allahın
yaratdıqlarından uzaq,
Təbiətin
ölçülərindən fərqli,
Sözlə
çəkilən,
Eşqlə
ölçülən
Diqqətdənkənar
görüntülər,
Düşüncələri
yaran,
Çərçivəsinə
sığmayan fikirlər,
Ölçüləri
sındırıb keçən
xətlər,
Həddini
aşan sədlər,
Rənglənmiş,
boyalanmış
rənglərə,
boyalara sığmayan
Xəyal
dünyası.
Yaradıcı
insan düşüncəsinin
Qeyri-adi
həyat kompozisiyası.
Ölümə
üsyan edən olum,
Batıya
üsyan edən Doğu,
Tanrının
dərkolunmaz sonsuzluğu.
Söz adam
Azər Turana
Sədəfin
mirvari doğduğu andı,
Bar verən dəryadı, dürdü söz adam.
Dağların
dibində yanar vulkandı,
Uca zirvələrdə qardı
söz adam.
Məkanın
zamanı ölçən
saatı,
Göylərin
əngini, yerlərin qatı,
Xalqın
milyon illik mənəviyyatı,
Namusdu,
qeyrətdi, ardı söz adam.
Tanrının
eşqindən od, ocaq
çatır.
Zaman bu işıqla, nurla boy atır.
Qəlbində
ən zəngin xəzinə yatır,
Dövlətdir,
sərvətdir, vardır
söz adam.
Sevən
könüllərdə imana
dönən
tarixdir,
ruhunda qorunur dünən.
Haqqa,
həqiqətə köklənib
dinən
Oxuyan
kamandı, tardı söz adam.
Ürəyi
müqəddəs eşq
ilə vuran,
Yaşatmaq
eşqiylə yaradan, quran.
Qaranlıq
qəlblərin bağrını
yaran
ağ
üzdə işıqdı,
nurdu söz adam.
Haqqın
dərgahında ali məqamdı,
Vəhdət
şərabıyla dopdolu
camdı.
İlahi
nəğmədi, səsdi,
muğamdı,
"Rast"dı, "Çahargah"dı,
"Şur"du söz
adam.
Sadiqdir
eşq adlı imana, dinə,
Sevgisi
nur saçar hər gələn günə.
Dərmandır
dünyanın hər
bir dərdinə,
Cənnət
ağacında bardı
söz adam.
Əbədi
alışıb yanan
çıraqdır,
İşıqlı
sabahdan gələn soraqdır.
Ürəkdə
bəslənən oddur,
ocaqdır,
Qəlblərdə
qorunan qordu söz adam.
Bitib-tükənməyən
haqqın səsidi,
Yaşamaq
yanğısı, eşq
həvəsidi.
Allahın
dediyi "Ol" kəlməsidi,
İsrafil
çaldığı Surdu
söz adam.
İnsan
Qürurundan
ad alıbdır,
Sevgisindən
dad alıbdır.
Haqq odundan od alıbdır,
Saf
işıqdır, nurdur
insan.
Həm
ağıldır, həm
ürəkdir,
Böyüklükdə
o da təkdir.
Ha qandal vur, dara
çəkdir,
Qəlbi
azad, hürdür insan.
Göydən
gələn Tanrı səsi,
Süd qoxusu, od nəfəsi...
Haqqın
sehri, möcüzəsi,
Tapmacadır,
sirdir insan.
Min sirr yazan izi
nədir,
Ocağı
nə, közü nədir?
Ən
zəngin bir xəzinədir,
İnci,
sədəf, dürdür
insan.
Eşqi
ilə alır nəfəs,
Ona nisbət yoxdur əvəz.
Haqdan
gələn İlahi səs,
Nəğmə,
nəva, şurdur insan.
Qürub
çağı, dan yeridir,
Ruh
yeridir, can yeridir.
Yerin,
göyün and yeridir,
Müqəddəsdir,
pirdir insan.
Odur
son da, odur ilk də,
Məcnunluq
da, kamillik də.
Böyüklükdə,
alilikdə
Birdir
Allah, Birdir İnsan.
Dolçatək ovcunda
su
içdiyim qız
Min sirr gizlənmişdi baxışlarında,
Sevgisi,
hikməti dərindən-dərin.
İz
saldın bəxtimin naxışlarında,
Su
kimi duruydu bulaq gözlərin,
Dolçatək
ovcunda su içdiyim qız.
Ayrılıq
ağrısın etməzdim
güman,
Eşqdir,
məhəbbətdir dünyada
varım.
