AYB-də Telman Vəlixanlının
və "Mütərcim"in
yubileyi qeyd olunub
Dekabrın
27-də Azərbaycan Yazıçılar Birliyinin
(AYB) katibliyində
görkəmli tərcüməçi, pedaqoq,
filologiya elmləri doktoru,
professor Telman Vəlixanlının
60 illik yubileyi və onun qurucusu olduğu
"Mütərcim"
Tərcümə
Mərkəzi və eyniadlı jurnalın
30 illiyi qeyd edilib. Tədbirdə Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar,
Birliyin I katibi, Xalq yazıçısı
Çingiz Abdullayev, sədr
müavini Rəşad
Məcid, katiblər Elçin Hüseynbəyli
və Səlim Babullaoğlu, sədrin baş müşaviri Rauf Aslanov, "Dünya ədəbiyyatı" dərgisinin
baş redaktoru Seyfəddin Hüseynli və "Mütərcim"
Tərcümə Mərkəzinin
kollektivi - Rita Müslümova,
Rüfət Vahidov, Cavid Kişiyev, Türkan Abdulaxalıqova və Nərgiz Sadıqova da iştirak ediblər.
Səlim Babullaoğlu
həm Telman Vəlixanlının elmi-pedaqoji,
naşir və tərcüməçi kimi
fəaliyyəti, həm
də "Mütərcim"
jurnalının 30 ildə
keçdiyi yol barədə ətraflı
məlumat verib, Katibliyin yubilyara və Mərkəzin kollektivinə yubiley məktubunu oxuyub.
Xalq yazıçısı
Anar çıxışında
T.Vəlixanlının
çoxşaxəli fəaliyyətini,
"Mütərcim"in AYB ilə əməkdaşlığını
və ədəbi mühitdəki rolunu yüksək qiymətləndirib,
yubilyara Birliyin diplomunu, xatirə hədiyyəsini, eləcə
də katibliyin Mərkəzə ünvanlanan
məktubunu təqdim edib.
Sonra
isə Çingiz Abdullayev, Rəşad Məcid və Elçin Hüseynbəyli
çıxışlar ediblər.
Çıxışlardan sonra
ümumi ədəbi məsələlər, xüsusən
tərcümənin problemləri,
eləcə də dərs vəsaitləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda porfessor Telman Vəlixanlı AYB sədrinə və katibliyə təşəkkür edib, "Mütərcim" Tərcümə Mərkəzi və eyniadlı jurnalın Birliklə əməkdaşlığının davam edəcəyini, daha mütəmadi və konstruktiv xarakter alacağını söyləyib.
Faiq Balabəyli
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, № 52. - S. 9.