Göylərdə
uçurdum o sehrli an,
Həsəd
aparırdı subay dostlarım,
Dolçatək
ovcunda su içdiyim qız.
Dəmir
çarıq geyib bu dünyanı gəz,
Göylərdən
ucadır sevginin xası.
Dəryalar,
ümmanlar söndürə
bilməz,
Heç
zaman sönməyir eşqin
yanğısı,
Dolçatək
ovcunda su içdiyim qız.
Vüsalla
bitməyir hər eşqin sonu,
Dönüb
xatirədə yaşayır
adın.
Almışdım
ovcuma dolu ovcunu,
Demə,
bir qurtummuş həyatın dadı,
Dolçatək
ovcunda su içdiyim qız.
İşvəylə,
qəmzəylə ötürdün
yaşı,
Bilmədim
qəlbində bu inad nədi?!
Atəşim
əritdi bulağın
daşın,
Sənin
daş qəlbini əridəmmədi,
Dolçatək
ovcunda su içdiyim qız.
Dünyanın ətəyi
daşla
doludur
"Daşı tök ətəyindən"
Sərraf Talıb
Deyirlər,
ən qədim silah daş olub,
İnsanlar
ilk dəfə daşla
döyüşüb.
Qardaş
qardaş ilə silahdaş olub,
Yaşamaq
uğrunda başla döyüşüb.
Şeytana
uyandan insanlar çaşıb,
Tamah
ürəkləri döndərib
daşa.
Torpağa
qan düşüb, torpaq daşlaşıb
durub
daş atanda qardaş-qardaşa.
O vaxtdan bu dünya
günaha batıb,
O vaxtdan dünyanın gözləri yaşdır.
O zaman
Allah da daşa əl atıb,
O vaxtdan Allahın silahı daşdır.
Yanğısı
od olub, şimşək
çaxdırır,
Yağdırır
yağışın, tökür
dolunu.
Allah da göylərdən daşın
yağdırır
insanlar
azanda haqqın yolunu.
Heç
kimə qalmayıb dünyanın varı,
Şeytana
uyanlar özün yandırır.
Yolun
azmışları, günahkarları
Tanrımız
daş ilə cəzalandırır.
Nadanlıq,
vəhşilik həddini
aşıb,
Gedir
qiyamətə yol, yavaş-yavaş.
Əqidə
daşlaşıb, iman
daşlaşıb,
Hamı
ətəyinə daş
yığır, qardaş.
Yol
haqqa getmirsə, şeytan yoludur,
Zaman hava çalır şər tütəyindən.
Dünyanın
ətəyi daşla doludur,
Deyirsən,
gəl daşı tök ətəyindən.
Uçummu, uçmayımmı?
Çatıb
sözün vədəsi,
Gəl,
gözümün didəsi.
Ovcun
vəhdət badəsi,
İçimmi,
içməyimmi?
Çəkdim
murad körpüsün,
Keçdim
həyat körpüsün.
Eşqin
sirat körpüsü,
Keçimmi,
keçməyimmi?
Səsim
- bülbül nəvası,
Oyan,
gözəllər xası.
Könlün
sevda yuvası,
Köçümmü,
köçməyimmi?
Dinlə,
göylərin ünün,
Gözlərik
vüsal günün.
Bəxtinin
eşq düyünün
açımmı,
açmayımmı?
Bu
dünyanı edib yad,
Söylər
Ağamir Cavad:
Göyündə
çalıb qanad,
Uçummu,
uçmayımmı?
Doğuldum
Ömrü,
günü zaman çəkib aparır,
Yerin,
göyün avarında doğuldum.
Dan
üzünü yarıb çıxan işıqtək
Üfüqlərin
civarında doğuldum.
Hökmü
vardır hər saatın, hər dəmin,
Dişə
vurdum bu dünyanın dərd-qəmin.
Məhəbbətə
məbəd olan eşqimin
özülündə,
divarında doğuldum.
Cənnətdəydi
bu sevdanın hər anı,
Könlüm
coşub oldu eşqin qurbanı.
Adəm
baba buğda səpən tarlanın
əkinində,
suvarında doğuldum.
Səmasında
ünvanıma ad düşən,
Baxışından
ürəklərə od düşən,
Ümmanında
neçə dünya yerləşən
gözlərinin
xumarında doğuldum.
Eşq
bağının söz mülkündə bar oldum,
Haqq sözütək eldən-elə
car oldum.
Dünya
kimi elə yoxdan var oldum,
Hər
yoxunda, hər varında doğuldum.
Ağamir Cavad
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48-49. - S. 24.